RƏSMİ XRONİKA
TÜRKİYƏ PREZİDENTİ ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN ABİDƏSİ ÖNÜNƏ GÜL QOYMUŞDUR
AZƏRTAC xəbər verir ki, noyabrın 6-da Türkiyə Respublikasının Prezidenti Abdullah Gül və dost ölkənin nümayəndə heyətinin üzvləri Heydər Əliyev adına Sarayın qarşısındakı parka gəldilər.
Burada Türkiyə dövlətinin rəhbərini Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov və xarici işlər nazirinin müavini Xələf Xələfov hörmətlə qarşıladılar.
Türkiyə Prezidenti Abdullah Gül xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi önünə gül qoydu, ulu öndərin dost və qardaş ölkələrimiz arasında əlaqələrin daha da möhkəmləndirilməsi və inkişafındakı əvəzsiz xidmətlərini xatırlatdı.
Ali qonağa, onu müşayiət edən şəxslərə park və abidə kompleksi barədə məlumat verildi.