Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Gənc xanəndə: Arzum Məcnun obrazını canlandırmaqdır - MÜSAHİBƏ

Gənc xanəndə: Arzum Məcnun obrazını canlandırmaqdır - MÜSAHİBƏ

Bakı, 30 yanvar, Fidan Əlizadə, AZƏRTAC

Musiqi zövqünə ol kəs ki, deyildir Vaqif,

Bu büsatın nə bilir ki, nə şərafətləri var.

Azərbaycan ən qədim mədəniyyət izlərinə malik olan ölkələr sırasında yer alır. Xalqımız zəngin, ecazkar və özünəməxsus mədəniyyəti ilə formalaşıb, inkişaf edib. Bədii yaradıcılıq sahəsində qiymətli sərvətlər yaradan muğam Azərbaycanın ənənəvi musiqisinin ən iri janrı hesab olunur. Təsadüfi deyil ki, muğamlarımız zövq mənbəyi olması ilə bərabər, həm də Azərbaycanın tarixi keçmişindən xəbər verən maddi, mənəvi irsdir. Bu möhtəşəm sənəti ifa edən və sevdirənsə, xanəndələrdir. Xanəndəlik klassik ustad ənənələrinə əsaslanan bir sənətdir.

Budəfəki müsahibimiz VII Muğam Televiziya Müsabiqəsinin qaliblərindən biri, “Səs Azərbaycan. Doğma nəğmələr” müsabiqəsinin finalçısı istedadlı xanəndə Rəvan Qaçayevdir. Gənc xanəndə uğura gedən yol və xanəndəlik sənətinə dair düşüncələrini AZƏRTAC-la bölüşüb.

- İstərdik sənətdə atdığınız ilk addımlarınızdan söhbət açasınız, musiqi təhsiliniz necə başlayıb?

- Mən musiqiçi ailəsində dünyaya gəlmişəm. Bu sənətə maraq da elə ailədən yaranıb. Atam qarmon ifaçısı olub. Qohumlarımız və yaxınlarımız arasında tanınmış musiqiçilər, aşıqlar var. Onlardan Aşıq Mahmud Ələsgəroğlu, Aşıq Əvəz Hacıyev, Abgül Mirzəliyev, Camal Dadaşov, Aşıq Vüqar Mahmudoğlu və başqalarının adını çəkə bilərəm. Mənim ilk müəllimim atam olub. Bir gün evdə zümzümə edən zaman atam dinlədi və həmin gündən bəri daima mənimlə məşğul oldu. Özümün də musiqiyə həvəsim çox olub. Əvvəlcə kiçik həcmli muğamlardan olan, dərslik üçün başlanğıc sayılan “Bayatı-kürd” muğamını öyrənməyə başladım. Sonra, 5-ci sinifdə təhsil alanda çox gözəl xanəndə, dəyərli pedaqoq Sabir Abdullayevlə birlikdə hazırlaşdıq. Onun sayəsində artıq üç muğamı tam formada öyrənmişdim. Yaşım bir az daha artıqdan sonra Bülbül adına Orta İxtisas Musiqi Məktəbində Əməkdar müəllim Qəzənfər Abbasovun dərslərinə qatıldım. Musiqi həyatım da elə məhz buradan başladı.

 Kiçik yaşlarımdan bir çox ölkədaxili və beynəlxalq müsabiqələrdə iştirak etmişəm. Müsabiqələrin birində çox maraqlı bir hadisə yaşanmışdı. 2010-cu ildə səfər üçün xarici ölkəyə gedəndə elə oldu ki, tədbirimiz kilsədə keçirildi. “Buta” adlı layihə çərçivəsində keçirilən tədbirdə mənə yaxınlaşıb azanı bilib-bilmədiyimi soruşmuşdular. Bizdə ailədə hər kəs dinə bağlı olduğu üçün mən də azanı mənimsəmişdim. Məndən xahiş etdilər ki, azan oxuyum. Son dərəcə həvəslə oxudum və hər kəs tərəfindən böyük maraqla qarşılandı. Tədbirdə vurğulandı ki, belə bir hadisə tarixdə ilk dəfə yaşanırdı. Həmin tədbirdə Xalq artisti Elşən Mansurov, Əməkdar artistlər Ehtiram Hüseynov, Arzu Əliyeva və Növrəsli qardaşları da iştirak edirdilər.

- Kifayət qədər təcrübəsi olan bir xanəndə kimi muğamı necə dərk edirsiniz?

- Muğam mənə görə birbaşa insan həyatının özüdür. Ali varlıq olan insanın bütün emosiyalarını ifadə edir. Muğamda bütün duyğular əks olunub. Sakitlik, həyəcan, sevinc və digər hissləri özündə birləşdirən bu musiqinin gözəlliklərini saymaqla bitməz. Mənə görə muğam başdan-başa insan oğlunun yaşantılarını əks etdirir.

- Muğam müsabiqəsinin qalibi olan iştirakçıların sonrakı fəaliyyəti necə davam edir?

- Muğam Televiziya Müsabiqəsi Heydər Əliyev Fondunun dəstəyi ilə 2005-ci ildən yaranıb. Müsabiqə sayəsində istedadlı xanəndələr kəşf olundu. Hər dəfə bəlkə də min nəfərə yaxın iştirakçıdan cəmi 20-sinin müsabiqədə iştirakı təsdiqlənir. Bu müddət ərzində demək olar ki, hər həftə bir nəfər müsabiqədən kənarlaşır. Sonluğa qalan 4, 5 ifaçı isə artıq qalib sayılır. Müsabiqədə iştirak edən ifaçılar şanslıdır ki, ustadların qarşısında çıxış edirlər. Bu dövr iştirakçıların özlərini daha da inkişaf etdirmək və tanınmaq üçün açdığı maraqlı sənət yoludur. Sonrada bu gənclər öz istedadlarını Azərbaycanın ifaçılıq sənəti, xüsusilə də muğam ifaçılığı sahəsində davam etdirirlər. Sözsüzü ki, bu müsabiqə bizlərə yeni imkanlar yaratdı, həm ölkədə tanındıq, həm də gələcək uğurlarımız bir vəsilə oldu. Hazırda müsabiqənin iştirakçıları və qalibləri öz fəaliyyətlərini müxtəlif yaradıcılıq məkanlarında uğurla davam etdirir, bəzilər təhsil alır, bəziləri solist kimi teatr və konsert müəssisələrində çalışır.

- Müsabiqə zamanı ən yaddaqalan hadisə nə olub?

- Əslində maraqlı hadisələr çox olub. Mənim üçün ən yaddaqalan isə müsabiqənin finala keçid həftəsində yaşadığım an idi. Həmin gün çox həyəcanlı idim və səhnəyə çıxıb “Dəşti” muğamı oxudum. Bu, uğurlu ifa oldu. Dəştini Azərbaycanda dəsgah şəklinə salan ustad Əlibaba Məmmədov bunu yüksək qiymətləndirdi. Tamaşaçıların alqışları, münsiflər heyətinin xoş sözləri hələ də qulaqlarımdadır. Deyə bilərəm ki, həmin gün mənim sənət həyatımda unudulmayacaq tarixi an yaşandı.

- Daha çox hansı xanəndənin üslubundan bəhrələnmisiniz?

- Lap kiçik yaşlarımdan evdə atamın məsləhəti ilə Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski, Ağabala Abdullayev, Rübabə Muradova, Hacıbaba Hüseynov, Qədir Rüstəmov, Alim Qasımov, Şövkət Ələkbərova kimi sənətkarların lent yazılarını dinləmişəm. Bu ölməz sənətkarlarımızın məlahətli səsləri uşaq qəlbimdə yeni ovqat yaradırdı. Bir növ ruhumun qidası idi.

- Korifey sənətkarlarımız zaman-zaman Opera və Balet Teatrının səhnəsində ölməz əsərlərə imza atıb səhnə həyatı verib bir növ tanınmış xanəndələrin bu teatra xüsusi maraqları olur. Bəs sizdə necə...

- Mən də Opera və Balet Teatrında hansısa bir rolu canlandırmaq istəyərəm. Fikrimcə, rolun böyüyü, kiçiyi olmur. Bir obrazı səhnədə peşəkar formada nümayiş etdirmək daha önəmlidir. Təbii ki, arzum səhnədə Məcnun rolunu canlanırmaqdır.

- Aşıq, muğam, yoxsa estrada janrını özünüzə daha yaxın hesab edirsiniz?

- Sözün düzü buna cavab vermək mənim üçün çətin olacaq. Çünki bu sualın cavabını hələ özüm də tam dəqiqləşdirə bilməmişəm. Hər üç janrda özümü sınamışam və düşünürəm ki, hər biri özlüyündə uğurlu alınıb. Ən doğma olanı seçmək isə, bir qədər mümkünsüzdür.

- Nə qədər ki, gəncəm…

- Nə qədər ki, gəncəm öyrənib, inkişaf edib, sağlamlığımı qorumalıyam. Çünki bu sənət elə sahədir ki, sağlamlıq ən vacib amildir. Düşünürəm ki, özümü düzgün istiqamətdə formalaşdırmaq üçün daim çalışmalıyam.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Cəlilabadda yetkinlik yaşına çatmayanlara tütün məmulatlarının satıldığı üç mağaza aşkarlanıb

ADPU-da “Təhsildə psixoloji xidmətin aktual problemləri” mövzusunda birinci Respublika Forumu keçirilib

Laçın və İrpen şəhərləri qardaşlaşacaq

“15-ci Petersberq İqlim Dialoqu” Azərbaycanı dəstəkləyir!

“Avroviziya 2024" mahnı müsabiqəsində səslənəcək “Özünlə apar” mahnısına çəkilmiş klip təqdim edilib

Müəllimlərin iş yerinin dəyişdirilməsi üzrə vakansiya seçimi mərhələsi yekunlaşır

Böyük Britaniyanın Azərbaycandakı səfiri Naxçıvanla bağlı paylaşım edib

Kambocada bomba partlayışı nəticəsində 20 hərbçi ölüb

Zəngilanda silah-sursat aşkar edilib

Azərbaycan Ordusunda hərbiləşdirilmiş kross birinciliyi keçirilib VİDEO

Yevlaxda avtoxuliqanlıq edən şəxs saxlanılıb

“Bulaq” verilişinin əvəzsiz aparıcısı

Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb

ABŞ-də Azərbaycana investisiya imkanları müzakirə edilib VİDEO

Rusiyada zəlzələ baş verib

Bu gün yazıçı Qılman İlkinin anadan olmasının 110 ili tamam olur

Magistraturaya II cəhd qəbul imtahanı keçirilir

Qlobal istiləşmə sualtı qayıqların aşkar edilməsini çətinləşdirir

Marseldə Olimpiya məşəlinin qarşılanması mərasiminə 6 min polis cəlb olunacaq

“Titanik”in sərnişininin saatı rekord qiymətə satılıb

Britaniyada deputat başqa partiyaya keçib

Ağdam rayonu ərazisində mina hadisəsi baş verib

Gənc Tamaşaçılar Teatrının səhnəsində “Ana” tamaşası nümayiş olunub

Süni intellekt qədim yunan filosofunun dəfn olunduğu yeri tapıb

Alimlər Parkinson xəstəliyinin genetik səbəbini aşkarlayıblar

Avropa Kosmik Agentliyi: Mövsüm dəyişikliyi zamanı Marsın səthini hörümçəyi xatırladan ləkələr örtür

Alimlər qədim nəhəng qızılbalıqların köpək dişləri olduğunu aşkar ediblər

İstanbul derbisi: “Fənərbağça” doğma meydanda “Beşiktaş”a qalib gəlib

Ankarada keçirilən forumda Qərbi Azərbaycanın tarixi irsi müzakirə olunacaq

“Rəqsin ürəyi Şəkidə döyünür” adlı konsert proqramı təqdim olunub

İndoneziya sahillərində güclü zəlzələ baş verib

Moskvada Qara Qarayev adına beynəlxalq müsabiqənin laureatlarının qala-konserti keçirilib

“Şuşanın musiqi mədəniyyəti: tarix və inkişaf perspektivləri” mövzusunda beynəlxalq konfrans keçirilib

Moskva Dövlət Universitetinin Bakı filialında “Açıq qapı” günü keçirilib

Premyer Liqa: "Sabah" doğma meydanda "Səbail"ə qalib gəlib

Azərbaycanın daha bir cüdoçusu Avropa çempionu olub

Sumqayıtda kanalda batan uşağın cəsədi tapılıb

Tovuzda üç nəfərin ağır xəsarət alması ilə nəticələnən qəza baş verib VİDEO

Abşeron rayonunda ağır cinayətin üstü isti izlər əsasında açılıb

“Təbiət konsepsiyası və onun ədəbiyyat və musiqidə inikası” mövzusunda elmi-praktik konfrans keçirilib

"Ocaq Sport" Klubunun yeni zalının açılışı olub VİDEO

Pakistanın hərbi təhsil üzrə nümayəndələrinə Azərbaycan Ordusundakı islahatlar barədə məlumat verilib

® "Nar"dan sərfəli smartfon təklifi

ARDNF-nin ən böyük texnologiya şirkətlərinə olan investisiyasının həcmi 1,7 milyard dolları ötüb - EKSKLÜZİV

İmişli-Biləsuvar yolunda avtomobil aşıb, ölənlər və yaralılar var

Azərbaycan taekvondoçusu Estoniyada keçirilən turnirdə gümüş medal qazanıb

Baş direktor: COP29-un Azərbaycanda keçirilməsi ölkənin bərpaolunan enerji mənbələrinə keçiddə potensialını göstərir

Birinci siniflərə qəbulla bağlı 326 alternativ qeydiyyat mərkəzi yaradılıb

Zirvələrə yüksələn zərif insan ömrü

Zaman Qarayevin “Xarqo” romanında multikultural dəyərlər

Yardımlıda dağlıq ərazidə köməksiz vəziyyətdə qalan vətəndaş xilas edilib

Kür çayının Şirvan məntəqəsində suyun səviyyəsi 10 santimetr azalıb

Kubadakı nağd pul çatışmazlığı inflyasiya böhranını daha da artırır

Premyer Liqa: “Liverpul” çempionluq yolunda vacib xal itirib

Azərbaycan-Almaniya əlaqələri yüksələn xətlə inkişaf edir ŞƏRH

Avropa çempionatı: Azərbaycanın bir cüdoçusu finalda, ikisi bürünc medal qazana bilər

Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

Baş Dövlət Yol Polis İdarəsi sürücülərə müraciət edib

Azərbaycan Qırğızıstana neft məhsulları tədarük edəcək

Azərbaycan Ordusunun hərbi qulluqçuları Türkiyədə beynəlxalq təlimdə iştirak edirlər

Rusiyada “Krokus Siti Holl”da terror aktı ilə bağlı 12-ci şübhəli həbs edilib

FHN-in komandası Ulu Öndərin xatirəsinə həsr olunan minifutbol turnirində finala çıxıb

Azərbaycanın Türk dünyası, o cümlədən Qırğızıstanla əməkdaşlığının perspektivləri ŞƏRH

İrəvanda milli maarifçilik mühitinin inkişafında azərbaycanlı ziyalıların rolu - Araşdırma

“Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində respublika müşavirəsi keçirilib

Azərbaycan Basketbol Liqası: “Gəncə” müntəzəm mövsümü beş qələbə ilə bitirib

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirdə 5 medal qazanıblar

Dördqat Avropa çempionu: Tarixi uğurları və yeni rekordları sevirəm

Ümummilli Lider Heydər Əliyevin doğum günü münasibətilə 1300-dən çox müxtəlif növ ağac əkilib

Tanınmış basketbol hakimi hava limanında ətir oğurlayarkən saxlanılıb

Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub

Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Ağcabədidə bir sıra görüşlər keçirib

Dövlət Neft Fondu “Tesla” və “İntel” şirkətlərinin səhmlərini alıb - EKSKLÜZİV

Qanalı qeyri-adi rekordla Ginnesin Rekordlar Kitabına düşüb

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə "Qərbi Azərbaycana qayıdış" olimpiadasında 3371 nəfər iştirak edib

Akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibətilə Nizami rayonunda tədbir keçirilib

“Dəniz Komando Təməl kursu”nun buraxılış mərasimində qazaxıstanlı hərbçilər də iştirak ediblər VİDEO

Abşeron rayonunda akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü qeyd edilib

Şahin Bayramov: Bu saziş Azərbaycanla Qırğızıstan arasında elm və təhsil əlaqələrinin gücləndirilməsinə ciddi zəmin yaradır

Dmitri Peskov: Moskva Azərbaycanla Ermənistan arasında sülh sazişinin tezliklə imzalanmasının tərəfdarıdır

İstanbul derbisi: “Fənərbağça” “Beşiktaş”a qarşı

DSX aparatında Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibətilə silsilə tədbirlər keçirilib VİDEO

“Qərbi Azərbaycana qayıdış” olimpiadasında Şəki-Zaqatala üzrə 279 şagird biliyini sınayıb

“Koroğlu”da polisdən qaçmaq istəyən narkokuryer barəsində cinayət işi başlanılıb VİDEO

Monteneqro Prezidentinə “Qarabağ işğaldan əvvəl və sonra” kitabı təqdim edilib

İri Avropa hava limanı sərnişinlərin yoxlanılması müddətini 3 saniyəyədək azaldıb

NASA-nın rəhbəri xalqları iqlim dəyişikliyi ilə mübarizədə səyləri birləşdirməyə çağırıb

Qubada akademik Zərifə Əliyevaya həsr olunmuş “Zəriflik” adlı tədbir keçirilib

“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikasının Hökuməti və “ACWA Power Azerbaijan Renewable Energy” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında “Dəyişikliklər edilmiş və yenidən tərtib olunmuş İnvestisiya müqaviləsi”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Azərbaycan Respublikasının təmsil edilməsi ilə bağlı bəzi məsələlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BDU professorunun 85 illik yubileyi qeyd olunub

Sahibkarlıq fəaliyyəti sahəsində fərqlənən şəxslərin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Naftalanda akademik Zərifə Əliyevanın xatirəsinə həsr olunan aksiya keçirilib

Monteneqro Prezidenti: Azərbaycan bizim üçün dost ölkədir

Rusiyada əcnəbilər yalnız biometriya ilə sim-kart əldə edə biləcək

Naxçıvan Bеynəlxаlq Hаvа Limаnındа kompleks mülki müdafiə təlimi keçirilib

Böyük Britaniyada miqrantlar haqqında qanunun qəbulu qaçqınların İrlandiyaya axınına səbəb olub

Türkiyəyə qanunsuz yollarla daxil olan 38 nəfər saxlanılıb

Bakıdakı Rus evində Beynəlxalq Rəqs Günü qeyd edilib