Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

“CƏNUB” ELEKTRİK STANSİYASININ TƏMƏLİ QOYULMUŞDUR

Dekabrın 24-də Əli Bayramlıda “Cənub” elektrik stansiyasının təməli qoyulmuşdur.

Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir.

Dövlətimizin başçısını və ailə üzvlərini energetiklər, inşaatçılar böyük hörmətlə qarşıladılar, onlara gül dəstələri təqdim olundu.

Stansiyanın ərazisinin girəcəyində xüsusi lövhə üzərinə “Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyev “Cənub” elektrik stansiyasının təməl daşını 2007-ci il dekabrın 24-də qoymuşdur” sözləri yazılmışdı.

Prezident İlham Əliyev əvvəlcə stansiyanın ərazisini, habelə yaxınlıqda yerləşən Əli Bayramlı DRES-ini seyr etdi, yeni tikiləcək stansiyanın texniki göstəriciləri ilə tanış oldu.

“Azərenerji” Səhmdar Cəmiyyətinin sədri Etibar Pirverdiyev məlumat verdi ki, yeni tikiləcək stansiya qaz-buxar turbinləri, qaz kompressoru, inzibati bina, hovuz, avtodayanacaq, park, yanğınsöndürmə məntəqəsi, 220, 330 və 110 kilovoltluq yardımçı stansiyalar, su təmizləyici qurğu, su, mazut, dizel yanacağı çənləri, mazut emaledici qurğu, yağboşaltma nasos stansiyası, yüksəldici transformatorlar, sistem transformatoru və idarəetmə binasından ibarət olacaqdır. 780 meqavat gücündə olacaq bu stansiya 2009-cu ildə istifadəyə veriləcəkdir. Yerli “Azenko” şirkəti tərəfindən tikiləcək stansiya həm təbii qaz, həm də mazutla işləyə biləcəkdir. Stansiya ən müasir avadanlıqla təmin olunacaqdır. Qaz turbinləri Amerika, elektrik hissəsinin avadanlığı Fransa şirkətlərindən alınacaqdır. Ümumiyyətlə, burada 70-dən çox şirkətin avadanlıq və qurğuları quraşdırılacaq və ildə 1 milyard kubmetr təbii qaza qənaət etmək mümkün olacaqdır.

Təxminən 600 milyon avroya başa gələcək yeni stansiyanın inşasının respublikamızın energetika sistemi üçün böyük əhəmiyyəti var. Stansiya bölgənin elektrik enerjisinə olan tələbatının əsas hissəsini təmin edəcək, ölkəmizin energetika sisteminin dayanıqlığında mühüm rol oynayacaqdır. İnşaat işlərində 1500-dək insan çalışacaq, stansiya istismara veriləndən sonra 500-600 daimi iş yeri yaradılacaqdır.

Prezident İlham Əliyev tikintinin layihəsi ilə bağlı videofilmə baxdı.

Sonra dövlətimizin başçısı gilizi təmələ qoydu və beton qarışığı tökdü.

Prezident İLHAM ƏLİYEV energetikləri və inşaatçıları təbrik edərək dedi:

-Mən indi burada göstərilən videofilmdə bir daha gördüm ki, nə qədər böyük işlər aparılır. Ən vacibi odur ki, bu işləri Azərbaycan şirkətləri, mütəxəssisləri, inşaatçıları görürlər. Son illər ərzində Azərbaycanın müxtəlif bölgələrində bir neçə elektrik stansiyası tikilibdir. Modul tipli beş stansiya tikilibdir. Əlbəttə, onlarda da Azərbaycan inşaatçıları iştirak etmişlər, ancaq xarici mütəxəssislərlə birlikdə işləmişlər. “Cənub” elektrik stansiyası yüz faiz Azərbaycan mütəxəssisləri tərəfindən tikiləcəkdir. İndi bizim imkanımız var, potensialımız, maliyyə resurslarımız var, kredit almaq üçün geniş danışıqlar aparmaq lazım gəlmir. İstənilən məbləğdə kredit alırıq, öz pulumuzu qoyuruq və Əli Bayramlıda ən müasir standartlara cavab verən stansiya tikiləcəkdir. 780 meqavat gücündə olacaq elektrik stansiyası bizim iqtisadi potensialımızı xeyli dərəcədə gücləndirəcəkdir. Bu stansiya işə düşəndən sonra böyük qənaət olunacaqdır. Mövcud köhnə elektrik stansiyasının nə gündə olduğunu görürük, 460 qram şərti yanacaq yandırır. Yeni stansiya isə 240 qram şərti yanacaq yandıracaqdır. Bu nə deməkdir?! Biz ildə təxminən 1 milyard kubmetr qaza qənaət edəcəyik.

Stansiyanın tikintisi zamanı burada yüzlərlə insan çalışacaq, ondan sonra isə istismarı zamanı işləyəcəklər. Hamısı da Azərbaycan vətəndaşlarıdır. Pul Azərbaycanda qalacaq, Azərbaycan şirkətləri, vətəndaşları yüksək keyfiyyətlə işləyəcəklər. Bu onu göstərir ki, bizim potensialımız elədir ki, istənilən tikintini uğurla başa çatdıra bilərik. Burada düzülən bu texnika bir neçə il bundan əvvəl yox idi. Heç nə yox idi. İndi baxın, nə qədər texnika, avadanlıq alınıbdır.

İndi Sumqayıtda böyük elektrik stansiya tikilir, bu il istismara veriləcəkdir. Əli Bayramlıda, Səngəçalda – hər yerdə tikilir. Texnika da, peşəkar mütəxəssislər də, maliyyə vəsaitimiz də – hər cür imkanımız var. Biz bu gözəl stansiyanı yəqin ki, iki-üç ildən sonra burada birlikdə açacağıq.

Sizə də uğurlar arzulayıram. Burada yaxşı işləyin, keyfiyyətlə işləyin. Çünki bu, bizim ölkəmizin inkişafı üçün lazımdır. Sağ olun.

X X X
Prezident İlham Əliyev Əli Bayramlıya səfərini başa çatdıraraq həmin gün Bakıya qayıtdı.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Şərq-Qərb” avtomagistralının Gürcüstandan keçən Şorapani-Arqveta hissəsi istifadəyə verilib

Türkiyə-Yunanıstan sərhədində 811 metrlik körpü inşa ediləcək

Türkiyənin aparıcı partiyalarından birinə yeni sədr seçilib

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib

Abşeron rayonunda vətəndaş ona hədiyyə edilən sənədləri olmayan ov tüfəngini könüllü polisə təhvil verib

Akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü “Paris-2024”ə lisenziya qazanıb

Nijni Novqorodda Azərbaycan məhsullarının təqdimatı keçirilib

Qəbələdə torpağın qanunsuz zəbtinin qarşısı alınıb

Bəzi dağlıq ərazilərdə havanın qısamüddətli az yağıntılı olacağı gözlənilir

Səhiyyə Nazirliyinin rəhbərliyi görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsini ehtiramla yad edib

Cəlilabadda yetkinlik yaşına çatmayanlara tütün məmulatlarının satıldığı üç mağaza aşkarlanıb

ADPU-da “Təhsildə psixoloji xidmətin aktual problemləri” mövzusunda birinci Respublika Forumu keçirilib

Laçın və İrpen şəhərləri qardaşlaşacaq

“15-ci Petersberq İqlim Dialoqu” Azərbaycanı dəstəkləyir!

“Avroviziya 2024" mahnı müsabiqəsində səslənəcək “Özünlə apar” mahnısına çəkilmiş klip təqdim edilib

Müəllimlərin iş yerinin dəyişdirilməsi üzrə vakansiya seçimi mərhələsi yekunlaşır

Böyük Britaniyanın Azərbaycandakı səfiri Naxçıvanla bağlı paylaşım edib

Kambocada bomba partlayışı nəticəsində 20 hərbçi ölüb

Zəngilanda silah-sursat aşkar edilib

Azərbaycan Ordusunda hərbiləşdirilmiş kross birinciliyi keçirilib VİDEO

Yevlaxda avtoxuliqanlıq edən şəxs saxlanılıb

“Bulaq” verilişinin əvəzsiz aparıcısı

Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb

ABŞ-də Azərbaycana investisiya imkanları müzakirə edilib VİDEO

Rusiyada zəlzələ baş verib

Bu gün yazıçı Qılman İlkinin anadan olmasının 110 ili tamam olur

Magistraturaya II cəhd qəbul imtahanı keçirilir

Qlobal istiləşmə sualtı qayıqların aşkar edilməsini çətinləşdirir

Marseldə Olimpiya məşəlinin qarşılanması mərasiminə 6 min polis cəlb olunacaq

“Titanik”in sərnişininin saatı rekord qiymətə satılıb

Britaniyada deputat başqa partiyaya keçib

Ağdam rayonu ərazisində mina hadisəsi baş verib

Gənc Tamaşaçılar Teatrının səhnəsində “Ana” tamaşası nümayiş olunub

Süni intellekt qədim yunan filosofunun dəfn olunduğu yeri tapıb

Alimlər Parkinson xəstəliyinin genetik səbəbini aşkarlayıblar

Avropa Kosmik Agentliyi: Mövsüm dəyişikliyi zamanı Marsın səthini hörümçəyi xatırladan ləkələr örtür

Alimlər qədim nəhəng qızılbalıqların köpək dişləri olduğunu aşkar ediblər

İstanbul derbisi: “Fənərbağça” doğma meydanda “Beşiktaş”a qalib gəlib

Ankarada keçirilən forumda Qərbi Azərbaycanın tarixi irsi müzakirə olunacaq

“Rəqsin ürəyi Şəkidə döyünür” adlı konsert proqramı təqdim olunub

İndoneziya sahillərində güclü zəlzələ baş verib

Moskvada Qara Qarayev adına beynəlxalq müsabiqənin laureatlarının qala-konserti keçirilib

“Şuşanın musiqi mədəniyyəti: tarix və inkişaf perspektivləri” mövzusunda beynəlxalq konfrans keçirilib

Moskva Dövlət Universitetinin Bakı filialında “Açıq qapı” günü keçirilib

Premyer Liqa: "Sabah" doğma meydanda "Səbail"ə qalib gəlib

Azərbaycanın daha bir cüdoçusu Avropa çempionu olub

Sumqayıtda kanalda batan uşağın cəsədi tapılıb

Tovuzda üç nəfərin ağır xəsarət alması ilə nəticələnən qəza baş verib VİDEO

Abşeron rayonunda ağır cinayətin üstü isti izlər əsasında açılıb

“Təbiət konsepsiyası və onun ədəbiyyat və musiqidə inikası” mövzusunda elmi-praktik konfrans keçirilib

"Ocaq Sport" Klubunun yeni zalının açılışı olub VİDEO

Pakistanın hərbi təhsil üzrə nümayəndələrinə Azərbaycan Ordusundakı islahatlar barədə məlumat verilib

® "Nar"dan sərfəli smartfon təklifi

ARDNF-nin ən böyük texnologiya şirkətlərinə olan investisiyasının həcmi 1,7 milyard dolları ötüb - EKSKLÜZİV

İmişli-Biləsuvar yolunda avtomobil aşıb, ölənlər və yaralılar var

Azərbaycan taekvondoçusu Estoniyada keçirilən turnirdə gümüş medal qazanıb

Baş direktor: COP29-un Azərbaycanda keçirilməsi ölkənin bərpaolunan enerji mənbələrinə keçiddə potensialını göstərir

Birinci siniflərə qəbulla bağlı 326 alternativ qeydiyyat mərkəzi yaradılıb

Zirvələrə yüksələn zərif insan ömrü

Zaman Qarayevin “Xarqo” romanında multikultural dəyərlər

Yardımlıda dağlıq ərazidə köməksiz vəziyyətdə qalan vətəndaş xilas edilib

Kür çayının Şirvan məntəqəsində suyun səviyyəsi 10 santimetr azalıb

Kubadakı nağd pul çatışmazlığı inflyasiya böhranını daha da artırır

Premyer Liqa: “Liverpul” çempionluq yolunda vacib xal itirib

Azərbaycan-Almaniya əlaqələri yüksələn xətlə inkişaf edir ŞƏRH

Avropa çempionatı: Azərbaycanın bir cüdoçusu finalda, ikisi bürünc medal qazana bilər

Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

Baş Dövlət Yol Polis İdarəsi sürücülərə müraciət edib

Azərbaycan Qırğızıstana neft məhsulları tədarük edəcək

Azərbaycan Ordusunun hərbi qulluqçuları Türkiyədə beynəlxalq təlimdə iştirak edirlər

Rusiyada “Krokus Siti Holl”da terror aktı ilə bağlı 12-ci şübhəli həbs edilib

FHN-in komandası Ulu Öndərin xatirəsinə həsr olunan minifutbol turnirində finala çıxıb

Azərbaycanın Türk dünyası, o cümlədən Qırğızıstanla əməkdaşlığının perspektivləri ŞƏRH

İrəvanda milli maarifçilik mühitinin inkişafında azərbaycanlı ziyalıların rolu - Araşdırma

“Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində respublika müşavirəsi keçirilib

Azərbaycan Basketbol Liqası: “Gəncə” müntəzəm mövsümü beş qələbə ilə bitirib

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirdə 5 medal qazanıblar

Dördqat Avropa çempionu: Tarixi uğurları və yeni rekordları sevirəm

Ümummilli Lider Heydər Əliyevin doğum günü münasibətilə 1300-dən çox müxtəlif növ ağac əkilib

Tanınmış basketbol hakimi hava limanında ətir oğurlayarkən saxlanılıb

Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub

Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Ağcabədidə bir sıra görüşlər keçirib

Dövlət Neft Fondu “Tesla” və “İntel” şirkətlərinin səhmlərini alıb - EKSKLÜZİV

Qanalı qeyri-adi rekordla Ginnesin Rekordlar Kitabına düşüb

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə "Qərbi Azərbaycana qayıdış" olimpiadasında 3371 nəfər iştirak edib

Akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibətilə Nizami rayonunda tədbir keçirilib

“Dəniz Komando Təməl kursu”nun buraxılış mərasimində qazaxıstanlı hərbçilər də iştirak ediblər VİDEO

Abşeron rayonunda akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü qeyd edilib

Şahin Bayramov: Bu saziş Azərbaycanla Qırğızıstan arasında elm və təhsil əlaqələrinin gücləndirilməsinə ciddi zəmin yaradır

Dmitri Peskov: Moskva Azərbaycanla Ermənistan arasında sülh sazişinin tezliklə imzalanmasının tərəfdarıdır

İstanbul derbisi: “Fənərbağça” “Beşiktaş”a qarşı

DSX aparatında Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibətilə silsilə tədbirlər keçirilib VİDEO

“Qərbi Azərbaycana qayıdış” olimpiadasında Şəki-Zaqatala üzrə 279 şagird biliyini sınayıb

“Koroğlu”da polisdən qaçmaq istəyən narkokuryer barəsində cinayət işi başlanılıb VİDEO

Monteneqro Prezidentinə “Qarabağ işğaldan əvvəl və sonra” kitabı təqdim edilib

İri Avropa hava limanı sərnişinlərin yoxlanılması müddətini 3 saniyəyədək azaldıb

NASA-nın rəhbəri xalqları iqlim dəyişikliyi ilə mübarizədə səyləri birləşdirməyə çağırıb

Qubada akademik Zərifə Əliyevaya həsr olunmuş “Zəriflik” adlı tədbir keçirilib

“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikasının Hökuməti və “ACWA Power Azerbaijan Renewable Energy” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında “Dəyişikliklər edilmiş və yenidən tərtib olunmuş İnvestisiya müqaviləsi”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı