Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

ÖZBƏKİSTAN PREZİDENTİ İSLAM KƏRİMOVUN ÇIXIŞI

ÖZBƏKİSTAN PREZİDENTİ İSLAM KƏRİMOVUN ÇIXIŞI
-Əziz dostlar!

Mən, ilk növbədə, Azərbaycan Prezidenti İlham Əliyevə, sizə - Azərbaycan ictimaiyyətinin nümayəndələrinə ən səmimi hörmət hisslərimi və sizin şəxsinizdə Azərbaycan xalqına öz məhəbbətimi bildirmək istərdim. Mən xoşbəxtəm ki, bu gün Azərbaycanın necə yüksəlməsinin şahidiyəm. Xoşbəxtəm ki, Heydər Əliyevlə birlikdə işləməli olmuşam. Xüsusən ona görə xoşbəxtəm ki, mən burada, Bakıda rəsmi səfərdə olarkən görürəm ki, Heydər Əliyevin oğlu İlham Əliyev öz atasının işini davam etdirmək üçün, adı böyük hərflə yazılmağa layiq İnsan hesab etdiyim şəxsiyyətin işini davam etdirmək üçün hər şeyi edir.

Mən tarixdə çox şəxsiyyətlər tanıyıram və artıq çox illərdir ki, təkcə postsovet məkanında deyil, onun hüdudlarından kənarda da baş verən hadisələri izləyirəm. Mən Heydər Əliyev miqyaslı və ən başlıcası isə, öz ölkəsinə, öz torpağına, öz xalqına Heydər Əliyev qədər sədaqətli olan insanlara çox az-az rast gəlmişəm. Bu fürsətdən istifadə edərək, mən bir daha, dönə-dönə demək istəyirəm: onun öz xalqı üçün, öz xalqının gələcəyi üçün gördüyü işlərin qədir-qiyməti əvəzsizdir və gənc nəsil təməli Heydər Əliyev tərəfindən qoyulmuş işlərin nəticələrini artıq bu gün görür. Demək istəyirəm ki, biz Özbəkistanda onu təkcə öz ölkəsi üçün gördüyü işlərə görə, təkcə öz ölkəsinin vətənpərvəri adlandırıla biləcək insan olduğuna görə deyil, həm də ona görə yüksək qiymətləndiririk ki, o, Özbəkistan və Azərbaycan arasındakı münasibətləri, çoxəsrlik dostluq, qarşılıqlı hörmət, qarşılıqlı məhəbbət münasibətlərini müstəqilliyin ilk illərində burada təsadüfi adamların ölkəyə rəhbərlik etdiyi vaxtda məruz qaldığı bütün hücumlardan qorumaq üçün hər şeyi etmişdir. Mən o adamların adlarını çəkməyəcəyəm, çünki onlar buna layiq deyil, xeyirxah işlər görmüş insanlar haqqında, bu gün xalqın taleyində, ayrılıqda götürülmüş hər bir insanın taleyində hiss etdiyimiz yaxşı işləri görmüş insanlar haqqında daha çox danışmaq lazımdır.

Sizə demək istəyirəm ki, dörd il bundan əvvəl İlham Əliyevlə birlikdə Daşkəndin ən mənzərəli, ən gözəl meydanlarından birində, yeri gəlmişkən, Nizaminin adını daşıyan meydanda - Daşkənd Dövlət Pedaqoji Universitetinin binası qarşısında Nizaminin abidəsini açmışdıq. O vaxt mən özbək dilində danışdım, o isə Azərbaycan dilində. Bu gün Özbəkistana, onun böyük oğlu Əlişir Nəvaiyə hörmət əlaməti olaraq Bakının bu çox gözəl meydanına toplaşdığımız kimi, o vaxt Nizaminin abidəsinin açılışına gəlmiş insanlar da həm özbək dilində, həm də Azərbaycan dilində deyilənləri başa düşürdülər. Yaxşı yadımdadır, o vaxt İlham Heydər oğlu ilk dəfə belə dedi: “Bu, çox böyük sərvətdir – siz özbək dilində danışırsınız, mən Azərbaycan dilində danışıram, amma adamların gözlərindən də görünür ki, heç kəsdə heç bir sual doğmadı, heç kəs yanındakından soruşmadı: “O, nə dedi?”. Hamı bir-birini başa düşürdü və bu, böyük sərvətdir, bizim ən ciddi şəkildə qorumalı olduğumuz böyük irsdir.

Demək istəyirəm ki, Özbəkistanın dünyanın çox ölkələri ilə münasibətləri var. Həmin ölkələrlə təkcə diplomatik, siyasi münasibətlər saxlamırıq, həm də hazırda bütün dünyada olduğu kimi, əməkdaşlıq münasibətləri qurmuşuq. Lakin mənim əzizlərim, mən sizə nəyi demək istərdim: indi dünyada vəziyyətin çox mürəkkəbləşdiyi, heç də sadə olmadığı bir vaxtda təkcə diplomatik, çox böyük əhəmiyyəti olan siyasi, iqtisadi münasibətlər, mədəni əlaqələrin, mədəniyyətlərin qarşılıqlı təsirini əhatə edən mədəni münasibətlər deyil, həm də mənəvi birlik çox vacibdir.

Bu mənada bizim Azərbaycanla münasibətlərimiz başqa dövlətlərlə münasibətlərdən yaxşı mənada, hətta, sadəcə yaxşı mənada yox, keyfiyyətcə əsaslı şəkildə fərqlənir, çünki bizim mənəvi birliyimiz var. Demək istəyirəm ki, insanı quşa bənzətmək olar. Quş bir qanadla uça bilmədiyi kimi, xalqlar, insanlar da təkcə maddi maraqlarla yaşaya bilməzlər. Hər cür sərvətə, firavanlığa nail olmaq mümkündür, lakin quş bir qanadla uça bilmədiyi kimi, mənəviyyat olmayan yerdə insan da öz gələcəyini, özünün ahəngdar inkişafını görə bilməz. Bunu görə bilmək isə hər bir insan üçün, hər bir xalq üçün vacibdir. Maddi və mənəvi sərvətlər yanaşı olmalıdır. Maddi sərvət bir qanaddırsa, ikinci qanad mənəvi sərvətdir. Onda insan tam olur, onda xalq öz gələcəyinə inamla baxa bilər.

Bu gün biz İlham Heydər oğlu ilə birlikdə özbək xalqının böyük oğluna, özbək ədəbiyyatının banisinə, özbək poeziyasını yaratmış insana ucaldılmış abidəni açırıq. Bu insan bizim də müasirimizdir. Ona görə ki, Nizaminin və Əlişir Nəvainin gördükləri işlər bu gün bizim həyatımızda yaşayır. Nizaminin və Əlişir Nəvainin irsi olmadan bizim bugünkü nəsil tərbiyə oluna bilməz. Onların irsi bizim güc aldığımız mənəviyyat və əxlaq xəzinəsidir.

Ona görə də mən mənəviyyat haqqında danışanda obrazlar vasitəsilə, bizim küçələrimizdə ucaldılan bu cür gözəl abidələr vasitəsilə təcəssüm edən mənəviyyatı nəzərdə tuturam. Biz Mərkəzi Asiyada yaşayırıq, bizim dil birliyi, din birliyi və bir sıra başqa amillərlə bağlı olduğumuz qonşularımız çoxdur. Lakin həmin qonşularımız bu gün Azərbaycanda görülən işi görməyiblər, onlar mənim fikrimcə, Əlişir Nəvainin adını daşıyacaq belə bir meydan yaratmayıblar.

Buna görə mən Prezidentə, bütün Azərbaycan ictimaiyyətinə, mənim əzizlərim, sizə ürəkdən təşəkkür etmək istəyirəm, əməkdaşlığı möhkəmlətmək üçün, bu gün birlikdə, bir-birimizə güvənərək öz həyatımızı qurmaq üçün gördüyünüz işlərə görə çox sağ olun demək istəyirəm. Əminəm ki, biz sabahkı günümüzü də birlikdə quracağıq. Biz qarşıya qoyduğumuz məqsədlərə yalnız birlikdə çata bilərik.

Mən sizə təşəkkür edirəm, dərin hörmət və ehtiramımı bildirir, sizə xoşbəxtlik arzulayıram.

Sağ olun.

X X X

Sonra Prezident İlham Əliyev və Prezident İslam Kərimov abidənin önünə əklil qoydular, xatirə şəkli çəkdirdilər.

Dövlət başçıları tanınmış ədəbiyyat və incəsənət xadimləri ilə görüşüb söhbət etdilər.

İSLAM KƏRİMOV: Sizin Prezidentiniz İlham Əliyevin qeyd etdiyi kimi, Özbəkistan Prezidenti Azərbaycanı yaxşı tanıyır və sevir. Prezident İlham Əliyev mənim üçün başlıca olan məqamı söylədi: həqiqətən, mən Azərbaycanı elə tanıyıram ki, dünyanın ən böyük dövlətlərinin bizim ölkəmizə də tez-tez gələn nümayəndələri Azərbaycanı o dərəcədə tanımır. Mən azərbaycanlıları öz qardaşlarım kimi tanıyıram. Siz necə varsınızsa, mən sizi elə tanıyıram. Mən sizin tarixinizi bilirəm, sizin nə ilə yaşadığınızı, nəyin sayəsində öz millətinizə görə, öz Prezidentinizə görə qürur hissi keçirdiyinizi bilirəm.

Həmişə belə olun. Bu, mənim sizə çox böyük arzumdur.

FƏRHAD XƏLİLOV (xalq rəssamı): Sağ olun. Sizə xoşbəxtlik və firavanlıq arzulayıram. Özbək xalqı bizimlə qardaş xalqdır, biz həmişə ünsiyyətdə olmuşuq və ünsiyyətimiz davam edir. Bizim əlaqələrimiz kəsilmir. Sizin və bizim rəssamlar bir-birini tanıyırlar. Sizin rəssamlar Bakıya gəlirlər. Sizin mahir heykəltəraşınız belə gözəl abidə yaratmışdır.

İSLAM KƏRİMOV: Yeri gəlmişkən, bu abidə bizim milli parkın ən görkəmli yerində qoyulmuş abidənin surətidir. Müəllif mənə Nəvainin əyləşmiş vəziyyətdə təsvir edildiyi başqa bir abidə göstərəndə dedim: “Yox, abidəni elə düzəlt ki, şair sanki Azərbaycana doğru addımlayır”. Fikir verin, o, sizə doğru gəlir, qollarını açaraq sanki deyir: “Mən sizin yanınıza gəlirəm, mənim balalarım”. Necə bilirsiniz, bu, yaxşıdırmı?

İLHAM ƏLİYEV: Çox yaxşıdır. Elə abidələr var ki, sanki hərəkət edirlər. Yəqin ki, Özbəkistanda bu cür abidələr çoxdur.

FİKRƏT SADIQ (xalq şairi): Nəvai türk dünyasının ən böyük şairidir.

İSLAM KƏRİMOV: Mən İlhamla birlikdə burada, sizin aranızda olmağıma ürəkdən şadam. Mən sizin bu gün hansı hisslər keçirdiyinizi başa düşürəm. İndi Qafqaz mürəkkəb bir dövr yaşayır və Azərbaycan bu cür olduqca mürəkkəb şəraitdə davamlı inkişafa, öz ölkəsində sülhə və sabitliyə nail olur. Bu, Heydər Əliyevin qoyub getdiyi və bu gün onun oğlunun layiqincə davam etdirdiyi irsdir. Mən onu ürəkdən təbrik edirəm.

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ankarada keçirilən forumda Qərbi Azərbaycanın tarixi irsi müzakirə olunacaq

“Rəqsin ürəyi Şəkidə döyünür” adlı konsert proqramı təqdim olunub

İndoneziya sahillərində güclü zəlzələ baş verib

Moskvada Qara Qarayev adına beynəlxalq müsabiqənin laureatlarının qala-konserti keçirilib

“Şuşanın musiqi mədəniyyəti: tarix və inkişaf perspektivləri” mövzusunda beynəlxalq konfrans keçirilib

Moskva Dövlət Universitetinin Bakı filialında “Açıq qapı” günü keçirilib

Premyer Liqa: "Sabah" doğma meydanda "Səbail"ə qalib gəlib

Azərbaycanın daha bir cüdoçusu Avropa çempionu olub

Sumqayıtda kanalda batan uşağın cəsədi tapılıb

Tovuzda üç nəfərin ağır xəsarət alması ilə nəticələnən qəza baş verib VİDEO

Abşeron rayonunda ağır cinayətin üstü isti izlər əsasında açılıb

“Təbiət konsepsiyası və onun ədəbiyyat və musiqidə inikası” mövzusunda elmi-praktik konfrans keçirilib

"Ocaq Sport" Klubunun yeni zalının açılışı olub VİDEO

Pakistanın hərbi təhsil üzrə nümayəndələrinə Azərbaycan Ordusundakı islahatlar barədə məlumat verilib

® "Nar"dan sərfəli smartfon təklifi

ARDNF-nin ən böyük texnologiya şirkətlərinə olan investisiyasının həcmi 1,7 milyard dolları ötüb - EKSKLÜZİV

İmişli-Biləsuvar yolunda avtomobil aşıb, ölənlər və yaralılar var

Azərbaycan taekvondoçusu Estoniyada keçirilən turnirdə gümüş medal qazanıb

Baş direktor: COP29-un Azərbaycanda keçirilməsi ölkənin bərpaolunan enerji mənbələrinə keçiddə potensialını göstərir

Birinci siniflərə qəbulla bağlı 326 alternativ qeydiyyat mərkəzi yaradılıb

Zirvələrə yüksələn zərif insan ömrü

Zaman Qarayevin “Xarqo” romanında multikultural dəyərlər

Yardımlıda dağlıq ərazidə köməksiz vəziyyətdə qalan vətəndaş xilas edilib

Kür çayının Şirvan məntəqəsində suyun səviyyəsi 10 santimetr azalıb

Kubadakı nağd pul çatışmazlığı inflyasiya böhranını daha da artırır

Premyer Liqa: “Liverpul” çempionluq yolunda vacib xal itirib

Azərbaycan-Almaniya əlaqələri yüksələn xətlə inkişaf edir ŞƏRH

Avropa çempionatı: Azərbaycanın bir cüdoçusu finalda, ikisi bürünc medal qazana bilər

Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

Baş Dövlət Yol Polis İdarəsi sürücülərə müraciət edib

Azərbaycan Qırğızıstana neft məhsulları tədarük edəcək

Azərbaycan Ordusunun hərbi qulluqçuları Türkiyədə beynəlxalq təlimdə iştirak edirlər

Rusiyada “Krokus Siti Holl”da terror aktı ilə bağlı 12-ci şübhəli həbs edilib

FHN-in komandası Ulu Öndərin xatirəsinə həsr olunan minifutbol turnirində finala çıxıb

Azərbaycanın Türk dünyası, o cümlədən Qırğızıstanla əməkdaşlığının perspektivləri ŞƏRH

İrəvanda milli maarifçilik mühitinin inkişafında azərbaycanlı ziyalıların rolu - Araşdırma

“Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində respublika müşavirəsi keçirilib

Azərbaycan Basketbol Liqası: “Gəncə” müntəzəm mövsümü beş qələbə ilə bitirib

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirdə 5 medal qazanıblar

Dördqat Avropa çempionu: Tarixi uğurları və yeni rekordları sevirəm

Ümummilli Lider Heydər Əliyevin doğum günü münasibətilə 1300-dən çox müxtəlif növ ağac əkilib

Tanınmış basketbol hakimi hava limanında ətir oğurlayarkən saxlanılıb

Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub

Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Ağcabədidə bir sıra görüşlər keçirib

Dövlət Neft Fondu “Tesla” və “İntel” şirkətlərinin səhmlərini alıb - EKSKLÜZİV

Qanalı qeyri-adi rekordla Ginnesin Rekordlar Kitabına düşüb

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə "Qərbi Azərbaycana qayıdış" olimpiadasında 3371 nəfər iştirak edib

Akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibətilə Nizami rayonunda tədbir keçirilib

“Dəniz Komando Təməl kursu”nun buraxılış mərasimində qazaxıstanlı hərbçilər də iştirak ediblər VİDEO

Abşeron rayonunda akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü qeyd edilib

Şahin Bayramov: Bu saziş Azərbaycanla Qırğızıstan arasında elm və təhsil əlaqələrinin gücləndirilməsinə ciddi zəmin yaradır

Dmitri Peskov: Moskva Azərbaycanla Ermənistan arasında sülh sazişinin tezliklə imzalanmasının tərəfdarıdır

İstanbul derbisi: “Fənərbağça” “Beşiktaş”a qarşı

DSX aparatında Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibətilə silsilə tədbirlər keçirilib VİDEO

“Qərbi Azərbaycana qayıdış” olimpiadasında Şəki-Zaqatala üzrə 279 şagird biliyini sınayıb

“Koroğlu”da polisdən qaçmaq istəyən narkokuryer barəsində cinayət işi başlanılıb VİDEO

Monteneqro Prezidentinə “Qarabağ işğaldan əvvəl və sonra” kitabı təqdim edilib

İri Avropa hava limanı sərnişinlərin yoxlanılması müddətini 3 saniyəyədək azaldıb

NASA-nın rəhbəri xalqları iqlim dəyişikliyi ilə mübarizədə səyləri birləşdirməyə çağırıb

Qubada akademik Zərifə Əliyevaya həsr olunmuş “Zəriflik” adlı tədbir keçirilib

“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikasının Hökuməti və “ACWA Power Azerbaijan Renewable Energy” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında “Dəyişikliklər edilmiş və yenidən tərtib olunmuş İnvestisiya müqaviləsi”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Azərbaycan Respublikasının təmsil edilməsi ilə bağlı bəzi məsələlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BDU professorunun 85 illik yubileyi qeyd olunub

Sahibkarlıq fəaliyyəti sahəsində fərqlənən şəxslərin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Naftalanda akademik Zərifə Əliyevanın xatirəsinə həsr olunan aksiya keçirilib

Monteneqro Prezidenti: Azərbaycan bizim üçün dost ölkədir

Rusiyada əcnəbilər yalnız biometriya ilə sim-kart əldə edə biləcək

Naxçıvan Bеynəlxаlq Hаvа Limаnındа kompleks mülki müdafiə təlimi keçirilib

Böyük Britaniyada miqrantlar haqqında qanunun qəbulu qaçqınların İrlandiyaya axınına səbəb olub

Türkiyəyə qanunsuz yollarla daxil olan 38 nəfər saxlanılıb

Bakıdakı Rus evində Beynəlxalq Rəqs Günü qeyd edilib

Sabirabad rayonu ərazisində nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq

Səbail rayonunda qızıl mağazasından oğurluq edən saxlanılıb VİDEO

AzPMA-nın rəhbəri: Gələcəkdə digər universitetlərdə də layihə menecmenti ixtisasının təsis olunması üçün danışıqlar aparırıq

Sosial şəbəkələrdə dələduzluq yolu ilə 19 nəfərin kartını talayıb öz hesabına köçürən şəxs saxlanılıb

Azərbaycan şahmat millisinin məşqçisi: Avropa çempionatında əldə edilən nəticələr ümidvericidir

Prokurorluq əməkdaşları 2 hektar ərazidə 1500-dən çox ağac əkiblər

Bakıdakı Rus evinin Ədəbiyyat klubu çərçivəsində “açıq marafon” keçirilib

Naxçıvanda “İqlim dəyişikliyinin əməyin mühafizəsinə təsiri” mövzusunda konfrans keçirilib

Alimlər: Pilləkənlərlə qalxmaq ömrü uzadır

Çempionlar Liqası: Pley-off mərhələsində ən çox qol vuran futbolçular açıqlanıb

Yasamalda oğurluq edən şəxslər təhlükəsizlik kameralarına düşüb VİDEO

Azərbaycanın idman gimnastı Avropa çempionatında tarixi medal qazanıb

“Azərkosmos”: Ölkəmizin əldə etdiyi təcrübə regional və qlobal kosmik tədbirlərə ev sahibliyi etməyə imkan verir

ABŞ-ın üç ştatı güclü tornadonun təsirinə məruz qalıb - FOTO

Sakit okeanda 6,9 bal gücündə zəlzələ olub

Azərbaycanın gənc taekvondoçuları da Prezident Kubokuna qatılacaqlar

Xətai rayonunda “Kəlağayı festivalı” keçirilib

“İsmayıllı etnomühitindəki azsaylı xalqların folkloru” kitabının təqdimatı olub

Bakıda “Big Band Workshop” adlı ustad dərsləri keçiriləcək

ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb VİDEO

Azərbaycan klubu iki basketbolçu ilə vidalaşır

Aprelin 27-si Beynəlxalq Baytar Həkimi Günüdür

Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” olimpiadası keçirilib 

Səhiyyə Nazirliyi görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunan fləş-mob təşkil edib

“Mənim yaşıl dünyam” adlı rəsm müsabiqəsi keçirilib

İçərişəhərdə “DivanSaatı” layihəsi çərçivəsində Elçin Hami Axundov ilə görüş

Yaxın günlərdə Laçının Sus kəndinə köçürüləcək ailələr bəlli olub

Daşqınlardan sonra 37 minədək qazaxıstanlı evinə qayıdıb