DÜNYA
Polşa Nazirlər Kabinetinin yeni tərkibi noyabrda elan ediləcək
Varşava, 23 oktyabr, AZƏRTAC
Polşa Nazirlər Kabinetinin yeni tərkibi Seymin aşağı palatasının noyabrda keçirəcəyi ilk iclasından sonra təqdim ediləcək.
AZƏRTAC xəbər verir ki, bunu Polşanın Baş Nazirinin müavini Yasek Sasin yerli radioya müsahibəsində bildirib.
Baş Nazirin müavini deyib ki, yeni seçilmiş parlament ilk iclasını noyabrın 12-də keçirəcək. O, hazırkı Baş Nazir Mateuş Moravetskinin vəzifəsində qalacağını qeyd edib.
Polşa Konstitusiyasına əsasən, Seymin ilk iclasında Baş Nazir istefasını təqdim edir. Prezident yeni Baş Naziri seçdikdən sonra kabinetinin tərkibini təklif edir. Digər nazirlər Seymin ilk iclasından sonra 14 gün ərzində Baş Nazir tərəfindən təyin olunur.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Varşava
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.05.2024 [15:10]
Qazaxıstan və Vyetnam arasında vizasız rejim mayın 25-də qüvvəyə minəcək
- 06.05.2024 [15:07]
Almaniya Moskvadakı səfirini geri çağırır
- 06.05.2024 [15:03]
Pakistan hava çirklənməsi ilə mübarizə kampaniyasına başlayıb
- 06.05.2024 [14:08]
“Tesla” Hindistan şirkətini məhkəməyə verib
- 06.05.2024 [13:42]
Bundan sonra Everestə qalxmaq icazə ilə mümkün olacaq
- 06.05.2024 [13:33]
Keniyada daşqınlar 228 nəfərin həyatına son qoyub
- 06.05.2024 [13:06]