DÜNYA
MOSKVADA ÜMUMRUSİYA XALQ MUSİQİSİ MÜSABİQƏSİ
Oktyabrın 29-31-də Moskvada etnik musiqi ifaçılarının birinci ümumrusiya müsabiqəsi keçirilmişdir. Müsabiqə “Soqlasiye” Ənənəvi Mədəniyyət Mərkəzi, RF Bəstəkarlar İttifaqı folklor komissiyasının iştirakı ilə Rusiya Mədəniyyət Fondu, Moskva hökumətinin mədəniyyət və regionlararası ictimai əlaqələr komitələri tərəfindən təşkil olunmuşdu.
Müsabiqədə respublikamızın nümayəndələri - Qənimət Salmanov və “Azərbaycan bülbülləri” ansamblının solisti Elvin Məmmədov da iştirak etmişlər. Müsabiqənin diplomantı olmuş Q.Salmanov münsiflər heyətini o qədər heyran etmişdir ki, birinci turdan sonra, ikinci və üçüncü turların nəticələrini gözləmədən, o, ən yaxşı ifaçılardan biri kimi oktyabrın 31-də keçiriımiş qala-konsertə dəvət olunmuşdu. Həmin konsertdə o, Üzeyir Hacıbəyovun, “Sevgili canan” romansını və “Güloğlan” xalq mahnısını ifa etmişdir.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.05.2024 [20:50]
Rişi Sunak Britaniyada növbədənkənar seçkilər elan edib
- 22.05.2024 [16:24]
Avstraliyada quş qripinə ilk yoluxma halı qeydə alınıb
- 22.05.2024 [16:22]
Braziliyada “denge” qızdırmasına yoluxanların sayı 5 milyonu ötüb
- 22.05.2024 [15:56]
2024-cü ildə Antalyanı ziyarət edəcək turistlərin sayı 20 milyonu ötə bilər
- 22.05.2024 [15:47]
Tunis prezidenti İrana ilk dəfə səfər edib
- 22.05.2024 [14:10]