SİYASƏT
İnquşetiyanın Malqobek şəhərinin küçələrindən birinə ulu öndər Heydər Əliyevin adı verilmişdir
Bakı, 11 may (AZƏRTAC). Rusiya Federasiyası İnquşetiya Respublikasının Malqobek şəhərinin küçələrindən birinə dahi şəxsiyyət Heydər Əliyevin adı verilmişdir.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, bu barədə qərarı Ümumrusiya Azərbaycanlıları Konqresinin Şimali Qafqaz Federal dairəsi üzrə nümayəndəliyinin müraciətini nəzərdən keçirən Malqobek Şəhər Sovetinin deputatları qəbul etmişlər.
Deputatlar bu qərarı ümummilli lider Heydər Əliyevin Azərbaycan ilə Rusiya xalqları arasında dostluq münasibətlərinin gücləndirilməsi istiqamətində gördüyü xidmətlərinə görə verdiklərini bildirmişlər.