RƏSMİ XRONİKA
PREZİDENTİN MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI
Sentyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedevə telefonla zəng etmişdir.
Dövlətimizin başçısı Rusiya Prezidentini ad günü münasibətilə təbrik etmiş, ona möhkəm cansağlığı, Prezidentlik fəaliyyətində uğurlar arzulamışdır.
Prezident Dmitri Medvedev təbrikə və göstərilən diqqətə görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirmişdir.
Eyni zamanda, Prezident İlham Əliyev çoxsaylı insan tələfatı ilə nəticələnən təyyarə qəzası ilə əlaqədar Rusiya Prezidentinə başsağlığı vermişdir.
Prezident Dmitri Medvedev başsağlığına görə dövlətimizin başçısına minnətdarlıq etmişdir.
Telefon söhbəti zamanı ikitərəfli münasibətlərlə bağlı bir sıra məsələlər də müzakirə olunmuşdur.