CƏMİYYƏT
Göygöl Rayon Polis Şöbəsinin əməkdaşları aztəminatlı ailələrə yardım ediblər
Bakı, 1 may, AZƏRTAC
Xüsusi karantin rejimi qaydalarına uyğun vətəndaşların evdən çıxma qadağası nəzərə alınaraq Göygöl Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində tənha yaşayan ahıl sakinlərə, eləcə də aztəminatlı ailələrə baş çəkib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, polis əməkdaşları rayon ərazisində 50-dən artıq belə ailəni ziyarət edib, onlara gündəlik qida məhsullarından ibarət ərzaq sovqatı paylayıblar. Həmçinin bir daha həmin şəxslərlə profilaktik söhbətlər aparılıb, qaydalara uyğun olaraq evdə qalmalarının vacibliyi onların diqqətinə çatdırılıb.
Sakinlər də öz növbəsində onlara göstərilən diqqət və qayğıya görə rayon Polis Şöbəsinin əməkdaşlarına öz minnətdarlıqlarını bildiriblər.