Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Tariximizin şanlı səhifəsi

Tariximizin şanlı səhifəsi

Bakı, 3 noyabr, AZƏRTAC

Bu günlərdə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Qarabağın hava qapısı adlandırılan Füzuli Beynəlxalq Hava Limanının, həmçinin Zəngəzur dəhlizinin–Horadiz– Cəbrayıl–Zəngilan–Ağbənd avtomobil yolunun, Zəngilan rayonunda Türkiyənin dəstəyi ilə inşa ediləcək “Ağıllı aqropark”ın təməlqoyma mərasimlərində iştirakı Ermənistan üzərindəki tarixi Qələbəmizin növbəti nümunəsidir. Buna qədər qardaş ölkənin Prezidenti bir dəfə də işğaldan azad olunmuş ərazilərimizə – Şuşaya səfər etmişdi. 2021-ci il iyunun 15-də reallaşan həmin səfər zamanı Cıdır düzündə səslənən musiqi sədaları bütün dünyaya yayıldı. Ən başlıcası isə Şuşa Bəyannaməsi imzalandı və bununla da iki ölkə arasındakı müttəfiqlik hüquqi status qazandı. Müttəfiqlik Bəyannaməsi dünyada çox nadir ölkələr arasında imzalanır. Bu sənəd ölkələrimizə bütün istiqamətlərdə birgə fəaliyyət göstərməyə imkan verəcək.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Ədliyyə Nazirliyinin Nərimanov Rayon Qeydiyyat Şöbəsinin rəisi, ədliyyə müşaviri, hüquq elmləri üzrə fəlsəfə doktoru Səadət İsmayılovanın “Tariximizin şanlı səhifəsi” adlı məqaləsində yer alıb.

Məqalədə deyilir: “Qürurverici haldır ki, Azərbaycan bu sənədi artıq qalib ölkə kimi imzalayıb. Bu gün qalib ölkədə yaşamağımız hər birimizi qürurlandırır. Əlbəttə, bu zəfər heç də asan qazanılmayıb. Bu tarixi Qələbə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 17 il ərzində düzgün müəyyənləşdirdiyi siyasi və iqtisadi strategiyanın məntiqi nəticəsidir.

Prezident İlham Əliyev ölkəyə rəhbərlik etdiyi müddətdə ordu quruculuğunun inkişafını, beynəlxalq standartlar səviyyəsinə qaldırılmasını daim diqqət mərkəzində saxlamışdır. 2003-cü ildə Prezident vəzifəsinə seçiləndə Konstitusiyamıza və müqəddəs Qurani-Kərimə əl basaraq and içmişdi ki, Azərbaycanın ərazi bütövlüyünü qoruyacaq. Dövlətimizin başçısının həmin nitqindən bəzi məqamları diqqətə çatdırmaq istərdim: “Azərbaycanın çox güclü ordusu olmalıdır. O, qarşıda duran bütün məsələləri həll etmək iqtidarında olmalıdır. Əminəm ki, Azərbaycanın iqtisadi potensialı ordumuzun ən yüksək standartlara cavab verməsinə və qarşıda duran bütün vəzifələri yerinə yetirməsinə imkan verəcəkdir”. “Azərbaycanın torpaqları işğaldan azad olunmalıdır, bir milyon qaçqın və köçkün öz doğma yurdlarına qayıtmalıdır, ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir. Azərbaycan heç vaxt bu vəziyyətlə, torpaqlarının işğal altında qalması ilə barışmayacaqdır”.

Məqalədə bildirilir ki, Azərbaycan Prezidenti bütün vədlərinə sadiq olduğu kimi, bu vədini də yerinə yetirdi. On yeddi il ərzində Azərbaycanda çox güclü ordu formalaşdı. Elə bir ordu ki, işğal altında olan torpaqlarımızı 44 gün ərzində düşməndən azad etdi. Elə bir ordu formalaşdı ki, dünyanın 50 ən güclü ordularından biri oldu. Bu gün böyük qürur hissi ilə deyə bilərik ki, qüdrətli ordumuzun qarşısına qoyulan vəzifə layiqincə yerinə yetirildi, Azərbaycan öz istədiyinə nail oldu, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etdi. Dünyanın ən güclü dövlətlərinin, nüfuzlu beynəlxalq qurumların, üç qüdrətli dövlətdən ibarət ATƏT-in Minsk qrupunun 30 il ərzində nizamlaya bilmədikləri Ermənistanın işğalçılıq siyasətinə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Ordumuz 44 gün ərzində son qoydu. Respublikamızın rəhbəri sübut etdi ki, münaqişənin hərbi-siyasi yolla həlli mümkün idi. Halbuki beynəlxalq təşkilatlar cidd-cəhdlə sübut etmək istəyirdilər ki, münaqişə yalnız danışıqlar masası arxasında həll oluna bilər.

Torpaqları işğala məruz qalmış dövlətlər üçün ərazi bütövlüyünün bərpası məsələsi tarix boyu ən müqəddəs vəzifələrdən biri olub. Bu vəzifənin yerinə yetirilməsi dövləti qaliblər sırasına çıxarır, onun xalqını daha məğrur edir, qürurlandırır. Belə bir qürur doğuran taleyi indi Azərbaycan yaşayır. Ermənistan tərəfindən işğala son qoyaraq ərazi bütövlüyünü təmin edən xalqımız son 200 illik tarixinin ən şərəfli səhifələrini yazdı.

Bu Zəfər tarixi Zəfərdir. Azərbaycan xalqı bu günü 30 ilə yaxın müddət ərzində gözləyirdi. Dövlətimizin başçısı dəfələrlə Azərbaycan xalqına müraciət edərkən deyirdi ki, biz daha güclü olmalıyıq və nəyi nə vaxt, necə etmək lazımdır, biz bilirik. Həyat göstərdi ki, vaxtında addımlar atdıq, bütün gücümüzü səfərbər edərək “dəmir yumruq” yaradıb düşmənin başını əzdik. Müharibənin ilk günündən xalq dövlətimizin başçısı ətrafında sıx birləşdi, siyasi həmrəylik, sarsılmaz birlik nümayiş etdirdi. “Dəmir yumruğumuz” həm birliyimizi, həm də gücümüzü təcəssüm etdirdi. Bu gün, başımız uca, alnımız açıqdır. Azərbaycanın müzəffər Ordusu öz tarixi missiyasını yerinə yetirdi, Ermənistanı məğlub etdi. Bu 44 günün hər günü bizim şanlı tariximizdir. Hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu: Bu işğala, haqsızlığa son qoyulsun, tarixi ədalət zəfər çalsın və buna nail olduq.

Yeri gəlmişkən, Azərbaycan Silahlı Qüvvələri bu tarixi Qələbəyə qədər 3 dəfə Ermənistan ordusuna ağır zərbələr vurmuşdu. 2016-cı ilin Aprel döyüşləri tarixi Qələbəmizin başlanğıcı oldu. O döyüşlərdə düşmən ağır itki verərək, silah-sursatını atıb qaçdı. Həmin döyüşlərdə 25 ilə yaxın müddətdə işğal altında qalmış torpaqlarımızın 2 min hektarı, o cümlədən bir sıra strateji yüksəkliklər azad edildi.

2018-ci il may ayı ərzində Naxçıvan Muxtar Respublikasının 11 min hektardan artıq ərazisi və Şərur rayonunun Günnüt kəndi düşməndən azad edilərək dövlət sərhədi boyunca əlverişli mövqelər Azərbaycan Ordusunun nəzarəti altına keçdi. Beləliklə də, Əlahiddə Ümumqoşun Ordunun müdafiə zolağının ön xəttinin dövlət sərhədi boyu əlverişli mövqelərə irəli çəkilməsi əməliyyatı uğurla nəticələndi, qarşıya qoyulan məqsədə nail olundu.

İki il sonra – 2020-ci il iyul ayında Ermənistan ordusu yenidən təxribatlara əl atdı və Tovuz rayonu istiqamətində atəşkəsi pozdu. Bu dəfə də layiqli cavablarını aldı. Tovuz döyüşləri də Azərbaycanın hərb tarixinə zəfər döyüşü kimi daxil oldu. Əməliyyatlar bir daha göstərdi ki, Azərbaycan Ordusu düşmənin hər cür təxribatlarının və gözlənilməz hücumlarının qarşısını qətiyyətlə almaqda çətinlik çəkmir. Yüzdən çox hərbçisi və onlarla hərbi obyekti məhv edilən Ermənistan silahlı bölmələrinin şəxsi heyəti hətta silah-sursatı qoyub qaçdı. Təcavüzkar Ermənistan rəhbərliyi cəbhədəki ağır məğlubiyyətini xalqdan gizlədərək hərbi rəhbərliyin doğru olmayan məlumatlarını yayırdı.

İşğalçı Ermənistan ordusu faşizm xislətini heç cür ört-basdır edə bilmirdi. Əvvəlki illərdəki məğlubiyyət sanki yaddaşlardan silinmişdi. Ötən il sentyabrın 27-də işğalçılar genişmiqyaslı hücum-ları zamanı qarşılarında güclü Azərbaycan Silahlı Qüvvələrini gördülər. Onlara elə gəlirdi ki, sanki Azərbaycan və onun or¬dusu 1990-cı illərdə olduğu vəziyyətdədir. Ancaq şahid oldular ki, Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən təsdiqlənən mükəmməl hərbi stra¬tegiya və taktika döyüş meydanın¬da Azərbaycan Ordusunun “Dəmir yumruq” əməliyyatını sürətlə və az itki ilə həyata keçirməyə imkan verdi. Nəticədə düşmən tərəfinin 30 il ərzində möhkəmləndirdiyi bütün müdafiə xətləri yarıldı, hərbi resursları məhv edildi. Düşmənin canlı qüvvələri isə, sözün həqiqi mənasında, mövqelərini qoyub qa¬çırdılar. Ermənilərin qoyub qaçdığı atıcı silahlar, ağır texnikalar, raket kompleksləri, hərbi nəqliyyatlar və digər sursatlar ordumuz tərəfindən qənimət kimi götürüldü.

Qırx dörd gün davam edən Vətən müharibəsi Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin yenilməz iradəsi və ordumuzun qəhrəmanlığı sayəsində Qələbə ilə başa çatdı. Ötən il noyabrın 10-da Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Vladimir Putinin, həmçinin Ermənistanın baş naziri Nikol Paşinyanın birgə imzaladıqları üçtərəfli Bəyanat müharibəyə son qoydu. Bu bəyanatla işğalçı Ermənistan kapitulyasiyaya, təslim olmağa məcbur edildi, ölkəmizin ərazi bütövlüyü təmin olundu. Azərbaycan müharibənin əvvəlcədən sülhə məcburetmə əməliyyatı olduğunu, qan tökmək və torpaq qəsb etmək məqsədi güdmədiyini bildirirdi. Məğlubiyyət bəyanatının Ermənistan tərəfindən imzalanması isə sülhə məcburetmə əməliyyatının uğurla bitməsinin təsdiqi oldu.

Qalib sərkərdə, Prezident İlham Əliyevin Ali Baş Komandanlığı ilə Azərbaycan Ordusunun 30 illik işğala son qoyaraq torpaqlarımızı azad etməsi dövlətçilik tariximizin şanlı səhifəsidir. Bu Zəfər hər birimizdə qürur hissi oyatdı, intizarında olduğumuz qələbənin sevincini yaşatdı. Eyni zamanda, haqq-ədalət uğrunda apardığımız müharibənin nəticəsi olan bu şanlı Qələbə xalqımızı bütövləşdirdi, daha mübariz etdi, siyasi həmrəyliyimizi, milli birliyimizi gücləndirdi və hər birimizin iftixar ünvanına çevrildi. Biz torpaqlarımızı, öz gücümüzlə hünər meydanında azad etməyimizlə fəxr edir və qürur duyuruq.

Dünya ictimaiyyəti də şahidi oldu ki, 44 gün davam edən Vətən müharibəsində Azərbaycan Ordusu özünün möhtəşəm Qələbəsi ilə dünya hərb tarixinə yeni şanlı səhifələr yazdı. Silahlı Qüvvələrimizin kompleks inkişafı və modernləşdirilməsi ilə bağlı son 17 ildə Prezident, Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqəti altında həyata keçirilən hərbi siyasətin səmərəliliyi döyüş meydanında öz təcəssümünü tapdı. Beynəlxalq ictimaiyyət də gördü ki, Ermənistanın məğlubedilməz ordusunun olması barədə deyilənlər tamamilə əfsanə imiş. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Ermənistanın məğlubedilməzliyi barədə illərdən bəri formalaşdırılmış mifi ilk gündən alt-üst etdi və bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdi.

Bu Qələbə həm də iqtidar-xalq-ordu vəhdətini nümayiş etdirdi. Həm də ilk gündən Azərbaycanın yanında olduğunu açıq şəkildə nümayiş etdirən Azərbaycan–Türkiyə dostluğunun, qardaşlığının sarsılmazlığını təsdiqlədi. Ötən il dekabrın 10-da Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradı keçirilən zaman da bunun şahidi olduq. Dövlətimizin başçısı da öz nitqində bunu xüsusi vurğulayaraq dedi: “Bu gün tarixi bir gündür. Bu gün Azadlıq meydanında Zəfər paradı keçirilir. Mən çox şadam ki, bu paradda mənim dəvətimi qəbul edərək Türkiyə Cümhuriyyətinin Cümhurbaşqanı, əziz qardaşım Rəcəb Tayyib Ərdoğan iştirak edir. Eyni zamanda, Türkiyədən gəlmiş böyük nümayəndə heyəti, türk əsgər və zabitləri iştirak edirlər. Bu, bir daha bizim birliyimizi, dostluğumuzu və qardaşlığımızı göstərir.

Vətən müharibəsinin ilk günlərindən, daha doğrusu, ilk saatlarından biz Türkiyənin dəstəyini hiss edirdik. Türkiyənin Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan ilk saatlardan Azərbaycanın haqq işinə öz dəstəyini verdi. Onun açıq, birmənalı və sərt açıqlamaları Azərbaycan xalqını çox sevindirdi. Mənim qardaşım demişdir ki, bu müharibədə Azərbaycan haqlıdır, demişdir ki, Azərbaycan tək deyil və Türkiyə hər zaman Azərbaycanın yanındadır. Bu, birliyimizin, qardaşlığımızın təzahürüdür. Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək hər bir Azərbaycan vətəndaşını qürurlandırır, sevindirir. Bu gün biz birlikdə Zəfər paradında iştirak edərkən, bir daha bizim birliyimizi həm xalqlarımıza, eyni zamanda, bütün dünyaya göstəririk”.

Müharibə başlayan gündən dünya birliyi Prezident, Ali Baş Komandan İlham Əliyevin qəti iradəsinin, məntiqli çıxışlarının, ordumuzun gücünün, xalqımızın milli birliyinin və vətəndaş həmrəyliyinin şahidi oldu. Ordumuz döyüş meydanında, xalqımız isə arxa cəbhədə böyük məsuliyyətlə əsl vətəndaş həmrəyliyi, birlik, güc göstərdi. Bütöv Azərbaycan naminə Qarabağın işğaldan azad edilməsi məqsədinə nail olmaq üçün hər bir Azərbaycan vətəndaşının Vətənin müdafiəsinə qalxmağı, Qarabağa aparan yolda bütöv hərəkatın tərkib hissəsi olmağını görmək çox qürurvericidir. Çoxdandır gözlədiyimiz Azərbaycanın ərazi bütövlüyünü görmək bizə nəsib oldu. Ulu öndər Heydər Əliyevin də dediyi kimi; “Gün gələcək, Azərbaycan dünyaya Günəş kimi doğacaq!” O Günəş 10 noyabr 2020-ci ildə doğdu!

“İşğaldan azad olunmuş ərazilərdə hazırda yenidənqurma, tikinti və bərpa işləri geniş vüsət alıb. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tez-tez həmin ərazilərdə olur, tikinti və abadlıq işlərinə şəxsən nəzarət edirlər.

Xalqımıza, dünya azərbaycanlılarına yaşatdıqları 30 illik Qarabağ həsrətinə son qoyulması, zəfər, sevinc, qürur, fəxarət hissləri üçün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, qəhrəman ordumuzun hər bir əsgər və zabitinə bir daha təşəkkür edir, şəhidlərimizin ruhu qarşısında baş əyirik”, – deyə məqalədə qeyd edilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Magistraturaya II cəhd qəbul imtahanı keçirilir

Qlobal istiləşmə sualtı qayıqların aşkar edilməsini çətinləşdirir

Marseldə Olimpiya məşəlinin qarşılanması mərasiminə 6 min polis cəlb olunacaq

“Titanik”in sərnişininin saatı rekord qiymətə satılıb

Britaniyada deputat başqa partiyaya keçib

Ağdam rayonu ərazisində mina hadisəsi baş verib

Gənc Tamaşaçılar Teatrının səhnəsində “Ana” tamaşası nümayiş olunub

Süni intellekt qədim yunan filosofunun dəfn olunduğu yeri tapıb

Alimlər Parkinson xəstəliyinin genetik səbəbini aşkarlayıblar

Avropa Kosmik Agentliyi: Mövsüm dəyişikliyi zamanı Marsın səthini hörümçəyi xatırladan ləkələr örtür

Alimlər qədim nəhəng qızılbalıqların köpək dişləri olduğunu aşkar ediblər

İstanbul derbisi: “Fənərbağça” doğma meydanda “Beşiktaş”a qalib gəlib

Ankarada keçirilən forumda Qərbi Azərbaycanın tarixi irsi müzakirə olunacaq

“Rəqsin ürəyi Şəkidə döyünür” adlı konsert proqramı təqdim olunub

İndoneziya sahillərində güclü zəlzələ baş verib

Moskvada Qara Qarayev adına beynəlxalq müsabiqənin laureatlarının qala-konserti keçirilib

“Şuşanın musiqi mədəniyyəti: tarix və inkişaf perspektivləri” mövzusunda beynəlxalq konfrans keçirilib

Moskva Dövlət Universitetinin Bakı filialında “Açıq qapı” günü keçirilib

Premyer Liqa: "Sabah" doğma meydanda "Səbail"ə qalib gəlib

Azərbaycanın daha bir cüdoçusu Avropa çempionu olub

Sumqayıtda kanalda batan uşağın cəsədi tapılıb

Tovuzda üç nəfərin ağır xəsarət alması ilə nəticələnən qəza baş verib VİDEO

Abşeron rayonunda ağır cinayətin üstü isti izlər əsasında açılıb

“Təbiət konsepsiyası və onun ədəbiyyat və musiqidə inikası” mövzusunda elmi-praktik konfrans keçirilib

"Ocaq Sport" Klubunun yeni zalının açılışı olub VİDEO

Pakistanın hərbi təhsil üzrə nümayəndələrinə Azərbaycan Ordusundakı islahatlar barədə məlumat verilib

® "Nar"dan sərfəli smartfon təklifi

ARDNF-nin ən böyük texnologiya şirkətlərinə olan investisiyasının həcmi 1,7 milyard dolları ötüb - EKSKLÜZİV

İmişli-Biləsuvar yolunda avtomobil aşıb, ölənlər və yaralılar var

Azərbaycan taekvondoçusu Estoniyada keçirilən turnirdə gümüş medal qazanıb

Baş direktor: COP29-un Azərbaycanda keçirilməsi ölkənin bərpaolunan enerji mənbələrinə keçiddə potensialını göstərir

Birinci siniflərə qəbulla bağlı 326 alternativ qeydiyyat mərkəzi yaradılıb

Zirvələrə yüksələn zərif insan ömrü

Zaman Qarayevin “Xarqo” romanında multikultural dəyərlər

Yardımlıda dağlıq ərazidə köməksiz vəziyyətdə qalan vətəndaş xilas edilib

Kür çayının Şirvan məntəqəsində suyun səviyyəsi 10 santimetr azalıb

Kubadakı nağd pul çatışmazlığı inflyasiya böhranını daha da artırır

Premyer Liqa: “Liverpul” çempionluq yolunda vacib xal itirib

Azərbaycan-Almaniya əlaqələri yüksələn xətlə inkişaf edir ŞƏRH

Avropa çempionatı: Azərbaycanın bir cüdoçusu finalda, ikisi bürünc medal qazana bilər

Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

Baş Dövlət Yol Polis İdarəsi sürücülərə müraciət edib

Azərbaycan Qırğızıstana neft məhsulları tədarük edəcək

Azərbaycan Ordusunun hərbi qulluqçuları Türkiyədə beynəlxalq təlimdə iştirak edirlər

Rusiyada “Krokus Siti Holl”da terror aktı ilə bağlı 12-ci şübhəli həbs edilib

FHN-in komandası Ulu Öndərin xatirəsinə həsr olunan minifutbol turnirində finala çıxıb

Azərbaycanın Türk dünyası, o cümlədən Qırğızıstanla əməkdaşlığının perspektivləri ŞƏRH

İrəvanda milli maarifçilik mühitinin inkişafında azərbaycanlı ziyalıların rolu - Araşdırma

“Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində respublika müşavirəsi keçirilib

Azərbaycan Basketbol Liqası: “Gəncə” müntəzəm mövsümü beş qələbə ilə bitirib

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirdə 5 medal qazanıblar

Dördqat Avropa çempionu: Tarixi uğurları və yeni rekordları sevirəm

Ümummilli Lider Heydər Əliyevin doğum günü münasibətilə 1300-dən çox müxtəlif növ ağac əkilib

Tanınmış basketbol hakimi hava limanında ətir oğurlayarkən saxlanılıb

Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub

Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Ağcabədidə bir sıra görüşlər keçirib

Dövlət Neft Fondu “Tesla” və “İntel” şirkətlərinin səhmlərini alıb - EKSKLÜZİV

Qanalı qeyri-adi rekordla Ginnesin Rekordlar Kitabına düşüb

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə "Qərbi Azərbaycana qayıdış" olimpiadasında 3371 nəfər iştirak edib

Akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibətilə Nizami rayonunda tədbir keçirilib

“Dəniz Komando Təməl kursu”nun buraxılış mərasimində qazaxıstanlı hərbçilər də iştirak ediblər VİDEO

Abşeron rayonunda akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü qeyd edilib

Şahin Bayramov: Bu saziş Azərbaycanla Qırğızıstan arasında elm və təhsil əlaqələrinin gücləndirilməsinə ciddi zəmin yaradır

Dmitri Peskov: Moskva Azərbaycanla Ermənistan arasında sülh sazişinin tezliklə imzalanmasının tərəfdarıdır

İstanbul derbisi: “Fənərbağça” “Beşiktaş”a qarşı

DSX aparatında Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibətilə silsilə tədbirlər keçirilib VİDEO

“Qərbi Azərbaycana qayıdış” olimpiadasında Şəki-Zaqatala üzrə 279 şagird biliyini sınayıb

“Koroğlu”da polisdən qaçmaq istəyən narkokuryer barəsində cinayət işi başlanılıb VİDEO

Monteneqro Prezidentinə “Qarabağ işğaldan əvvəl və sonra” kitabı təqdim edilib

İri Avropa hava limanı sərnişinlərin yoxlanılması müddətini 3 saniyəyədək azaldıb

NASA-nın rəhbəri xalqları iqlim dəyişikliyi ilə mübarizədə səyləri birləşdirməyə çağırıb

Qubada akademik Zərifə Əliyevaya həsr olunmuş “Zəriflik” adlı tədbir keçirilib

“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikasının Hökuməti və “ACWA Power Azerbaijan Renewable Energy” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında “Dəyişikliklər edilmiş və yenidən tərtib olunmuş İnvestisiya müqaviləsi”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Azərbaycan Respublikasının təmsil edilməsi ilə bağlı bəzi məsələlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BDU professorunun 85 illik yubileyi qeyd olunub

Sahibkarlıq fəaliyyəti sahəsində fərqlənən şəxslərin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Naftalanda akademik Zərifə Əliyevanın xatirəsinə həsr olunan aksiya keçirilib

Monteneqro Prezidenti: Azərbaycan bizim üçün dost ölkədir

Rusiyada əcnəbilər yalnız biometriya ilə sim-kart əldə edə biləcək

Naxçıvan Bеynəlxаlq Hаvа Limаnındа kompleks mülki müdafiə təlimi keçirilib

Böyük Britaniyada miqrantlar haqqında qanunun qəbulu qaçqınların İrlandiyaya axınına səbəb olub

Türkiyəyə qanunsuz yollarla daxil olan 38 nəfər saxlanılıb

Bakıdakı Rus evində Beynəlxalq Rəqs Günü qeyd edilib

Sabirabad rayonu ərazisində nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq

Səbail rayonunda qızıl mağazasından oğurluq edən saxlanılıb VİDEO

AzPMA-nın rəhbəri: Gələcəkdə digər universitetlərdə də layihə menecmenti ixtisasının təsis olunması üçün danışıqlar aparırıq

Sosial şəbəkələrdə dələduzluq yolu ilə 19 nəfərin kartını talayıb öz hesabına köçürən şəxs saxlanılıb

Azərbaycan şahmat millisinin məşqçisi: Avropa çempionatında əldə edilən nəticələr ümidvericidir

Prokurorluq əməkdaşları 2 hektar ərazidə 1500-dən çox ağac əkiblər

Bakıdakı Rus evinin Ədəbiyyat klubu çərçivəsində “açıq marafon” keçirilib

Naxçıvanda “İqlim dəyişikliyinin əməyin mühafizəsinə təsiri” mövzusunda konfrans keçirilib

Alimlər: Pilləkənlərlə qalxmaq ömrü uzadır

Çempionlar Liqası: Pley-off mərhələsində ən çox qol vuran futbolçular açıqlanıb

Yasamalda oğurluq edən şəxslər təhlükəsizlik kameralarına düşüb VİDEO

Azərbaycanın idman gimnastı Avropa çempionatında tarixi medal qazanıb

“Azərkosmos”: Ölkəmizin əldə etdiyi təcrübə regional və qlobal kosmik tədbirlərə ev sahibliyi etməyə imkan verir

ABŞ-ın üç ştatı güclü tornadonun təsirinə məruz qalıb - FOTO

Sakit okeanda 6,9 bal gücündə zəlzələ olub

Azərbaycanın gənc taekvondoçuları da Prezident Kubokuna qatılacaqlar