CƏMİYYƏT
BMT-nin Əhali Fondu 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə videoçarx hazırlayıb
Bakı, 7 mart, AZƏRTAC
BMT-nin Əhali Fondunun Azərbaycan nümayəndəliyi 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə qızların səlahiyyətləndirilməsi mövzusuna həsr edilmiş videoçarx ərsəyə gətirib. BMT-nin Azərbaycandakı nümayəndəliyindən AZƏRTAC-a bildirilib ki, videoçarx qız uşaqlarının təhsil vasitəsilə səlahiyyətləndirilməsində ataların rolundan bəhs edir və təhsilin qızların müqəddəratının təyin olunmasındakı əvəzsiz rolunu vurğulayır.
Videoçarxı aşağıdakı keçiddən izləmək mümkündür:
https://www.youtube.com/watch?v=-mdeNmIVsPI
Videoçarx Avropa İttifaqının maliyyə dəstəyi ilə BMT-nin Əhali Fondunun həyata keçirdiyi “Oğlan uşaqlarına verilən üstünlüyün qarşısının alınması və qızların dəyərinin təşviq edilməsi üzrə Qlobal Proqram” çərçivəsində hazırlanıb.
Fürsətdən istifadə edərək, BMT-nin Əhali Fondu valideynləri, xüsusilə ataları qız övladlarının təhsilə yönləndirilməsində fəal mövqe tutmağa çağırır.