Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Sevinc Fətəliyeva: Azərbaycanın Qoşulmama Hərəkatına sədr seçilməsi dünyada ona olan hörmətin və inamın göstəricisidir

Sevinc Fətəliyeva: Azərbaycanın Qoşulmama Hərəkatına sədr seçilməsi dünyada ona olan hörmətin və inamın göstəricisidir

Bakı, 28 oktyabr, AZƏRTAC

Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının Zirvə Görüşünün keçirilməsi, şübhəsiz ki, təkcə bizim ölkənin deyil, bütün dünya ictimaiyyətinin siyasi həyatında ən vacib hadisədir. Bu da təsadüfi deyil. Hazırda 120 ölkənin üzv olduğu və özündə heç bir hərbi və siyasi bloklarda iştirak etməyən, öz prioritetləri və gündəlikləri olan ölkələri birləşdirən Qoşulmama Hərəkatı BMT-dən sonra ən böyük siyasi təsisatdır.

Bu fikirləri AZƏRTAC-a Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva deyib.

S.Fətəliyeva bildirib ki, dünya əhalisinin 55 faizdən çoxu bu hərəkata üzv olan ölkələrin vətəndaşlarıdır. Miqyas son dərəcə cəlbedicidir. Bu səbəbdən, Azərbaycanın bu cür nüfuzlu bir təsisatın sədri seçilməsi ikiqat qürurverici və məsuliyyətlidir. Yerli və xarici müşahidəçilərin çoxunun ümumi fikrinə görə, Azərbaycanın 3 il müddətinə bu təşkilata sədr seçilməsi, şübhəsiz ki, diplomatiyamızın növbəti qələbəsidir: “Qoşulmama Hərəkatına 3 il müddətinə sədrlik bizə nə verir? Qoşulmama Hərəkatı bizim üçün mövcud beynəlxalq əlaqələrimizin möhkəmləndirilməsi, habelə yeni ikitərəfli münasibətlərin qurulması və təbii ki, ilk növbədə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin reallıqlarının dünya ictimaiyyətinə çatdırılması baxımından bir növ siyasi arenadır. Qoşulmama Hərəkatının əsaslandığı, dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə hörməti, bir-birinin daxili işlərinə qarışmamağı ehtiva edən Bandunq prinsipləri Azərbaycanın xarici siyasət prinsipləri ilə üst-üstə düşür. Təsadüfi deyil ki, Prezident İlham Əliyev böhran, münaqişə və beynəlxalq siyasətin digər problemli mövzularının böyük əksəriyyətinin həllinin qarantı olan beynəlxalq hüququn norma və müddəalarına riayət edilməsinin vacibliyini xüsusi vurğulayıb. Dövlət başçısı açıq şəkildə bildirib ki, münaqişələrin böyük əksəriyyətinin səbəbi dünya siyasətindəki ikili standartlardır”.

Deputat deyib ki, Türkiyənin qonşu Suriyada həyata keçirdiyi müvəqqəti və məcburi antiterror əməliyyatları dərhal diqqəti özünə cəlb etdiyi halda, niyə Ermənistanın Azərbaycana qarşı 25 ildən artıqdır davam edən təcavüzü dünyanın qabaqcıl ölkələri tərəfindən diqqətsiz qalır? Türkiyə Ermənistandan fərqli olaraq, dəfələrlə Suriyanın ərazi bütövlüyünə sadiqliyini təsdiq etdiyi halda, Ermənistan həm sözdə, həm də əməli olaraq ölkəmizə qarşı bu prinsipləri pozur.

S.Fətəliyeva qeyd edib ki, dünyada etnik və dini zəmində münaqişələrin artdığı bir zamanda Azərbaycanın multikulturalizm siyasətinin uğurla həyata keçirilməsindəki unikal təcrübəsi, həmçinin insan kapitalının qorunub saxlanması, bir milyondan çox qaçqın və məcburi köçkünün yaşayış, təhsil, tibb xidmətləri ilə təmin edilməsi nadir təcrübə hesab olunur ki, Azərbaycan bu təcrübəsini dünya ictimaiyyəti ilə bölüşməyə hazırdır. Qeyd etmək lazımdır ki, Prezident İlham Əliyev nitqində Azərbaycanın xarici siyasətinin prioritetlərini təfərrüatlı şəkildə izah etdi, Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatının fəaliyyət perspektivlərinə, ölkəmizdə baş verən hadisələrə ətraflı yer ayırdı, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ətrafındakı vəziyyətlə bağlı təfsilatı ilə danışdı. Prezident İlham Əliyevin BMT-də beynəlxalq hüququn norma və prinsiplərinin təmin edilməsi və onlara riayət olunması ilə bağlı səylərin göstərilməsi, sərhədlərin güc yolu ilə dəyişdirilməsinin qarşısının alınması, ölkələrin ərazi bütövlüyünün pozulmasına yönəlik islahatların keçirilməsinə dair çağırışı da beynəlxalq siyasətdə ikili standartlara qarşı mübarizənin zəruriliyindən qaynaqlanıb. Bakıda keçirilən XVIII Zirvə Görüşü Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın ədalətli mövqeyini daha da gücləndirdi. Qəbul edilmiş sənədlərdə dövlət və hökumət başçıları münaqişənin BMT Təhlükəsizlik Şurasının qətnamələrinə baxmayaraq, hələ də həll olunmamasından təəssüf hissi keçirdiklərini bildirir və onun Azərbaycanın suverenliyi, ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı əsasında həll olunmasının vacibliyini vurğulayırlar.

Yekun Sənədə ilk dəfə olaraq çox mühüm yeni bənd daxil edildi. Bu bənddə dövlət və hökumət başçıları güc yolu ilə ərazilərin zəbt edilməsinin yolverilməzliyini vurğulayır və təsdiq edirlər ki, heç bir dövlət Azərbaycan Respublikasının ərazilərinin işğal edilməsi nəticəsində yaranmış vəziyyətin qanuniliyini tanımayacaq, bu ərazilərdə iqtisadi fəaliyyətlər də daxil olmaqla, bu cür vəziyyətin saxlanması üçün hər hansı kömək göstərməyəcək. Burada bilavasitə işğalçı ifadəsindən istifadə olunur. Bu, Ermənistanın növbəti dəfə 120 dünya dövləti tərəfindən işğalçı kimi tanınması deməkdir.

Azərbaycanın bu təşkilatda iştirakı bir növ nümayiş etdirir ki, bizim üçün hər hansı hərbi bloklara üzvlük heç bir maraq kəsb etmir. Azərbaycanın xarici siyasətinin əsas məqsədi bərabərhüquqluluq, qarşılıqlı fayda kəsb edən əməkdaşlıq, qarşılıqlı maraq və dəstəyə əsaslanan ikitərəfli və çoxtərəfli münasibətlərin möhkəmləndirilməsidir. Münaqişə qurbanı olan Azərbaycan Prezident İlham Əliyevin yürütdüyü uğurlu iqtisadi siyasət sayəsində qısa müddət ərzində yardım alan ölkədən həm humanitar, həm də iqtisadi yardım edən ölkəyə çevrilib. Prezident İlham Əliyev 2005-ci ildən etibarən Azərbaycanın 90-dan çox ölkəyə humanitar və texniki yardım göstərdiyini Zirvə Görüşü iştirakçılarının diqqətinə çatdırdı. Bu da bir daha Azərbaycanın hazırda qlobal beynəlxalq gündəlikdə hansı rola malik olmasının göstəricisidir. Burada qeyd etmək lazımdır ki, Zirvə Görüşünün keçirilməsi Azərbaycanın İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının İnkişafa Yardım Komitəsinə iştirakçı statusu almasından qısa müddət sonraya təsadüf edib. Azərbaycan yeganə MDB ölkəsidir ki, dünyanın qabaqcıl iqtisadiyyatlarına malik ölkələrinin arasında bu statusa malikdir. Şübhə yoxdur ki, Qoşulmama Hərəkatına sədrliyi dövründə inkişaf etməkdə olan ölkələrə humanitar və elmi-texniki dəstək göstərilməsi ölkəmiz tərəfindən ikiqat səylə davam etdiriləcək. Azərbaycan yardıma ehtiyac duyan ölkə və xalqların köməyinə çatmağa hazır olduğunu təkcə sözdə deyil, əməli olaraq da nümayiş etdirir. Bu da bir daha sübut edir ki, ölkəmiz üçün sözlərlə əməllər hər zaman üst-üstə düşür.

S.Fətəliyeva söyləyib ki, hazırda Azərbaycan bir növ Şərqlə Qərb arasında körpü rolunu oynayır: “Azərbaycanın bu yaxınlarda ölkəmizdə Zirvə Görüşünün yüksək səviyyədə keçirildiyi Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasındakı möhkəm mövqeləri, həmçinin Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası, ATƏT və digər beynəlxalq təşkilatlardakı mövqeyi, şübhəsiz ki, Qoşulmama Hərəkatına üzv ölkələr arasında əməkdaşlığın möhkəmləndirilməsi və inkişaf etdirilməsində böyük rol oynayacaq, habelə Azərbaycanın iqtisadi münasibətlərinin inkişafına yardım edəcək. Azərbaycan bir daha sübut edir ki, bu cür fərqli ölkələri bir arenada birləşdirmək, planetimizdə sülh və təhlükəsizlik naminə onlar arasında dialoqu təmin etmək iqtidarındadır. Ölkəmizin Qoşulmama Hərəkatına sədr seçilməsi Bakının bu rolunun getdikcə dünyada daha çox qəbul edilib dəstəklənməsinin parlaq təzahürüdür. Sədrliyin Azərbaycana həvalə olunması ölkəmizə dünya miqyasında göstərilən hörmətin, inamın və etimadın göstəricisidir”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanın daha bir cüdoçusu Avropa çempionu olub

Sumqayıtda kanalda batan uşağın cəsədi tapılıb

Tovuzda üç nəfərin ağır xəsarət alması ilə nəticələnən qəza baş verib

Abşeron rayonunda ağır cinayətin üstü isti izlər əsasında açılıb

“Təbiət konsepsiyası və onun ədəbiyyat və musiqidə inikası” mövzusunda elmi-praktik konfrans keçirilib

"Ocaq Sport" Klubunun yeni zalının açılışı olub

Pakistanın hərbi təhsil üzrə nümayəndələrinə Azərbaycan Ordusundakı islahatlar barədə məlumat verilib

® "Nar"dan sərfəli smartfon təklifi

ARDNF-nin ən böyük texnologiya şirkətlərinə olan investisiyasının həcmi 1,7 milyard dolları ötüb - EKSKLÜZİV

İmişli-Biləsuvar yolunda avtomobil aşıb, ölənlər və yaralılar var

Azərbaycan taekvondoçusu Estoniyada keçirilən turnirdə gümüş medal qazanıb

Baş direktor: COP29-un Azərbaycanda keçirilməsi ölkənin bərpaolunan enerji mənbələrinə keçiddə potensialını göstərir

Birinci siniflərə qəbulla bağlı 326 alternativ qeydiyyat mərkəzi yaradılıb

Zirvələrə yüksələn zərif insan ömrü

Zaman Qarayevin “Xarqo” romanında multikultural dəyərlər

Yardımlıda dağlıq ərazidə köməksiz vəziyyətdə qalan vətəndaş xilas edilib

Kür çayının Şirvan məntəqəsində suyun səviyyəsi 10 santimetr azalıb

Kubadakı nağd pul çatışmazlığı inflyasiya böhranını daha da artırır

Premyer Liqa: “Liverpul” çempionluq yolunda vacib xal itirib

Azərbaycan-Almaniya əlaqələri yüksələn xətlə inkişaf edir ŞƏRH

Avropa çempionatı: Azərbaycanın bir cüdoçusu finalda, ikisi bürünc medal qazana bilər

Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

Baş Dövlət Yol Polis İdarəsi sürücülərə müraciət edib

Azərbaycan Qırğızıstana neft məhsulları tədarük edəcək

Azərbaycan Ordusunun hərbi qulluqçuları Türkiyədə beynəlxalq təlimdə iştirak edirlər

Rusiyada “Krokus Siti Holl”da terror aktı ilə bağlı 12-ci şübhəli həbs edilib

FHN-in komandası Ulu Öndərin xatirəsinə həsr olunan minifutbol turnirində finala çıxıb

Azərbaycanın Türk dünyası, o cümlədən Qırğızıstanla əməkdaşlığının perspektivləri ŞƏRH

İrəvanda milli maarifçilik mühitinin inkişafında azərbaycanlı ziyalıların rolu - Araşdırma

“Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində respublika müşavirəsi keçirilib

Azərbaycan Basketbol Liqası: “Gəncə” müntəzəm mövsümü beş qələbə ilə bitirib

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirdə 5 medal qazanıblar

Dördqat Avropa çempionu: Tarixi uğurları və yeni rekordları sevirəm

Ümummilli Lider Heydər Əliyevin doğum günü münasibətilə 1300-dən çox müxtəlif növ ağac əkilib

Tanınmış basketbol hakimi hava limanında ətir oğurlayarkən saxlanılıb

Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub

Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Ağcabədidə bir sıra görüşlər keçirib

Dövlət Neft Fondu “Tesla” və “İntel” şirkətlərinin səhmlərini alıb - EKSKLÜZİV

Qanalı qeyri-adi rekordla Ginnesin Rekordlar Kitabına düşüb

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə "Qərbi Azərbaycana qayıdış" olimpiadasında 3371 nəfər iştirak edib

Akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibətilə Nizami rayonunda tədbir keçirilib

“Dəniz Komando Təməl kursu”nun buraxılış mərasimində qazaxıstanlı hərbçilər də iştirak ediblər VİDEO

Abşeron rayonunda akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü qeyd edilib

Şahin Bayramov: Bu saziş Azərbaycanla Qırğızıstan arasında elm və təhsil əlaqələrinin gücləndirilməsinə ciddi zəmin yaradır

Dmitri Peskov: Moskva Azərbaycanla Ermənistan arasında sülh sazişinin tezliklə imzalanmasının tərəfdarıdır

İstanbul derbisi: “Fənərbağça” “Beşiktaş”a qarşı

DSX aparatında Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibətilə silsilə tədbirlər keçirilib VİDEO

“Qərbi Azərbaycana qayıdış” olimpiadasında Şəki-Zaqatala üzrə 279 şagird biliyini sınayıb

“Koroğlu”da polisdən qaçmaq istəyən narkokuryer barəsində cinayət işi başlanılıb VİDEO

Monteneqro Prezidentinə “Qarabağ işğaldan əvvəl və sonra” kitabı təqdim edilib

İri Avropa hava limanı sərnişinlərin yoxlanılması müddətini 3 saniyəyədək azaldıb

NASA-nın rəhbəri xalqları iqlim dəyişikliyi ilə mübarizədə səyləri birləşdirməyə çağırıb

Qubada akademik Zərifə Əliyevaya həsr olunmuş “Zəriflik” adlı tədbir keçirilib

“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikasının Hökuməti və “ACWA Power Azerbaijan Renewable Energy” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında “Dəyişikliklər edilmiş və yenidən tərtib olunmuş İnvestisiya müqaviləsi”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Azərbaycan Respublikasının təmsil edilməsi ilə bağlı bəzi məsələlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BDU professorunun 85 illik yubileyi qeyd olunub

Sahibkarlıq fəaliyyəti sahəsində fərqlənən şəxslərin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Naftalanda akademik Zərifə Əliyevanın xatirəsinə həsr olunan aksiya keçirilib

Monteneqro Prezidenti: Azərbaycan bizim üçün dost ölkədir

Rusiyada əcnəbilər yalnız biometriya ilə sim-kart əldə edə biləcək

Naxçıvan Bеynəlxаlq Hаvа Limаnındа kompleks mülki müdafiə təlimi keçirilib

Böyük Britaniyada miqrantlar haqqında qanunun qəbulu qaçqınların İrlandiyaya axınına səbəb olub

Türkiyəyə qanunsuz yollarla daxil olan 38 nəfər saxlanılıb

Bakıdakı Rus evində Beynəlxalq Rəqs Günü qeyd edilib

Sabirabad rayonu ərazisində nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq

Səbail rayonunda qızıl mağazasından oğurluq edən saxlanılıb VİDEO

AzPMA-nın rəhbəri: Gələcəkdə digər universitetlərdə də layihə menecmenti ixtisasının təsis olunması üçün danışıqlar aparırıq

Sosial şəbəkələrdə dələduzluq yolu ilə 19 nəfərin kartını talayıb öz hesabına köçürən şəxs saxlanılıb

Azərbaycan şahmat millisinin məşqçisi: Avropa çempionatında əldə edilən nəticələr ümidvericidir

Prokurorluq əməkdaşları 2 hektar ərazidə 1500-dən çox ağac əkiblər

Bakıdakı Rus evinin Ədəbiyyat klubu çərçivəsində “açıq marafon” keçirilib

Naxçıvanda “İqlim dəyişikliyinin əməyin mühafizəsinə təsiri” mövzusunda konfrans keçirilib

Alimlər: Pilləkənlərlə qalxmaq ömrü uzadır

Çempionlar Liqası: Pley-off mərhələsində ən çox qol vuran futbolçular açıqlanıb

Yasamalda oğurluq edən şəxslər təhlükəsizlik kameralarına düşüb VİDEO

Azərbaycanın idman gimnastı Avropa çempionatında tarixi medal qazanıb

“Azərkosmos”: Ölkəmizin əldə etdiyi təcrübə regional və qlobal kosmik tədbirlərə ev sahibliyi etməyə imkan verir

ABŞ-ın üç ştatı güclü tornadonun təsirinə məruz qalıb - FOTO

Sakit okeanda 6,9 bal gücündə zəlzələ olub

Azərbaycanın gənc taekvondoçuları da Prezident Kubokuna qatılacaqlar

Xətai rayonunda “Kəlağayı festivalı” keçirilib

“İsmayıllı etnomühitindəki azsaylı xalqların folkloru” kitabının təqdimatı olub

Bakıda “Big Band Workshop” adlı ustad dərsləri keçiriləcək

ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb VİDEO

Azərbaycan klubu iki basketbolçu ilə vidalaşır

Aprelin 27-si Beynəlxalq Baytar Həkimi Günüdür

Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” olimpiadası keçirilib 

Səhiyyə Nazirliyi görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunan fləş-mob təşkil edib

“Mənim yaşıl dünyam” adlı rəsm müsabiqəsi keçirilib

İçərişəhərdə “DivanSaatı” layihəsi çərçivəsində Elçin Hami Axundov ilə görüş

Yaxın günlərdə Laçının Sus kəndinə köçürüləcək ailələr bəlli olub

Daşqınlardan sonra 37 minədək qazaxıstanlı evinə qayıdıb

ÜST-nin rəhbəri: Pandemiya dövründə vaksinlərə qeyri-bərabər əlçatanlıq ölüm hallarını artırdı

“Paris-2024”: Olimpiya məşəli Yunanıstandan Fransaya yola düşüb

Sabah Bakıda 31, bəzi rayonlarda isə 32 dərəcə isti olacaq

Hökumətin hesabatının Ali Məclisin komitə iclaslarında müzakirəsi başa çatıb

ABŞ-da yeni “qiyamət günü təyyarəsi” hazırlanacaq

Azərbaycanlı rejissorun filmi Kann festivalında

Qırğız nazir: Azərbaycan Qırğızıstana neft məhsulları ixrac etməyə hazır olduğunu bildirib