Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Müdir müavini: Ali Məhkəmənin 3 Plenum Qərarı üzrə məhkəmələrdə monitorinq aparılır - MÜSAHİBƏ

Müdir müavini: Ali Məhkəmənin 3 Plenum Qərarı üzrə məhkəmələrdə monitorinq aparılır -  MÜSAHİBƏ

Bakı, 14 mart, AZƏRTAC

“Ötən müddətdə Ali Məhkəmənin 4 Plenum Qərarının ölkəmizin məhkəmələri tərəfindən tətbiq edilməsi vəziyyəti öyrənilib və 2 Plenum Qərarına monitorinqin nəticələri nəticəsində əlavə və dəyişikliklər edilib. Hazırda 3 Plenum Qərarının monitorinqi həyata keçirilir. Bu monitorinqlərin aparılması fərqli yanaşmalar və ya nöqsanlar aşkarlanmış sahələr üzrə Ali Məhkəmənin Plenumu tərəfindən qəbul edilmiş qərarların ədalət mühakiməsinin həyata keçirilməsi sahəsində məhkəmələr tərəfindən nəzərə alınıb-alınmadığını müəyyən etməyə imkan verir”. AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Ali Məhkəməsinin Məhkəmə təcrübəsinin təhlili şöbəsinin müdir müavini Səid Musayev deyib. Səid Musayevlə müsahibəni təqdim edirik.

- Səid müəllim, Məhkəmə təcrübəsinin təhlili şöbəsinin fəaliyyəti hansı qaydada təşkil edilir?

-Məhkəmə təcrübəsinin təhlilinin planlaşdırılması və mövzunun seçilməsi qarşıya qoyulan məqsədlərdən irəli gəlir. Ayrı-ayrı kateqoriya işlər üzrə məhkəmə təcrübəsinin olmaması, məhkəmə təcrübəsinə bu və ya digər formada təsir göstərən qanunvericilikdəki dəyişikliklər, dövlət idarə və təşkilatlarının məhkəmələrə etdikləri müraciətlərə baxılmasının nəticələri məhkəmə təcrübəsinin ümumiləşdirilməsinin və təhlilinin əsasını təşkil edir. Şöbənin fəaliyyət istiqamətləri üzrə işi Ali Məhkəmənin hər il ilin əvvəli keçirilən Plenumun iclasında təsdiq edilmiş iş planına əsasən müvafiq sahələr üzrə məhkəmələr tərəfindən qanunvericiliyin tətbiqi təcrübəsinin öyrənilməsi vasitəsilə həyata keçirilir. Məhkəmə təcrübəsinin təhlilinin aparılması şöbənin əməkdaşları tərəfindən müstəqil surətdə və ya birlikdə aparılır. Zəruri hallarda və qarşıya qoyulan məsələnin mahiyyətindən irəli gəlməklə təhlili seçilmiş mövzunun əhatə etdiyi problemin tədqiqi ilə məşğul olan elmi işçilərin iştirakı, o cümlədən bu işdə böyük təcrübəsi olan hakimlərin tövsiyə və təklifləri əsasında aparılır. Bu iş çərçivəsində, yəni məhkəmə təcrübəsi təhlil edilərkən məlumatlar bilavasitə müvafiq məhkəmə instansiyasının özündə olan işlərin və digər zəruri sənədlərin öyrənilməsi, aşağı instansiya məhkəmələrindən məlumatların, o cümlədən işlərin tələb olunması, əldə edilməsi, yuxarı məhkəmə instansiyaları tərəfindən qəbul olunmuş məhkəmə aktlarının öyrənilməsi yolu ilə toplanılır. Bundan başqa “Elektron məhkəmə” informasiya sisteminə qoşulmuş məhkəmələrdən məlumatlar real vaxt rejimində əldə edilir. İl ərzində şöbəyə müvafiq istiqamətlər üzrə məhkəmə təcrübəsinin öyrənilməsi məqsədi ilə məhkəmələrdən 15 minə yaxın məhkəmə işi, şöbənin monitorinq sektoruna isə 5 minə yaxın anket daxil olur.

Təhlil başa çatdıqdan sonra vahid arayış tərtib olunur və həmin arayışa təhlili aparılmış məhkəmə aktları, istinad olunmuş normativ hüquqi aktların siyahısı, istifadə olunmuş statistik məlumat cədvəlləri və məsul şəxslərin tərtib edib imzaladıqları arayışlar əlavə olunur.

- Ali Məhkəmənin ölkəmizdə vahid məhkəmə təcrübəsinin formalaşdırılmasında xüsusi yerini nəzərə alaraq bununla bağlı son vaxtlar bu sahədə görülmüş işlərdən danışa bilərsinizmi?

- Ölkəmizdə məhkəmə təcrübəsinin formalaşdırılması ilə bağlı müddəalar Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilib. Belə ki, Konstitusiyaya görə Ali Məhkəmə ədalət mühakiməsinin həyata keçirilməsi sahəsində ali məhkəmə orqanı olmaqla məhkəmələrin praktikasına aid məsələlər üzrə izahatlar verir. Bununla yanaşı, qanunvericilikdə də Ali Məhkəmənin məhkəmə təcrübəsinin formalaşdırılmasına dair əsaslarını nəzərdə tutan müvafiq normalar öz əksini tapıb. Amma bununla belə ölkəmizdə vahid məhkəmə təcrübəsinin formalaşdırılması üçün yetərli mexanizmlər yox idi və bu sahədə boşluqlar mövcud idi. Belə ki, əvvəllər Ali Məhkəmənin Plenumu tərəfindən verilən izahlar tövsiyə xarakteri daşıdığından və onun nəzərə alınmamasının hüquqi nəticəsinin olmaması vahid məhkəmə təcrübəsinin yaradılmasına çətinlik yaradırdı. Lakin bu sahədə aparılmış ən mühüm islahatlardan biri olan Azərbaycan Prezidentinin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanı qeyd olunan boşluqları aradan qaldırdı. Bu Fərman ədalət mühakiməsinin səmərəliyinin artırılması sahəsində işin müasir çağırışlara uyğun yeni mərhələdə aparılmasına, hüquqların məhkəmə müdafiəsinin daha da güclənməsinə müsbət təsirini göstərib. Son dövrlər məhkəmə fəaliyyətini tənzimləyən qanunvericiliyin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və vahid məhkəmə təcrübəsinin formalaşdırılması ilə bağlı mühüm işlər görülüb. İlk növbədə, Fərmanda qoyulmuş tövsiyə üzrə təhlillər aparılıb, vahid məhkəmə təcrübəsinin formalaşdırılması və digər məsələlərlə bağlı çoxsaylı normativ aktların layihəsi hazırlanıb və qəbul edilib. Bununla bağlı Fərmanda göstərilmiş tövsiyələrin icrası ilə əlaqədar bir sıra qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilib. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununa edilən əlavə maddənin tələbinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq olunmasını təmin etmək məqsədilə formalaşdırılır.

Hazırda Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini Ali Məhkəmənin Plenumunun qərarları, məhkəmə kollegiyalarının qərardadları və habelə Plenumun məhkəmə təcrübəsinə dair verdiyi izahlar, eləcə də ayrı-ayrı işlər üzrə qəbul etdiyi qərarlar vasitəsilə formalaşdırır. Məhkəmə təcrübəsinin ümumiləşdirilməsi nəticəsində məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqində sistemli xarakter daşıyan nöqsanlar müəyyənləşdirildikdə Ali Məhkəmənin Plenumu məsələyə baxır və belə nöqsanlara yol verilməməsi üçün müvafiq izahı nəzərdə tutan qərar qəbul edir. Bu dəyişikliklərdən sonra Ali Məhkəmənin Plenumu tərəfindən 8 Qərar qəbul edib, eləcə də əvvəllər qəbul edilmiş Plenum qərarlarında dəyişikliklər və əlavələr olunub.

Bundan başqa, prosessual qanunvericiliklərə edilmiş dəyişlikliklərdən sonra kassasiya instansiyası məhkəməsində icraat zamanı hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi məqsədi ilə Ali Məhkəmənin məhkəmə tərkibləri işə kassasiya qaydasında baxarkən Ali Məhkəmənin digər məhkəmə tərkibinin əvvəllər qəbul etdiyi qərarda müəyyənləşdirilmiş hüquqi mövqedən fərqli yanaşmanın tətbiq edilməsini zəruri hesab etdikdə və ya Ali Məhkəmənin məhkəmə tərkibi apellyasiya instansiyası məhkəməsinin prosessual qanunvericiliyin tələblərinə əsasən qəbul etdiyi müvafiq məhkəmə aktları ilə razılaşdıqda həmin mübahisəli hüquqi məsələyə hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi məqsədilə Ali Məhkəmənin müxtəlif kollegiyalarına daxil olan bütün hakimlərdən ibarət tərkibdə baxılır və qərardan (qərar) qəbul edilir. Bununla da Ali Məhkəmənin işə baxan bütün məhkəmə tərkibləri, habelə eyni xarakterli məsələlərə baxarkən bütün digər məhkəmə tərkibləri Ali Məhkəmənin məhkəmə kollegiyalarının hüquqi məsələyə dair qəbul etdiyi qərardadda (qərarda) müəyyən etdiyi hüquqi mövqeyi rəhbər tutmalıdırlar.

Məlumat üçün deyim ki, həmin qanunvericiliyə edilən bu dəyişikliklərdən sonra Ali Məhkəmənin Mülki, Cinayət, İnzibati və Kommersiya kollegiyaları tərəfindən məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi məqsədilə 15 mübahisəli məsələ üzrə bu mexanizmə müraciət edilib. Bunlar vergi borclarının ödənilməsi, inzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi, əmlakın qiymətləndirilməsində likvid dəyər məsələləri, əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri, lizinq müqaviləsinə dair münasibətlər, alimentlərin ödənilməsi mexanizmi, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi məsələləri, xarici dövlətin məhkəməsinin hökmünün tanınması və Azərbaycan ərazisində icrası məsələsi və eləcə də inzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair kollegiyaların məhkəmə təcrübəsinin vahidliyini təmin edən qərar və qərardadları olub.

Vahid məhkəmə təcrübəsinin formalaşdırılması sahəsində digər yeniliklərdən biri Ali Məhkəmənin Plenumunun 2023-cü il 4 noyabr tarixli Qərarı ilə təsdiq edilmiş “Vahid məhkəmə təcrübəsi baxımından əhəmiyyətli olan məhkəmə aktlarının indeksləşdirilməsi qaydaları” olub. Bu Qaydaların tətbiqində əsas məqsəd Azərbaycanda vahid məhkəmə təcrübəsinin formalaşdırılması baxımından əhəmiyyətli olan məhkəmə aktlarının müəyyənləşdirilməsi və onlara əlçatanlığın təmin edilməsidir. Belə ki, Qaydalara görə məhkəmə aktlarının indeksləşdirilməsi bütün məhkəmə instansiyalarında həyata keçirilən fəaliyyət kimi müəyyən edilib. Bu Qaydalara uyğun olaraq indeksləşmə məhkəmə aktlarına “ulduz” nişanlarının təyin edilməsi yolu ilə həyata keçirilir və əsas məqsədlərdən biri Ali Məhkəmə tərəfindən istifadəyə verilən yeni axtarış sistemi vasitəsilə bu növ məhkəmə aktlarının digərlərindən fərqləndirilməsi və bu sistemin imkanlarından istifadə edən hər bir vətəndaşımızın, o cümlədən hüquq ictimaiyyətinin müvafiq məsələlərlə bağlı Ali Məhkəmənin, o cümlədən digər məhkəmələrin qəbul etdiyi məhkəmə aktları ilə formalaşdırdığı məhkəmə təcrübəsi ilə asan və tez bir zamanda tanış olması və məlumatlandırılmasıdır. Həmçinin vahid məhkəmə təcrübəsinin formalaşdırılması, habelə sistemli xarakter daşıyan nöqsanların aradan qaldırılması məqsədilə qanunvericiliyə mühüm dəyişikliklər edilib. Bu sahədə Ali Məhkəmə tərəfindən monitorinqlərin aparılmasına dair Qaydaların təsdiq olunması ilə vahid məhkəmə təcrübəsinin formalaşdırılmasını və məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini təmin etməyə imkan verən yeni bir hüquqi mexanizm işə salınıb.

- Monitorinqin aparılması qaydaları və əsasları haqqında məlumat verə bilərsinizmi?

- Bildirim ki, monitorinq Məhkəmə-Hüquq Şurası tərəfindən 2020-ci il 29 fevral tarixdə təsdiq edilmiş “Məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqində sistemli xarakter daşıyan nöqsanların müəyyən edildiyi sahədə məhkəmələrin fəaliyyətinin monitorinqinin aparılması Qaydası”na əsasən aparılır. Həmin qaydalara əsasən, məhkəmə fəaliyyətinin monitorinqi vahid məhkəmə təcrübəsinin formalaşdırılmasını və məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini təmin etmək, eləcə də hüququn və onun tətbiqi təcrübəsinin inkişaf etdirilməsinə nail olmaq məqsədilə Ali Məhkəmənin Plenumunun maddi və prosessual normaların tətbiqi üzrə izahını nəzərdə tutan qərarının məhkəmələrdə tətbiqi vəziyyətinə dair məlumatların toplanılması, təhlili, ümumiləşdirilməsi və qiymətləndirilməsi sahəsində Ali Məhkəmə tərəfindən planlaşdırılır və kompleks şəkildə həyata keçirilir.

Monitorinqin aparılması nöqsanlar aşkarlanmış sahələr üzrə Ali Məhkəmənin Plenumu tərəfindən qəbul edilmiş qərarların məhkəmə fəaliyyətində nəzərə alınıb-alınmadığını müəyyən etməyə imkan verir və beləliklə, bütün məhkəmə instansiyalarının vahid məhkəmə təcrübəsinə uyğun fəaliyyət göstərməsini təmin edir. Belə ki, monitorinq məhkəmələrdə işlərə baxılarkən hüququn tətbiqində dərin və uzun müddətli fərqli yanaşmaların olub-olmadığını, qanunvericiliyin və Plenumun qərarının vahid məhkəmə təcrübəsini formalaşdırmaq üçün uyğun və yetərli mexanizmi təmin edib-etmədiyini, sözügedən mexanizmlərin məhkəmələr tərəfindən işlərə baxılarkən tətbiq edilib-edilmədiyini və əgər tətbiq edilirsə nə dərəcədə səmərəli olmasını, eləcə də Plenumun qərarının özündə hər hansı əlavə və dəyişikliklərin edilməsinə ehtiyacın yaranıb-yaranmadığını müəyyənləşdirməyə imkan verir. Bildirmək istəyirəm ki, Qaydalara əsasən monitorinq Ali Məhkəmənin Aparatının əməkdaşları tərəfindən məhkəmələrdən anket, yəni cavablandırılması nəzərdə tutulan suallar toplusuna dair sorğu məlumatlarının toplanması, bilavasitə məhkəmələrdə işlərin təhlil edilməsi, məhkəmələrdən anket məlumatlarının toplanması və bilavasitə məhkəmələrdə işlərin təhlil edilməsi üsullarından birgə istifadəsi, həmçinin “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə həmin sistemin imkanlarından istifadə edilməsi vasitəsilə həyata keçirilir və monitorinqin nəticəsinə dair arayış tərtib edilir. Ali Məhkəmənin Aparatı tərəfindən tərtib edilmiş həmin arayış Ali Məhkəmənin müvafiq kollegiyasında müzakirə edilir və onun sədri tərəfindən imzalanır. Arayışda Plenumun qərarının məhkəmələrdə tətbiqi təcrübəsi ilə əlaqədar mövcud vəziyyəti əks etdirən təhlil və qiymətləndirmə aparılır, müvafiq təkliflər verilir.

- İndiyədək həyata keçirilmiş monitorinqlər və nəticələri barədə məlumat verərdiniz...

-Ötən müddətdə Ali Məhkəmənin 4 Plenum Qərarının ölkəmizin məhkəmələri tərəfindən tətbiq edilməsi vəziyyəti öyrənilib və 2 Plenum Qərarına monitorinqin nəticələri nəticəsində əlavə və dəyişikliklər edilib. Hazırda 3 Plenum Qərarının monitorinqi həyata keçirilir. Bu monitorinqlərin aparılması fərqli yanaşmalar və ya nöqsanlar aşkarlanmış sahələr üzrə Ali Məhkəmənin Plenumu tərəfindən qəbul edilmiş qərarların ədalət mühakiməsinin həyata keçirilməsi sahəsində məhkəmələr tərəfindən nəzərə alınıb-alınmadığını müəyyən etməyə imkan verir. Nəticədə bütün məhkəmə instansiyalarının vahid məhkəmə təcrübəsinə uyğun fəaliyyət göstərməsini təmin edir. Ali Məhkəmənin həmin Plenum qərarlarına edilmiş dəyişikliklər və həyata keçirilmiş monitorinqlərin nəticələrinə dair müvafiq arayışlar Ali Məhkəmənin rəsmi internet səhifəsində dərc edilir. Həmin məlumatlarla hüquq ictimaiyyəti və buna marağı olan vətəndaşlarımız tanış ola bilərlər.

- Qeyd etdiyiniz fəaliyyətin nəticələri ilə bağlı məhkəmələr və hakimlər məlumatlandırılırmı? Digər tərəfdən fəaliyyətinizdən cəmiyyət və vətəndaşlar necə faydalanırlar?

- Fəaliyyətimizin əsasını məhkəmə təcrübəsinin öyrənilməsi və təhlili təşkil etdiyindən, həmçinin bu fəaliyyətin icrası birbaşa məhkəmələrdə işlərə baxılarkən ədalət mühakiməsinin həyata keçirilməsi ilə əlaqədar olduğundan müəyyən etdiyimiz hallar, vahid məhkəmə təcrübəsinin formalaşdırılmasına xidmət edən icmalların mütəmadi olaraq ölkəmizin məhkəmələrinə göndərilməsi və onlara zəruri metodik yardımın həyata keçirilməsi təmin edilir. Bundan başqa, hər il hakimliyə namizədlər üçün tədris kurslarında, o cümlədən hakimlər üçün ixtisasartırma kurslarında struktur bölmə tərəfindən “Məhkəmə təcrübəsinin ümumiləşdirilməsi və məhkəmə fəaliyyətinin monitorinqi vahid məhkəmə təcrübəsinin formalaşdırılması vasitələrindən biri kimi” mövzusunda təlimlər təşkil edilir. Fəaliyyətimizin cəmiyyət və vətəndaşlar üçün faydasına gəlincə isə, qeyd etmək istərdim ki, şöbəmiz Ali Məhkəmə Aparatının təminedici struktur bölməsi olmaqla vahid məhkəmə təcrübəsinin formalaşmasında Ali Məhkəməyə bir növ “yardımetmə” funksiyasını həyata keçirir. “Yardımetmə” funksiyasının mahiyyəti ondan ibarətdir ki, şöbənin məhkəmə təcrübəsinin öyrənilməsi ilə bağlı apardığı təhlil və ümumiləşdirmələr sonradan vahid məhkəmə təcrübəsinin formalaşmasında istifadə olunur. Məhkəmə təcrübəsinin düzgün istiqamətdə təhlili, sistemli xarakter daşıyan nöqsanların qısa müddətdə müəyyənləşdirilməsi, analoji mübahisələrə dair qanunun tətbiqi üzrə məhkəmələrdə formalaşan fərqli yanaşmaların tez zamanda aşkarlanması, vahid məhkəmə təcrübəsinin vaxtında formalaşmasına imkan yaradır. Bu da öz növbəsində vətəndaşın məhkəməyə müraciət etməzdən qabaq mübahisənin uğurlu olub-olmamasının proqnozlaşdırılmasına yardım edir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Alimlər qədim nəhəng qızılbalıqların köpək dişləri olduğunu aşkar ediblər

İstanbul derbisi: “Fənərbağça” doğma meydanda “Beşiktaş”a qalib gəlib

Ankarada keçirilən forumda Qərbi Azərbaycanın tarixi irsi müzakirə olunacaq

“Rəqsin ürəyi Şəkidə döyünür” adlı konsert proqramı təqdim olunub

İndoneziya sahillərində güclü zəlzələ baş verib

Moskvada Qara Qarayev adına beynəlxalq müsabiqənin laureatlarının qala-konserti keçirilib

“Şuşanın musiqi mədəniyyəti: tarix və inkişaf perspektivləri” mövzusunda beynəlxalq konfrans keçirilib

Moskva Dövlət Universitetinin Bakı filialında “Açıq qapı” günü keçirilib

Premyer Liqa: "Sabah" doğma meydanda "Səbail"ə qalib gəlib

Azərbaycanın daha bir cüdoçusu Avropa çempionu olub

Sumqayıtda kanalda batan uşağın cəsədi tapılıb

Tovuzda üç nəfərin ağır xəsarət alması ilə nəticələnən qəza baş verib VİDEO

Abşeron rayonunda ağır cinayətin üstü isti izlər əsasında açılıb

“Təbiət konsepsiyası və onun ədəbiyyat və musiqidə inikası” mövzusunda elmi-praktik konfrans keçirilib

"Ocaq Sport" Klubunun yeni zalının açılışı olub VİDEO

Pakistanın hərbi təhsil üzrə nümayəndələrinə Azərbaycan Ordusundakı islahatlar barədə məlumat verilib

® "Nar"dan sərfəli smartfon təklifi

ARDNF-nin ən böyük texnologiya şirkətlərinə olan investisiyasının həcmi 1,7 milyard dolları ötüb - EKSKLÜZİV

İmişli-Biləsuvar yolunda avtomobil aşıb, ölənlər və yaralılar var

Azərbaycan taekvondoçusu Estoniyada keçirilən turnirdə gümüş medal qazanıb

Baş direktor: COP29-un Azərbaycanda keçirilməsi ölkənin bərpaolunan enerji mənbələrinə keçiddə potensialını göstərir

Birinci siniflərə qəbulla bağlı 326 alternativ qeydiyyat mərkəzi yaradılıb

Zirvələrə yüksələn zərif insan ömrü

Zaman Qarayevin “Xarqo” romanında multikultural dəyərlər

Yardımlıda dağlıq ərazidə köməksiz vəziyyətdə qalan vətəndaş xilas edilib

Kür çayının Şirvan məntəqəsində suyun səviyyəsi 10 santimetr azalıb

Kubadakı nağd pul çatışmazlığı inflyasiya böhranını daha da artırır

Premyer Liqa: “Liverpul” çempionluq yolunda vacib xal itirib

Azərbaycan-Almaniya əlaqələri yüksələn xətlə inkişaf edir ŞƏRH

Avropa çempionatı: Azərbaycanın bir cüdoçusu finalda, ikisi bürünc medal qazana bilər

Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

Baş Dövlət Yol Polis İdarəsi sürücülərə müraciət edib

Azərbaycan Qırğızıstana neft məhsulları tədarük edəcək

Azərbaycan Ordusunun hərbi qulluqçuları Türkiyədə beynəlxalq təlimdə iştirak edirlər

Rusiyada “Krokus Siti Holl”da terror aktı ilə bağlı 12-ci şübhəli həbs edilib

FHN-in komandası Ulu Öndərin xatirəsinə həsr olunan minifutbol turnirində finala çıxıb

Azərbaycanın Türk dünyası, o cümlədən Qırğızıstanla əməkdaşlığının perspektivləri ŞƏRH

İrəvanda milli maarifçilik mühitinin inkişafında azərbaycanlı ziyalıların rolu - Araşdırma

“Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində respublika müşavirəsi keçirilib

Azərbaycan Basketbol Liqası: “Gəncə” müntəzəm mövsümü beş qələbə ilə bitirib

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirdə 5 medal qazanıblar

Dördqat Avropa çempionu: Tarixi uğurları və yeni rekordları sevirəm

Ümummilli Lider Heydər Əliyevin doğum günü münasibətilə 1300-dən çox müxtəlif növ ağac əkilib

Tanınmış basketbol hakimi hava limanında ətir oğurlayarkən saxlanılıb

Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub

Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Ağcabədidə bir sıra görüşlər keçirib

Dövlət Neft Fondu “Tesla” və “İntel” şirkətlərinin səhmlərini alıb - EKSKLÜZİV

Qanalı qeyri-adi rekordla Ginnesin Rekordlar Kitabına düşüb

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə "Qərbi Azərbaycana qayıdış" olimpiadasında 3371 nəfər iştirak edib

Akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibətilə Nizami rayonunda tədbir keçirilib

“Dəniz Komando Təməl kursu”nun buraxılış mərasimində qazaxıstanlı hərbçilər də iştirak ediblər VİDEO

Abşeron rayonunda akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü qeyd edilib

Şahin Bayramov: Bu saziş Azərbaycanla Qırğızıstan arasında elm və təhsil əlaqələrinin gücləndirilməsinə ciddi zəmin yaradır

Dmitri Peskov: Moskva Azərbaycanla Ermənistan arasında sülh sazişinin tezliklə imzalanmasının tərəfdarıdır

İstanbul derbisi: “Fənərbağça” “Beşiktaş”a qarşı

DSX aparatında Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibətilə silsilə tədbirlər keçirilib VİDEO

“Qərbi Azərbaycana qayıdış” olimpiadasında Şəki-Zaqatala üzrə 279 şagird biliyini sınayıb

“Koroğlu”da polisdən qaçmaq istəyən narkokuryer barəsində cinayət işi başlanılıb VİDEO

Monteneqro Prezidentinə “Qarabağ işğaldan əvvəl və sonra” kitabı təqdim edilib

İri Avropa hava limanı sərnişinlərin yoxlanılması müddətini 3 saniyəyədək azaldıb

NASA-nın rəhbəri xalqları iqlim dəyişikliyi ilə mübarizədə səyləri birləşdirməyə çağırıb

Qubada akademik Zərifə Əliyevaya həsr olunmuş “Zəriflik” adlı tədbir keçirilib

“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikasının Hökuməti və “ACWA Power Azerbaijan Renewable Energy” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında “Dəyişikliklər edilmiş və yenidən tərtib olunmuş İnvestisiya müqaviləsi”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Azərbaycan Respublikasının təmsil edilməsi ilə bağlı bəzi məsələlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BDU professorunun 85 illik yubileyi qeyd olunub

Sahibkarlıq fəaliyyəti sahəsində fərqlənən şəxslərin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Naftalanda akademik Zərifə Əliyevanın xatirəsinə həsr olunan aksiya keçirilib

Monteneqro Prezidenti: Azərbaycan bizim üçün dost ölkədir

Rusiyada əcnəbilər yalnız biometriya ilə sim-kart əldə edə biləcək

Naxçıvan Bеynəlxаlq Hаvа Limаnındа kompleks mülki müdafiə təlimi keçirilib

Böyük Britaniyada miqrantlar haqqında qanunun qəbulu qaçqınların İrlandiyaya axınına səbəb olub

Türkiyəyə qanunsuz yollarla daxil olan 38 nəfər saxlanılıb

Bakıdakı Rus evində Beynəlxalq Rəqs Günü qeyd edilib

Sabirabad rayonu ərazisində nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq

Səbail rayonunda qızıl mağazasından oğurluq edən saxlanılıb VİDEO

AzPMA-nın rəhbəri: Gələcəkdə digər universitetlərdə də layihə menecmenti ixtisasının təsis olunması üçün danışıqlar aparırıq

Sosial şəbəkələrdə dələduzluq yolu ilə 19 nəfərin kartını talayıb öz hesabına köçürən şəxs saxlanılıb

Azərbaycan şahmat millisinin məşqçisi: Avropa çempionatında əldə edilən nəticələr ümidvericidir

Prokurorluq əməkdaşları 2 hektar ərazidə 1500-dən çox ağac əkiblər

Bakıdakı Rus evinin Ədəbiyyat klubu çərçivəsində “açıq marafon” keçirilib

Naxçıvanda “İqlim dəyişikliyinin əməyin mühafizəsinə təsiri” mövzusunda konfrans keçirilib

Alimlər: Pilləkənlərlə qalxmaq ömrü uzadır

Çempionlar Liqası: Pley-off mərhələsində ən çox qol vuran futbolçular açıqlanıb

Yasamalda oğurluq edən şəxslər təhlükəsizlik kameralarına düşüb VİDEO

Azərbaycanın idman gimnastı Avropa çempionatında tarixi medal qazanıb

“Azərkosmos”: Ölkəmizin əldə etdiyi təcrübə regional və qlobal kosmik tədbirlərə ev sahibliyi etməyə imkan verir

ABŞ-ın üç ştatı güclü tornadonun təsirinə məruz qalıb - FOTO

Sakit okeanda 6,9 bal gücündə zəlzələ olub

Azərbaycanın gənc taekvondoçuları da Prezident Kubokuna qatılacaqlar

Xətai rayonunda “Kəlağayı festivalı” keçirilib

“İsmayıllı etnomühitindəki azsaylı xalqların folkloru” kitabının təqdimatı olub

Bakıda “Big Band Workshop” adlı ustad dərsləri keçiriləcək

ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb VİDEO

Azərbaycan klubu iki basketbolçu ilə vidalaşır

Aprelin 27-si Beynəlxalq Baytar Həkimi Günüdür

Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” olimpiadası keçirilib 

Səhiyyə Nazirliyi görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunan fləş-mob təşkil edib

“Mənim yaşıl dünyam” adlı rəsm müsabiqəsi keçirilib

İçərişəhərdə “DivanSaatı” layihəsi çərçivəsində Elçin Hami Axundov ilə görüş