RƏSMİ XRONİKA
HEYDƏR ƏLİYEV PARKI BƏRPA EDİLMİŞ HORADİZİN YARAŞIQLI GUŞƏSİDİR
Azərbaycan Prezidenti İlham Əliyev aprelin 18-də Horadiz şəhərindəki Heydər Əliyev parkı ilə tanış olmuşdur.
Dövlətimizin başçısına 3 hektar sahəsi olan parkda görülmüş yenidənqurma işləri barədə məlumat verildi. Erməni işğalından azad olunduqdan sonra bərpa edilmiş Horadiz şəhərinin yaraşıqlı guşəsi olan park yaşıllığı ilə diqqəti cəlb edir. Burada quraşdırılmış fəvvarə parkın görkəmini daha da gözəlləşdirir.
Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin parkda ucaldılmış abidəsini ziyarət edərək, gül dəstəsi qoydu.
Dövlətimizin başçısına rayonda sosial-iqtisadi inkişafla bağlı görülən işlər barədə də məlumat verildi.
######