DÜNYA
Böyük Britaniyada 39 cəsədin aşkarlandığı yük avtomobili sürücüsünün məhkəməsi keçirilib
London, 28 oktyabr, AZƏRTAC
Böyük Britaniyanın Esseks qraflığında 39 cəsədin aşkarlandığı yük avtomobilinin sürücüsü Maurisia Robinzonun məhkəməsi keçirilib.
AZƏRTAC xəbər verir ki, 25 yaşlı sürücü məhkəməyə videobağlantı vasitəsilə cəlb edilib. O, 39 nəfərin qətli, qanunsuz immiqrasiya və çirkli pulların yuyulmasına yardım etməkdə ittiham olunub. M.Robinzon növbəti dəfə məhkəməyə noyabrın 25-də çıxarılacaq.
Oktyabrın 23-də Böyük Britaniya polisi yük avtomobilində 39 nəfərin cəsədini aşkarlayıb. Belə ki, avtomobildəki 31 kişi və 8 qadın donaraq ölüb. Cəsədlərin aşkarlandığı soyuducuda temperatur -25 dərəcə olub.
Aynurə Tağıyeva
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.04.2024 [22:57]
Alimlər qədim nəhəng qızılbalıqların köpək dişləri olduğunu aşkar ediblər
- 27.04.2024 [21:02]
İndoneziya sahillərində güclü zəlzələ baş verib
- 27.04.2024 [17:42]
Kubadakı nağd pul çatışmazlığı inflyasiya böhranını daha da artırır
- 27.04.2024 [15:48]
Qanalı qeyri-adi rekordla Ginnesin Rekordlar Kitabına düşüb
- 27.04.2024 [14:43]