Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Qarabağda kəşf edilmiş arxeoloji mədəniyyətlər

Qarabağda kəşf edilmiş arxeoloji mədəniyyətlər

Bakı, 26 may, AZƏRTAC

Azərbaycanın bütün əraziləri qədim tarixin hər bir mərhələsinə aid abidələrlə zəngindir. Əlverişli təbii-coğrafi şərait ən qədim zamanlardan bu ərazilərdə insan məskunlaşmasını şərtləndirib. Cənubi Qafqazın ayrı-ayrı bölgələrində lokal məkan çərçivəsində qədim tarixin müxtəlif mərhələlərinin abidələri aşkar edilib. Lakin Qarabağ, Naxçıvan və Gəncə-Qazax bölgələrinin maddi mədəniyyətində tarixi dövrlərin ardıcıllığı daha aydın şəkildə izlənilir.

Bu fikirlər AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun direktor müavini, tarix elmləri doktoru, professor Nəcəf Müseyiblinin “Qarabağda kəşf edilmiş arxeoloji mədəniyyətlər” sərlövhəli məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.

Qarabağ ərazisində yalnız Mezolit (orta daş) dövrü istisna olmaqla bütün tarixi-arxeoloji dövrlər çoxsaylı abidələrlə təmsil olunub. İşğaldan azad edilmiş Qarabağ və ətraf rayonlarda hələ sovet dövründə bir sıra səbəblərdən ətraflı arxeoloji tədqiqat işləri aparılmayıb. Ermənistanın bu əraziləri işğal etməsi səbəbindən son 30 ilə yaxın müddətdə həmin ərazilər Azərbaycan alimləri üçün əlçatmaz olub. Yaxın illərdə bu bölgədə aparılacaq arxeoloji axtarış işləri nəticəsində bu günə qədər elmə məlum olmayan çoxsaylı abidələrin aşkar ediləcəyinə şübhə yoxdur. Eyni zamanda, bu ərazilərdə Mezolit dövrünə aid abidələrin də qeydə alınacağı istisna deyildir. Ərazinin zəngin təbii-coğrafi şəraiti belə düşünməyə əsas verir.

Müəyyən ərazilərdə əsasən ilk klassik dövlətlərin meydana çıxmasına qədərki dövrlərə aid tədqiq edilən arxeoloji abidələr, aşkar edilmiş maddi mədəniyyət nümunələri səciyyəvi xüsusiyyətlərinə görə (abidələrin, tapıntıların digər bölgələrdəki abidələrdən və tapıntılardan seçilən tipoloji, xronoloji fərqləri əsasında) elmdə “arxeoloji mədəniyyət” anlayışında birləşdirilir. Elmdə ilk dövlətlər dövrünə aid maddi mədəniyyət ənənələrinin də arxeoloji mədəniyyətlər tipində qruplaşdırılması halları da mövcuddur. Arxeoloji mədəniyyətlərin adları şərtidir və ilk tədqiq edilən abidənin/abidələrin, onların yerləşdiyi bölgənin və ya spesifik arxeoloji materialların adları ilə ifadə edilir. Arxeoloji mədəniyyətlər, onlarda qruplaşdırılmış abidələr konkret coğrafiyada yaşamış qədim əhalinin həyat tərzinin, dəfn adətlərinin, istehsal mədəniyyətinin məcmusunu özündə birləşdirir. Bu baxımdan arxeoloji mədəniyyətlər həm sadalanan elmi problemlərin, həm də etnogenez tarixinin ilk mərhələlərinin öyrənilməsi üçün böyük əhəmiyyətə malikdir.

Elmi tədqiqatlarla bütövlükdə Cənubi Qafqaz üzrə 10-dan artıq arxeoloji mədəniyyət müəyyən edilib. Onlardan dördü Qarabağda, daha dəqiq Xocalı, Xocavənd və Ağdam rayonlarındakı abidələrin arxeoloji tədqiqatları əsasında kəşf edilib. Bu, bir daha Qarabağın tarixin müxtəlif mərhələlərinə aid arxeoloji abidələrlə çox zəngin bir bölgə olduğunun əyani göstəricisidir.

Xronoloji ardıcıllığa görə, Qarabağda kəşf edilmiş ən qədim arxeoloji mədəniyyət Paleolit dövrünə aid “Quruçay mədəniyyəti”dir. 1960-cı ildə Məmmədəli Hüseynov tərəfindən Hadrut rayonunda (indi Xocavənd rayonunun ərazisinə daxildir), Quruçay çayının dərəsinə yaxın yerdə yerləşən Azıx mağarasında qədim daş dövrünə aid ibtidai insan düşərgəsini aşkar edib. Onun rəhbərliyi ilə bu arxeoloji abidədə 20 ildən artıq qazıntı işləri aparılıb, ümumi qalınlığı 14 m-dən çox olan 10 mədəni təbəqə tədqiq edilib. Düşərgənin alt təbəqələri yuxarıdakılardan həm geoloji strukturuna, həm də daş alətlərin xüsusiyyətinə görə seçilir. Bu təbəqələrdə, xüsusilə də 10-cu təbəqədə daha primitiv, kobud daş alətlər – “iki əllə istifadə edilmiş iri daş alətlər (qiqantolitlər)” aşkarlanıb. Bu alətlərin özünəməxsus, lokal xüsusiyyətlərinə görə professor M.Hüseynov 7-10-cu təbəqələr əsasında “Quruçay arxeoloji mədəniyyəti”ni kəşf edib.

Keçən əsrin 80-ci illərinin əvvəllərində İdeal Nərimanov Ağdam rayonunun Quzanlı kəndi yaxınlığında Leylatəpə adlandırılan Xalkolit dövrünə (e.ə. V minilliyin sonu – IV minilliyin birinci yarısına) aid yaşayış yerində arxeoloji qazıntılar zamanı Cənubi Qafqazın həmdövr abidələrinin tapıntılarından kəskin seçilən maddi mədəniyyət qalıqları aşkar edib. Görkəmli alim bu tapıntıların məcmusunu abidənin adı ilə “Leylatəpə mədəniyyəti” adlandırıb, onun mənşəyinin isə qədim Mesopotamiya ilə bağlı olduğunu qeyd edib. Son 15-16 ildə Azərbaycanda aparılmış arxeoloji araşdırmalarla Leylatəpə mədəniyyətinin daha geniş arealda yayıldığı, Şərqi Anadolu və Şimali Mesopotamiya ilə bağlı olduğu, bu mədəniyyətin bazasında Şimali Qafqazda Maykop mədəniyyətinin yarandığı müəyyən edilib, bu mədəniyyət beynəlxalq elmdə öz təsdiqini tapıbdır. Yaşayış yerlərinin özünəməxsus tikililəri, vəfat etmiş körpə uşaqların saxsı qablarda dəfn edilməsi, dulus çarxında formalaşdırılmış yuvarlaq altlıqlı, bəzən üstündə dulusçu işarələri olan saxsı qabların istehsalı və s. Leylatəpə arxeoloji mədəniyyətinin başlıca göstəriciləridir.

Orta Tunc dövründə (e.ə. II minilliyin birinci yarısı) Cənubi Qafqazda bir neçə arxeoloji mədəniyyətlər yayılmışdır. Keçən əsrin 50-ci illərində Ağdam şəhəri yaxınlığındakı Üzərliktəpə qədim yaşayış yerində aparılmış arxeoloji qazıntılar aşkar edilmiş maddi mədəniyyət qalıqlarının, xüsusilə də kütləvi istehsalın məhsulu olan keramika nümunələrinin fərqli xüsusiyyətlərini müəyyən etdi. Sonrakı illərdə qazıntının müəllifi (K.Kuşnaryova) və digər erməni əsilli arxeoloqlar Üzərliktəpənin tapıntılarını indiki Ermənistan ərazisindəki abidələrin materialları ilə eyniləşdirərək bütün bu abidələri “Sevan-Üzərlik qrupu” kimi müəyyənləşdiriblər. Mil-Qarabağın bir sıra digər abidələrində də Üzərliktəpə tipli tapıntılar aşkarlanıb.

Lakin Üzərliktəpəni Cənubi Qafqazın digər Orta Tunc dövrü abidələrindən fərqləndirən iki əsas cəhət var. Birincisi, Üzərliktəpənin səciyyəvi keramika məmulatı qara və ya tünd boz rəngli, üzəri basma-kəsmə üsulu ilə naxışlanmış tipoloji seçilən qablardan ibarətdir. Burada boya naxışlı keramika cəmi 2 % təşkil edir. Halbuki Cənubi Qafqazın digər Orta Tunc dövrü abidələrinin saxsı qablarının böyük əksəriyyəti məhz boyalı qablardır. İkincisi, Üzərliktəpənin mədəni təbəqəsinin alt qatları əvvəlki İlk Tunc dövrü ənənələri ilə bağlanır ki, bu da qədim mədəniyyətlərin varisliyi məsələsinin tədqiqi üçün mühüm əhəmiyyət kəsb edir. Buna görə də bu yaşayış yerindəki maddi mədəniyyət qalıqlarını və bu tipli tapıntıların məlum olduğu abidələri “Üzərliktəpə mədəniyyəti” adı altında birləşdirmək daha düzgündür.

Son Tunc-İlk Dəmir dövrü (e.ə. II minilliyin ikinci yarısı-I minilliyin əvvəlləri) Cənubi Qafqazda, o cümlədən Azərbaycan ərazisində əhalinin sürətli artımı, sıx məskunlaşma, maddi istehsalın yüksək inkişafı, yerli zəmində ilk klassik dövlətlərin meydana çıxma ərəfəsi ilə səciyyələnir. Şimali Azərbaycanda bu dövrə aid abidələrin tədqiqatları ilə üç arxeoloji mədəniyyət – Xocalı-Gədəbəy, Naxçıvan və Talış-Muğan mədəniyyətləri kəşf edilib.

Xocalı-Gədəbəy mədəniyyəti Azərbaycanın daha geniş ərazilərini, eyni zamanda, indiki Ermənistanı və Gürcüstanın şərq hissəsini əhatə edir. Bu mədəniyyətə aid səciyyəvi kütləvi tapıntılar (qara və boz rəngli, səthi cilalı, kəsmə-basma üsulu ilə həndəsi və zoomorf ornamentlərlə naxışlanmış saxsı qablar, silahlardan və bəzəklərdən ibarət tunc məmulatı, kurqanaltı torpaq və daş qutu tipli qəbirlərin kütləviliyi və s.) ilk dəfə hələ XIX əsrin axırlarında Qarabağda Xocalı ətrafında və Gədəbəydə aşkar edilib. Sonrakı dövrlərdə bu mədəniyyətə aid abidələr daha geniş arealda tədqiq olunub. İlk tədqiqat yerlərinə uyğun olaraq XX əsrin 30-cu illərindən başlayaraq bu qəbildən olan bütün abidələr “Xocalı-Gədəbəy mədəniyyəti” adı altında birləşdirilib. Bu mədəniyyət Azərbaycanda erkən dövlətçilik ənənələrinin, maddi və mənəvi mədəniyyətin, dəfn adətlərinin, etnogenez tarixinin tədqiqatları üçün zəngin elmi baza təşkil edir.

Beləliklə, Qarabağ Azərbaycanda nisbətən kiçik bir ərazi olmasına baxmayaraq, bütövlükdə Cənubi Qafqaz arxeologiyasında abidələrin, qədim mədəniyyətlərin zənginliyi ilə seçilən bir bölgədir. İşğaldan azad edilmiş bölgədə aparılacaq tədqiqatlar nəticəsində bu günə qədər elmə məlum olmayan çoxsaylı tarixi-arxeoloji abidələrin aşkar ediləcəyi labüddür.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İsveçdə payızdan etibarən dördgünlük iş həftəsi tətbiq ediləcək

Parisdə dəmir yolu işçiləri tətilə hazırlaşırlar

Sudanda Qızıl Xaç Komitəsinin əməkdaşları öldürülüb

Karla Bruni şübhəli şəxs qismində dindirilib

Konfrans Liqası: İngiltərədə sensasiya, "Fiorentina"dan çətin qələbə

Avropa Liqası: "Bayer"dən səfər qələbəsi, “Marsel”dən heç-heçə

Arıqlama preparatları istehsal edən Danimarka şirkətinin gəlirində ciddi artım müşahidə edilir

İsveçli rejissor Naxçıvanda film çəkəcək

ABŞ-də aksiyalarda həbs olunanların sayı 2 min nəfəri keçib

Macarıstanda şərab sammiti keçirilib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" "Neftçi"ni məğlub edərək yarımfinala yüksəlib

“Xalqa bağışlanmış ömürdən anlar” kitabı Bişkekdə qırğız dilində işıq üzü görüb

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində dini liderlər Xankəndi, Xocalı və Ağdamda olublar VİDEO

XTNS-də Azərbaycanın faşizm üzərində qələbəyə verdiyi töhfəyə həsr olunmuş tədbirlər keçiriləcək

SOCAR prezidenti Ukraynanın “Naftoqaz” şirkətinin baş icraçı direktoru ilə görüşüb

Karmen Romero: Azərbaycanda COP29-un keçirilməsini səbirsizliklə gözləyirəm

Heydər Əliyev Sarayında "Əbədi məşəl" adlı konsert təşkil olunub

Ceyhun Bayramov BMT Baş katibinin iqlim fəaliyyəti və ədalətli keçid üzrə xüsusi müşaviri ilə görüşüb

Dünya mətbuatı VI Mədəniyyətlərarası Dialoq Forumunu diqqət mərkəzində saxlamaqda davam edir

Azərbaycan və Tacikistan xarici işlər nazirlikləri arasında məsləhətləşmələr aparılıb

Türkiyə mediası Prezident İlham Əliyevin Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimindəki açıqlamalarına geniş yer verib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Ukraynanın nümayəndə heyəti ilə görüş keçirilib

® “Bakcell” çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik etdi

“Əlyazmaların mühafizəsi, invertarlaşdırılması və pasportlaşdırılması” - mühazirə

Film Fondunda Cəfər Cabbarlının 125 illik yubileyi qeyd edilib

Martinq Kruminq: Dialoq Forumu müxtəlif mədəniyyətlərə malik insanları bir araya gətirməyə şərait yaradır

Azərbaycan Asiya İnkişaf Bankının illik toplantısında təmsil olunur

Norveçli səyahətçi: Dağıdılmış mənzərələrə şahidlik etmək həddən artıq dəhşətlidir

Azərbaycan və Türkiyə ombudsmanları arasında görüş keçirilib

Monitorinqlər davam etdirilir: 145 müəssisədə nöqsanlar aşkarlanıb

Azərbaycan-İspaniya əməkdaşlığının dərinləşdirilməsi barədə fikir mübadiləsi aparılıb

Rusiya Federal Məclisinin Federasiya Şurasının nümayəndə heyəti Milli Məclisdə olub

Növbəti "Təhsildə yeni çağırışlar” konfransı Xaçmazda keçiriləcək

ANAMA sədrinin birinci müavini: Mülki təyinatlı ərazilərin qəsdən minalanması insanlıq əleyhinə cinayətdir

ADNSU-nun tələbələri Fizika İnstitutunda aparılan tədqiqatlar barədə məlumatlandırılıb

Natali Minaçi: Müstəmləkəçi ölkələr yerli xalqların mədəniyyətlərini məhv etməyə çalışır

Tayeb Mansuri: Mədəniyyətlərarası dialoq ziddiyyətlərin aradan qaldırılması üçün çox gözəl vasitədir

Milli Məclislə Beynəlxalq Parlamentarilər Konqresi arasında əməkdaşlığa dair müzakirələr aparılıb

"Prezident Kuboku-2024": Azərbaycan avarçəkənləri günü 1 dəst medalla başa vurublar

Zeki Aktürk: Azərbaycanın antiterror tədbirləri nəticəsində sabitliyin bərqərar olması ilə Birgə Monitorinq Mərkəzinin fəaliyyəti başa çatıb

Milli Məclis ilə AIPA arasında əməkdaşlıq məsələləri müzakirə edilib

Slovakiya nümayəndə heyəti Forumda gündəmə gətirilən məsələlərin aktuallığını qeyd edib

Mərkəzi Seçki Komissiyasının 2024-cü il 7 mart tarixli iclas protokolunun təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar təyin edilir

“Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Katibliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Yaz semestrində 5 mindən çox tələbə təhsil krediti alıb

Altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramin Ələmşah oğlu Məmmədovun deputat səlahiyyətlərinə xitam verilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

Hövsan, Mərdəkan və Şüvəlandan ekspres avtobus marşrutları fəaliyyətə başlayacaq

Norveçli səyyahlar Ağdam şəhərinə səfər ediblər VİDEO

Klublar Komitəsinin son iclasında müzakirə olunan məsələlər açıqlanıb

Mərakeş Krallığı 2024-2025-ci tədris ili üçün təqaüd proqramı elan edir

Lük Fransis Karol: Assimilyasiya siyasəti mədəniyyətlər arasında dinc qarşıdurma deyil, tam müharibədir

Gürcüstan ABŞ-la strateji tərəfdaşlıq danışıqlarından imtina edib

Milli Məclisin sədri İtaliya Parlamenti Deputatlar Palatasının vitse-prezidenti ilə görüşüb

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində uqandalı nazirlə görüş keçirilib

Azərbaycan Texniki Universitetində MBA proqramı çərçivəsində müəllimlər işə qəbul edilir

Həsən Əliyev küçəsindən metronun “Koroğlu” stansiyasına qədər yeni yolun tikintisinə başlanılıb

QS-nin regional direktoru ADNSU-da olub

® Naxçıvan Baş Gömrük İdarəsində işlə bağlı stress və onun qarşısının alınmasına həsr olunan təlim keçirilib

Yeni domen adlarında Azərbaycan əlifbasında olan hərflərdən istifadə nəzərdə tutulur

Mərakeş parlamentarisi Bakı Forumunun beynəlxalq əməkdaşlığa töhfələrini yüksək dəyərləndirib

Küveytin UNESCO-dakı nümayəndəsi: Bakı Forumu çox maraqlı mövzuları əhatə etdi

“Metodist hazırlığı” müsabiqəsinə qoşulmaq istəyənlərin nəzərinə

Nur Jazlan Bin Məhəmməd: Azərbaycanın bütün dünyaya nümunə olmaq istiqamətində gördüyü işləri dəstəkləyirəm

Azərbaycan məktəbliləri 41-ci Balkan Riyaziyyat Olimpiadasında uğur qazanıblar

İkinci Dünya müharibəsi iştirakçılarına xüsusi qayğının növbəti təzahürü

Monitorinqlər zamanı 71 ticarət və 74 ictimai iaşə müəssisəsində nöqsanlar aşkarlanıb

Tələbə Elmi Cəmiyyətinin VI elmi-praktik konfransı keçirilib

Karbonsuz istehsal, dayanıqlı inkişaf, innovativ texnologiyalar - konfrans

Azərbaycan və Belarus qida təhlükəsizliyi sahəsində əməkdaşlığı genişləndirəcək

Akkan Suver: Qalib Prezident İlham Əliyevin dialoqun önəmini vurğulaması dünyada sülhün dialoqla qurula biləcəyini bir daha göstərdi

Respublika fənn olimpiadalarının final turunun biologiya və coğrafiya üzrə ilkin nəticələri elan edilib

AIPA-nın baş katibi COP29-a hazırlıq işləri barədə məlumatlandırılıb

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bağlanış mərasimi olub

Adil Kərimli: Əsas məqsəd mədəniyyətin iqlim dəyişikliyi məsələlərinin həll olunmasında önəmli yer tutmasıdır

Azərbaycan və Rusiya arasında cari regional vəziyyət müzakirə olunub

“Müxtəlifliyin qorunması: multikultural dünyada çağırışlar və qlobal əməkdaşlığın təşviq edilməsi” mövzusunda müzakirələr aparılıb

ICESCO-nun Baş direktoru: Biz tolerantlığı və dinc yaşamağı təşviq etməliyik

Müsəlman din xadimləri Yuxarı Gövhər Ağa məscidində namaz qılıblar

Fransız Polineziyasında və Yeni Kaledoniyada müstəqillik mübarizəsi istiqamətində atılan addımlar genişlənir

Polineziya, Korsika, Melaneziya, Karib dənizi və Antil adalarında kolonializmin fəsadları ilə bağlı ATƏT DTİHB-nin direktoruna məktub ünvanlanıb

Sivilizasiyalar Alyansının direktoru: Forumda müzakirə edilən mövzular aktuallığı ilə yadda qaldı

Bakı Forumu çərçivəsində “Keçmiş və gələcəyin mühafizəsi: iqlim dəyişikliyi fonunda mədəni irs” adlı plenar sessiya keçirilib

Alternativ məktəbəqədər sinfə mediatur təşkil edilib

Səbinə Hacıyeva: Mina səbəbindən arxeoloji baxımdan çox dəyərli məkanlara daxil ola bilmirik

"Prezident Kuboku-2024": Azərbaycanın daha bir avarçəkəni medal qazanıb

Tank bölmələri ilə intensiv döyüş hazırlığı məşğələləri keçirilir VİDEO

Mərkəzi Seçki Komissiyasının iclası keçirilib VİDEO

Afrika Ümumdünya İrs Fondunun icraçı direktoru Azərbaycan Hökumətinə təşəkkür edib

İcraçı direktor: Bakı Təşəbbüs Qrupunun fəaliyyətinə Fransa tərəfindən müəyyən reaksiyalar var VİDEO

Mədəni liderlərin konsultativ görüşü: “Mədəni diplomatiya təcrübədə: mədəniyyətlərarası anlaşmanın inkişafı"

Leysan yağışlar səbəbindən Dubayda 13 aviareys ləğv edilib

Bakı Təşəbbüs Qrupunun rəhbəri: Fransanın dənizaşırı ərazilərinin və Korsikanın müstəqillik mübarizəsinə dəstək göstəririk VİDEO

ICESCO Baş katibinin müşaviri: Qeyri-maddi və maddi mədəni irs abidələri təhlükə altındadır

Baş katibin müavini: Azərbaycanın tətbiq etdiyi “ASAN Viza” sistemi turistlər üçün olduqca əlverişlidir

Heydər Əliyev Fondunun Rusiyadakı layihələri müzakirə olunub

Ərdoğan: Bəzi Avropa ölkələrində ifrat irqçiliyin dəstəkləməsi Qərb demokratiyası üçün fəlakətdir

Keniyadan olan din xadimi: Gördüyümüz mənzərə, törədilən vəhşiliklər çox ürəkağrıdıcıdır