Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Əlilliyi olan şəxslərin əl işlərinin sərgi-satış yarmarkalarını təşkil edərək onların özünüməşğulluğunu təmin etmək olar

Bakı, 3 dekabr, AZƏRTAC

3 dekabr Beynəlxalq Əlilliyi olan Şəxslər Günüdür. Hər il bununla bağlı bütün dünyada olduğu kimi, ölkəmizdə də silsilə tədbirlər keçirilir, cəmiyyətin diqqətə layiq bu qrupu ilə bağlı dövlətin, fond və təşkilatların gördükləri işlər müzakirə olunur.

Ümumiyyətlə, sağlamlıq imkanları məhdud insanların sosial rifahının yaxşılaşdırılması, onların cəmiyyətə inteqrasiyası və eləcə də mövcud potensiallarından istifadə etməklə özlərini realizə şəraitinin yaradılması dövlətimizin əsas məqsədlərindən, əlillərlə bağlı siyasətinin özəklərindən biridir.

Uzunmüddətli sistemli iş və onun müsbət nəticələri hasil olduqca əlillərlə bağlı siyasətdə, onlarla iş istiqamətlərində də yeni mərhələlərə keçilir. Nəticə olaraq müvafiq mərkəzlər sayəsində əlilliyi olan şəxslər özləri müxtəlif fəaliyyət istiqamətlərində məşğulluğa cəlb olunur, onların bilik və bacarıqlarından, istedad və yaradıcılıq keyfiyyətlərindən səmərəli istifadə olunur. Təbii ki, məhz bu məqam daha çox əlilliyi olan cəmiyyət fərdlərinin özlərinə inamının artmasından maddi təminatlarına dəstəyə qədər xeyli yöndə stimul rolunu oynayır.

Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın cəmiyyətin bütün üzvlərinə qarşı diqqət və qayğısı göz qabağındadır. Beləliklə, hər il əlilliyi olan şəxslərin istedadının inkişafı və özünüməşğulluğunun təmin edilməsi məqsədilə bir sıra mühüm və sosial əhəmiyyətli layihələr həyata keçirilir.

Elə bu yaxınlarda, Bakıda yaradılan geniş və çoxşaxəli fəaliyyət sahələrini əhatə edən “DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi” də bu uğurlu siyasətin, dövlətin əlilliyi olan vətəndaşlarına diqqət və qayğısının bariz nümunəsidir.

Əlilliyi olan şəxslərin, şəhid ailəsi üzvlərinin, digər sosial cəhətdən həssas qrupların yaradıcı potensialının inkişaf etdirilməsi və cəmiyyətə təqdim edilməsində geniş inklüziv imkanlar açan mərkəzə baş çəkərək onun direktoru, bundan öncə də sosialyönümlü mədəniyyət layihələrində tanıdığımız Pərvinə İsmayılova ilə həmsöhbət olduq.

Söhbətinə mərkəz və onun fəaliyyət istiqamətlərindən başlayan direktor bu məkanın həssas qrupların cəmiyyətə inteqrasiyasına, sosial-mədəni mühitin inklüziv çalarlarla daha da zənginləşməsinə mühüm dəstək olacağına inamını dilə gətirdi. “Biz, ayrı-ayrı studiyalarda əlilliyi olan vətəndaşlarımızın mərkəzə cəlb olunan qisminə həm bacarıqlarına uyğun yön verəcək, həm də fəaliyyət istiqamətlərində daha da təkmilləşmələrinə nail olacağıq. Audio-səsyazma studiyasında vokal bacarıqların inkişaf etdirilməsi, audiodisklərin və solo albomların yazılması, videoçarxların, sənədli və bədii filmlərin, teletamaşaların dublyajı həyata keçiriləcək.

Floristika, bağçılıq və landşaft dizaynı studiyasında isə floristika və landşaft dizaynının təlimi, süni, qurudulmuş və canlı güllərdən ibarət natürmortların hazırlanması nəzərdə tutulur. Metal və ağac oyma studiyasında isə, dekorativ tətbiqi sənətin növü olan ağac, metal, daş üzərində bədii oyma sənəti öyrədiləcək. Studiyada artıq istedadlı gənclər tərəfindən ağac üzərində oyma üsulu ilə hazırlanmış musiqi alətləri, milli mədəniyyət abidələri, heykəl və fiqurlu kompozisiyalar təqdim olunur.

Xalçaçılıq, tikmə, toxuma və dərzilik studiyalarına gəlincə burada dekorativ tətbiqi sənətin əsas növü olan Azərbaycan xalçaçılıq sənəti və onun 7 xalçaçılıq qrupunun əsasları tədris ediləcək.

Musiqi studiyasında Azərbaycan milli musiqi sənətinin, çalğı, vokal dərslərinin təlimi nəzərdə tutulur. Studiyada çalğı, vokal qabiliyyəti, musiqi biliyi olan 6 yaşdan yuxarı eyni vaxtda 20-25 nəfər təlimlərə qatılacaq. Gələcəkdə əlilliyi olan musiqiçilərdən ibarət instrumental və vokal ansamblın yaradılması da planlaşdırılır.

Mərkəzimizin açıq havada müxtəlif tədbirlərin keçirilməsi üçün geniş həyətyanı sahəsi də var. Burada reabilitasiya məqsədi ilə meditasiya, yoqa və digər fiziki təlimlərin, müxtəlif sərgi-satış yarmarkalarının, təşkili, floristika və landşaft dizaynı üzrə təlimlərin keçirilməsi, həmçinin pavilyon kimi istifadə edilərək inklüziv televiziya verilişlərinin çəkilməsi üçün hər cür şərait var.

Əlilliyi olan istedadlı şəxslərin maraq və bacarıqları istiqamətlərini araşdırdıqdan sonra mərkəzdə keramika studiyasını da yaratdıq. Burada dulusçuluq sənəti üzrə bacarıqlar, o cümlədən keramik əşya, dekorativ məmulatların hazırlanması və rənglənməsi, çini qablar və dekorativ məmulatların milli naxışlarla bəzədilməsi və dekorativ heykəltaraşlıq öyrədiləcək.

Bildiyiniz kimi, əlilliyi olan şəxslərin ən çox maraq göstərdiyi istiqamətlərdən biri də təsviri incəsənət, rəssamlıqdır. Burada onunla bağlı ayrıca studiya var. Kətan üzərində yağlı boya, akvarellə, kağız üzərində qrafiti və tuş, vitraj boya vasitəsilə şüşə üzərində, sulu boya ilə ipək üzərində rəsm sənətinin öyrədilməsi nəzərdə tutulur.

Rəqs zalımızda isə fiziki məhdudiyyətli və peşəkar insanların birgə rəqs təliminin keçirilməsi və gələcəkdə peşəkar inklüziv rəqs kollektivinin yaradılmasını planlaşdırmışıq. Həmçinin burada yerli və xarici xoreoqraflarla təlimlər və ustad dərsləri də keçiriləcək. Mərkəzin 121 nəfərlik auditoriyasında kino, tamaşa və konsert təqdimatı mümkündür. Səhnədə müasir plastika, musiqili janr üslublu və emosional teatr quruluşlarının, müxtəlif musiqili konsert proqramlarının, dövlət əhəmiyyətli tədbirlərin keçirilməsi üçün müasir şərait yaradılıb.

Mərkəzdə kitabxana da mövcuddur. Burada Azərbaycan milli ədəbiyyatına, həmçinin xarici dillərdə müxtəlif peşə və sənət sahələrinə aid kitablar var”.

Mərkəzin yaranma səbəblərindən danışan Pərvinə İsmayılova bildirib ki, bu tip yaradıcılıq mərkəzləri çoxdur: “Amma sırf bu mərkəzin unikallığı onun dövlət tərəfindən dəstək görməsindədir. Dünyada, nümunə kimi götürdüyümüz qonşu ölkələrdə bu işləri ayrı-ayrı fondlar gördüyü halda, Azərbaycanda dövlət bu missiyanı da öz üzərinə götürərək əlilliyi olan şəxslərə bu istiqamətdə də dəstəyini göstərir”.

Reallaşdırılan layihələr barədə danışan mərkəzin rəhbəri bildirib ki, telekanallardan biri ilə “Bərabərik” adlı musiqi layihəsinin iki mövsümü çox böyük uğurla həyata keçirilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və “MTV Azərbaycan”ın birgə təşəbbüsü ilə baş tutan layihə istedadlı və gözəl səsə malik əlilliyi olan şəxslərlə tanınmış müğənnilərin ifalarının eyni səhnədə yer aldığı silsilə verilişləri əhatə edirdi. Əlilliyi olan şəxslərin timsalında əlilliyin heç də həyat eşqinə, istedad və bacarıqlara, öz arzularına doğru inamla addımlamağa əngəl olmadığını cəmiyyətə aşılamaq məqsədli bu layihənin üçüncü mövsümünə gələn ildən start verəcəyik.

Biz, həmçinin müvafiq olaraq Mədəniyyət Nazirliyi, müxtəlif teatrlarla da əməkdaşlıq çərçivəsində yaddaqalan işlərə imza atmışıq. Bildiyiniz kimi “ƏSA inklüziv teatr”ı ilə bir sıra tamaşalar ərsəyə gətirmişik. Bundan başqa, mütəmadi olaraq Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı, onun nəzdindəki studiyalarla yaddaqalan yaradıcılıq işlərimiz var. Hazırda müstəqil “OYUN” teatrı ilə əməkdaşlıq çərçivəsində Qarabağ müharibəsinə həsr olunmuş tammetrajlı bədii film çəkilir. Həmçinin istedadlı uşaqlardan ibarət “Küllücə” inklüziv teatr-studiyasında, eləcə də “OYUN” teatrında bir neçə tamaşanın ərsəyə gəlməsinə dəstək vermişik”.

P.İsmayılova, həmçinin bildirib ki, Prezidentin tapşırığı əsasında əlilliyi olan istedadlı şəxslərin əl işlərini əks etdirən kitab-kataloq hazırlanıb. “Bu, bir növ əlilliyi olan istedadlı şəxslərin tanınması və əl işlərinin, bacarıq və imkanlarının nümayişi idi. 2021-ci ildə isə artıq ikinci kitab-kataloqu ərsəyə gətirdik. Əlaqəli şəxs kimi bizə müraciət edirlər və sevinirəm ki, məhz bunun sayəsində maraqlı olan şəxslərin - həm alıcıların, həm də satıcıların sayı artır”.

O bildirib ki, əlilliyi olan şəxslərin əl işlərindən ibarət sərgilərin, hərracların, festival və yarmarkaların keçirilməsi ənənəvi hal alacaq: “Əvvəl məkanımız yox idi, amma indi geniş sərgi sahəmiz var və biz mütəmadi olaraq sərgi-satış yarmarkaları təşkil edərək həmin şəxslərin özünüməşğulluğunu təmin edəcəyik. Daha sonra gələcəkdə həmin istedadlı şəxslərin əl işləri, incəsənət nümunələri, istedad və bacarıqları ilə beynəlxalq səviyyədə müxtəlif sərgi, müsabiqə və festivallarda təmsil olunmalarına və tanınmalarına köməklik göstərəcəyik”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Dünya Kuboku: Qadınlar və kişilər arasında stend atıcılığının səngər növündə qaliblər bəlli olub

Xarkovun mərkəzi atəşə tutulub, yaralılar var

“Togg” Türkiyənin elektrik mühərrikli avtomobil bazarında lider olub

Quba Regional Elmi Mərkəzinin Kitabxanasının açılışı olub

“Zirə” Premyer Liqada ikinci pilləyə yüksəlib

Gürcüstanın pravoslav xristianları Pasxa bayramını qeyd edirlər

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib VİDEO

Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb

Avropa Kuboku: Azərbaycan gimnastı gümüş medal qazanıb

Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı marafonu 2024” başa çatıb 

Sabunçuda arvadını qətlə yetirməkdə şübhəli bilinən şəxslə bağlı cinayət işi başlanılıb

Parisdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümünə həsr edilmiş tədbir keçirilib

Avropa Kuboku: Azərbaycanın qrup hərəkətləri komandası növbəti dəfə bürünc medal qazanıb

Sabunçuda həyat yoldaşını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

İstismar müddətini başa vurmuş Cavanşir körpüsü hərəkət iştirakçıları üçün təhlükə yaradır

Gürcü politoloq: Regionun inkişafı xarici amillərdən deyil, bizim birgə səmərəli əməkdaşlığımızdan asılıdır

Azərbaycan dövlətinin dəstəyi ilə İrpendə poliklinikanın əsaslı təmiri ilin sonunadək başa çatdırılacaq

Pasxa bayramı Qəbələnin Nic qəsəbəsində dini konfessiyaların nümayəndələrinin iştirakı ilə qeyd edilib

Azərbaycanda mayın 6-na gözlənilən hava proqnozu

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib

“Qarabağ” klubu Nəriman Axundzadə ilə müqaviləni yeniləyib

Şəkidə ümumi orta təhsil səviyyəsi üzrə kolleclərə qəbul imtahanları iki mərkəzdə aparılıb

Ümumi orta təhsil bazasında növbəti imtahanlar təşkil edilib

DİM bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsini keçirib

Avropa Kuboku: Azərbaycan gimnastı lentlə hərəkətlərdə dördüncü olub

“Şahin” hərbi-idman oyununun Bakı şəhəri üzrə zona mərhələsi keçirilib VİDEO

Birinci vitse-prezident Mehriban Əliyeva Pasxa bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib

Gəncədəki Rus Pravoslav Kilsəsində Pasxa bayramı qeyd olunub

Qazaxıstanlı velosipedçi: Bakıda mənə göstərilən mehriban münasibəti heç vaxt unutmayacağam

Hərbi Hava Qüvvələrinin şəxsi heyəti üçün vətənpərvərlik ruhunda tədbir keçirilib

Bu gün bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulacaq

Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan “Bakı marafonu 2024” start götürüb

Göyçayda avtomobili narkotik vasitənin təsiri altında idarə edən sürücü saxlanılıb

Akademik Murtuza Nağıyevin anadan olmasından 116 il ötür

Mayın 5-i Həkim-Mama Günüdür

ABŞ-da Azərbaycan Ticarət və Sənaye Palatasında “Açıq qapı” günü təşkil olunub VİDEO

Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib

Azərbaycanda 5 May - “Xalçaçı Günü”dür

Türkiyə siyasətçisi Dövlət Baxçalı Əhməd Cavad Şərəf Medalı ilə təltif edilib

Bu gün DİM növbəti imtahanlar keçirir

İlk fərdiləşdirilmiş dəri xərçəngi peyvəndi sınaqdan keçirilir

Sağlam həyat tərzi həyatımıza daha 5 il əlavə edə bilər - Araşdırma

Bakı Kirxasında Uitni Hyustonun məşhur sevgi etirafı səsləndirilib

Samir Şərifov: Azərbaycan Orta Dəhlizin ən vacib iştirakçılarından biridir

Bakı pravoslavları da Pasxa bayramını qeyd edirlər VİDEO

Sadiq Xan üçüncü dəfə London meri seçilib

Azərbaycanın şimal bölgəsindəki pravoslavlar Pasxa bayramını qeyd edirlər VİDEO

Abşeron Milli Parkında ekoloji aksiya

“Təhsildə yeni çağırışlar” - növbəti regional konfrans Xaçmazda təşkil olunub

Azərbaycan cüdoçuları Göygöl Avropa Kubokunun ilk günündə 10 medal qazanıblar

Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb

“Qarabağ” aparıcı oyunçusu ilə müqavilənin müddətini uzadıb

IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb

İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb

“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub

Azərbaycanla Banqladeş arasında səhiyyə sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

Qurban Qurbanov: Məğlubiyyətə baxmayaraq, "Neftçi" böyük klubdur

Azərbaycanın xarici işlər naziri pakistanlı həmkarı ilə Qambiyada görüşüb

Bədii gimnastika üzrə Avropa Kuboku: Azərbaycanın gənclərdən ibarət komandası beşinci olub

Şəki sakini iki həmkəndlisini odlu silahla qətlə yetirib

Nazir: Zəngəzur dəhlizi Cənubi Qafqazdakı bütün ölkələrin bəhrələnməsinə imkan yaradacaq

“Neftçi”nin baş məşqçisi azarkeşlərdən üzr istəyib

Azərbaycan-Somali əməkdaşlığının hazırkı səviyyəsindən məmnunluq ifadə olunub

Premyer Liqa: "Qarabağ" derbidə "Neftçi"ni böyük hesabla məğlub edib

Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb

Atıcılıq üzrə Dünya Kuboku: Qarışıq komanda növündə qaliblər bəlli olub

NATO siyasətçiləri Azərbaycanı təbrik ediblər

Hacı Zeynalabdin Tağıyevin evində ona həsr olunan mükafatın təqdim edilmə mərasimi keçirilib VİDEO

Şəmkirdə minik avtomobili dərəyə aşıb ölən və xəsarət alanlar var

Gürcüstanda ağır yol qəzası olub, 2 nəfər ölüb, 7 nəfər yaralanıb

BDU-da ASEAN Parlamentlərarası Assambleyanın nümayəndə heyəti ilə görüş keçirilib

Mayın 5-6-da geomaqnit qasırğası olacaq

“Viva-Opera!” Bakıda I Beynəlxalq Opera Festivalı möhtəşəm konsert proqramı ilə başa çatıb

Şuşada “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar təşəbbüslərin müzakirəsi keçirilib

Azərbaycanın xarici işlər naziri Qambiyada türkiyəli həmkarı ilə görüşüb

Sabunçu rayonunda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

® Naxçıvan Dövlət Universitetində “Beyin ölümü diaqnozunun təyininə multidissiplinar yanaşma” mövzusunda elmi konfrans keçirilib

Stolüstü tennis üzrə ölkə birinciliyinin qalibləri müəyyənləşib

Naxçıvanda yubiley medalı ilə təltif olunan müəllimlərlə görüş keçirilib

Premyer Liqa: Lider “Arsenal” inamlı qələbə qazanıb

Azərbaycan gimnastı: Doğma divarlar arasında yarışmaq insana zövq verir

“İnnovator” vizası ilə Londona işləməyə gedən ilk azərbaycanlı xanım: “Rəqabət güclüdür” - REPORTAJ VİDEO

Amil Amal: Növbəti Beynəlxalq Turan Film Festivalının Laçında keçirilməsi planlaşdırılır

“Marc Jacobs” sürünənlərin və dəvəquşuların dərisindən istifadəni dayandırır

Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub

Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu görürük

Mikrobiologiya İnstitutunun əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib

Azərbaycan Gimnastika Federasiyası daha bir Anlaşma Memorandumu imzalayıb

Ərəb Dünyası İnstitutunun direktoru: Multikulturalizm Azərbaycanda həyat tərzi kimi qəbul edilib

Məşhur fotoqraf Reza Deqatinin Qarabağla bağlı kitablarının ilin sonunadək təqdimatı olacaq

Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır

“Dantenin yubileyi” növbəti dəfə səhnədə

Bədii gimnastika üzrə Avropa Kuboku: Çarpaz qarşılaşmada qaliblər bəlli olub VİDEO

Çinin dövlət gülü hesab olunan pionun becərildiyi Hıcı şəhərindən VİDEOREPORTAJ

Alman şirkəti kosmosa parafinlə işləyən ilk raketi buraxıb

İrakli Kobaxidze: Gürcüstan yaşıl dəhliz layihəsi çərçivəsində əməkdaşlıqda maraqlıdır

AİB COP29-la əlaqədar Azərbaycan Prezidentinə müraciət ünvanlayıb

Nüfuzlu yarışlarda Azərbaycanı uğurla təmsil etmiş idmançılarla görüş olub