RƏSMİ XRONİKA
PREZİDENTİN MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI
Dekabrın 24-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng etmişdir. Rusiya Prezidenti dövlətimizin başçısını doğum günü münasibətilə təbrik etmiş, ona möhkəm cansağlığı, ali dövlətçilik fəaliyyətində uğurlar arzulamışdır.
Azərbaycan Prezidenti göstərilən diqqətə və təbrikə görə Vladimir Putinə minnətdarlığını bildirmişdir.
Dövlət başçıları ölkələrimiz arasında münasibətlərin müxtəlif sahələrdə uğurla inkişafından məmnunluq ifadə etmiş, əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əmin olduqlarını bildirmişlər.