Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

TEMATİK ƏLAVƏ
AZƏRBAYCAN

“İzvestiya” qəzetinin 12 oktyabr tarixli nömrəsində Azərbaycana həsr olunmuş növbəti tematik əlavə verilmişdir. AZƏRTAC həmin materialları oxuculara təqdim edir.

Tematik əlavə

AZƏRBAYCAN

Materiallar Azərbaycan Respublikası

Prezidentinin mətbuat xidmətinin köməyi

ilə hazırlanmışdır

Azərbaycanda parlament seçkiləri:

DAĞITMAQ YOX, DƏYİŞDİRMƏK LAZIMDIR

Azərbaycan müxalifəti nəyə çalışır

Hamı, əleyhdarlar da, tərəfdarlar da, “rejimin muzdluları” da, “azadlıq uğrunda mübarizlər” də gözləyir. Siyasi mənzərənin dağılmasını səbirsizliklə gözləyirlər, bir də gördün ki, haradasa nə isə qopa bilər...

Oleq SIQANOV

Görünməyən cəbhənin əsgərləri

İndiki prezidentin əsas opponenti, əvvəlki prezident seçkilərində ikinci yeri tutan (seçicilərin səslərinin 12,1 faizini toplayan) İsa Qəmbər bu yaxınlarda verdiyi müsahibəsində “gözümüzü açmağı” qərara almışdır: guya, “iqtidar inadla şayiələr yayır ki, “beynəlxalq təşkilatlar və Birləşmiş Ştatlar demokratik seçkilər keçirilməsindən daha çox, öz bazalarını Azərbaycan ərazisində yerləşdirməkdə maraqlıdır. Düşünürəm ki, bu, növbəti yalandır”.

Daha sonra: “ABŞ bütün dünyada demokratiyanın inkişaf etdirilməsini öz xarici siyasətinin öncül istiqaməti elan edən ölkədir. Zənnimcə, biz bu niyyətləri dəstəklədiyimizi bildirməliyik”.

Güman edirik ki, okeanın o tayında rahat nəfəs almışlar: nəhayət ki, hansısa bir böyük və güclü onları belə çətin işdə dəstəkləyəcəkdir. Amerika demokratiyası ruhunun ifadəçisi olmaq iddiasına düşən Qəmbərlə mübahisə etməyin mənası yoxdur. Bir də ki onunla mübahisə etməyə dəyərmi? Axı, əslində, onu okeanın o tayındakı demokratiyanın taleyi narahat etmir. İllah da ki Azərbaycan demokratiyasının taleyi. Onun vəzifəsi bəsitdən də bəsit və bayağıdır: parlament seçkiləri ərəfəsində vəziyyəti gərginləşdirmək. Siyasi rəqibin bu vəzifəsinə lazımi hörmətlə, sağlam düşüncə ilə yanaşmaq gərəkdir, əks halda, onun real imkanları barədə xülyalara uymaq olar. Qorxmaq, yoxsa əvvəlki uğurdan sərməst olmaq – bunların hər ikisi indiki iqtidarın tərəfdarları üçün eyni dərəcədə münasib deyildir.

Lakin burada söhbət heç də mücərrəd demokratik prosesdən deyil, zahirən xalqın iradəsinin təzahürü kimi görünən legitim dövlət çevrilişi vasitəsilə hakimiyyəti dəyişdirmək niyyətindən gedir.

Çevriliş, yaxud hakim qrupun zorakılıqla dəyişdirilməsi, eləcə də kütləvi mitinq texnologiyaları, seçkilər dövründə siyasi vəziyyəti kəskinləşdirmək üçün kütlədən istifadə edilməsi – bunların hamısı rejimin dəyişdirilməsinin tam təsirli mexanizmi kimi bəzi Şərqi Avropa ölkələrində və keçmiş SSRİ respublikalarında sınaqdan çıxarılmışdır. Çox da inkişaf etməmiş hansısa bir ölkədə əksər halda hərbi sui-qəsd vasitəsilə dövlət çevrilişinin həyata keçirildiyi soyuq müharibə dövründən fərqli olaraq, indi bu mexanizm ondan ibarətdir ki, bu dəfə belə əməllər “hakimiyyətin demokratikləşdirilməsi” və “vətəndaş cəmiyyətinin təşəkkülü” ssenarisi üzrə edilir. Həm də onlara hansısa “qara polkovniklər” deyil, məhz sanballı qeyri-hökumət təşkilatları himayədarlıq edir.

Ədalətli seçkilər təqdirində səslərin ancaq 15-17 faizinə ümid bəsləyə bilən müxalifətin belə bir vəziyyətdə vəzifəsi sanballı əcnəbi sponsor tapmaqdan və onun beyninə belə bir fikir yeritməkdən ibarətdir ki, bu ölkədə xalqın istək və arzularını ifadə etməyə, eyni zamanda həmin sponsorun mənafelərini qorumağa yalnız və yalnız müxalifət qadirdir. Demokratiyanın əcnəbi keşikçilərini “xumarlandırmağın” ən təkmil üsulları işə salınır, guya demokratik olan belə müxalifətin niyyətləri barədə uydurmalarla onları axmaq yerinə qoyurlar. Əsas vəzifə xarici yardımçılar hakimiyyətə gəlməyə kömək edənədək bu üsuldan bərk-bərk yapışmaqdır. Sonra isə lap dünya dağılsın.

DEMOKRATİYANIN BAZASI

Bütün dövlətlərdə praktika müxtəlifdir, Rusiyanın parlament demokratiyası təcrübəsi Ukraynanın təcrübəsi kimi deyildir. Azərbaycanın təcrübəsi Gürcüstanın təcrübəsini təkrarlamır. Siyasi həyatda hərənin öz milli ənənələri, milli təcrübəsi var. Odur ki, bunu meydan mitinqi və ya onun dağıdılması prosesində dəyişdirmək mümkün deyildir. Bu təcrübə sosial strukturun və sosial tərbiyənin özündən gəlir. Ukraynanın yeni rəhbərliyinin siyasi praktikası məhz bunu sübut edir. Məsələn, mövcud iqtidarın ixtiyarındakı iri mülkiyyətə nəzarət ənənəsi mövcuddur, bu cür sistemi birdən-birə, hazırlaşmadan dəyişdirmək, əslində, mümkün deyil, çünki idarəçilərin hər bir yeni qrupu bəyan olunmuş islahatlarla pərdələnərək, həmin mülkiyyəti öz xeyrinə bölüşdürməyə başlayacaqdır.

Biz haradasa qəlbimizin dərinliklərində hesab edirik ki, amerikalılardan və avropalılardan heç nə ilə fərqlənmirik. İlkin liberal müddəaya əsaslanıb deyə bilərik ki, “bizə də bir az əl gəzdirsələr, siyasi həyatın Avratlantik obrazına uyğun olarıq”. Bu tezislə ABŞ Senatının müəyyən hissəsi də, siyasi liberalizmin bütün dünyada təntənəsinə - müəyyən müddət üçün edilmiş texnoloji təntənəyə inanan digər səmimi insanlar da razıdırlar. İnsanlara yalnız imkan-fürsət vermək, insanları onlara zorla qəbul etdirilmiş korrupsiyaçı bürokratik aparatın məhdudiyyətlərindən qurtarmaq lazımdır. Bundan sonra onlar da bizim arzu-istəklərimizə qoşularlar.

Vaşinqtonda Azərbaycanın siyasi mənzərəsinin dəyişməsini istəyirlərmi? Amerikanın Azərbaycandakı məqsədi nədir, əlavə nəticə nədən ibarətdir? İraq müharibəsinin yekunlarına əsasən regionda əldə edilmiş sabitlik yetərlidirmi, yoxsa bu, daha irimiqyaslı dəyişikliklərə doğru atılan ilk addımlardır? Buna ancaq ABŞ Prezidenti və ya dövlət katibi ciddi cavab verə bilər.

Ola bilsin ki, cavab nəticənin cəmindədir: həm neft, həm demokratiya, həm də təhlükəsizliyə qlobal nəzarət.

Müxalifətin “Azadlıq” blokunun liderləri ABŞ hökumətinin strateji niyyətlərinə özlərinin cəlb olunduqlarını hər vasitə ilə nəzərə çarpdırmağa çalışırlar. Bəs bu “niyyətlər” varmı? “Azadlıq” bilərəkdən şivən qoparır. Guya, Vaşinqton hansısa radikal dəyişikliklər edilməsini istəyir. Hansı dəyişiklikləri? Heç özləri də bilmirlər.

Ölkənin daxilində müxalifət idarəetmə aparatını laxlatmaq naminə yüksəkvəzifəli məmurları öz düşərgəsinə cəlb etməyə can atır, siyasi qovuşub-birləşmələr getdiyi, səfirliklərdə gözdəniraq danışıqlar aparıldığı, maliyyə vəsaitləri ayrıldığı barədə şayiələr buraxmağa çalışır.

İnkişaf etmiş demokratiyaların meyarlarına görə zəif olan MDB ölkələrinin düşdükləri vəziyyət əsla əlverişli deyildir. Bütün postsovet müstəqillik ərzində öz maliyyə-sənaye lobbiləri, beynəlxalq transmilli korporasiyalar, indi də ictimai təşkilatlar ölkələrimizin hökümətlərinə dinclik vermir, iqtidarın sakit işləməsinə mane olurlar.

Məgər onlar verilmiş proqram üzrə hərəkət edir, vahid mərkəzdən idarə olunurlar? Yox və yenə də yox.

Məgər Amerikada prezident seçkiləri kampaniyasının gedişində oğul Buşun əleyhinə xeyli pul toplayan Corc Buşu Dövlət Departamenti MDB-nin üzərinə qaldırır? Yaxud, siyasi fırıldaqçı və maliyyə dələduzu Boris Berezovski Mərkəzi Kəşfiyyat İdarəsinin tapşırığı ilə Yuşşenkonun kampaniyasını maliyyələşdirirdi, bundan əvvəl isə Yeltsinin ailəsinə kömək edirdi?

XEYRİNİ KİM GÖRƏCƏK?

“Ümumi demokratiyanın tarixi zəruriliyi”nin hipnozu altında təslim olmaq və ruhdan düşmək səhv olardı. Biz hər şeyi götür-qoy edincə və ölçüb-biçincə, hər cür əlləm-qəlləmlər hiss olunmadan hakimiyyətə gələ bilərlər. Bundan sonra isə hər şeyi qamarlayacaqlar. Ola bilsin ki, onlar indiki iqtidarın nümayəndələrinə, formal olaraq, opponentlik etmək imkanı verə bilərlər. Lakin siyasi səhnənin darlığı (siyasi tərəfdaş kimi müxalifətin yoxluğu) və idarəçiliyin özünəməxsus xüsusiyyətlərinin mövcudluğu (bütün maliyyə vasitələri üzərində nəzarət dövlətin əlində cəmləşmişdir) şəraitində sakitcə real çoxpartiyalılığa keçməyə ümid bəsləmək olmaz. Buna “inqilabdan sonrakı” Gürcüstanın təcrübəsi çox parlaq sübutdur. Ukraynada hökumət böhranı yenicə başlayır, Gürcüstanda eyni problem Baş nazir Jvaniyanın qətlə yetirilməsi ilə həll olundu. Saakaşvilinin siyasətinə indiki müxalifətin münasibətindən, ümumiyyətlə, danışmağa dəyməz.

Amma hər halda, Azərbaycanda müxalifət olmalıdır. O, öz taleyi və ölkənin gələcəyi üçün cavabdeh olmalıdır. O, ölkədən kənardakı taktiki müttəfiqləri səriştə ilə qiymətləndirməli və öz hərəkətlərinin nəticələrinə görə məsuliyyət daşımalıdır. Həm də anlamalıdır ki, o, mövcud rejimi dəyişdirməyə çalışmaqla məhz nəyə nail olmağa can atır. Sağlam düşüncə ilə başa düşmək lazımdır ki, məhz insanların naminə ölkəni idarə etmək niyyətindədirlər.

Vaxtilə azərbaycanlılar Heydər Əliyevi heç də Qərb üslubunda parlament sistemini bərpa etmək üçün çağırmamışdılar. Azərbaycan idarəçiliyin başqa bir modelini – prezident hakimiyyətinə və iqtisadiyyata dövlətin müdaxiləsinə əsaslanan, parlamentin və hökumətin rolunun daha az olduğu və qeyri-formal qrupların hakimiyyətə təsirinin böyük olduğu model gözləyirdi. Nəticələri öncədən görünən, etibarlı olan, həll edilə bilən, başlıcası isə, ənənəvi olan model. Siyasi liberallaşma prosesinin tədricən getdiyi prezident idarəçiliyi ölkəsi.

Müxalifətdə nə təklif edirlər? Milli idarəçiliyin qurulub-yaradılmış binasını tamamilə uçurub-dağıtmağı? Başqa modeli tətbiq etməyi? Hansı modeli? Yüksək vəzifəli məmurları təqiblərə məruz qoyaraq, onları xaricə qaçmağa məcbur etməyi? Özəlləşdirmənin yekunlarına yenidən baxılmasını? Guya cinayətkarlıqla əldə olunmuş istehsal vasitələrini dövlət mülkiyyəti üçün müsadirə etməyi?

Hakimiyyət böhranı başlandıqda (axı, prezident sistemindən qaça bilməzsən, evin sahibi olmalıdır) və hakimiyyətə yiyələnməyin nəticələrini öz aralarında bölməyə qadir olmadıqda kimlər öz xidmətlərini daha inqilabi xidmət sayacaq – İsa Qəmbər, Əli Kərimli, Rəsul Quliyev, yaxud Ayaz Mütəllibov, yoxsa, başqaları?

Hakimiyyət uğrunda mübarizədə azadlıq, bərabərlik, ədalətlilik şüarlarından istifadə edirlər. Lakin hakimiyyəti ələ aldıqdan sonra bu şüarları unudurlar. İlham Əliyevin indiki vəziyyəti mürəkkəb olsa da, öz işinin öhdəsindən tam gəlir. Həddindən artıq kəskin hərəkət etmək təhlükəlidir, daxili siyasətdə çox tez dəyişikliklər edilməsi qeyri-tarazlığa gətirib çıxarar. İqtisadi yüksəliş təhlükəsiz liberal hərəkət üçün yastıqdır, lakin qonşu ölkələrdə eyni islahatlar praktikası göstərir ki, islahatçılar qrupunun hakimiyyətdə olması müddəti həyata keçirilən qeyri-populyar tədbirlərin sürətindən asılı olaraq azalır. Müxalifət yenə də böyük uğursuzluq və ya manatın məzənnəsinin bu yaxınlardakı sıçrayışına bənzər böhran gözləyir.

Öz sabitliyinə görə Heydər Əliyevin əldə etdiyi nəticəyə bənzər konsensus sistemi qurmaq lazımdır. Ola bilsin ki, bunun üçün oğul Əliyevə hakimiyyətin yeni vertikalını qurmaq, bu niyyəti tamamilə başa düşməyə və axıradək dəstəkləməyə qadir olan gənc tərəfdarlar toplamaq lazım gələcəkdir. XXI əsrin əvvəllərinin Azərbaycan dövlətinin yeni milli layihəsinin cizgilərini prezidentin özü təklif etməlidir. Və şübhəsiz ki, o, bunu edəcəkdir.

“Maydan”ın (Kiyevdəki Müstəqillik meydanı nəzərdə tutulur – red.) təsirinin Bakı meydanlarına yayılmasına hansı təcrübə təkan verəcəkdir. Bu barədə düşünəndə adamı dəhşət bürüyür. Odur ki, MDB dövlətlərinə yeni asan şikar axtarışına çıxan “Pora” fəallarının tutulub, ölkədən qovulması Azərbaycanın hakimiyyət orqanları tərəfindən görülmüş tamamilə məntiqəuyğun və haqlı hərəkətdir. “Pora”, eləcə də gəncləri itaətsizlik əməllərinə səfərbər etməyi qarşısına məqsəd qoyan digər fitnəkar təşkilatlar öz yerini bilməlidir.

Seçkilər ərəfəsində hakimiyyət orqanları, ilk növbədə, Yeni Azərbaycan Partiyası bu təşkilatlar, özlərinin bilavasitə və bilavasitə əleyhdarları barədə daha çox məlumat verməlidirlər. Azərbaycan publisistləri bu mövzuya toxunmur, sanki fala baxıb, iqtidarın müxalifətlə necə və hansı şərtlərlə razılığa gələcəyi barədə fikirlər yürütməyi özlərinin birinci dərəcəli vəzifələri sanırlar. Bəs, kiminlə və nə barədə razılığa gəlmək olar? “Narıncı” texnologiyalar vəziyyəti elə dəyişdirə bilər ki, bundan sonra razılığa gəlmək gec olar. Azərbaycan Prezidenti bunu gözəl başa düşür və ölkədə əmin-amanlığın və sabitliyin qorunub saxlanması üçün hər şeyi edəcəkdir.

Sevil Əliyeva:

“ATAMIN XƏSTƏLİYİ QORBAÇOVUN RAZILIĞI VƏ

TƏŞƏBBÜSÜ İLƏ TÖRƏDİLMİŞDİ”

1955-ci il oktyabrın 12-də, düz 50 il bundan əvvəl Heydər Əliyev xoşbəxt ata oldu. Onun birinci övladı, qızı dünyaya gəldi. Onun adını Sevil qoydu. Böyük siyasətçinin qızı o qədər də məşhur deyil. O, rəsmi tədbirlərdə nadir hallarda görünür, KİV-lərə, demək olar, müsahibə vermir. Sevil Əliyeva yalnız tanınmış Azərbaycan yazıçı–publisisti Elmira Axundova üçün istisnaya yol vermişdir. E.Axundova “Heydər Əliyev. Şəxsiyyət və zaman” bədii–sənədli trilogiyası üzərində işləyir. Azərbaycanın keçmiş Prezidentinin qızının müsahibəsində dahi atasının şəxsi həyatına və siyasi fəaliyyətinə aid indiyədək məlum olmayan bir çox faktlar açıqlanır.

- Uşaqlığınızın lap ilk illərini yada salsanız, atanızı necə xatırlayırsınız, ilk sırf uşaq təəssüratlarınız və duyğularınız necədir? Sizinlə gəzməyə gedirdimi, gecələr nağıl oxuyurdumu? Yoxsa həddən çox məşğul olduğu üçün buna vaxtı qalmırdı?

- Atam ailəsi üçün həmişə vaxt tapırdı. Hərçənd işlə həqiqətən çox məşğul olurdu. Evimizdə xüsusi mühit var idi, ailədə hamı mehriban idi və bir-birini başa düşürdü. Mən valideynlərimi, çox qayğı göstərdiyim kiçik qardaşımı nəzərdə tuturam. Ailədə düzlük, məhəbbət və qayğı görən uşaqlar başqa cür ola bilməzlər.

Hərdən Anam işdə ləngiyəndə biz Atamla gəzməyə çıxardıq. Biz dəniz sahilinə gedirdik, o, mənə üzməyi öyrədirdi. Mən hətta Atamın saçlarıma necə bant bağladığını da xatırlayıram.

- Atanız dərslərinizə fikir verirdimi, məktəbdə keçirilən yığıncaqlara gəlirdimi? Siz ilk sirlərinizi kimə etibar edirdiniz –atanıza, yoxsa ananıza, onların hansından məsləhət alırdınız? Ümumiyyətlə, atanızla açıq danışa bilirdinizmi?

- İkinci sinifdə mən hesabdan birinci dəfə “iki” aldım. Xatirimdədir, Atam gələnə yatmadım ki, bu barədə dərhal ona məlumat verim və qiymət yazılmış dəftəri ona göstərim. Mən bilirdim ki, bu barədə ona danışmasam, gözümə yuxu getməyəcək. Atam gələn kimi əlimdə dəftər onu qapıda qarşıladım. Lakin o, mənim düzlüyümü qiymətləndirdi, mənə heç nə demədi və danlamadı. Bundan sonra sakitləşdim. Atam düzlüyü çox qiymətləndirirdi. Lap cüzi yalanı da qəbul edə bilmirdi. Mən bunu başa düşürəm, çünki özüm də ən xırda yalanla da barışmıram. Mən hər valideynimlə açıq idim. Əlbəttə, Anamla daha yaxın və çox açıq idim, biz onunla canbir qəlbdə idik. Yaxın dost kimi Atamla da münasibətlərimiz səmimi idi. Mən ətrafımda olan cavan oğlanlar və rəfiqələrim haqqında, dərslərim və ümumiyyətlə, insanlar barədə onunla danışa bilirdim. O, mənə məsləhətlər verir və biz həmişə zarafatlaşırdıq. Bizim evimizdə zarafat, yumor həyatımızın ayrılmaz hissəsi idi.

- Heydər Əliyev keçmiş SSRİ-də öz xanımını ilk dəfə olaraq necə deyərlər, “yüksək cəmiyyət arasına” çıxarmışdır. Zərifə xanım rəsmi tədbirlərdə, ilk tamaşalarda, konsertlərdə və s. onunla birlikdə olurdu. Yaradıcı ziyalılar, ictimaiyyət onu tanıyırdı. Zərifə xanım respublikanın birinci şəxsinin xanımı qismində özünü necə hiss edirdi?

- Bilirsinizmi, o, təbiəti etibarilə son dərəcə təvazökar bir insan idi. Hətta Lenin adına sarayda keçirilən hər hansı rəsmi tədbirlərə, demək olar, salon boş olanda gələr və hamıdan əvvəl yerində əyləşərdi, yaxud salon dolu olanda biz yuxarı qalxar və oradan öz yerimizə gələrdik.Çox vaxt qəsdən ləngiyən və hamının onlara baxması üçün aşağı cərgələrdən yuxarı cərgələrə qalxan nazir xanımları kimi yox. Anam kiminsə diqqətini cəlb etməsini xoşlamazdı. O, həmişə mühafizəçilərdən xahiş edirdi ki, televiziya operatorlarını xəbərdar edin ki, bizi çəkməsinlər. Atamın bütün tədbirlərə Anamla birlikdə getməsinə gəldikdə isə, səbəbi bu idi ki, Atam ona çox bağlı idi. Atam onsuz yaşaya bilmirdi. Atam onunla nəfəs alırdı. O, işlə əlaqədar Moskvaya – plenumlara, müşavirələrə, sessiyalara gedəndə Anamı da özü ilə aparardı, Anam da bizi. Anam uşaqlarsız dözə bilmirdi və biz hər yerə dördlükdə gedərdik. 1976-ci ildə Atamı Siyasi Büro üzvlüyünə namizəd seçəndə də onunla birlikdə idik. Biz o qədər sevinir, Atamla o qədər fəxr edirdik ki!

-Siz Heydər Əliyevin doğum günlərini necə qeyd edirdiniz, ona nə hədiyyə verirdiniz?

- O qədər çox işləyirdi ki, özünün doğum gününü də çox vaxt unudurdu. Biz balaca olanda ona təbrik açıqcaları yazardıq. Ancaq doğum gününə heç kəsi xüsusi olaraq dəvət etməmişik. Belə bir şey olmamışdır.

Atam, ümumiyyətlə, doğum günü keçirməyi xoşlamazdı. Tabeliyində olanların, həmkarlarının ona və ya Anama nəsə hədiyyə etmələrindən isə söhbət gedə bilməzdi. Bir dəfə tanış qadın kiminsə doğum günü münasibətilə adi bir güldan gətirmişdi. Atam Anama dedi: “Hədiyyəni dərhal ona qaytar”. Halbuki güldan adicə şüşədən hazırlanmışdı.

- Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi seçildikdən sonra yəqin ki, istirahət günləri olurdu, məzuniyyətə çıxırdı. O, asudə vaxtını necə keçirirdi, nə ilə məşğul olurdu?

-Qışda bazar günləri biz şəhərdən çıxır, Zuğulbaya gedirdik. Yayda biz orada yaşayırdıq. Atam və Anam zarafatı, şənliyi, bazar günləri nahar süfrəsi açmağı xoşlayırdılar. Anam fortepianoda çalar, Atam oxuyardı. Hamı əməlli-başlı şənlənir, özünü yaxşı hiss edirdi. Yayda biz bəzən çimərlikdə nahar edirdik.

Atam məzuniyyətə çıxanda biz ailəlikcə Yaltaya gedərdik. Orada səfalı dövlət bağları vardı. Səhər yeməyindən sonra çimərliyə gedirdik. Qayıtdıqdan sonra nahar edirdik. Atam sənədlərlə işləyir, yüksəktezlikli telefon xətti ilə Bakıya zəng vururdu. Axşamlar filmlərə tamaşa edirdik. Valideynlərim ara-sıra Leonid İliç Brejnevin bağına, onunla görüşə gedirdilər. Anam onun xanımı Viktoriya Petrovna ilə rəfiqə idi.

- Heydər Əliyev respublikanın rəhbəri olarkən nəsə oxumağa imkan tapırdımı? Klassik ədəbiyyatdan, müasir yazıçılardan kimlərə üstünlük verirdi? Hansı filmləri xoşlayırdı? Daha bir məqam: biz bilirik ki, Heydər müəllim musiqini çox sevir və Zərifə xanımın müşayiəti ilə oxumağı xoşlayırdı. O, konkret olaraq hansı mahnıları oxuyurdu?

- Atam ədəbiyyata xüsusən klassik ədəbiyyata yaxşı bələd idi. O, bizə danışardı ki, bütün bu əsərləri hələ məktəbdə oxuyarkən mütaliə etmişdir. Dünya klassik ədəbiyyatına yaxşı bələd idi. Şekspirdən, məsələn, “Hamlet” faciəsindən ayrı-ayrı parçaları söylərdi. Hüseyn Cavidin vurğunu idi.

Komik filmləri, xüsusən də sovet filmlərini xoşlayırdı. “İşdə məhəbbət macərası”, “Mimino” filmlərinə, İqor İlinskinin iştirakı ilə çəkilmiş “Karnaval gecəsi”, “Köhnə tanış” komediyalarına yorulmadan bir neçə dəfə baxardı. O, ümumiyyətlə, gülüşü xoşlayırdı.

Mahnı oxumağı da çox xoşlayardı. Anamın müşayiəti ilə Tofiq Quliyevin “Sənə də qalmaz” mahnısını tez-tez oxuyardı. Bəzən o, sözləri unudar, anam ona astaca deyərdi. Rus mahnılarına gəldikdə isə, “Gecə patrulu” filminə yazılmış mahnını dinləməyi xoşlardı. Həmin mahnının sözlərini indiyədək xatırlayıram. “Hətta quş da vətənindən ayrı yaşaya bilməz”. Deyəsən, həmin mahnını Mark Bernes oxuyardı. Rəşid Behbudovun və Müslüm Maqomayevin ifasında Azərbaycan haqqında iki mahnı onun üçün çox əziz idi.

- Valideynləriniz sovet estrada müğənnilərindən daha kimləri xoşlayırdılar?

- Müslüm Maqomayevi və Sofiya Rotarunu. Atam və Anam Sofiya Rotaru ilə Azərbaycanda Ukrayna mədəniyyəti günləri zamanı şəxsən tanış olmuşdular, valideynlərim onun mədəni ifasını, ürəyəyatan gözəl səsini yüksək qiymətləndirirdilər. Sofiya Rotarunun ifasında Yevgeni Martınovun və Andrey Dementyevin “Qu quşunun sədaqəti” mahnısı onların daha çox ürəyinə yatırdı. Müslüm Maqomayev və onun xanımı Tamara Sinyavskaya ilə ailəmizin bütün üzvlərini həm də çoxdankı şəxsi dostluq telləri birləşdirirdi.

Alla Puqaçovanın ifasında ”Bir milyon qızılgül” mahnısı da xoşlarına gəlirdi. Alla Puqaçova 2001-ci ildə Bakıya gələndə həmin mahnını Atamın xahişi ilə ifa etmişdi. İfa zamanı o, Atama yaxınlaşdı və onlar nəqəratı birlikdə oxudular. Həmin mahnı məndə xüsusi duyğular oyadır, çünki Atam və Anam həmin mahnının musiqisinin sədaları altında rəqs etməyi xoşlayırdılar.

70-ci illərdə “El Bimbo” melodiyası geniş yayılmışdı. Xatirimdədir, biz 1976-cı ildə Yuqoslaviyada istirahətdə olarkən həmin melodiyanı restoranlarda və klublarda tez-tez eşidərdik. Bu melodiya da Atamın çox xoşuna gəlirdi. 70-ci illərin əvvəlində Atam ilk rəsmi xarici səfərlərindən birində - Suriya və Livandan qayıdanda mənə Frensis Leyin “Məhəbbətin tarixçəsi” kinofilminə bəstələdiyi melodiyanın qrammofon valını gətirmişdi. Həmin melodiya da atamın ürəyinə yatmışdı.

Lakin Anama həsr etdiyim “Qayıt, əzizim” mahnısı onun ən çox xoşladığı mahnı idi. Atam hər dəfə bu mahnını dinləyəndə gözləri yaşarardı. Hətta, bu, hələ sadəcə, sözsüz melodiya olanda da deyərdi ki, bu melodiya Anamı xatırladır və o, aramızdan gedəndən sonra özünün keçirdiyi hissləri əks etdirir. Həmin melodiyanı Müslüm Maqomayevin yanında çalanda o, mənə dedi ki, musiqiyə mətn yazmaq lazımdır və o, bu mahnını hökmən ifa edəcəkdir. Mahnının sözlərini tanınmış şair Nikolay Dobronravov yazdı. O, Anamla şəxsən tanış idi və ona çox səmimi münasibət bəsləyirdi. Yadımdadır, ayrı-ayrı misralar bir neçə variantda yazılmışdı və biz Atamla onlardan bizim hisslərimizi daha dəqiq ifadə edənlərini seçirdik. İndi bu mahnı mənə ikiqat əzizdir, çünki o, mənim üçün Anam və Atam haqqında xatirədir.

- Siz Atanızın taleyində dəyişikliyi – Moskvaya köçməsini, yeni yüksək vəzifəyə təyin olunmasını necə qarşıladınız?

-Mən də, Anam da bundan şad olduq. Əvvələn, ona görə ki, biz – mən və İlham həmin vaxt Moskvada yaşayır və oxuyurduq. İlham Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda təhsil alırdı, mən isə Şərqşünaslıq institutunun aspirantı idim. Anam iki şəhər arasında qalmışdı. O, Atamı da tək qoya bilmirdi, uşaqlar üçün də darıxırdı. Buna görə də o, Atamın yeni təyinatına sevindi. Hərçənd, Anam Bakını çox sevirdi və həmişə buraya gəlirdi. Atam isə Azərbaycandan getmək istəmirdi. Andropov ona Moskvaya köçməyi təklif edəndə tərəddüd etdi. Atam deyirdi ki, Yuri Vladimiroviç hətta incidi də: “Sən nə danışırsan, mənə kömək etmək istəmirsən?” Andropovun etibarlı adamlara ehtiyacı vardı.

- İnfarkt baş verəndə Heydər Əliyev heyrətamiz əzmkarlıq göstərdi, hətta xəstəxanada müalicə olunanda da işini davam etdirir, iclaslar keçirirdi. O, qətiyyən şübhə etmirdi ki, yenidən işə qayıdacaqdır?

- Onun tərəddüd etdiyi vaxt olmamışdır. Hərçənd 1987-ci il mayın 11-də baş verən hadisə bizi şok vəziyyətinə saldı. Çünki Atam çox sağlam adam idi. O, hətta soyuqdəymənin nə olduğunu bilməzdi. Altı yaşlı qızını, az qala, tavana qədər atıb-tuturdu. İdmanla çox məşğul olurdu, qaçırdı, üzürdü. Həmişə - hovuzda da, dənizdə də üzərdi. Biz 70-ci illərdə Moskva yaxınlığındakı Barvixada istirahət edəndə Atam xizək sürərdi. Oradakı məşqçi qadın ona xizək sürməyi öyrədirdi. Siyasi Büronun üzvü olanda da səhərlər idman edirdi. Bağın ərazisində yeyin addımlarla çox gəzərdi. Təlimatçı, habelə, müalicə bədən tərbiyəsi həkimi onun yanına gələrdilər. Dördüncü idarə onun sağlamlığının vəziyyətini diqqətlə izləyirdi. O, idmanla elə-belə yox, həkimin nəzarəti altında məşğul olurdu. Nəbzini, qan təzyiqini ölçürdülər. Belə bir adamı birdən-birə infarkt yıxa bilərdimi? Özü də elə-belə infarkt yox, tək-tük adamın sağ qaldığı infarkt!

Biz daim xəstəxanada idik. Mən həkimlərə yalvarırdım ki, həqiqəti məndən gizlətməsinlər, onlardan soruşurdum: “Bütün bunlardan sonra o, normal həyata qayıda biləcəkmi?” İlk günlər bizi onun yanına buraxmırdılar. Ümumiyyətlə, bu əhvalatda indiyədək anlaşılmaz məqamlar çoxdur. Mən indiyədək bu qənaətdəyəm ki, bütün bunlar qəsdən törədilmişdi. Çünki bunda məntiq var. Həmin dövrdə Qorbaçov onu Siyasi Bürodan uzaqlaşdırmaq, istefaya göndərmək istəyirdi. Atamı isə yalnız xəstəlik adı ilə uzaqlaşdırmaq olardı. Qorbaçov başqa “nəyi bəhanə gətirə bilərdi?” Atam heç vaxt istefaya göndərilmək üçün bəhanə verməmişdi. Xatırlayıram, bizə deyərdi ki, o, elə belə təslim olmayacaq. Bir dəfə Azərbaycan KP MK-nın birinci katibi Kamran Bağırov bağa onun görüşünə gəlmişdi. Atam ona da demişdi: “Əgər onlar məni istefa verməyə məcbur etsələr, mən pensiyaya çıxmayacağam. Mən elə-belə təslim olmayacağam. Mən onu ifşa edəcəyəm. Elə dəlillər ortaya qoyacağam ki, bu, həngamə qoparacaq”. Bütün dünyada nüfuz sahibi olan Əliyev nələr edə biləcəyini təsəvvür edirsinizmi?

Təbii ki, bizim evdə gedən danışıqlara qulaq asırdılar, mən buna yüz faiz əminəm. Əgər mən sizə desəm ki, biz orada hansı adamlar arasında yaşayırdıq, xidmətçilərimiz kimlər idi, bunun özü də başqa bir əhvalat olar. Onların hamısı Dövlət Təhlükəsizliyi Komitəsinin əməkdaşları idi. Hər şeyi, bütün danışıqlarımızı, bütün hərəkətlərimizi qeydə alır, sonra haraya lazımdırsa, məlumat verirdilər.

Bizim danışıqlarımıza həmişə qulaq asırdılar. Buna görə də Atamın Kamran Bağırova dediklərinin hamısı və bizə dedikləri Qorboçova məlum olurdu. Atam bunu bilirdi. Bir dəfə o, məndən xahiş etdi: “Zəhmət olmasa, mənə adi qalın köynəklər al”. Mən başa düşə bilmədim ki, bu köynəklər onun nəyinə gərəkdir. Sonradan mənə izah etdi: “Əgər o məni pensiyaya göndərmək istəsə, gedib zavodda fəhlə işləyəcəyəm. Adi fəhlə. Bu çox qeyr-adi hal olacaq. Buna görə də mənə qalın köynəklər lazım olacaqdır”.

Atamın qətiyyəti nəzərə alınarsa, yeganə çıxış yolu onu dincliklə pensiyaya göndərmək - onu asılı vəziyyətdə qoymaq idi. Elə bu səbəbdən də mən fikirləşirəm ki, infarkt öz-özünə baş verməmişdi.

- Bəs onlar bunu necə edə bilərdilər, hansı gümanlarınız var?

-Adətən, o, səhər yeməyini evdə yeyərdi. Həmin gün isə səhər yeməyini iş yerində yemişdi. Yarım saatdan sonra onun halı pisləşir. Sonra bir qrup həkim gəlir və onu dərhal xəstəxanaya aparır. İş yerində ona iynə vurmuşdular. Güman edirəm ki, hər şey elə bu iynədən başlanmışdı. Bəlkə də, səhər yeməyindən.

Atamı müalicə edən həkimlər ona yaxşı münasibət bəsləyirdilər. Lakin Atamı müalicə edən həmin həkimlərin bəziləri sonradan müəmmalı şəkildə vəfat etdilər. Həkimlərdən birini küçə qapısında güllə ilə vurub öldürdülər, başqa birisi cavan ikən vəfat etdi. Bu da çox müəmmalı əhvalatdır.

Atam artıq sağalmaqda idi. Sıravi həkimlər onu müayinədən keçirir, əllərinin baş barmaqlarını yuxarı qaldırır və ona ürək-dirək verirdilər: yəni səhhətiniz qaydasındadır. Müalicə edən həkimlər isə vəziyyəti şişirdir və onu qorxudurdular. SSRİ səhiyyə naziri Yevgeni Çazov bir dəfə Atamın yanına gəldi və onu dilə tutmağa başladı ki, istefaya getsin. Atam onun dərsini verdi. Təsəvvür edirsinizmi, həyatının mənasını işləməkdə görən belə bir adama deyəsən ki, sən işləməyə yaramırsan, get istirahət elə.

- Qorbaçov nə üçün Əliyevi Siyasi Bürodan kənarlaşdırmaq qərarına gəlmişdi? Axı, o, Əliyevə sanki yaxşı münasibət bəsləyirdi. Ananızın da Raisa Qorbaçovaya münasibəti pis deyildi.

-Bəli, Qorbaçov MK-nın sıravi katibi olanda onlar bir-birinə çox səmimi münasibət bəsləyirdilər. Onlar həmişə yanaşı əyləşər, söhbət edərdilər. Baş katib seçkiləri zamanı Atam onu ürəkdən dəstəkləyirdi. Sonra isə hər şey dəyişdi. Başlıca səbəb həsəd idi.

Başa düşürsünüzmü, Çernenkodan sonra kimin Baş katib olacağı məsələsi ortaya çıxanda, Qərb mətbuatı Əliyev barədə çox yazırdı. Qəzetlər yazırdılar: “Onun üçün ancaq bir maneə ola biləcək bir şey varsa, o da rus olmamasıdır”.

Ümumiyyətlə, mətbuat onun barəsində çox yüksək fikirdə idi. Qorbaçov isə təbiətən paxıl və çox rəzil bir adamdır. Bu, onun sifətindən oxunur. Qorbaçov Atamdan istefaya getməyi tələb edəndə o, bizimlə məsləhətləşmək qərarına gəldi. “Mən nə edim. İndi səhhətimə görə mən onlardan asılıyam”. Atam o vaxtlar həkimlərdən asılı olduğu üçün yaxşılıqla getməyi qərara aldı. Sonra bizə deyirdi: “Mən ərizəni Qorbaçova təqdim edəndə elə sevindi ki! Məni qucaqlayıb öpdü və çox sağ ol dedi”.

- Heydər Əliyev özünü işsiz təsəvvür etmirdi. İstefadan sonra ilk günlərdə o, özünü necə hiss edirdi?

- Çox pis. Ümumən, bunlar dəhşətli illər idi. Onun uzaqlaşdırılmasını əsaslandırmaq üçün sifarişlə yaramaz məqalələr yazdırırdılar. Ən ağlabatmaz şeylər uydurub onun adına çıxırdılar. Yenicə ağır infarkt keçirmiş xəstə adamı gözümçıxdıya salırdılar. Üstəlik, həkimlər də qorxudurdular, daim israr edirdilər ki, ona heç nə yemək olmaz. O, ciddi pəhriz saxlayırdı. Bir sözlə, ona mənəvi cəhətdən çox təzyiq göstərilirdi. Həmin vaxtlar o, fiziki cəhətdən də zəifləmişdi.

- Respublikadan onun yanına gələn olurdumu? Axı, ondan heç

də hamı üz çevirməmişdi?

- Hamı üz çevirmişdi. Xatirimdədir, rəhbərliyə qoyub getdiyi

adamlardan heç kəs xəstələndiyi vaxtdan bir dəfə də olsun zəng vurub əhvalını xəbər almamışdı. Hərçənd, bu adamların hamısı onun yetirmələri idi. Siyasi Büronun üzvlərindən də heç kim nə zəng vurmuş, nə də gəlmişdi. Təkcə Nikolay Rıjkovdan savayı.

Ancaq qəribəsi odur ki, o zaman biz Bakıdan tanımadığımız adamlardan teleqramlar alırdıq. Yadımdadır, bir nəfər teleqram göndərmişdi ki, əgər Bakıda yaşamağa yeriniz yoxdursa, mən öz mənzilimi sizə verə bilərəm. Xatirimdədir, teleqramı Əli İnsanov göndərmişdi. O zaman mən onun kim olduğunu bilmirdim. Hələ düşünmüşdüm ki, nə qəribə soyadı var. Bu, həyanlıq idi və Atamı çox mütəəssir etmişdi.

- Mən eşitmişəm ki, istefasından sonra Heydər Əliyev

arxivinin bir hissəsini məhv etmişdir. Bu necə olmuşdur?

- 1988-ci ilin sonunda bizə əmr etdilər ki, bir neçə günə hökumət bağından köçək. Əvvəllər belə bir ənənə var idi: əgər Siyasi Büronun üzvü daha işləmirsə, ömrünün sonuna qədər bağ onun adında qalırdı. Belə adamlar az idi və tək-tək adamlar üçün buna yol vermək olardı. Bizi isə, sadəcə olaraq qovdular. Bunu Yeni il ərəfəsində etmək necə də insafsız hərəkət idi! “Yuxarıdan” göstəriş gəlmişdi ki, Siyasi Büronun istefa vermiş üzvləri qısa müddət ərzində hökumət bağlarını boşaltmalıdırlar. Məsələ bunda idi ki, Moskvaya gəldikdən sonra hər şeyimizi bağa aparmışdıq. Axı, biz moskvalı deyildik. Hamımız bir yerdə yaşayırdıq: valideynlərimiz, mən öz ailəmlə, İlham da öz ailəsi ilə. Tutaq ki, ev əşyalarımızı şəhərə köçürmək çətin deyildi. Bəs Atamın arxivi, onun kitabları! Kitablar lap çox idi, həm bədii ədəbiyyat, həm də hədiyyə olunmuş kitablar vardı. Hələ şəkilləri demirəm! Ümumiyyətlə, atamın arxivində çoxlu maraqlı şeylər var idi. Məsələn, sadə adamların, xalq sənətkarlarının Atama hədiyyələri: onun buğda dənindən hazırlanmış portreti, cürbəcür tikmələr, metal üzərində döymələr. Bir sözlə, ən müxtəlif insanların Atama əsil məhəbbətini və hörmətini əks etdirən şeylər. Biz çox şeyi məhv etməli olduq. Xatirimdədir, mənim nə qədər vallarım var idi. Mən onları qulluqçulara payladım. Həmin günlər Atam xəstə idi, soyuqlamışdı. O, gecə-gündüz bağ evinin zirzəmisində oturub, vəfalı komendant Yuri Petroviç ilə birlikdə arxivini araşdırırdı. Biz də bacardığımız qədər onlara kömək edirdik ki, bağdan tez köçək.

Atam sonralar arxivinin bir hissəsinin məhv olmasına görə çox təəssüflənirdi, özünü də, bizi də qınayırdı ki, nə üçün bunu etdik. Lakin o zaman biz psixoloji şoka düşmüşdük. Həm də onun arxivini kimə etibar edə bilərdik? Axı, Moskvada qohumlarımız, dostlarımız yox idi.

Atamın istefasından sonra Qorbaçov onun övladlarına “girişdi”. İlham MDBMİ-də dərs deyirdi. Onu çağırıb dedilər ki, işdən getməlidir. Səbəbini də açıq izah etdilər. Xatirimdədir, Atamın qanı qaralmışdı. Şevardnadzenin qəbul otağına zəng vurub xahiş etdi ki, onunla əlaqə saxlasın. Lakin Şevardnadze ona zəng vurmadı. Yaxşı, tutaq ki, sənə Əliyevin oğlunu işdən azad etmək tapşırılmış, əmr edilmişdir. Sadəcə, zəng vurmaq ki, olardı.

Əgər Anam sağ olsaydı, Atama bu illərin ağırlığına dözmək asan olardı. Amma o, birdən-birə hər şeyi - məhəbbətini, dostunu və işini də itirmişdi. Yaxşı ki, biz yanında idik. Ümumiyyətlə, bizim həyatımız - onun övladlarının həyatı - daim onun həyatı ilə sıx bağlı olub. Xatirimdədir, mətbuatda onun əleyhinə çıxan məqalələrə təkzib yazırdı. Biz onunla birlikdə mətnlərdə düzəlişlər edir, nəyi isə məsləhət görürdük. Doğrudur, redaksiyaların heç biri onun məqalələrini qəbul etmirdi və qəzetlərin bütün baş redaktorları ondan gizlənirdilər. Elə onun Siyasi Büro üzrə keçmiş həmkarları da. Belə bir vəziyyətdə onlar hansı düzgünlükdən, ədalətdən, hansı demokratiyadan danışa bilərdilər?

- Yadımdadır, mən “Obşaya qazeta”da, “Moskovskiye novosti” qəzetinin keçmiş redaktoru Yeqor Yakovlevin yanında işləyirdim.”Obşaya qazeta” yubileyini qeyd edirdi və biz, xüsusi müxbirlər MDB ölkələrinin dövlət və hökumət başçılarının qəzetə təbriklərini təşkil etmək barədə tapşırıq almışdıq. Mən təbrik barədə xahişimi Prezidentin köməkçisi vasitəsilə ona çatdırdım. Təsəvvür edin ki, Prezident özü mənə evə zəng vurdu və dedi ki, qəzəbə gəldiyi vaxtlarda “Moskovskiye novosti” Əliyevə qarşı qərəzli məqalə dərc etmişdi. O, təkzib yazmış və Yeqor Yakovlevə zəng vuraraq, yazısının dərc olunmasını xahiş etmişdi. Heydər Əliyev xatırlayır: “Lakin Yeqor Yakovlev mənimlə çox kobud danışdı. Bundan sonra onun qəzetinə təbrik göndərmək səmimi və məntiqi olmazdı”. Bu hadisə onu çox səciyyələndirir: O, insanlara qarşı elə diqqətli idi ki, qəzetin xüsusi müxbirinə zəng vuraraq, onun xahişini nə üçün yerinə yetirə bilmədiyini izah etməyi lazım bilmişdi.

- Mənə elə gəlir ki, o, çox alicənab idi. Mən ona belə ədalətsiz təhqirlər yağdıran adamları yaxına da buraxmazdım. Televiziya ilə verilən sifarişli reportajlar yaxşı yadımdadır: onun haqqında pis danışan jurnalistlər sonradan onu tərifləməyə başladılar. O isə hamını bağışladı.

Bunlar mənə çox toxunur. Bəlkə də, onun özünə toxunduğundan da çox toxunur. Ondan fərqli olaraq, mən belə adamların birini də bağışlaya bilmərəm.

-Siz Heydər Əliyevə qarşı hazırlanan sui-qəsddən nəsə danışdınız. Bunu haradan bildiniz?

-Mən televiziyada Rusiya jurnalisti Andrey Karaulovun bir nəfərlə müsahibəsini gördüm. Həmin adam deyirdi ki, ona Əliyevi aradan götürməyi tapşırmışdılar. O, Atamın arxasınca gəzir, onu izləyirmiş. Lakin hətta peşəkar qatilin də onu öldürməyə əli qalxmamışdır. Yeri gəlmişkən, Andrey Karaulov ilk jurnalistdir ki, 1990-cı ildə Atamdan müsahibə almış və onu “Teatralnaya jizn” jurnalında dərc etdirmişdi. Həmin müsahibə üçün fotoşəkilləri mən özüm seçmişdim. Sonra Andrey Karaulov yarımleqal çıxan “Naşa jizn” qəzetinin jurnalistlərini tapmış və onlar üç nömrədə Atamla böyük müsahibə dərc etmişdilər. Yadımdadır, həmin jurnalistlər ər-arvad idilər və bizim evin yaxınlığında işləyirdilər. Mən onlara Atamın fotoşəkillərini aparırdım, yəni bu prosesə cəlb olunmuşdum. Daha çox tanınmış qəzet və jurnallar isə Əliyevin xeyrinə heç vaxt heç nə dərc etməzdilər.

- Heydər Əliyev Azərbaycana qayıtmaq qərarına nə vaxt gəldi?

- 1990-cı ilin yanvarından sonra. Atam Barvixada dincəlirdi. Qorbaçov ona zəng vurmuş və onunla çox sərt danışmışdı. Atamın isə Azərbaycanda nələr baş verdiyindən heç xəbəri də yox idi.

O, Bakıda baş vermiş faciəli hadisələrdən xəbər tutan kimi Barvixadan evə qayıtdı. Bizi yığıb dedi ki, məsləhətləşmək istəyir: “Ya indi gedib daimi nümayəndəlikdə çıxış edirəm və bundan sonra başıma nələr gələcəyi məlum deyil. Yaxud da belə yaşamaqda davam edirəm”. O, özü üçün yox, bizə görə qorxurdu. Odur ki, bizim rəyimizi bilmək istəyirdi. Biz ona dedik: “Get! Bizim başqa yolumuz yoxdur”. Özümüz də onunla birlikdə getdik. Bundan dərhal sonra “Əliyevçilik, yaxud ötən günlərin xiffəti” sərlövhəli rəzil bir məqalə dərc olundu.

Məhz həmin vaxt o, tədricən siyasətə qayıtmağı qərara aldı. Əlbəttə, buna Yanvar hadisələri təkan verdi. Yeri gəlmişkən, o zaman mən ilk dəfə Əjdər Xanbabayevi gördüm: xoşsifət, mehriban, ziyalı bir insan idi. O, Atamın vətənə qayıtmasını çox istəyirdi. Xanbabayev bağımıza da, şəhərdəki evimizə də gəlmişdi.

Atamın Bakıya qayıdışı mayın 30-na nəzərdə tutulmuşdu. Bundan bir gün əvvəl İlham Bakıya gəlməli idi. Mayın 29-da Əjdər Xanbabayevi qətlə yetirdilər.

Atam heç nəyə məhəl qoymayaraq, Azərbaycana qayıtdı. O, bizə dedi:

-Mən vətənə qayıdıram. Daha belə yaşaya bilmirəm.

-Naxçıvanda onun həyatı, xüsusən məişət baxımından çətin idi. Siz onu Moskvaya qayıtmaq üçün dilə tutmurdunuzmu?

- Yox, nə danışırsınız. Heç vaxt! Xatirimdədir, o getdi, mən isə uşaqlarla qaldım. Bizə Nazirlər Sovetinin bağında bir otaq verdilər. Mən orada vahimələnirdim. Buna görə də üç uşaqla Naxçıvana getdim. Oraya gələndə təəccübləndim: Atam çox yaxşılaşmışdı! Elə bil, cavanlaşmışdı. Məsələ təkcə iqlimdə deyildi. İnsanlar onun yanına dəstə-dəstə gəlib-gedirdilər. O, gündən qaralmış, cavanlaşmışdı, həyətdə oturub adamlarla söhbət edirdi. Bacısının o kiçik evində çoxlu adam - atam, mən və uşaqlarım, atamın bacısı qızı, onun iki qızı ailələri ilə birlikdə yaşayırdı. Onlardan birinin - Vasifin həyat yoldaşı Sevilin üç uşağı, digər ailənin – Zöhrə və Bəylərin iki uşağı vardı. Bəylər və Vasif həyətdə yatırdılar. Yadımdadır, otaqlarda siçanlar qaçışırdı, həyətin uzaq küncündə də bir ayaqyolu var idi. Biz bu şəraitdə yaşayırdıq və onu dilə tutmaq barədə heç düşünmürdük də. Çünki Atam yerli əhalinin böyük mənəvi dayağını hiss edirdi.

- Bəs qışda? Qış çox sərt keçirdi, çox çətin idi, qıtlıq hökm sürürdü. Xatirimdədir, 1990-cı ilin noyabrında mən təyyarə ilə Naxçıvana gəlmişdim, biz Heydər Əliyevlə müsahibənin mətni üzərində işləyirdik və bu vaxt Siz ona Moskvadan zəng etdiniz. Onda “Raboçaya tribuna”da Əliyevin əleyhinə növbəti həcv çıxmışdı və Siz onu sakitləşdirmək və ürək-dirək vermək üçün zəng vurmuşdunuz.

- Bəli, mən qışda da onun yanına dəfələrlə getmişəm. Yadımdadır, bir dəfə pis hava şəraiti üzündən bir neçə gün Naxçıvandan Moskvaya uça bilmədim. Lakin elə onda da Moskvaya qayıtmaq barədə söhbət belə gedə bilməzdi. Ancaq onu hər vəchlə dilə tutmağa cəhd göstərirdilər. Bəylər mənə danışmışdı ki, Kryuçkov Atama Naxçıvana da zəng vurubmuş. Dilə tuturmuş ki, qayıtsa, onun üçün hər cür şərait yaradılacaqdır, guya Naxçıvanda qalmaq onun üçün təhlükəlidir.

- Hər halda, tarix ədalətlidir, o, hər şeyi öz yerinə qoydu. Mixail Qorbaçov həmvətənlərinin etimadını və hörmətini tamamilə itirərək, xalqın xatirində dağıdıcı kimi qalmışdır. Əliyev isə tarixə müstəqil Azərbaycan dövlətinin yaradıcısı və ümummilli lider kimi düşdü.

- Bu doğrudur, ancaq Qorbaçov öz cəzasını almalıdır. Çünki atamın xəstəliyi Qorbaçovun razılığı və təşəbbüsü ilə törədilmişdi. Onsuz heç kim belə alçaq işi üzərinə götürməzdi. Bu, Atamı işdən kənarlaşdırmaq üçün yeganə vasitə idi, çünki Qorbaçov sağlam Əliyevin öhdəsindən heç vaxt gələ bilməzdi. Mən anlayıram ki, bu faktı sübut etmək çətindir, lakin bu barədə susmaq olmaz. Buna göz yummaq da olmaz. Mən əminəm ki, əgər Atam o zaman infarkt keçirməsəydi, bu gün də yaşayardı. Yer kürəsinin bu başından o biri başına uzunmüddətli uçuşlar da daxil olmaqla, istirahətsiz və məzuniyyətsiz, son dərəcə fəal iş rejimi şəraitində xəstə ürəklə 80 yaşınadək yaşaması onun fiziki sağlamlığının necə böyük imkanları olduğunu göstərir.

Mən ona dəfələrlə demişdim ki, o, böyük insandır. Mənim üçün onun böyüklüyü ilk növbədə, qeyri-adi sevmək qabiliyyəti ilə müəyyənləşirdi. Bir də mən onu “mənəvi milyonçu adlandırırdım”, o isə gülərək deyirdi ki, “Sən bunu orijinal fikirləşib tapmısan!” Hər dəfə Atamı doğum günü münasibətilə təbrik edəndə deyirdim: “Sənə əbədilik arzulayıram”.

- Deyirlər ki, Sov.İKP Mərkəzi Komitəsinin hansısa plenumunda Heydər müəllim çıxış edərək, Qorbaçova demişdi: bizi işdən kənarlaşdırmaq hələ tezdir.

- Bəli, yadımdadır. Həmin plenumda MK-nın “qoca” üzvlərini Mərkəzi Komitənin tərkibindən çıxardılar. Birdən-birə 100 və ya 200 adamı çıxardılar. Atam çıxış etmək istəmiş, lakin Qorbaçov ona söz verməmişdi. Ancaq qəzəblə demişdi: “Mən sizi görürəm, yoldaş Əliyev”. Lakin Atam onun icazəsi olmadan tribunaya qalxmış və çıxış etmişdi.

-Sonralar Heydər Əliyevin 75 illiyi münasibətilə çəkilmiş filmdə Yeqor Stroyev bunu xatırlamışdı. Ukrayna yazıçısı Boris Oleynik də filmlərin birində danışırdı ki, hamı susdu, təkcə Əliyev özündə qətiyyət taparaq, tribunaya qalxdı və Qorbaçova dedi ki, sən haqlı deyilsən.

-Bütün bu dəhşətlərin baş verdiyi vaxtlarda mən Atama deyirdim ki, sən Qorbaçov başda olmaqla bu şərəfsiz insanların aqibətini bəri başdan görürsən və onlarla birlikdə olmadığına sevinəcəksən. Qorbaçovun hakimiyyəti dövründə, xüsusən də, bəzi ölkələrin Qorbaçovun siyasətini dəstəklədiyini müşahidə edəndə buna inanmaq çətin idi. Atam inanmırdı. Lakin mən ürəkdən inanırdım ki, o, Azərbaycandan getdiyi dövrdə tutduğu mövqeyinə qayıdacaqdır. Onun Azərbaycanda olmadığı bütün dövr ərzində (pis vaxtları nəzərdə tuturam) mən Bakıya getmək istəmirdim və bir dəfə də olsun getmədim. Mən istəmirdim ki, kimsə Heydər Əliyevin qızına saymazlıqla, istehza ilə baxsın. Mən bunu özümə rəva görə bilməzdim! Mən bilirdim ki, Bakıya yalnız onunla və onun əvvəlki mövqeyi ilə qayıdacağam. Belə də oldu. Sonralar, o, Prezident olanda, əvvəllər dediklərimi ona xatırlatdım. Arzum çin oldu.

- Sevil xanım, müsahibəyə və Heydər Əliyev haqqında misilsiz xatirələrinizə görə çox sağ olun.

-Elmira xanım, Atam haqqında kitab yazmaq arzunuza, bu görüşümüzə və mənimlə həmsöhbət olduğunuza görə sağ olun. Yəqin bilirsiniz ki, mənimlə belə şeylər çox təsadüfi hallarda olur. Sizinlə isə söhbətimiz tutdu.

Söhbəti Elmira Axundova apardı

“İzvestiya” qəzeti, 12 oktyabr 2005-ci il-0-

ŞƏKİL SÖZLƏRİ

Azərbaycan Prezidenti həmişə xalqın arasındadırYola düşməzdən əvvəl sağollaşmaBalaca Sevil atasının qucağındaAnası Zərifə xanımla birlikdə

Sevil Əliyeva:

“Onun Azərbaycanda olmadığı bütün dövr ərzində (pis vaxtları nəzərdə tuturam) mən Bakıya getmək istəmirdim və bir dəfə də olsun getmədim. Mən istəmirdim ki, kimsə Heydər Əliyevin qızına saymazlıqla, istehza ilə baxsın. Mən bunu özümə rəva görə bilməzdim! Mən bilirdim ki, Bakıya yalnız onunla və onun əvvəlki mövqeyi ilə qayıdacağam. Belə də oldu”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Mərakeş sahillərində 38 miqrant xilas edilib

Dövlət və hökumət rəsmiləri Fəxri xiyabanda Ulu Öndərin xatirəsini anıblar

BDU-nun tələbə və məzunu İsveçin dövlət təqaüdünə layiq görülüb

Delakruanın məşhur rəsm əsəri yenidən Luvr muzeyində sərgilənir

Dörd yüzdən çox namizəd dövlət qulluğu üzrə imtahan verəcək

Yaz ətirli poeziya

Milli Kitabxanada “Azərbaycanın özü qədər əbədi olan şəxsiyyəti – Heydər Əliyev” adlı ənənəvi kitab sərgisi açılıb

Azərbaycan neftinin qiyməti cüzi artıb

Braziliyada daşqınlar nəticəsində ölənlərin sayı 107 nəfərə çatıb

Rezidenturaya qəbul imtahanının I mərhələsinin II cəhdində iştirak etmək üçün qeydiyyat başlanır

Azərbaycan Basketbol Liqası: Son çempion finala çıxa bilər

® “Dayanıqlı Tikinti Zirvəsi”nin gündəliyi yayımlandı

Xalqımız Ulu Öndər Heydər Əliyevin parlaq xatirəsini böyük ehtiramla anır

Premyer Liqa: Tura tarixi derbi ilə start veriləcək

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ulu Öndər Heydər Əliyevin Fəxri xiyabanda məzarını ziyarət ediblər VİDEO

Polis əməkdaşları 82 kiloqrama yaxın narkotik vasitə aşkarlayıb

DİN: Ötən gün ölkə ərazisində 87 cinayətin üstü açılıb

Paytaxtda bəzi ərazilərdə qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar paylaşım edib

Ceyhun Bayramov Qazaxıstana işgüzar səfərə yola düşüb

Qobustanda narkotiklərlə əlaqəli iki nəfər saxlanılıb

Xalqa bağışlanmış ömür - Ulu Öndərin anadan olmasından 101 il ötür

Baş nazir: Gürcüstan 2030-cu ilə qədər Avropa İttifaqına üzv olacaq

Azərbaycanın mədəniyyət ictimaiyyəti Heydər Əliyev Fondunun 20 illiyi münasibətilə Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik ünvanlayıb

Azərbaycanın qazandığı bütün uğurların memarı Ulu Öndər Heydər Əliyevdir ŞƏRH

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə Nizami rayonunda klassik musiqi konserti təşkil edilib

Səudiyyə Ərəbistanının vəliəhdi Yaponiyaya səfər edəcək

Netanyahu: HƏMAS-ın 24 batalyonundan 20-si məhv edilib

Müstəqil və bütöv Azərbaycan Heydər Əliyev siyasi irsinin təntənəsidir

Azərbaycan-Bolqarıstan əlaqələri qarşılıqlı maraqlar əsasında uğurla inkişaf edir ŞƏRH

Professor Bilgiç: Heydər Əliyevin Türkiyə təbabətinə inamı mənim qürur mənbəyimdir

ADA və Bolonya universitetlərinin birgə proqramı bağçılıq sahəsində multidissiplinar yanaşmanı ehtiva edir

İsveçdə Ulu Öndərin anadan olmasının 101 illiyinə həsr olunmuş tədbir keçirilib

Ulu Öndərin uzaqgörən siyasəti sivil birgəyaşayış qanunlarını həyatımıza gətirdi

Manuela Traldi: ADA və Bolonya universitetlərinin birgə proqramı kənd təsərrüfatında yeni yanaşmanı əhatə edir

Sorğu: Fransızların Avropa İttifaqına etibarı azalır

Vyanada alman nasizmi üzərində qələbənin 79-cu ildönümü qeyd edilib

Respublikaçılar Baydeni İsrailə dəstəklə bağlı vədini pozmaqda günahlandırıblar

İqor Korotçenko: Sülh müqaviləsi Azərbaycan Prezidentinin irəli sürdüyü şərtlərlə bağlanacaq

Pentaqon ABŞ-ın İsrailə hava bombası tədarükünü dayandırdığını təsdiqləyib

Konfrans Liqasında ikinci finalçı müəyyənləşib

Avropa Liqasında finalçılar məlum olub

Dövlət Departamenti ABŞ-ın Ukraynaya yeni silah tədarükünü açıqlayıb

Yevlaxda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd olunub

Moskvadakı sərgidə faşizm üzərində qələbədə Azərbaycanın roluna həsr olunmuş tədbirlər keçirilib

İsveçrədə İkinci Dünya müharibəsində həlak olmuş azərbaycanlıların xatirəsi anılıb

"Paris-2024"ə lisenziya əldə edən Azərbaycan güləşçisi: Qələbə qazanmaq heç də asan olmadı

Neftçalada yol qəzası olub, xəsarət alanlar var

Azərbaycan güləşçisi: Uğurumu “Paris-2024”də davam etdirmək istəyirəm

Ankarada “Heydər Əliyev və Türk dünyası” adlı anım proqramı təşkil olunub

“Scandinavian Airlines” aviaşirkətinin təyyarəsi Bakıya təcili eniş edib

Azərbaycanın üç güləşçisi “Paris-2024”ə lisenziya əldə edib YENİLƏNİB-2

Fransa dənizaşırı departamenti Mayotda vəba xəstəliyi yayılıb

Azərbaycanın kişi boksçuları lisenziya turnirinə Tailandda hazırlaşacaqlar

Babək rayonunda fərdi yaşayış evində yanğın baş verib

Olimpiadaya vəsiqə qazanan Azərbaycan güləşçisi: “Paris-2024”dəki hədəfim qızıl medaldır

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti mükafatçılar müəyyənləşib

Yasamalda yol qəzası olub, “Qələbə” dairəsi istiqamətində sıxlıq yaranıb

Biləsuvarda tütün məmulatlarından istifadə qaydalarını pozanlar inzibati məsuliyyətə cəlb olunub

Ukraynada ümumi səfərbərlik və hərbi vəziyyət daha 90 gün uzadılıb

Naxçıvan şəhərində yaşayış evlərinə qrunt suları yığılıb

Göyçə mahalındakı Ağbulaq kənd məktəbinin 100 illik yubileyi qeyd olunub

Naxçıvanda Heydər Əliyev adına tam orta məktəbin fəaliyyətə başlamasının 20 illiyi qeyd edilib

İkinci Dünya müharibəsində Belçikada həlak olmuş həmvətənlərimizin xatirəsi yad edilib

Ombudsman Cenevrədə milli qiymətləndirmə sənədilə əlaqədar müzakirələr aparıb

Bolqarıstan və Rumıniya mediası Rumen Radevin Azərbaycana səfərini diqqət mərkəzində saxlayıblar

Qaxda Ulu Öndərin xatirəsinə həsr edilən şahmat turnirinin qalibləri müəyyənləşib

İcma sədri: Fransa səfirinin dediklərinə erməni təəssübkeşliyi kontekstində baxmaq lazımdır

“Anadolu Ankası – 2024” təlimi: şərti düşmənin avtomobil kolonu pusquya salınıb VİDEO

Narva Estoniya Dövlət Gimnaziyasında Azərbaycan mədəniyyətini tanıdan dərslər təşkil edilib

Həzi Aslanov, Mehdi Hüseynzadə, Rixard Zorge və Qafur Məmmədovun abidələri ziyarət olunub VİDEO

“Böyük Qayıdış” Gənclər Təşkilatı Ulu Öndərin 101-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirib

AMEA-da “Dostluğun siması” sənədli filminin və “Heydər Əliyev – Gürcüstan” kitabının təqdimatı olub

Türkiyənin vitse-prezidenti ölkəsinin biznes dairələrini Azərbaycanda yeni layihələr həyata keçirməyə çağırıb

Britaniya peyvəndlərlə bağlı qlobal müqaviləni imzalamaqdan imtina edir

Heydər Əliyev Fondu Samuxda körpələr evi-uşaq bağçası inşa etdirib

Xocalıda insana məxsus sümük fraqmentləri aşkarlanıb

Azərbaycanın Baş naziri türkiyəli investorları bərpaolunan enerji sahəsində əməkdaşlığa çağırıb

Polşada faşizm üzərində Qələbənin 79-cu ildönümü qeyd olunub

Bakıda qızıl medal qazanan çinli atıcı dünya rekordunu yeniləyib VİDEO

Türkiyə Prezidenti: Avropada türk toplumuna qarşı ayrı-seçkilik və nifrət cinayətləri günü-gündən adi hala çevrilir

Ordubad rayonu Pəzməri kənd avtomobil yolunda qaya uçqunu baş verib

Dmitri Peskov: Rusiya hərbçiləri Ermənistanın bir sıra bölgələrindən çıxırlar

Yığmanın sabiq üzvü: “Qəbələ”nin Premyer Liqada qalmasını istəyərdim

İlqar Qurbanov: Sanki yenidən uşaqlıq dövrümə qayıtdım

Misirdə Ulu Öndərin anadan olmasının 101-ci ildönümü qeyd edilib

Şimali Makedoniyada prezident və parlament seçkilərində müxalif partiyası qalib olub

Ön təkəri partlayan mülki təyyarə Antalya hava limanında gövdəsi üstə enib VİDEO

Bakının kənd və qəsəbələri arasında ll minifutbol turnirinin qalibi məlum olub

Serbiya və Çin arasında 28 sənəd imzalanıb

Lənkəranda əməliyyat zamanı saxlanılan narkokuryerdən 22 kiloqram marixuana aşkar olunub

Vladimir Putin: İkinci Dünya müharibəsi ilə bağlı həqiqət öz siyasətini riyakarlıq üzərində quranlara mane olur

İdman gimnastikası üzrə açıq Bakı çempionatı və paytaxt birinciliyi start götürüb

İcma: Fransadan regionda vəziyyəti gərginləşdirməməyi və sülhə maneə olmamağı tələb edirik

“AzərEnerji” Ulu Öndər Heydər Əliyevlə bağlı tədbirlər keçirib

Moskvada Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş tədbir keçirilib

Devid Kemeron: Britaniya və NATO müdafiəyə daha çox pul xərcləməlidir

Mayın 10-da paytaxtda 23, bəzi yerlərdə isə 25 dərəcə isti olacaq

İngiltərədə terrorda şübhəli bilinən 3 nəfər saxlanılıb