DÜNYA
Şərq ulduz falı (14-20 may)
OĞLAQLAR maliyyə durumunun çətinliyinə baxmayaraq, bu həftə borc götürməməlidirlər. Çalışın, ayağınızı yorğanınıza görə uzadasınız. Ürəyinizdən keçənlə zəruri olan arasında seçim etmək məcburiyyətində qalacaqsınız. Başqa çarəniz yoxdur. Buna baxmayaraq, yalnız pul məsələləri barədə düşünməyin. Vəziyyət tezliklə normallaşacaq və hər şey öz məcrasına dönəcəkdir.
DOLÇALAR bu həftə lazımlı müqavilə və razılaşmaları imzalasalar, biznes və kommersiya sahəsində bütün niyyətlərini həyata keçirəcəklər. Həmçinin, xidməti vəzifədə bir pillə də qalxa bilərsiniz. Şəxsi həyatınızı isə sevgilinizlə münaqişələr qaralda bilər. Yanğının üstünə benzinlə getməsəniz, münaqişə alovunu asanlıqla söndürə bilərsiniz.
BALIQLAR mühüm qərarları vaxtında qəbul etməlidirlər. Bütün işlərinizin aqibəti çevik və bacarıqlı hərəkətlərinizdən asılı olacaqdır. Əvvəlcədən özünüzü rəhbərlikdən mühüm tapşırıq almağa hazırlayın. Bütün gələcək karyeranız bu işin öhdəsindən necə gələcəyinizdən asılıdır.
QOÇLAR bu həftə karyerada görünməmiş uğura imza atacaqlar. Ya yeni tanışlıq, ya da hansısa xəbər həyat tərzinizi kökündən dəyişdirəcəkdir. Siz, işinizi genişləndirməklə əlaqədar görüşlər və yeni tanışlıqlar ərəfəsindəsiniz. Yaxınlarınızla münaqişəyə yol verməmək üçün kompromisə getməlisiniz.
BUĞALAR perspektivlər barədə düşünməlidirlər. Ola bilsin, bəzi ideya və planlarınızdan imtina etməli olacaqsınız. Lakin onları sizi cəmiyyətdə daha yüksək pilləyə qaldıracaq yeni məqsəd və vəzifələr əvəzləyəcəkdir. Şəxsi münasibətlərdə nəzakətli olmağa çalışın. Ürək sözlərini deməyə, dərdlərini bölüşməyə çalışan yaxınlarınızı özünüzdən kənara itələməyin.
ƏKİZLƏR işdə özləri üçün yeni perspektivlər açacaqlar. Peşəkar fəaliyyətinizlə bağlı çoxdankı ideyalarınızın həyata keçirilməsini rəhbərlik özü dəstəkləyəcəkdir. Bu da sizə həm mənəvi, həm də maddi rahatlıq gətirəcəkdir. Rəhbərlik mütləq sizi diqqətə alacaqdır, ciddiliyinizi, intizamlı və mütəşəkkil olmağınızı yüksək qiymətləndirəcəkdir.
XƏRÇƏNGLƏRİ hər baxımdan səmərəli bir həftə gözləyir. İşdə mühüm danışıqlar uğurla keçəcəkdir. Diqqətli olun və emosiyalarınızın ağlınıza üstün gəlməyinə imkan verməyin. Yaxşı olar, dönüb arxaya baxıb sizi bu əsəbi vəziyyətə gətirib çıxarmış hadisələri gözdən keçirin. Ola bilsin, həddən artıq böyük sürət götürmüsünüz və bu da əsəblərinizə pis təsir göstəribdir.
ŞİRLƏR bu həftə işlə bağlı istənilən ideyalarını gerçəkləşdirə bilərlər. Yaxşı olar, bu fürsətdən peşə vərdişlərinizi təkmilləşdirməyə və karyera məsələlərinə həsr edəsiniz. İşlərinizi rasional planlaşdırmaq, gücünüzü düzgün qiymətləndirmək bacarığınız maneələri dəf etməyinizə, ağlınız və güclü intuisiyanız isə məqsədinizə çatmağa kömək göstərəcəkdir.
QIZLAR bu həftə tanışlarının və yaxınlarının diqqət mərkəzində olacaqlar. Sizin fikrinizi soruşacaq, məsləhətlərinizə qulaq asacaqlar. Bu fürsətdən mütləq nüfuzunuzu möhkəmləndirmək üçün istifadə etməlisiniz. Özünüzü göstərmək üçün bundan yaxşı fürsət ola bilməz. Həmçinin, bu həftə vaxtınızın çoxunu sevdiyiniz insana həsr edin. Bu, hər ikinizin ovqatını yüksəldəcəkdir.
TƏRƏZİLƏR də hər baxımdan uğurlu dövrə qədəm qoyurlar. Elə bir dövrdür ki, ürəyinizdən keçən hər şeyi gerçəkləşdirə biləcəksiniz. Əsəblərinizi qorumalısınız. Çalışın ki, ətrafdakılarla münaqişəyə girməyəsiniz. Həftə sonuna yaxın sizi mükafat gözləyir.
Həm işlərini, həm də büdcələrini əsaslı planlaşdırmağı sevən ƏQRƏBLƏRİN ovqatını bu həftə heç kəs korlaya bilməz. Bütün işlər ürəyiniz istəyən olacaqdır. Yükünüzü yaxınlarınızın və doğmalarınızın çiyninə qoymayın. Qərarları müstəqil qəbul etməlisiniz. İnanın ki, sizdən elə bir səy tələb olunmayacaqdır. Bu günlər enerji ilə aşıb-daşacaq, dağı dağ üstünə qoymaq istəyəcəksiniz. Əhvalınız əla olacaqdır.
OXATANLAR kompromisli qərar tələb edəcək məsələlərlə üzləşəcəklər. Ola bilsin, ətrafdakı insanlar və qohumlar sizdən yüksək diqqət tələb edəcək, iradlar irəli sürəcəklər. Bu vəziyyətdə təmkinli və hövsələli davranmalı, bəzən güzəştə getməlisiniz. Belə olan vəziyyətdə qazancınız itirdiyinizdən çox olacaqdır.