REGİONLAR
“Günnüt” komandası intellektual oyunun qalibi olub
Naxçıvan, 15 noyabr, AZƏRTAC
Naxçıvan şəhərində yerləşən Gənclər Mərkəzində 10-17 noyabr - Beynəlxalq Tələbə-Gənclər Həftəsi çərçivəsində “Nə? Harada? Nə zaman?” intellektual oyun keçirilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, yarışda ali və orta ixtisas təhsili müəssisələrinin 6 komandasından, ümumilikdə, 30 tələbə öz biliyini sınayıb.
Müxtəlif mövzularda 24 sualın səsləndirildiyi yarış 2 turdan ibarət olub. Hər düzgün cavab 1 xalla qiymətləndirilib.
Naxçıvan Dövlət Universitetinin “Günnüt” komandası 16 xalla qalib olub. Naxçıvan Müəllimlər İnstitutunun “Murov Qartalı” komandası 12 xalla ikinci, Naxçıvan Musiqi Kollecinin “Harmoniya” komandası isə 8 xalla üçüncü yeri qazanıb.
Qeyd edək ki, yarış Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Gənclər Fondu və YAP Naxçıvan Muxtar Respublika Təşkilatının İcra Katibliyinin birgə təşkilatçılığı ilə Gənclər və İdman Nazirliyi, Gənclər Fondu və YAP Naxçıvan Muxtar Respublika Təşkilatının İcra Katibliyinin birgə təşkilatçılığı ilə keçirilib.