İQTİSADİYYAT
Kommersiya qurumlarının dövlət qeydiyyatının ləğv edilməsi qaydaları təsdiq olunub
Bakı, 3 mart, AZƏRTAC
Dövlət Vergi Xidmətinin əmri ilə “Dövlət vergi orqanlarında kommersiya qurumlarının, publik hüquqi şəxslərin dövlət qeydiyyatının və vergiödəyicilərinin uçotunun ləğv edilməsi Qaydaları” yeni redaksiyada təsdiq olunub.
AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, sənəd büdcə-vergi siyasəti çərçivəsində hazırlanmış “Azərbaycan Respublikasının Vergi Məcəlləsində və digər aidiyyəti normativ hüquqi aktlarda ediləcək dəyişikliklərlə əlaqədar Dövlət Vergi Xidmətinin qarşısında duran vəzifələr haqqında” Tədbirlər Planının icrası ilə əlaqədar qəbul edilib.
İstifadəçilər “Dövlət vergi orqanlarında kommersiya qurumlarının, publik hüquqi şəxslərin dövlət qeydiyyatının və vergiödəyicilərinin uçotunun ləğv edilməsi Qaydaları”nın, həmçinin onun Əlavələrinin yeni redaksiyası ilə aşağıdakı link vasitəsilə tanış ola bilərlər:
https://www.taxes.gov.az/az/page/dovlet-vergi-xidmetinin-normativ-senedleri
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]