Azərbaycan Dövlət İnformasiya Agentliyi

DÜNYA

Çoxtərəfli qlobal idarəetmə G20 XİN başçılarının Bali görüşünün diqqət mərkəzində olub

Çoxtərəfli qlobal idarəetmə G20 XİN başçılarının Bali görüşünün diqqət mərkəzində olub

Tokio, 9 iyul, AZƏRTAC

Beynəlxalq nizamın ciddi təhdid altında olduğu, iqlim böhranının isə pik həddinə çatdığı indiki dövrdə G20 ölkələrinin xarici işlər nazirlərinin iyulun 7-8-də İndoneziyanın Bali adasında keçirilən görüşü çoxtərəfli və qlobal idarəetmədə də ciddi problemlərin yaşandığını nümayiş etdirdi. Bəşəriyyət üçün ümumi bəlaya çevrilən COVID-19 pandemiyası milyonlarla insanın həyatını itirməsinə, aclıq və yoxsulluğun artmasına və əldə edilən uğurların azalmasına gətirib çıxarıb. Bununla yanaşı, Avropanın mərkəzində, Ukraynada davam edən müharibə bütün planet üçün yeni təhdidlər yaradıb.

AZƏRTAC xəbər verir ki, G20 xarici işlər nazirlərinin Bali görüşü belə bir şəraitdə artan inflyasiyanın, yaranan iqtisadi və enerji böhranının, həmçinin sülh və təhlükəsizlik problemlərinin həlli üçün platforma rolunu oynamağa çalışıb.

“Birlikdə daha dinc, sabit və firavan dünya quraq” mövzusunda keçirilən görüşün qlobal dirçəlişin müzakirə ediləcəyi strateji foruma çevriləcəyi gözlənilirdi.

Bu gözləntiləri doğrultmaq üçün G20-yə sədrlik edən İndoneziya tərəfi görüşün iki əsas sessiya üzrə keçirilməsini təşkil etmişdi. Çoxtərəfliliyin gücləndirilməsinə həsr edilən birinci sessiyada dünyada sabitliyin, sülhün və inkişafın təmin olunması üçün qlobal əməkdaşlığın gücləndirilməsi və ölkələr arasında qarşılıqlı inamın möhkəmləndirilməsi istiqamətində birgə addımlar müzakirə edilib.

Ərzaq və enerji təhlükəsizliyi mövzularına həsr edilən ikinci sessiyada isə ərzaq böhranının, gübrə çatışmazlığının və əmtəələrin qiymətlərinin dünya üzrə artmasının aradan qaldırılması üçün strateji addımlar barədə fikir mübadiləsi aparılıb.

İndoneziya Xarici İşlər Nazirliyinin məsələ ilə bağlı yaydığı məlumatda deyilir: “Əmtəə qiymətlərinin artması və tədarükün qlobal zəncirində yaranan pozulmalar inkişaf etməkdə olan ölkələrə ciddi təsir göstərir. Buna görə də “Böyük iyirmilik” dünyanın müxtəlif regionlarını təmsil edən iqtisadi forum olaraq, davamlı sosial-iqtisadi qərarların axtarışı və qəbulu üçün hərtərəfli müzakirələrin aparılmasına şərait yaradır”.

Görüşün ilk sessiyasında çıxış edən BMT-nin Baş katibi Antonio Quterreş yaranmış geosiyasi şəraitdə çoxtərəfli prinsiplərin və forumların gücləndirilməsi ilə əlaqədar olan fikirlərini iştirakçılara çatdırıb. “Bu sessiyanın mövzusu olan çoxtərəfliliyin gücləndirilməsi bizim seçimimiz deyil, zərurətdir. Bu, geniş yayılmış ərzaq qıtlığından, dərinləşən iqlim xaosundan və heç bir ölkədən yan keçməyəcək yoxsulluq dalğasından qorunmağın yeganə yoludur”, - deyə BMT-nin Baş katibi videoformatda çıxışı zamanı vurğulayıb.

A.Quterreş bir daha təsdiq edib ki, müasir mürəkkəb və bir-biri ilə sıx əlaqəli dünya daha səmərəli, şəbəkəli və əhatəli ola biləcək çoxtərəflilik tələb edir.

“Biz mövcud institutların güclü tərəflərini birləşdirərək, insanlığın ən ciddi problemlərinin həllinə çalışmalıyıq”, - deyə o bildirib.

Baş katib daha davamlı, əhatəli və dayanıqlı qlobal iqtisadiyyatın qurulması üçün “Böyük iyirmiliyin”, BMT-nin İqtisadi və Sosial Şurasının, beynəlxalq maliyyə institutlarının və BMT Baş katibi ofisinin sammitlərinin iki ildən bir keçirilməsini təklif edib.

“Çoxtərəfliliyin gücləndirilməsi sülhün, sabitliyin və hamı üçün inkişaf edən dünyanın formalaşmasının yeganə yoludur. Dünya iqtisadiyyatının 80 faizini əhatə edən G20 ölkələri bunu həyata keçirə bilər”, - deyə A.Quterreş qeyd edib.

Görüşdə qlobal çağırışların həlli ilə əlaqədar müxtəlif təkliflər də səslənib. Belə ki, İndoneziyanın xarici işlər naziri xanım Retno Marsudi öz çıxışında G20 ölkələrini müxtəlif qlobal çağırışları həll etmək üçün birliyə çağırıb: “Yalnız belə olacağı halda G20 təkcə öz üzvləri üçün yox, bütün dünya üçün aktual və faydalı ola bilər”.

Nazir çıxışında dünya qarşısında duran problemləri də sadalayıb. Buraya Ukraynada davam edən müharibə fonunda yaranan ərzaq və enerji problemlərinin, hələ də davam edən COVID-19 pandemiyasının aid olduğunu deyib.

R.Marsudi qeyd edib ki, müharibənin nəticələri inkişaf etməkdə olan və daha az gəlirə malik ölkələrdə daha çox hiss edilir. Həmin ölkələrdə 2022-ci ildə illik inflyasiyanın 8,7 faiz həddinə çatacağı proqnozlaşdırılır. Buna görə də G20-yə cari ildə sədrlik edən İndoneziya xarici işlər nazirlərinin görüşündə qlobal çağırışları cavablandırmaq üçün ölkələr arasında əməkdaşlığın əhəmiyyətini qabartmaq məqsədilə çoxtərəflilik mövzusunu önə çıxarıb.

“Qlobal problemlər qlobal qərarların qəbulunu tələb edir. Lakin səmimi etiraf edək ki, hazırda dünyanın bir masa arxasında əyləşməsi getdikcə daha da çətinləşir”, - deyə indoneziyalı nazir bildirib. Əlavə edib ki, bütün ölkələr çoxtərəflilik prinsipini dəstəkləməli və onu həyata keçirməyə çalışmalıdırlar.

Bu məqsədlə G20-yə sədrlik edən İndoneziya ilk dəfə olaraq, tədbirə inkişaf etməkdə olan və kiçik ada dövlətlərini, o cümlədən Sakit okean Adaları Forumunun və Karib cəmiyyətinin, həmçinin Afrika İttifaqının üzvlərini dəvət edib.

Bundan əlavə, xanım nazir çoxtərəfli mexanizmlərin qlobal çağırışlara cavab verə bilməsi üçün qarşılıqlı inamın artırılmasının zəruriliyini də qeyd edib.

G20 xarici işlər nazirlərinin görüşünün nəticəsi olaraq mətbuata bəyanatla çıxış edən R.Marsudi deyib ki, görüş iştirakçılarının sülh və sabitlik üçün münbit şərait yaradılması məqsədilə xalqlar arasında inamın zəruriliyi fikrini bütün iştirakçı ölkələr dəstəkləyib.

“İştirakçıların əksəriyyəti müharibənin tezliklə dayandırılmasına və münaqişənin diplomatiya və danışıqlar yolu ilə tənzimlənməsinə çağırıblar”, - deyə nazir əlavə edib.

Xarici işlər nazirlərinin görüşündə iştirakçılar, həmçinin çoxtərəfliliyin təhlükə altında olmasından və qlobal çağırışlara səmərəli cavabların verilməsi üçün maneələrin artmasından da narahatlıqlarını ifadə ediblər.

“İştirakçılar çoxtərəfliliyin möhkəmləndirilməsi üçün təcili tədbirlərin görülməsinə ehtiyac olması barədə təkliflə də razılaşıblar”, - deyə R.Marsudi qeyd edib.

İndoneziyalı nazir bir daha vurğulayıb ki, çoxtərəflilik qlobal problemlərin ən yaxşı yolu olaraq qalır.

“Pandemiya dövründə peyvəndlərə bərabər əlçatanlığın təmin olunması məqsədilə əldə edilən əməkdaşlıq çoxtərəfliliyin uğur tarixinin bir nümunəsidir”, - deyə nazir bildirib. O əlavə edib ki, siyasi iradə və qlobal əməkdaşlıq çoxtərəfliliyin bütün dünyaya fayda gətirməsi üçün həlledici əhəmiyyətə malikdir.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İsveçdə payızdan etibarən dördgünlük iş həftəsi tətbiq ediləcək

Parisdə dəmir yolu işçiləri tətilə hazırlaşırlar

Sudanda Qızıl Xaç Komitəsinin əməkdaşları öldürülüb

Karla Bruni şübhəli şəxs qismində dindirilib

Konfrans Liqası: İngiltərədə sensasiya, "Fiorentina"dan çətin qələbə

Avropa Liqası: "Bayer"dən səfər qələbəsi, “Marsel”dən heç-heçə

Arıqlama preparatları istehsal edən Danimarka şirkətinin gəlirində ciddi artım müşahidə edilir

İsveçli rejissor Naxçıvanda film çəkəcək

ABŞ-də aksiyalarda həbs olunanların sayı 2 min nəfəri keçib

Macarıstanda şərab sammiti keçirilib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" "Neftçi"ni məğlub edərək yarımfinala yüksəlib

“Xalqa bağışlanmış ömürdən anlar” kitabı Bişkekdə qırğız dilində işıq üzü görüb

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində dini liderlər Xankəndi, Xocalı və Ağdamda olublar VİDEO

XTNS-də Azərbaycanın faşizm üzərində qələbəyə verdiyi töhfəyə həsr olunmuş tədbirlər keçiriləcək

SOCAR prezidenti Ukraynanın “Naftoqaz” şirkətinin baş icraçı direktoru ilə görüşüb

Karmen Romero: Azərbaycanda COP29-un keçirilməsini səbirsizliklə gözləyirəm

Heydər Əliyev Sarayında "Əbədi məşəl" adlı konsert təşkil olunub

Ceyhun Bayramov BMT Baş katibinin iqlim fəaliyyəti və ədalətli keçid üzrə xüsusi müşaviri ilə görüşüb

Dünya mətbuatı VI Mədəniyyətlərarası Dialoq Forumunu diqqət mərkəzində saxlamaqda davam edir

Azərbaycan və Tacikistan xarici işlər nazirlikləri arasında məsləhətləşmələr aparılıb

Türkiyə mediası Prezident İlham Əliyevin Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimindəki açıqlamalarına geniş yer verib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Ukraynanın nümayəndə heyəti ilə görüş keçirilib

® “Bakcell” çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik etdi

“Əlyazmaların mühafizəsi, invertarlaşdırılması və pasportlaşdırılması” - mühazirə

Film Fondunda Cəfər Cabbarlının 125 illik yubileyi qeyd edilib

Martinq Kruminq: Dialoq Forumu müxtəlif mədəniyyətlərə malik insanları bir araya gətirməyə şərait yaradır

Azərbaycan Asiya İnkişaf Bankının illik toplantısında təmsil olunur

Norveçli səyahətçi: Dağıdılmış mənzərələrə şahidlik etmək həddən artıq dəhşətlidir

Azərbaycan və Türkiyə ombudsmanları arasında görüş keçirilib

Monitorinqlər davam etdirilir: 145 müəssisədə nöqsanlar aşkarlanıb

Azərbaycan-İspaniya əməkdaşlığının dərinləşdirilməsi barədə fikir mübadiləsi aparılıb

Rusiya Federal Məclisinin Federasiya Şurasının nümayəndə heyəti Milli Məclisdə olub

Növbəti "Təhsildə yeni çağırışlar” konfransı Xaçmazda keçiriləcək

ANAMA sədrinin birinci müavini: Mülki təyinatlı ərazilərin qəsdən minalanması insanlıq əleyhinə cinayətdir

ADNSU-nun tələbələri Fizika İnstitutunda aparılan tədqiqatlar barədə məlumatlandırılıb

Natali Minaçi: Müstəmləkəçi ölkələr yerli xalqların mədəniyyətlərini məhv etməyə çalışır

Tayeb Mansuri: Mədəniyyətlərarası dialoq ziddiyyətlərin aradan qaldırılması üçün çox gözəl vasitədir

Milli Məclislə Beynəlxalq Parlamentarilər Konqresi arasında əməkdaşlığa dair müzakirələr aparılıb

"Prezident Kuboku-2024": Azərbaycan avarçəkənləri günü 1 dəst medalla başa vurublar

Zeki Aktürk: Azərbaycanın antiterror tədbirləri nəticəsində sabitliyin bərqərar olması ilə Birgə Monitorinq Mərkəzinin fəaliyyəti başa çatıb

Milli Məclis ilə AIPA arasında əməkdaşlıq məsələləri müzakirə edilib

Slovakiya nümayəndə heyəti Forumda gündəmə gətirilən məsələlərin aktuallığını qeyd edib

Mərkəzi Seçki Komissiyasının 2024-cü il 7 mart tarixli iclas protokolunun təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar təyin edilir

“Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Katibliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Yaz semestrində 5 mindən çox tələbə təhsil krediti alıb

Altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramin Ələmşah oğlu Məmmədovun deputat səlahiyyətlərinə xitam verilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

Hövsan, Mərdəkan və Şüvəlandan ekspres avtobus marşrutları fəaliyyətə başlayacaq

Norveçli səyyahlar Ağdam şəhərinə səfər ediblər VİDEO

Klublar Komitəsinin son iclasında müzakirə olunan məsələlər açıqlanıb

Mərakeş Krallığı 2024-2025-ci tədris ili üçün təqaüd proqramı elan edir

Lük Fransis Karol: Assimilyasiya siyasəti mədəniyyətlər arasında dinc qarşıdurma deyil, tam müharibədir

Gürcüstan ABŞ-la strateji tərəfdaşlıq danışıqlarından imtina edib

Milli Məclisin sədri İtaliya Parlamenti Deputatlar Palatasının vitse-prezidenti ilə görüşüb

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində uqandalı nazirlə görüş keçirilib

Azərbaycan Texniki Universitetində MBA proqramı çərçivəsində müəllimlər işə qəbul edilir

Həsən Əliyev küçəsindən metronun “Koroğlu” stansiyasına qədər yeni yolun tikintisinə başlanılıb

QS-nin regional direktoru ADNSU-da olub

® Naxçıvan Baş Gömrük İdarəsində işlə bağlı stress və onun qarşısının alınmasına həsr olunan təlim keçirilib

Yeni domen adlarında Azərbaycan əlifbasında olan hərflərdən istifadə nəzərdə tutulur

Mərakeş parlamentarisi Bakı Forumunun beynəlxalq əməkdaşlığa töhfələrini yüksək dəyərləndirib

Küveytin UNESCO-dakı nümayəndəsi: Bakı Forumu çox maraqlı mövzuları əhatə etdi

“Metodist hazırlığı” müsabiqəsinə qoşulmaq istəyənlərin nəzərinə

Nur Jazlan Bin Məhəmməd: Azərbaycanın bütün dünyaya nümunə olmaq istiqamətində gördüyü işləri dəstəkləyirəm

Azərbaycan məktəbliləri 41-ci Balkan Riyaziyyat Olimpiadasında uğur qazanıblar

İkinci Dünya müharibəsi iştirakçılarına xüsusi qayğının növbəti təzahürü

Monitorinqlər zamanı 71 ticarət və 74 ictimai iaşə müəssisəsində nöqsanlar aşkarlanıb

Tələbə Elmi Cəmiyyətinin VI elmi-praktik konfransı keçirilib

Karbonsuz istehsal, dayanıqlı inkişaf, innovativ texnologiyalar - konfrans

Azərbaycan və Belarus qida təhlükəsizliyi sahəsində əməkdaşlığı genişləndirəcək

Akkan Suver: Qalib Prezident İlham Əliyevin dialoqun önəmini vurğulaması dünyada sülhün dialoqla qurula biləcəyini bir daha göstərdi

Respublika fənn olimpiadalarının final turunun biologiya və coğrafiya üzrə ilkin nəticələri elan edilib

AIPA-nın baş katibi COP29-a hazırlıq işləri barədə məlumatlandırılıb

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bağlanış mərasimi olub

Adil Kərimli: Əsas məqsəd mədəniyyətin iqlim dəyişikliyi məsələlərinin həll olunmasında önəmli yer tutmasıdır

Azərbaycan və Rusiya arasında cari regional vəziyyət müzakirə olunub

“Müxtəlifliyin qorunması: multikultural dünyada çağırışlar və qlobal əməkdaşlığın təşviq edilməsi” mövzusunda müzakirələr aparılıb

ICESCO-nun Baş direktoru: Biz tolerantlığı və dinc yaşamağı təşviq etməliyik

Müsəlman din xadimləri Yuxarı Gövhər Ağa məscidində namaz qılıblar

Fransız Polineziyasında və Yeni Kaledoniyada müstəqillik mübarizəsi istiqamətində atılan addımlar genişlənir

Polineziya, Korsika, Melaneziya, Karib dənizi və Antil adalarında kolonializmin fəsadları ilə bağlı ATƏT DTİHB-nin direktoruna məktub ünvanlanıb

Sivilizasiyalar Alyansının direktoru: Forumda müzakirə edilən mövzular aktuallığı ilə yadda qaldı

Bakı Forumu çərçivəsində “Keçmiş və gələcəyin mühafizəsi: iqlim dəyişikliyi fonunda mədəni irs” adlı plenar sessiya keçirilib

Alternativ məktəbəqədər sinfə mediatur təşkil edilib

Səbinə Hacıyeva: Mina səbəbindən arxeoloji baxımdan çox dəyərli məkanlara daxil ola bilmirik

"Prezident Kuboku-2024": Azərbaycanın daha bir avarçəkəni medal qazanıb

Tank bölmələri ilə intensiv döyüş hazırlığı məşğələləri keçirilir VİDEO

Mərkəzi Seçki Komissiyasının iclası keçirilib VİDEO

Afrika Ümumdünya İrs Fondunun icraçı direktoru Azərbaycan Hökumətinə təşəkkür edib

İcraçı direktor: Bakı Təşəbbüs Qrupunun fəaliyyətinə Fransa tərəfindən müəyyən reaksiyalar var VİDEO

Mədəni liderlərin konsultativ görüşü: “Mədəni diplomatiya təcrübədə: mədəniyyətlərarası anlaşmanın inkişafı"

Leysan yağışlar səbəbindən Dubayda 13 aviareys ləğv edilib

Bakı Təşəbbüs Qrupunun rəhbəri: Fransanın dənizaşırı ərazilərinin və Korsikanın müstəqillik mübarizəsinə dəstək göstəririk VİDEO

ICESCO Baş katibinin müşaviri: Qeyri-maddi və maddi mədəni irs abidələri təhlükə altındadır

Baş katibin müavini: Azərbaycanın tətbiq etdiyi “ASAN Viza” sistemi turistlər üçün olduqca əlverişlidir

Heydər Əliyev Fondunun Rusiyadakı layihələri müzakirə olunub

Ərdoğan: Bəzi Avropa ölkələrində ifrat irqçiliyin dəstəkləməsi Qərb demokratiyası üçün fəlakətdir

Keniyadan olan din xadimi: Gördüyümüz mənzərə, törədilən vəhşiliklər çox ürəkağrıdıcıdır