CƏMİYYƏT
Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair Milli Fəaliyyət Planının ictimai müzakirəsi aparılıb
Bakı, 10 avqust, AZƏRTAC
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ilə birgə “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın 2.17, 5.1-ci, və 6.9-cu bəndlərinin ilkin və aralıq nəticələrinin ictimai müzakirəsi aparılıb.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Balarəhim Quliyev, Hüquq, kadr və icraya nəzarət şöbəsinin müdiri Elşad Cəbrayılov, İctimaiyyətlə əlaqələr sektorunun müdiri İlkin Kərimov, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Azər Allahverənov və qeyri-hökumət təşkilatlarının rəhbərləri iştirak ediblər.
Görüşdə mövzu ilə bağlı çıxışlar edilib, müzakirələr aparılıb.
İştirakçılara “Ölkədə qida təhlükəsizliyinin həyata keçirilməsində ictimai nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, mövcud vəziyyət və gələcək perspektivlər” mövzusunda geniş məlumat verilib.
Eyni zamanda, "Milli Fəaliyyət Planı"nın aidiyyəti bəndlərinin icrası ilə bağlı görülən işlər haqqında ətraflı məlumat diqqətə çatdırılıb.
Tədbir qarşılıqlı diskussiya şəklində davam edib, mövzu ilə bağlı QHT nümayəndələrinin sualları cavablandırılıb.