İQTİSADİYYAT
Bu il Ceyhan limanından 4,1 milyon tondan çox Azərbaycan nefti dünya bazarına çıxarılıb
Bakı, 3 mart, AZƏRTAC
Cari ilin fevral ayı ərzində 2 milyon 82 min 936 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarına çıxarılıb.
SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu həcmin 1 milyon 232 min 97 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) nefti təşkil edib.
Bu ilin yanvar-fevral aylarında Ceyhan limanından ixrac olunan Azərbaycan neftinin həcmi isə 4 milyon 131 min 722 ton təşkil edib.
Ümumiyyətlə, Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri (BTC) istismara verilən gündən 2017-ci il mart ayının 1-nə qədər Ceyhan limanından 323 milyon 966 min 321 ton Azərbaycan nefti dünya bazarına yola salınıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]