Azərbaycan Dövlət İnformasiya Agentliyi

HEYDƏR ƏLİYEV - 100

Minskdə “Heydər Əliyevin həyatının 100 anı” kitabının təqdimatı olub

Belarus Respublikasının paytaxtı Minsk şəhərində “Ulu Öndər Heydər Əliyevin irsinə həsr olunmuş kitabların nəşri” beynəlxalq layihəsi çərçivəsində rus dilinə tərcümə olunaraq işıq üzü görmüş “Heydər Əliyevin həyatının 100 anı” kitabının təqdimat mərasimi keçirilib.

Təqdimat mərasimi Belarus Respublikasının Milli Kitabxanasında “Qobustan” Azərbaycan İctimai Birliyinin sədri, Azərbaycan diasporunun Belarusdakı rəhbəri Baxşı Qəmbərovun və “Azərbaycanım” beynəlxalq jurnalının baş redaktoru, Beynəlxalq Elmlər Akademiyasının müxbir üzvü Emil Nəsirlinin təşəbbüsü ilə baş tutub.

Yerli hakimiyyət nümayəndələri, yerli ictimaiyyət və Belarusda fəaliyyət göstərən Azərbaycan diaspor nümayəndələrinin, ictimai-siyasi xadimlərin, elm, təhsil və mədəniyyət işçilərinin iştirak etdiyi təqdimat mərasimində qonaqları səmimiyyətlə salamlayan tədbirin moderatoru Siyasi və dövlət xadimi, VII çağırış Belarus Milli Assambleyasının Nümayəndələr Palatasının deputatı Tengiz Dumbadze Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə həyata keçirdiyi misilsiz işlərdən, Azərbaycanı keçmiş SSRİ-nin ən qabaqcıl respublikalarından birinə çevrilməsi istiqamətində atdığı uzaqgörən addımlardan danışıb və qeyd edib ki, bu kitab dahi siyasətçinin həyatından, uzaqgörən daxili və xarici siyasətindən, Vətəninə, xalqına ehtiramlı münasibətindən bəhs edir. Sonra isə Tengiz Dumbadze çıxış üçün sözü “Heydər Əliyevin həyatının 100 anı” kitabının müəllifi, “Azərbaycanım” beynəlxalq jurnalının baş redaktoru, Beynəlxalq Elmlər Akademiyasının müxbir üzvü Emil Nəsirliyə verib.

Müəllifi olduğu “Ulu Öndər Heydər Əliyevin irsinə həsr olunmuş kitabların nəşri” beynəlxalq layihəsi çərçivəsində Azərbaycan, ingilis, rus, rumın və digər dillərində işıq üzü görmüş “Heydər Əliyevin həyatının 100 anı” kitabı haqqında geniş məlumat verən Emil Nəsirli vurğulayıb ki, dünyaşöhrətli siyasi xadim Heydər Əliyevin müstəqil Azərbaycanda yenidən hakimiyyətə qayıtması, ölkəni böhrandan xilas etməsi, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində atəşkəs elan olunmasındakı xidmətləri və digər məsələlər müəllifi olduğu kitabda sənədli təsvirlərin dili ilə şərh edilir.

Emil Nəsirli qeyd edib ki, Heydər Əliyev haqqında yazdığı bu kitab, eyni zamanda, Azərbaycan tarixini də özündə əks etdirir. Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan yeni bir eraya qədəm qoyub. Heydər Əliyevin müasir və müstəqil Azərbaycana rəhbərliyinin əsas nəticəsi ondan ibarətdir ki, dağılmaq ərəfəsində olan ölkəmiz dinamik inkişaf edən bir ölkəyə çevrilib.

Müəllif onu da vurğulayıb ki, Azərbaycan xalqının yetişdirdiyi elə dahi şəxsiyyətlər vardır ki, onların həyat və fəaliyyətləri, qoyub getdikləri zəngin irs daim öyrənilir və gələcək nəsillər ondan bəhrələnirlər. Belə şəxsiyyətlərdən biri də xalqımızın Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevdir. Azərbaycan tarixinin 30 ildən artıq bir dövrü, bu illər ərzində xalqımızın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrinin dirçəlişi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan elminin, təhsilinin, mədəniyyətinin və incəsənətinin inkişafına Ümummilli Lider Heydər Əliyevin göstərdiyi diqqət və qayğı indi də öz bəhrəsini verməkdədir. Ulu Öndərin müəyyən etdiyi Azərbaycanın inkişaf strategiyası hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Çıxışında Azərbaycan ilə Belarus arasındakı münasibətlərin bugünkü vəziyyətindən söz açan Emil Nəsirli bildirib ki, iki ölkə arasında əlaqələrin inkişafına ciddi təkan verən mühüm siyasi təsir amillərindən biri Belarusun Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlətlərdən biri olmasıdır. Ümummilli Lider Heydər Əliyev 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra Belarus ilə əlaqələrin bütün sahələrdə inkişaf etdirilməsini xarici siyasətdə mühüm vəzifələrdən biri kimi müəyyənləşdirdi. Emil Nəsirli onu da vurğulayıb ki, hazırda Azərbaycan və Belarus aparıcı Avropa strukturlarında yaxından əməkdaşlıq edir, müxtəlif məsələlərdə bir-birlərinə dəstək verirlər.

“Ölkə başçılarının qarşılıqlı səfərləri iki ölkənin əməkdaşlığı üçün daha böyük potensialın olduğunu aşkarlayıb. Səfərlər çərçivəsində imzalanmış bir sıra sazişlər iqtisadi əməkdaşlıq baxımından geniş imkanlar açıb”, – deyə Emil Nəsirli qeyd edib.

Tədbirdə Azərbaycan Respublikasının Belarus Respublikasında fövqəladə və səlahiyyətli səfiri Məhərrəm Abış oğlu Əliyev geniş çıxış edərək Ulu Öndər Heydər Əliyevin XX əsrdə Azərbaycanın inkişafı yolunda ən böyük xidmətlər göstərmiş dahi şəxsiyyət olduğunu qeyd edib. Səfir Məhərrəm Əliyev vurğulayıb ki, Azərbaycanın iftixarı, qüdrətli dövlət xadimi və yenilməz siyasətçi Heydər Əliyev özünün möhtəşəm fəaliyyəti ilə nəinki dünya azərbaycanlılarının Ümummilli Lideri səviyyəsinə yüksəlib, həmçinin sovet dönəmində çoxlu sayda xalqların yaddaşında və qəlbində şöhrəti və nüfuzu sərhəd tanımayan polad iradəli rəhbər olaraq qalıb. Sonra Məhərrəm Əliyev Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında ikitərəfli əlaqələrin hazırkı səviyyəsindən məmnunluğunu ifadə edib və ali səviyyədəki siyasi dialoqun ikitərəfli əməkdaşlığın bütün sahələrində inkişaf etdirməsi üçün əsas rol oynadığı qeyd edib.

“Azərbaycan-Belarus əlaqələrinin bütün sahələrdə uğurlu inkişafı deməyə əsas verir ki, bu əməkdaşlıq qarşıdakı illərdə daha da güclənəcək və ölkələrimizin sosial-iqtisadi yüksəlişinə təkan verəcək”, – deyə Məhərrəm Əliyev bildirib.

Çıxışının sonunda “Azərbaycanım” beynəlxalq jurnalının baş redaktoru, Beynəlxalq Elmlər Akademiyasının müxbir üzvü Emil Nəsirlinin müəllifi olduğu “Heydər Əliyevin həyatının 100 anı” kitabından söz açan səfir Məhərrəm Əliyev onu da əlavə edib ki, Azərbaycan xalqının Ümummilli Lideri, milli qurtuluş mübarizəsinin öndəri və yeni Azərbaycanın qurucusu Heydər Əliyevin əziz xatirəsinə həsr edilmiş bu kitab Ulu Öndərin dövlətçilik fəaliyyətinin yüksək səviyyədə araşdırılması yolunda böyük addımdır.

Təqdimat mərasimində qonaqları səmimiyyətlə salamlayan “Qobustan” Azərbaycan İctimai Birliyinin sədri, Azərbaycan diasporunun Belarusdakı rəhbəri Baxşı Qəmbərov Ümummilli Lider Heydər Əliyevin şərəfli ömür yolu, Azərbaycanın tarixindəki müstəsna rolu haqqında məlumat verib, Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən bəhs edib. Daha sonra Emil Nəsirlinin müəllifi olduğu “Heydər Əliyevin həyatının 100 anı” kitabından söz açan B.Qəmbərov bildirib ki, kitabın fəsillərində Ümummilli Liderin Azərbaycana rəhbərlik etdiyi 1969-2003-cü illərdə respublikada elmin maddi-texniki bazasının və kadr potensiyalının inkişaf etdirilməsi, struktur və təkmilləşdirmə, elmi-tədqiqat işlərinin genişləndirilməsi və keyfiyyətcə yaxşılaşdırılması, elmi-tədqiqat mövzularının dəqiqləşdirilməsi və təkmilləşdirilməsi ilə bağlı qəbul edilmiş qərarlar, sərəncamlar, proqramlar daxil edilib. Kitabda həmçinin Ulu Öndər Heydər Əliyevin həmin dövrdə Azərbaycan elminin vəziyyəti və perspektivləri, elmi nəticələrin istehsalata tətbiqi və başqa məsələlər barədə müxtəlif toplantılarda, forumlarda etdiyi çıxışlara, həmçinin Ulu Öndərin xarici ölkələrə səfərlərinə, ali səviyyədə görüşlərinə də geniş yer ayrılıb. B.Qəmbərov müəllif Emil Nəsirliyə “Heydər Əliyevin həyatının 100 anı” kitabını ərsəyə gətirdiyinə görə bütün diaspor nümayəndələri adından minnətdarlığını bildirib, bu kitabın dahi şəxsiyyətin irsinin daha geniş şəkildə öyrənilməsinə öz töhfəsini verəcəyini söyləyib.

Təqdimat mərasimində Belarus Milli Kitabxanasının baş direktorunun müavini Lyudmila Vısotskaya, Belarus Respublikası Milli Məclisi Respublika Şurasının Təhsil, Elm, Mədəniyyət və Sosial İnkişaf üzrə Daimi Komissiyasının sədri İrina Starovoitova və başqaları çıxış ediblər. Çıxış edənlərin dilindən Ulu Öndərin əziz xatirəsinin həm Azərbaycanda, həm də Belarus Respublikasında böyük hörmətlə anıldığı, Prezident İlham Əliyev və Belarus Prezidenti Aleksandr Lukaşenko arasında keçirilən görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi və humanitar sahələrdə inkişafından məmnunluq ifadə olunub.

Təqdimat mərasimində Heydər Əliyevin xarici siyasətində xüsusi yer tutan Azərbaycanın dünyanın bütün güc mərkəzləri ilə, qonşu və qeyri-qonşu dövlətlərlə, o cümlədən Belarus Respublikası ilə yeni, qarşılıqlı faydalılığa əsaslanan münasibətlərin formalaşdırılması, inkişaf etdirilməsi, Cənubi Qafqazda maraqları və təsir imkanları olan böyük və regional dövlətlərlə münasibətləri barədə də geniş fikir mübadiləsi aparılıb.

Tədbirin sonunda kitabın müəllifi, Beynəlxalq Elmlər Akademiyasının müxbir üzvü Emil Nəsirli “Heydər Əliyevin həyatının 100 anı” kitabını tədbir iştirakçılarına hədiyyə edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Şirvanda kəsici-deşici alətlərin satıldığı obyektlər müəyyən edilib

Tailandın xarici işlər naziri hökumətdəki dəyişikliklərdən sonra istefa verib

Şahdilidə ekoturizm yarışması

Gürcüstan Parlamentinin sədri ABŞ senatorlarını sərt tənqid edib

Bu gün ali təhsil müəssisələrinin magistraturalarına II cəhd qəbul imtahanı keçirilib

On doqquzuncu İstanbul yarımmarafonunun qalibləri müəyyənləşib

“Şərq-Qərb” avtomagistralının Gürcüstandan keçən Şorapani-Arqveta hissəsi istifadəyə verilib

Türkiyə-Yunanıstan sərhədində 811 metrlik körpü inşa ediləcək

Türkiyənin aparıcı partiyalarından birinə yeni sədr seçilib

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Abşeron rayonunda vətəndaş ona hədiyyə edilən sənədləri olmayan ov tüfəngini könüllü polisə təhvil verib

Akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü “Paris-2024”ə lisenziya qazanıb

Nijni Novqorodda Azərbaycan məhsullarının təqdimatı keçirilib

Qəbələdə torpağın qanunsuz zəbtinin qarşısı alınıb

Bəzi dağlıq ərazilərdə havanın qısamüddətli az yağıntılı olacağı gözlənilir

Səhiyyə Nazirliyinin rəhbərliyi görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsini ehtiramla yad edib

Cəlilabadda yetkinlik yaşına çatmayanlara tütün məmulatlarının satıldığı üç mağaza aşkarlanıb

ADPU-da “Təhsildə psixoloji xidmətin aktual problemləri” mövzusunda birinci Respublika Forumu keçirilib

Laçın və İrpen şəhərləri qardaşlaşacaq

“15-ci Petersberq İqlim Dialoqu” Azərbaycanı dəstəkləyir!

“Avroviziya 2024" mahnı müsabiqəsində səslənəcək “Özünlə apar” mahnısına çəkilmiş klip təqdim edilib

Müəllimlərin iş yerinin dəyişdirilməsi üzrə vakansiya seçimi mərhələsi yekunlaşır

Böyük Britaniyanın Azərbaycandakı səfiri Naxçıvanla bağlı paylaşım edib

Kambocada bomba partlayışı nəticəsində 20 hərbçi ölüb

Zəngilanda silah-sursat aşkar edilib

Azərbaycan Ordusunda hərbiləşdirilmiş kross birinciliyi keçirilib VİDEO

Yevlaxda avtoxuliqanlıq edən şəxs saxlanılıb

“Bulaq” verilişinin əvəzsiz aparıcısı

Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb

ABŞ-də Azərbaycana investisiya imkanları müzakirə edilib VİDEO

Rusiyada zəlzələ baş verib

Bu gün yazıçı Qılman İlkinin anadan olmasının 110 ili tamam olur

Magistraturaya II cəhd qəbul imtahanı keçirilir

Qlobal istiləşmə sualtı qayıqların aşkar edilməsini çətinləşdirir

Marseldə Olimpiya məşəlinin qarşılanması mərasiminə 6 min polis cəlb olunacaq

“Titanik”in sərnişininin saatı rekord qiymətə satılıb

Britaniyada deputat başqa partiyaya keçib

Ağdam rayonu ərazisində mina hadisəsi baş verib

Gənc Tamaşaçılar Teatrının səhnəsində “Ana” tamaşası nümayiş olunub

Süni intellekt qədim yunan filosofunun dəfn olunduğu yeri tapıb

Alimlər Parkinson xəstəliyinin genetik səbəbini aşkarlayıblar

Avropa Kosmik Agentliyi: Mövsüm dəyişikliyi zamanı Marsın səthini hörümçəyi xatırladan ləkələr örtür

Alimlər qədim nəhəng qızılbalıqların köpək dişləri olduğunu aşkar ediblər

İstanbul derbisi: “Fənərbağça” doğma meydanda “Beşiktaş”a qalib gəlib

Ankarada keçirilən forumda Qərbi Azərbaycanın tarixi irsi müzakirə olunacaq

“Rəqsin ürəyi Şəkidə döyünür” adlı konsert proqramı təqdim olunub

İndoneziya sahillərində güclü zəlzələ baş verib

Moskvada Qara Qarayev adına beynəlxalq müsabiqənin laureatlarının qala-konserti keçirilib

“Şuşanın musiqi mədəniyyəti: tarix və inkişaf perspektivləri” mövzusunda beynəlxalq konfrans keçirilib

Moskva Dövlət Universitetinin Bakı filialında “Açıq qapı” günü keçirilib

Premyer Liqa: "Sabah" doğma meydanda "Səbail"ə qalib gəlib

Azərbaycanın daha bir cüdoçusu Avropa çempionu olub

Sumqayıtda kanalda batan uşağın cəsədi tapılıb

Tovuzda üç nəfərin ağır xəsarət alması ilə nəticələnən qəza baş verib VİDEO

Abşeron rayonunda ağır cinayətin üstü isti izlər əsasında açılıb

“Təbiət konsepsiyası və onun ədəbiyyat və musiqidə inikası” mövzusunda elmi-praktik konfrans keçirilib

"Ocaq Sport" Klubunun yeni zalının açılışı olub VİDEO

Pakistanın hərbi təhsil üzrə nümayəndələrinə Azərbaycan Ordusundakı islahatlar barədə məlumat verilib

® "Nar"dan sərfəli smartfon təklifi

ARDNF-nin ən böyük texnologiya şirkətlərinə olan investisiyasının həcmi 1,7 milyard dolları ötüb - EKSKLÜZİV

İmişli-Biləsuvar yolunda avtomobil aşıb, ölənlər və yaralılar var

Azərbaycan taekvondoçusu Estoniyada keçirilən turnirdə gümüş medal qazanıb

Baş direktor: COP29-un Azərbaycanda keçirilməsi ölkənin bərpaolunan enerji mənbələrinə keçiddə potensialını göstərir

Birinci siniflərə qəbulla bağlı 326 alternativ qeydiyyat mərkəzi yaradılıb

Zirvələrə yüksələn zərif insan ömrü

Zaman Qarayevin “Xarqo” romanında multikultural dəyərlər

Yardımlıda dağlıq ərazidə köməksiz vəziyyətdə qalan vətəndaş xilas edilib

Kür çayının Şirvan məntəqəsində suyun səviyyəsi 10 santimetr azalıb

Kubadakı nağd pul çatışmazlığı inflyasiya böhranını daha da artırır

Premyer Liqa: “Liverpul” çempionluq yolunda vacib xal itirib

Azərbaycan-Almaniya əlaqələri yüksələn xətlə inkişaf edir ŞƏRH

Avropa çempionatı: Azərbaycanın bir cüdoçusu finalda, ikisi bürünc medal qazana bilər

Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

Baş Dövlət Yol Polis İdarəsi sürücülərə müraciət edib

Azərbaycan Qırğızıstana neft məhsulları tədarük edəcək

Azərbaycan Ordusunun hərbi qulluqçuları Türkiyədə beynəlxalq təlimdə iştirak edirlər

Rusiyada “Krokus Siti Holl”da terror aktı ilə bağlı 12-ci şübhəli həbs edilib

FHN-in komandası Ulu Öndərin xatirəsinə həsr olunan minifutbol turnirində finala çıxıb

Azərbaycanın Türk dünyası, o cümlədən Qırğızıstanla əməkdaşlığının perspektivləri ŞƏRH

İrəvanda milli maarifçilik mühitinin inkişafında azərbaycanlı ziyalıların rolu - Araşdırma

“Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində respublika müşavirəsi keçirilib

Azərbaycan Basketbol Liqası: “Gəncə” müntəzəm mövsümü beş qələbə ilə bitirib

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirdə 5 medal qazanıblar

Dördqat Avropa çempionu: Tarixi uğurları və yeni rekordları sevirəm

Ümummilli Lider Heydər Əliyevin doğum günü münasibətilə 1300-dən çox müxtəlif növ ağac əkilib

Tanınmış basketbol hakimi hava limanında ətir oğurlayarkən saxlanılıb

Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub

Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Ağcabədidə bir sıra görüşlər keçirib

Dövlət Neft Fondu “Tesla” və “İntel” şirkətlərinin səhmlərini alıb - EKSKLÜZİV

Qanalı qeyri-adi rekordla Ginnesin Rekordlar Kitabına düşüb

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə "Qərbi Azərbaycana qayıdış" olimpiadasında 3371 nəfər iştirak edib

Akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibətilə Nizami rayonunda tədbir keçirilib

“Dəniz Komando Təməl kursu”nun buraxılış mərasimində qazaxıstanlı hərbçilər də iştirak ediblər VİDEO

Abşeron rayonunda akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü qeyd edilib

Şahin Bayramov: Bu saziş Azərbaycanla Qırğızıstan arasında elm və təhsil əlaqələrinin gücləndirilməsinə ciddi zəmin yaradır

Dmitri Peskov: Moskva Azərbaycanla Ermənistan arasında sülh sazişinin tezliklə imzalanmasının tərəfdarıdır

İstanbul derbisi: “Fənərbağça” “Beşiktaş”a qarşı

DSX aparatında Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibətilə silsilə tədbirlər keçirilib VİDEO

“Qərbi Azərbaycana qayıdış” olimpiadasında Şəki-Zaqatala üzrə 279 şagird biliyini sınayıb

“Koroğlu”da polisdən qaçmaq istəyən narkokuryer barəsində cinayət işi başlanılıb VİDEO