ELM VƏ TƏHSİL
“PEDAQOJİ ELM VƏ PEDAQOJİ PROSES” MÖVZUSUNDA TƏDBİR KEÇİRİLMİŞDİR
ARTŞ-in sədri, professor Əjdər Ağayev tədbiri açaraq ölkəmizin Prezidentinin “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” 24 noyabr tarixli Fərmanının əhəmiyyətindən danışmışdır.
Müasir şəraitdə pedaqogika elminin və pedaqoji prosesin qarşısında duran vəzifələrdən bəhs edən natiq bildirmişdir ki, bu sahələrdə görülən istər elmi-nəzəri, istərsə də praktiki işlər gənc nəslin sosial fəallığının artmasına xidmət etməlidir.
Sonra mövzu ilə bağlı geniş müzakirələr olmuşdur. Çıxış edən Azərbaycan Dillər Universitetinin kafedra müdiri, əməkdar elm xadimi, professor Nurəddin Kazımov, Azərbaycan Beynəlxalq Universitetinin prorektoru, akademik Hüseyn Əhmədov, Təhsil Nazirliyinin idarə rəisi Nəcəf Nəcəfov, digər alim və orta ümumtəhsil məktəblərinin müəllimləri pedaqogika sahəsində proqram və dərsliklərin, eləcə də digər elmi materialların daha yüksək səviyyədə hazırlanmasının, pedaqoji prosesin elmi əsaslarla qurulmasının vacibliyindən danışmış, öz fikir və mülahizələrini bildirmişlər.