RƏSMİ XRONİKA
PREZİDENTİN MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI
Dekabrın 24-də Türkiyə Respublikasının Prezidenti Abdullah Gül Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir.
Türkiyə Prezidenti Azərbaycan Prezidentini doğum günü münasibətilə təbrik etmiş, dost və qardaş Azərbaycan xalqının rifahı naminə fəaliyyətində ona uğurlar, möhkəm cansağlığı arzulamışdır.
Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirmişdir.
Azərbaycan və Türkiyə prezidentləri ölkələrimiz arasında dostluq münasibətlərinin bundan sonra da uğurla inkişaf edəcəyinə əmin olduqlarını bildirmişlər.