Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Qərbi Azərbaycan kəndləri – Şorca

Bakı, 11 mart, AZƏRTAC

Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli Qərbi Azərbaycan kəndləri ilə bağlı araşdırma aparıb. AZƏRTAC Əziz Ələkbərlinin “Qərbi Azərbaycan kəndləri” silsiləsindən növbəti yazısını təqdim edir.

Şorca kəndi Göyçə mahalının Çəmbərək rayonunda, Göyçə gölünün sahilində, Yelenovka-Zod dəmiryolunun, Yelenovka-Mixaylovka, Mixaylovka-Basarkeçər avtomobil yollarının kənarında yerləşir.

XIX əsrin ortalarına qədər kənddə ancaq azərbaycanlılar yaşamış, sonra onlar Basarkeçər bölgəsinə köçmüş, Rusiyadan sürgün edilmiş ruslar (malakanlar) kənd ərazisində məskunlaşdırılmışlar. Sonralar kəndin azərbaycanlı əhalisinin bir hissəsi geri qayıdıb və kənddə əsasən azərbaycanlılar, az sayda isə ruslar və ermənilər yaşamışlar.

İvan Şopen öz qeydlərində (1831) bu kəndi İrəvan əyalətinin Göyçə mahalının Şor Əli kəndi kimi yazıb, orada 140 nəfər (86 kişi, 54 qadın) azərbaycanlının yaşadığını göstərib.

1873-cü ilin statistik məlumatlarında İrəvan quberniyasının Yeni Bayazid qəzasının Göyçə gölü hövzəsi nahiyəsinin Nadejdino (Şorcalı) kəndi kimi siyahıya alınıb, kəndin Göyçə gölünün kənarında, Adatəpə burnunda yerləşdiyi və orada 311 nəfər (148 kişi, 163 qadın) rusun yaşadığı qeyd olunub.

1886-cı ildə İrəvan quberniyasının Yeni Bayazid qəzasının Məzrə nahiyəsinin Nadejdino (Şorcalı) kəndi kimi qeydə alınıb, kənddə 226 nəfər (103 kişi, 123 qadın) rusun yaşadığı göstərilib.

1904-cü ildə kənddə 329 nəfər, 1914-cü ildə 381 nəfər, 1916-cı ildə 280 nəfər, 1919-cu ildə 320 nəfər yaşamışdır.

Şorca adının etimologiyası ilə bağlı müxtəlif fikirlər var. Məsələn, akademik Budaq Budaqov və professor Qiyasəddin Qeybullayev yazırdılar ki, kənd XIX əsrin 40-cı illərində İrəvan qəzasındakı Aşağı Quylasardan qovulmuş azərbaycanlı əhalinin “Şorca” (yəni şoran yer) adlanan ərazidə məskunlaşması nəticəsində yaranıb. 1831-ci ilə aid mənbədə kəndin adının Şor Əli kimi verilməsi isə bizi məsələ üzərində bir qədər düşünməyə və toponimi peçeneqlərin şor//çor türk tayfasının adı ilə bağlamağa vadar edir.

Xatırladırıq ki, Şorca toponimi Qərbi Azərbaycanda təkcə Çəmbərək rayonunda müşahidə olunmur. Göyçə mahalının Basarkeçər rayonunda da Şorca adlı kəndlər (Aşağı Şorca, Yuxarı Şorca) mövcud idi. Bundan əlavə, Dərələyəz mahalında Şorca kəndi olub. Qərbi Azərbaycanda böyük bir mahal da (Şörəyel) şor tayfasının adını daşıyırdı.

Unutmaq olmaz ki, türk xalqlarından biri də bu gün şorlardır və onların dili də şor dili adlanır. Şorlar hazırda daha çox Xakas, Şimali və Dağlıq Altay vilayəti ilə həmsərhəd olan Tom çayı ətrafında yaşayırlar. Hər halda faktdır ki, Cənubi Qafqazın tarixinə dair mənbələrdə VII əsrdən adı çəkilən şor//çor etnosu Azərbaycan türklərinin formalaşmasında yaxından iştirak etmiş, buradakı digər türk boyları ilə qaynayıb-qarışmışlar.

Şorca kəndində eramızdan əvvəl I əsrdə tikilmiş qalanın qalıqları, XVII əsrə aid alban kilsəsi, qədim oğuz qəbiristanlığının yeri son zamanlara qədər dururdu.

1919-cu ildə erməni quldur dəstələri kəndə hücum edərək əhalinin bir hissəsini qətlə yetirib, sağ qalanları qovub çıxarıb, var-dövlətlərini talan ediblər.

Sovet hakimiyyəti qurulduqdan sonra kəndin qaçqın əhalisi doğma yurda qayıdıb. 1922-ci ildə kənddə 6 nəfər, 1931-ci ildə isə 196 azərbaycanlı qeydə alınıb.

Bölgəyə ruslar köçürüldükdən sonra, XIX əsrin ortalarında kəndin adı dəyişdirilib Nadejdino qoyulsa da, sovet hökumətinin ilk illərində azərbaycanlı sakinlər Şorca adını bərpa ediblər. Həmin vaxt kəndin rus əhalisi artıq azlıq təşkil edirdi.

Şorca sovet hakimiyyəti illərində kənd Ağbulaq kənd sovetliyinin tərkibində idi.1970-ci ildə kənddə 880 nəfər, 1979-cu ildə 944 azərbaycanlı yaşayırdı.1988-ci ildə kənddə 1000 azərbaycanlı yaşayırdı ki, onlar da həmin il noyabrın axırlarında, bir neçə günün içində erməni quldurları tərəfindən sonuncu nəfərinə qədər qovulub çıxarıldılar. Həmin vaxt azərbaycanlı əhali ilə yanaşı, cəmi 20 rus və 3 erməni ailəsi yaşayırdı.

* * *

Şorca ərazisində kəndin coğrafiyası ilə bağlı maraqlı yer-yurd adları formalaşmışdır. Məsələn, Qara Quzey – Şorca kəndi yaxınlığında dağ adıdır. Onun başında çoxlu Oğuz qəbirləri var idi. Ada təpə – Şorca kəndinin şərqində, Göyçə gölündə yarımada idi. Bu, böyük dağ vaxtilə ada olmuşdu. Xanlıq – Şorca örüşündə, Şahdağ ətəyində yer adı idi.

Kənddə 1930-cu illərdə kolxoz qurulub, 1950-ci illərdə heyvandarlıq sovxozu yaradılıb. Əhali daha çox bağçılıq, arıçılıq və balıqçılıqla məşğul olub.

Kənddə orta məktəb, klub, kitabxana, rabitə şöbəsi, məişət xidməti emalatxanası, süd emalı zavodu, meteoroloji stansiya, tibb məntəqəsi, dəmiryol stansiyası da fəaliyyət göstərirdi. Həmçinin kərpic zavodu, xəstəxana, pendir zavodu və s. müəssisələr var idi. Şorca azərbaycanlı kəndi olduğu üçün ermənilər oradakı xəstəxana və pendir zavodunu mərkəzləşdirmə bəhanəsilə ləğv etmişdilər.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Moskvadakı sərgidə faşizm üzərində qələbədə Azərbaycanın roluna həsr olunmuş tədbirlər keçirilib

İsveçrədə İkinci Dünya müharibəsində həlak olmuş azərbaycanlıların xatirəsi anılıb

"Paris-2024"ə lisenziya əldə edən Azərbaycan güləşçisi: Qələbə qazanmaq heç də asan olmadı

Neftçalada yol qəzası olub, xəsarət alanlar var

Azərbaycan güləşçisi: Uğurumu “Paris-2024”də davam etdirmək istəyirəm

Ankarada “Heydər Əliyev və Türk dünyası” adlı anım proqramı təşkil olunub

“Scandinavian Airlines” aviaşirkətinin təyyarəsi Bakıya təcili eniş edib

Azərbaycanın üç güləşçisi “Paris-2024”ə lisenziya əldə edib YENİLƏNİB-2

Fransa dənizaşırı departamenti Mayotda vəba xəstəliyi yayılıb

Azərbaycanın kişi boksçuları lisenziya turnirinə Tailandda hazırlaşacaqlar

Babək rayonunda fərdi yaşayış evində yanğın baş verib

Olimpiadaya vəsiqə qazanan Azərbaycan güləşçisi: “Paris-2024”dəki hədəfim qızıl medaldır

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti mükafatçılar müəyyənləşib

Yasamalda yol qəzası olub, “Qələbə” dairəsi istiqamətində sıxlıq yaranıb

Biləsuvarda tütün məmulatlarından istifadə qaydalarını pozanlar inzibati məsuliyyətə cəlb olunub

Ukraynada ümumi səfərbərlik və hərbi vəziyyət daha 90 gün uzadılıb

Naxçıvan şəhərində yaşayış evlərinə qrunt suları yığılıb

Göyçə mahalındakı Ağbulaq kənd məktəbinin 100 illik yubileyi qeyd olunub

Naxçıvanda Heydər Əliyev adına tam orta məktəbin fəaliyyətə başlamasının 20 illiyi qeyd edilib

İkinci Dünya müharibəsində Belçikada həlak olmuş həmvətənlərimizin xatirəsi yad edilib

Ombudsman Cenevrədə milli qiymətləndirmə sənədilə əlaqədar müzakirələr aparıb

Bolqarıstan və Rumıniya mediası Rumen Radevin Azərbaycana səfərini diqqət mərkəzində saxlayıblar

Qaxda Ulu Öndərin xatirəsinə həsr edilən şahmat turnirinin qalibləri müəyyənləşib

İcma sədri: Fransa səfirinin dediklərinə erməni təəssübkeşliyi kontekstində baxmaq lazımdır

“Anadolu Ankası – 2024” təlimi: şərti düşmənin avtomobil kolonu pusquya salınıb VİDEO

Narva Estoniya Dövlət Gimnaziyasında Azərbaycan mədəniyyətini tanıdan dərslər təşkil edilib

Həzi Aslanov, Mehdi Hüseynzadə, Rixard Zorge və Qafur Məmmədovun abidələri ziyarət olunub VİDEO

“Böyük Qayıdış” Gənclər Təşkilatı Ulu Öndərin 101-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirib

AMEA-da “Dostluğun siması” sənədli filminin və “Heydər Əliyev – Gürcüstan” kitabının təqdimatı olub

Türkiyənin vitse-prezidenti ölkəsinin biznes dairələrini Azərbaycanda yeni layihələr həyata keçirməyə çağırıb

Britaniya peyvəndlərlə bağlı qlobal müqaviləni imzalamaqdan imtina edir

Heydər Əliyev Fondu Samuxda körpələr evi-uşaq bağçası inşa etdirib

Xocalıda insana məxsus sümük fraqmentləri aşkarlanıb

Azərbaycanın Baş naziri türkiyəli investorları bərpaolunan enerji sahəsində əməkdaşlığa çağırıb

Polşada faşizm üzərində Qələbənin 79-cu ildönümü qeyd olunub

Bakıda qızıl medal qazanan çinli atıcı dünya rekordunu yeniləyib VİDEO

Türkiyə Prezidenti: Avropada türk toplumuna qarşı ayrı-seçkilik və nifrət cinayətləri günü-gündən adi hala çevrilir

Ordubad rayonu Pəzməri kənd avtomobil yolunda qaya uçqunu baş verib

Dmitri Peskov: Rusiya hərbçiləri Ermənistanın bir sıra bölgələrindən çıxırlar

Yığmanın sabiq üzvü: “Qəbələ”nin Premyer Liqada qalmasını istəyərdim

İlqar Qurbanov: Sanki yenidən uşaqlıq dövrümə qayıtdım

Misirdə Ulu Öndərin anadan olmasının 101-ci ildönümü qeyd edilib

Şimali Makedoniyada prezident və parlament seçkilərində müxalif partiyası qalib olub

Ön təkəri partlayan mülki təyyarə Antalya hava limanında gövdəsi üstə enib VİDEO

Bakının kənd və qəsəbələri arasında ll minifutbol turnirinin qalibi məlum olub

Serbiya və Çin arasında 28 sənəd imzalanıb

Lənkəranda əməliyyat zamanı saxlanılan narkokuryerdən 22 kiloqram marixuana aşkar olunub

Vladimir Putin: İkinci Dünya müharibəsi ilə bağlı həqiqət öz siyasətini riyakarlıq üzərində quranlara mane olur

İdman gimnastikası üzrə açıq Bakı çempionatı və paytaxt birinciliyi start götürüb

İcma: Fransadan regionda vəziyyəti gərginləşdirməməyi və sülhə maneə olmamağı tələb edirik

“AzərEnerji” Ulu Öndər Heydər Əliyevlə bağlı tədbirlər keçirib

Moskvada Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş tədbir keçirilib

Devid Kemeron: Britaniya və NATO müdafiəyə daha çox pul xərcləməlidir

Mayın 10-da paytaxtda 23, bəzi yerlərdə isə 25 dərəcə isti olacaq

İngiltərədə terrorda şübhəli bilinən 3 nəfər saxlanılıb

Fərid Qayıbov: Minifutbol turnirinin keçirilməsi Azərbaycan futbolunun gələcəyinə böyük töhfə verəcək

Sabah Bakının bəzi küçə və prospektlərində nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq

Moskvada hərbi parad keçirilir

Azərbaycan-Bolqarıstan əməkdaşlığında bütün sahələr üzrə göstəricilər yüksəlir - ŞƏRH

Azərbaycanın voleybol millisi Sloveniyaya yollanıb

Türkiyənin Hacettepe Universiteti ilə Azərbaycanın ali təhsil ocaqları arasında əməkdaşlıq genişləndiriləcək

Faktiki hava açıqlanıb: Şahdağda qar, Xınalıqda isə sulu qar yağıb

® Xırdalan 0.0 Futbol Millisinin alkoqolsuz sponsoru oldu

İncəsənət xadimləri Azərbaycan Respublikası Prezidentinin mükafatına layiq görüldülər - SƏRƏNCAM

Bir qrup mədəniyyət xadiminə Azərbaycan Prezidentinin fərdi təqaüdü verildi - SƏRƏNCAM

İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan mədəniyyət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Mayın 10-11-də Astara rayon sakinlərinə oftalmoloji xidmət göstəriləcək

Milli Kitabxanada 9 - May Faşizm üzərində Qələbə Günü münasibətilə elektron məlumat bazası təqdim edilib

Azərbaycanın 4 güləşçisi lisenziya turnirində mübarizəyə başlayır

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva faşizm üzərində Qələbə uğrunda həlak olan Azərbaycan övladlarının xatirəsini ehtiramla anıblar VİDEO

Ötən gün aşkarlanan və təhvil götürülən silah-sursatın sayı açıqlanıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb

“Sizin Makedoniya” koalisiyasının nümayəndəsi: Nəticələr hökumətin ilk 100 günü ərzində nümayiş etdiriləcək

Onlayn alış-veriş edənləri dələduzluq yolu ilə aldadan şəxs saxlanılıb

Heydər Əliyevin fəaliyyəti daim xalqın, dövlətin mənafeyinə xidmət edib

Mehriban xanım Əliyeva 9 May - Qələbə Günü münasibətilə paylaşım edib

AZPROMO rəsmisi: ADA və Boloniya universitetlərinin əməkdaşlığının kənd təsərrüfatına töhfələr verəcəyinə inanırıq

İordaniya mətbuatı Ümummilli Liderin 101-ci ildönümü barədə yazır

Alman faşizmi üzərində qələbədən 79 il ötür

İordaniyada Ulu Öndərin 101 illiyi münasibətilə ağacəkmə aksiyası təşkil olunub

Mütəxəssislər xəbərdarlıq edirlər: Süni intellekt sosial nizamı məhv edə bilər

Avropa İttifaqı göyöskürəyin sürətlə yayılması ilə bağlı xəbərdarlıq edir

İsveçrədə keçiriləcək Ukrayna üzrə konfransın iştirakçılarının siyahısı artır

Meksika Prezidenti: Ölkədə elektrik enerjisinin kəsilməsi rekord isti hava ilə əlaqədardır

Piylənmə uşaqlarda insulin müqavimətinə səbəb ola bilər

Ukraynada ağır cinayət törətməmiş məhbuslar səfərbərliyə cəlb olunacaqlar

Ötən ay dünyada “ən isti aprel” kimi qeydə alınıb

Britaniyada növbəti deputat Leyboristlər Partiyasına keçib

Nəcəf Cəfərli: ADA Universitetinin dəstəyi ilə “MacFrut” sərgisində iştirak edirik

İnkişafa və sabitliyə hesablanan Azərbaycan-Slovakiya əməkdaşlığı ŞƏRH

Çempionlar Liqası: “Real Madrid” geri dönüş edərək finala yüksəlib

Səfir: ADA və Bolonya universitetlərinin birgə layihəsi kənd təsərrüfatı mütəxəssislərin hazırlanmasında xüsusi önəm daşıyır

Kubada Ulu Öndər Heydər Əliyevin 101 illiyi münasibətilə tədbir təşkil edilib

Konfrans Liqasında ilk finalçı bəlli olub

Rusiyanın Londondakı hərbi attaşesi ölkədən çıxarılıb

“Paris 2024” Yay Olimpiya Oyunlarının məşəli Marselə gətirilib

Azərbaycan Basketbol Liqası: “Xəzri” seriyanın ilk oyununda qalib gəlib

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü Abşeron rayonunda qeyd edilib

Xətai rayonunda Milli Qəhrəman İlqar Mirzəyevin büstünün açılışı olub