Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

ƏN YAXŞI ÜMUMTƏHSİL MƏKTƏBİ MÜSABİQƏSİNİN KEÇİRİLMƏSİ QAYDALARI VƏ ÜMUMTƏHSİL MƏKTƏBLƏRİNƏ VERİLMİŞ MÜKAFATIN İSTİFADƏ İSTİQAMƏTLƏRİ

Azərbaycan Respublikası Prezidentinin

2008-ci il 25 fevral tarixli

Fərmanı ilə təsdiq edilmişdir

1. Ümumi müddəalar

1.1. Bu Qaydalar “Ən yaxşı ümumtəhsil məktəbi və ən yaxşı müəllim mükafatlarının təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 4 sentyabr tarixli 2373 nömrəli Sərəncamına uyğun olaraq, ən yaxşı ümumtəhsil məktəbi müsabiqəsinin (bundan sonra – müsabiqə) keçirilməsi qaydalarını və ümumtəhsil məktəblərinə verilmiş mükafatın istifadə istiqamətlərini müəyyən edir.

1.2. Müsabiqənin keçirilməsində başlıca məqsəd innovativ təhsil proqramlarının tətbiqi ilə təlim-tərbiyə sahəsində uğurlu nəticələrə nail olan, keyfiyyət göstəricilərinə görə fərqlənən ümumtəhsil məktəblərini müəyyən etmək, yaradıcı pedaqoji kollektivlərin qabaqcıl təcrübəsini respublika miqyasında geniş yaymaq, təhsil müəssisələri arasında yenilikçilik uğrunda sağlam rəqabətin güclənməsinə real zəmin yaratmaq və ictimaiyyətin, valideynlərin, xeyriyyəçi iş adamlarının, biznes qurumlarının diqqətini ümumtəhsil məktəblərinin inkişafı ilə bağlı məsələlərə fəal cəlb etməkdən ibarətdir.

1.3. Müsabiqə hər tədris ili üzrə Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən keçirilir.

1.4. Müsabiqədə bu Qaydaların 2-ci bölməsi ilə müəyyən edilmiş şərtlərə cavab verən hər bir ümumtəhsil məktəbi iştirak edə bilər.

1.5. Müsabiqənin keçirilməsinə rəhbərlik və nəzarət, tərkibi Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təsdiq edilən və ictimai əsaslarla fəaliyyət göstərən Ən yaxşı ümumtəhsil məktəbi müsabiqəsinin keçirilməsi üzrə Təşkilat komitəsi (bundan sonra – Təşkilat komitəsi) tərəfindən həyata keçirilir.

1.6. Təşkilat komitəsinin tərkibinə beynəlxalq və qeyri-hökumət təşkilatlarının və ictimaiyyətin nümayəndələri də daxil edilə bilərlər.

1.7. Müsabiqə prosesində mərhələlər üzrə qiymətləndirmə balları Təşkilat komitəsi tərəfindən müəyyən edilir.

1.8. Müsabiqənin keçirilməsi və nəticələri ilə bağlı yaranan mübahisəli məsələlərə baxılması üçün Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən apelyasiya komissiyası yaradılır.

2. Müsabiqədə iştirak etmək üçün şərtlər

2.0. Müsabiqədə iştirak etmək istəyən ümumtəhsil məktəbləri aşağıdakı şərtlərə cavab verməlidirlər:

2.0.1. son üç ildə məzunlarının ali məktəblərə qəbul faizinin yüksək olması;

2.0.2. son üç ildə ali məktəblərə qəbul imtahanlarında məzunlarının yüksək bal toplaması;

2.0.3. müasir təlim texnologiyalarının tətbiqi üzrə layihələrdə, habelə digər inkişafyönümlü innovativ təhsil proqramlarında iştirakı;

2.0.4. respublika və beynəlxalq səviyyəli olimpiada, müsabiqə və yarışlarda şagirdlərinin mükafata layiq yerlər tutması;

2.0.5. ali təhsilli müəllimlərinin faizinin yüksək olması;

2.0.6. ümumtəhsil məktəbinin fənn müəllimləri ilə tam komplektləşdirilməsi, müəllim-şagird nisbətinin səviyyəsinin aşağı olmaması;

2.0.7. təhsil və əmək qanunvericiliyinin, təhlükəsizlik və sanitar tələblərin pozulması hallarına yol verilməməsi;

2.0.8. ictimai birliklər, fondlar, yerli və beynəlxalq qeyri-hökumət təşkilatları, valideyn-məktəb assosiasiyaları və digər qurumlar tərəfindən, o cümlədən təhsilalanlar arasında aparılan sorğularda ümumtəhsil məktəbi haqqında müsbət mülahizə və rəylərin irəli sürülməsi;

2.0.9. ümumtəhsil məktəbinin müsabiqədə iştirakı üçün əhəmiyyətli olan digər zəruri göstəricilər.

3. Müsabiqənin təşkili

3.1. Müsabiqə üç mərhələdə keçirilir.

3.2. Müsabiqənin mərhələlər üzrə keçirilmə müddətləri hər il üçün Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən müəyyən edilir.

3.3. Birinci mərhələdə iddiaçı ümumtəhsil məktəblərinin rəhbərləri müsabiqədə iştirak etmək barədə ərizə ilə müvafiq rayon (şəhər) təhsil şöbələrinə müraciət edirlər.

Bu Qaydaların 2-ci bölməsində nəzərdə tutulmuş şərtləri təsdiq edən sənədlər (onların surətləri) ərizəyə qoşma kimi əlavə olunur.

3.4. Ərizə müvafiq rayon (şəhər) təhsil şöbəsi tərəfindən qeydiyyata alınır və ümumtəhsil məktəbinin fəaliyyətinin bu Qaydaların 2-ci bölməsində müəyyən olunmuş şərtlərə uyğunluğunu təsdiq edən aşağıdakı sənədlər Təşkilat komitəsinə göndərilir:

3.4.1. ümumtəhsil məktəbinin müsabiqədə iştirakının irəli sürülməsi barədə müvafiq rayon (şəhər) təhsil şöbəsinin təqdimatı;

3.4.2. müsabiqədə iştirak etmək üçün əsas olan şərtlərə uyğun ümumtəhsil məktəbinin göstəriciləri.

3.5. Bu Qaydaların 3.2-ci bəndinə uyğun olaraq müəyyən edilmiş müddətdən sonra müvafiq rayon (şəhər) təhsil şöbəsi tərəfindən bu Qaydaların 3.4-cü bəndinə uyğun olaraq Təşkilat komitəsinə təqdim edilən sənədlər qəbul edilmir.

3.6. Təqdim edilmiş sənədlərin ekspertizasını Təşkilat komitəsi tərəfindən təhsil sahəsində nüfuzlu mütəxəssislər, təhsilin idarə olunması üzrə təcrübəli işçilər, müsabiqə materiallarının qiymətləndirilməsində səriştəsi olan şəxslər daxil edilməklə yaradılan ekspert qrupu (qrupları) həyata keçirir.

3.7. Təqdim edilmiş sənədlərin ekspertizası prosesində meydana çıxan, ümumtəhsil məktəbinin əhəmiyyətli göstəriciləri hesab oluna biləcək xüsusi hallar da nəzərə alınmaqla, ümumtəhsil məktəbinin iştirak üçün müəyyən olunmuş şərtləri hansı səviyyədə ödəməsi ayrılıqda müvafiq balla qiymətləndirilir.

3.8. Ekspertizanın yekununa görə daha çox bal toplamış ümumtəhsil məktəbləri ekspert qrupunun təqdimatı əsasında Təşkilat komitəsinin qərarı ilə ikinci mərhələyə buraxılırlar.

3.9. Müsabiqənin ikinci mərhələsi yerlərdə təşkil edilir. Bu mərhələdə iştirakçı məktəblərin IX və XI sinif şagirdlərinin bilik səviyyəsi hər il Təşkilat komitəsinin müəyyən etdiyi fənlər üzrə xüsusi testlər vasitəsilə yoxlanılır.

Testlərin hazırlanmasını, yoxlamaların keçirilməsini və nəticələrin qiymətləndirilməsini həmin məqsədlə Təşkilat komitəsi tərəfindən yaradılmış ekspert qrupları həyata keçirirlər. Bu mərhələnin yekunları barədə ekspert qrupları tərəfindən bu Qaydaların 3.2-ci bəndinə uyğun olaraq müəyyən edilmiş müddətdə Təşkilat komitəsinə hesabat təqdim edilir.

3.10. Müsabiqənin üçüncü mərhələsi bilavasitə Təşkilat komitəsi tərəfindən keçirilir.

3.11. Bu mərhələnin iştirakçısı olan ümumtəhsil məktəbləri müsabiqədə 3-5 nəfərdən ibarət nümayəndə heyəti ilə təmsil edilə bilərlər.

3.12. Üçüncü mərhələdə iştirakçı məktəbin rəhbəri ümumtəhsil məktəbinin fəaliyyəti barədə 10 dəqiqəlik təqdimatla çıxış edir və verilən suallara cavab verir. Təşkilat komitəsinin hər bir üzvü təqdimatı fərdi qaydada qiymətləndirir. Yekun qiymətləndirmə balı isə aparılan ümumi müzakirənin nəticəsinə görə müəyyən edilir.

3.13. Təqdimatın qiymətləndirilməsi zamanı aşağıdakı göstəricilər nəzərə alınmalıdır:

3.13.1. təqdimat üçün maraqlı və orijinal formanın seçilməsi;

3.13.2. təqdimatın tamlığı və zəruri məsələləri əhatə etməsi;

3.13.3. ümumtəhsil məktəbinin inkişafyönümlü fəaliyyətinin, yaradıcı iş üslubunun və informasiya və kommunikasiya texnologiyalarından səmərəli istifadə edilməsinin real faktlarla diqqətə çatdırılması;

3.13.4. suallara cavabların əsaslandırılmış və inandırıcı xarakter daşıması;

3.13.5. ümumtəhsil məktəbini təmsil edən nümayəndə heyətinin vahid məqsəd ətrafında birlik nümayiş etdirməsi;

3.13.6. ümumtəhsil məktəbinin fəaliyyətinin perspektivləri və yaxın 3 ildə gözlənilən nəticələri haqqında aydın təsəvvürlərin yaradılması.

4. Müsabiqənin yekunu

4.1. Təşkilat komitəsi tərəfindən zonalar üzrə müsabiqə qaliblərinin seçilməsi üçün ümumtəhsil məktəblərinin say nisbəti nəzərə alınmaqla kvotalar müəyyənləşdirilir.

4.2. Təşkilat komitəsi hər üç mərhələnin nəticələrinə görə müəyyən olunmuş zonalar üzrə kvotalara uyğun olaraq, daha çox bal toplamış 50 ümumtəhsil məktəbini seçir və müsabiqənin yekununu müvafiq aktla rəsmiləşdirir.

4.3. Müsabiqədən müvəffəqiyyətlə keçmiş ümumtəhsil məktəblərinin siyahısı, müsabiqənin yekunlarına dair əsaslandırılmış arayış əlavə edilməklə, Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən Azərbaycan Respublikası Prezidentinin İcra Aparatına təqdim edilir.

4.4. Azərbaycan Respublikasının Təhsil Nazirliyi zərurət yarandıqda müsabiqənin keçirilməsi ilə bağlı zəruri sənədləri (məlumatları) Azərbaycan Respublikası Prezidentinin İcra Aparatına təqdim etməlidir.

4.5. Hər tədris ili üzrə müsabiqədən müvəffəqiyyətlə keçmiş ümumtəhsil məktəbləri Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə ən yaxşı ümumtəhsil məktəbi mükafatı ilə mükafatlandırılırlar.

4.6. Ən yaxşı ümumtəhsil məktəbi mükafatı ilə mükafatlandırılmış ümumtəhsil məktəbi mükafatlandırıldığı tədris ilindən 4 il keçdikdən sonra müsabiqədə təkrar iştirak edə bilər.

5. Ümumtəhsil məktəblərinə verilmiş mükafatın istifadə

istiqamətləri

5.1. Ümumtəhsil məktəblərinə verilmiş mükafatlar məktəb şurasının qərarı ilə aşağıdakı istiqamətlər üzrə xərclənə bilər:

5.1.1. laboratoriya, kompyuter və idman avadanlığının alınması;

5.1.2. informasiya və kommunikasiya texnologiyalarından istifadə imkanlarının genişləndirilməsi;

5.1.3. istedadlı şagirdlərə və işdə fərqlənən müəllimlərə mükafatların verilməsi;

5.1.4. inkişafyönümlü layihə və proqramların hazırlanması;

5.1.5. elektron tədris vəsaitlərinin, elmi-metodik ədəbiyyatların alınması;

5.1.6. innovativ təhsil proqramlarında iştirak üçün xarici ölkələrə ezamiyyələrin təşkili.

5.2. Ümumtəhsil məktəbləri verilmiş mükafatlardan tam istifadə edildikdən sonra xərc barədə hesabatı Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən müəyyən olunmuş formada Azərbaycan Respublikasının Təhsil Nazirliyinə təqdim edirlər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İsveçdə payızdan etibarən dördgünlük iş həftəsi tətbiq ediləcək

Parisdə dəmir yolu işçiləri tətilə hazırlaşırlar

Sudanda Qızıl Xaç Komitəsinin əməkdaşları öldürülüb

Karla Bruni şübhəli şəxs qismində dindirilib

Konfrans Liqası: İngiltərədə sensasiya, "Fiorentina"dan çətin qələbə

Avropa Liqası: "Bayer"dən səfər qələbəsi, “Marsel”dən heç-heçə

Arıqlama preparatları istehsal edən Danimarka şirkətinin gəlirində ciddi artım müşahidə edilir

İsveçli rejissor Naxçıvanda film çəkəcək

ABŞ-də aksiyalarda həbs olunanların sayı 2 min nəfəri keçib

Macarıstanda şərab sammiti keçirilib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" "Neftçi"ni məğlub edərək yarımfinala yüksəlib

“Xalqa bağışlanmış ömürdən anlar” kitabı Bişkekdə qırğız dilində işıq üzü görüb

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində dini liderlər Xankəndi, Xocalı və Ağdamda olublar VİDEO

XTNS-də Azərbaycanın faşizm üzərində qələbəyə verdiyi töhfəyə həsr olunmuş tədbirlər keçiriləcək

SOCAR prezidenti Ukraynanın “Naftoqaz” şirkətinin baş icraçı direktoru ilə görüşüb

Karmen Romero: Azərbaycanda COP29-un keçirilməsini səbirsizliklə gözləyirəm

Heydər Əliyev Sarayında "Əbədi məşəl" adlı konsert təşkil olunub

Ceyhun Bayramov BMT Baş katibinin iqlim fəaliyyəti və ədalətli keçid üzrə xüsusi müşaviri ilə görüşüb

Dünya mətbuatı VI Mədəniyyətlərarası Dialoq Forumunu diqqət mərkəzində saxlamaqda davam edir

Azərbaycan və Tacikistan xarici işlər nazirlikləri arasında məsləhətləşmələr aparılıb

Türkiyə mediası Prezident İlham Əliyevin Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimindəki açıqlamalarına geniş yer verib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Ukraynanın nümayəndə heyəti ilə görüş keçirilib

® “Bakcell” çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik etdi

“Əlyazmaların mühafizəsi, invertarlaşdırılması və pasportlaşdırılması” - mühazirə

Film Fondunda Cəfər Cabbarlının 125 illik yubileyi qeyd edilib

Martinq Kruminq: Dialoq Forumu müxtəlif mədəniyyətlərə malik insanları bir araya gətirməyə şərait yaradır

Azərbaycan Asiya İnkişaf Bankının illik toplantısında təmsil olunur

Norveçli səyahətçi: Dağıdılmış mənzərələrə şahidlik etmək həddən artıq dəhşətlidir

Azərbaycan və Türkiyə ombudsmanları arasında görüş keçirilib

Monitorinqlər davam etdirilir: 145 müəssisədə nöqsanlar aşkarlanıb

Azərbaycan-İspaniya əməkdaşlığının dərinləşdirilməsi barədə fikir mübadiləsi aparılıb

Rusiya Federal Məclisinin Federasiya Şurasının nümayəndə heyəti Milli Məclisdə olub

Növbəti "Təhsildə yeni çağırışlar” konfransı Xaçmazda keçiriləcək

ANAMA sədrinin birinci müavini: Mülki təyinatlı ərazilərin qəsdən minalanması insanlıq əleyhinə cinayətdir

ADNSU-nun tələbələri Fizika İnstitutunda aparılan tədqiqatlar barədə məlumatlandırılıb

Natali Minaçi: Müstəmləkəçi ölkələr yerli xalqların mədəniyyətlərini məhv etməyə çalışır

Tayeb Mansuri: Mədəniyyətlərarası dialoq ziddiyyətlərin aradan qaldırılması üçün çox gözəl vasitədir

Milli Məclislə Beynəlxalq Parlamentarilər Konqresi arasında əməkdaşlığa dair müzakirələr aparılıb

"Prezident Kuboku-2024": Azərbaycan avarçəkənləri günü 1 dəst medalla başa vurublar

Zeki Aktürk: Azərbaycanın antiterror tədbirləri nəticəsində sabitliyin bərqərar olması ilə Birgə Monitorinq Mərkəzinin fəaliyyəti başa çatıb

Milli Məclis ilə AIPA arasında əməkdaşlıq məsələləri müzakirə edilib

Slovakiya nümayəndə heyəti Forumda gündəmə gətirilən məsələlərin aktuallığını qeyd edib

Mərkəzi Seçki Komissiyasının 2024-cü il 7 mart tarixli iclas protokolunun təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar təyin edilir

“Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Katibliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Yaz semestrində 5 mindən çox tələbə təhsil krediti alıb

Altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramin Ələmşah oğlu Məmmədovun deputat səlahiyyətlərinə xitam verilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

Hövsan, Mərdəkan və Şüvəlandan ekspres avtobus marşrutları fəaliyyətə başlayacaq

Norveçli səyyahlar Ağdam şəhərinə səfər ediblər VİDEO

Klublar Komitəsinin son iclasında müzakirə olunan məsələlər açıqlanıb

Mərakeş Krallığı 2024-2025-ci tədris ili üçün təqaüd proqramı elan edir

Lük Fransis Karol: Assimilyasiya siyasəti mədəniyyətlər arasında dinc qarşıdurma deyil, tam müharibədir

Gürcüstan ABŞ-la strateji tərəfdaşlıq danışıqlarından imtina edib

Milli Məclisin sədri İtaliya Parlamenti Deputatlar Palatasının vitse-prezidenti ilə görüşüb

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində uqandalı nazirlə görüş keçirilib

Azərbaycan Texniki Universitetində MBA proqramı çərçivəsində müəllimlər işə qəbul edilir

Həsən Əliyev küçəsindən metronun “Koroğlu” stansiyasına qədər yeni yolun tikintisinə başlanılıb

QS-nin regional direktoru ADNSU-da olub

® Naxçıvan Baş Gömrük İdarəsində işlə bağlı stress və onun qarşısının alınmasına həsr olunan təlim keçirilib

Yeni domen adlarında Azərbaycan əlifbasında olan hərflərdən istifadə nəzərdə tutulur

Mərakeş parlamentarisi Bakı Forumunun beynəlxalq əməkdaşlığa töhfələrini yüksək dəyərləndirib

Küveytin UNESCO-dakı nümayəndəsi: Bakı Forumu çox maraqlı mövzuları əhatə etdi

“Metodist hazırlığı” müsabiqəsinə qoşulmaq istəyənlərin nəzərinə

Nur Jazlan Bin Məhəmməd: Azərbaycanın bütün dünyaya nümunə olmaq istiqamətində gördüyü işləri dəstəkləyirəm

Azərbaycan məktəbliləri 41-ci Balkan Riyaziyyat Olimpiadasında uğur qazanıblar

İkinci Dünya müharibəsi iştirakçılarına xüsusi qayğının növbəti təzahürü

Monitorinqlər zamanı 71 ticarət və 74 ictimai iaşə müəssisəsində nöqsanlar aşkarlanıb

Tələbə Elmi Cəmiyyətinin VI elmi-praktik konfransı keçirilib

Karbonsuz istehsal, dayanıqlı inkişaf, innovativ texnologiyalar - konfrans

Azərbaycan və Belarus qida təhlükəsizliyi sahəsində əməkdaşlığı genişləndirəcək

Akkan Suver: Qalib Prezident İlham Əliyevin dialoqun önəmini vurğulaması dünyada sülhün dialoqla qurula biləcəyini bir daha göstərdi

Respublika fənn olimpiadalarının final turunun biologiya və coğrafiya üzrə ilkin nəticələri elan edilib

AIPA-nın baş katibi COP29-a hazırlıq işləri barədə məlumatlandırılıb

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bağlanış mərasimi olub

Adil Kərimli: Əsas məqsəd mədəniyyətin iqlim dəyişikliyi məsələlərinin həll olunmasında önəmli yer tutmasıdır

Azərbaycan və Rusiya arasında cari regional vəziyyət müzakirə olunub

“Müxtəlifliyin qorunması: multikultural dünyada çağırışlar və qlobal əməkdaşlığın təşviq edilməsi” mövzusunda müzakirələr aparılıb

ICESCO-nun Baş direktoru: Biz tolerantlığı və dinc yaşamağı təşviq etməliyik

Müsəlman din xadimləri Yuxarı Gövhər Ağa məscidində namaz qılıblar

Fransız Polineziyasında və Yeni Kaledoniyada müstəqillik mübarizəsi istiqamətində atılan addımlar genişlənir

Polineziya, Korsika, Melaneziya, Karib dənizi və Antil adalarında kolonializmin fəsadları ilə bağlı ATƏT DTİHB-nin direktoruna məktub ünvanlanıb

Sivilizasiyalar Alyansının direktoru: Forumda müzakirə edilən mövzular aktuallığı ilə yadda qaldı

Bakı Forumu çərçivəsində “Keçmiş və gələcəyin mühafizəsi: iqlim dəyişikliyi fonunda mədəni irs” adlı plenar sessiya keçirilib

Alternativ məktəbəqədər sinfə mediatur təşkil edilib

Səbinə Hacıyeva: Mina səbəbindən arxeoloji baxımdan çox dəyərli məkanlara daxil ola bilmirik

"Prezident Kuboku-2024": Azərbaycanın daha bir avarçəkəni medal qazanıb

Tank bölmələri ilə intensiv döyüş hazırlığı məşğələləri keçirilir VİDEO

Mərkəzi Seçki Komissiyasının iclası keçirilib VİDEO

Afrika Ümumdünya İrs Fondunun icraçı direktoru Azərbaycan Hökumətinə təşəkkür edib

İcraçı direktor: Bakı Təşəbbüs Qrupunun fəaliyyətinə Fransa tərəfindən müəyyən reaksiyalar var VİDEO

Mədəni liderlərin konsultativ görüşü: “Mədəni diplomatiya təcrübədə: mədəniyyətlərarası anlaşmanın inkişafı"

Leysan yağışlar səbəbindən Dubayda 13 aviareys ləğv edilib

Bakı Təşəbbüs Qrupunun rəhbəri: Fransanın dənizaşırı ərazilərinin və Korsikanın müstəqillik mübarizəsinə dəstək göstəririk VİDEO

ICESCO Baş katibinin müşaviri: Qeyri-maddi və maddi mədəni irs abidələri təhlükə altındadır

Baş katibin müavini: Azərbaycanın tətbiq etdiyi “ASAN Viza” sistemi turistlər üçün olduqca əlverişlidir

Heydər Əliyev Fondunun Rusiyadakı layihələri müzakirə olunub

Ərdoğan: Bəzi Avropa ölkələrində ifrat irqçiliyin dəstəkləməsi Qərb demokratiyası üçün fəlakətdir

Keniyadan olan din xadimi: Gördüyümüz mənzərə, törədilən vəhşiliklər çox ürəkağrıdıcıdır