SİYASƏT
Dağıstan Respublikası hökumətinin sədri ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etmişdir
Bakı, 11 aprel (AZƏRTAC). Azərbaycan Respublikasında işgüzar səfərdə olan Rusiya Federasiyası Dağıstan Respublikası hökumətinin sədri Abdusəməd Həmidovun başçılıq etdiyi nümayəndə heyəti aprelin 11-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşdur.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın və görkəmli dövlət xadimi Əziz Əliyevin də xatirəsi yad olunmuş, məzarları üzərinə güllər düzülmüşdür.
Sonra Şəhidlər xiyabanına gələn qonaqlar ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad etmiş, “Əbədi məşəl” abidəsinin önünə əklil qoymuşlar.