ELM VƏ TƏHSİL
DİM dövlət qulluğunun ehtiyat kadrlar siyahısı üzrə iki yeni elektron xidmət təqdim edir
Bakı, 29 mart, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi (DİM) dövlət qulluğunun ehtiyat kadrlar siyahısı üzrə iki yeni elektron xidmət təqdim edir.
DİM-dən AZƏRTAC-a bildirilib ki, bu xidmətlərdən biri dövlət qulluğu üzrə ehtiyat kadrlar siyahısında olan şəxslərə həmin siyahıda olma barədə müvafiq arayışın verilməsi üçün nəzərdə tutulub. Digər xidmət isə ehtiyat kadrlar siyahısında olma barədə onlayn qaydada verilmiş arayışın həqiqiliyinin tələb olunan yerdə yoxlanılmasına imkan yaradır.
Yeni elektron xidmətlərdən Mərkəzin internet səhifəsində “Dövlət qulluğu” istiqamətinin “Ehtiyat kadrlar” bölməsinə daxil olmaq və “Ehtiyat kadrlar siyahısında olma barədə arayışın verilməsi” hissəsinə keçməklə istifadə etmək olar.