DÜNYA
İRAN PAYTAXTINDA ZƏLZƏLƏ
İTAR-TASS-ın yaydığı xəbərə görə, noyabrın 5-də İran paytaxtında və onun ətraf qəsəbələrində Rixter cədvəli ilə 4,2 bal gücündə zəlzələ baş vermişdir. Tehran Universitetinin seysmologiya mərkəzi xəbər verir ki, təbii fəlakətin mərkəzi Tehranın 84 kilometrliyində olmuşdur. Tələfat və dağıntı haqqında hələlik məlumat alınmamışdır.
Tehran yüksək seysmik fəallıq zonasında yerləşir. Ekspertlərin fikrincə, İran paytaxtının yerləşdiyi rayonda güclü zəlzələ ehtimalı böyükdür. Burada sonuncu dağıdıcı təbii fəlakət 160 il əvvəl olmuşdur. Ümumiyyətlə, təkcə son on ildə ölkədə 950-dən artıq zəlzələ qeydə alınmışdır. Onların nəticəsində 17,6 min adam həlak olmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.05.2024 [20:50]
Rişi Sunak Britaniyada növbədənkənar seçkilər elan edib
- 22.05.2024 [16:24]
Avstraliyada quş qripinə ilk yoluxma halı qeydə alınıb
- 22.05.2024 [16:22]
Braziliyada “denge” qızdırmasına yoluxanların sayı 5 milyonu ötüb
- 22.05.2024 [15:56]
2024-cü ildə Antalyanı ziyarət edəcək turistlərin sayı 20 milyonu ötə bilər
- 22.05.2024 [15:47]
Tunis prezidenti İrana ilk dəfə səfər edib
- 22.05.2024 [14:10]