Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Vətən torpağının müdafiəçilərinə göstərilən qayğı və dəstək tədbirləri genişlənir

Bakı, 20 sentyabr, AZƏRTAC

Ötən ilin ilıq payız günü başlayıb qışın nəfəsinin yavaş-yavaş duyulduğu noyabr günlərində xalqımızın böyük qələbəsi ilə başa çatan Vətən müharibəsi ölkəmizə indiyədək heç bir fəslin gətirə bilmədiyi bir hava gətirdi. Hərb tarixinə yeni bir səhifə kimi daxil olan 44 günlük haqq savaşı harınlamış erməni işğalçılarına kimin kim olduğunu göstərdi, onların 30 ilə yaxın davam edən əsassız iddialarına və ədalətsizliyə son qoydu. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Milli Ordunun qəhrəman əsgər və zabitlərinin apardıqları uğurlu hərbi əməliyyatlar nəticəsində öz qəddar və amansız hərəkətləri ilə ad çıxaran erməni quldur birləşmələri misli görünməmiş vəhşiliklər törətdiyi, viran qoyduqları tarixi Azərbaycan torpaqlarından qovulub çıxarıldı. Qarabağ torpağı tarixi sahibinə qovuşub rahat nəfəs aldı, uzun illərdən bəri ürəklərdə qövr eləyən, sinələri göynədən Vətən həsrəti başa çatdı.

Böyük qələbə ilə başa çatan müharibə dövlət-xalq birliyinin, el həmrəyliyinin möhtəşəm nümayişinə çevrildi. Bu qələbə Azərbaycan Ordusunun böyük qəhrəmanlığı, misilsiz şücaəti, Vətənin azadlığı uğrunda öz həyatından keçən əsgər və zabitlərin canı və qanı bahasına qazanıldı.

Müharibə başa çatandan dərhal sonra Prezident İlham Əliyevın göstərişi ilə Vətən müharibəsində həlak olan şəhidlərin, aparılan döyüş əməliyyatları zamanı yaralanmış hərbçi və qazilərlə müntəzəm əlaqə saxlanılır, onların sağlamlıq, sosial, mənzil və məşğulluq problemlərinin həll edilməsi üçün ardıcıl tədbirlər həyata keçirilir.

Dövlət qayğısının ifadəsi

Tarixi qələbə ilə başa çatan Vətən müharibəsindən sonra çevik və genişmiqyaslı sosial dəstək paketinin həyata keçirilməsinə başlanılıb. Həmin dəstək paketi çox geniş əhatə dairəsinə malikdir və onun hədəfi Vətən müharibəsi şəhidlərinin ailə üzvlərini, müharibə iştirakçılarını, müharibədə yaralanmış hərbçiləri, müharibə əlillərini, erməni terrorundan zərər çəkənləri, eyni zamanda onların yaxınlarını əhatə edir.

Dövlət başçısı İlham Əliyev həmin kateqoriyadan olanlara göstərilən diqqət və qayğının ifadəsi olaraq ötən il dekabrın 30-da fərmanlar imzalayıb və bu il yanvarın 1-dən Prezidentin aylıq təqaüdü şəhid ailəsi üçün 300 manatdan 500, Milli Qəhrəmanlar üçün 1500 manatdan 1800, Böyük Vətən müharibəsi iştirakçıları üçün 150 manatdan 300 manata çatdırılıb. Eyni zamanda, Vətən Müharibəsi Qəhrəmanı adı verilmiş şəxslərə 2000 manat məbləğində Prezidentin aylıq təqaüdü təsis olunub. Prezidentin aylıq təqaüdü, pensiya və müavinətlərin təyin olunması işlərinin operativ təşkili üçün şəhid ailələri üzvlərinin müraciətinə, onların zəruri sənədləri təqdim etmələrinə ehtiyac olmadan sənədlər aidiyyəti qurumlardan alınaraq toplanılıb və elektron sistem üzərindən proaktiv qaydada sosial ödənişlər təyin olunub. 2850 şəhidin 7230 ailə üzvünə 12846 istiqamət (Prezidentin aylıq təqaüdü, pensiya və müavinət) üzrə sosial ödəniş təyinatı aparılıb və artıq bu proses yekunlaşmaq üzrədir. 83 mülki şəhidin 206 ailə üzvünə də 400 sosial ödəniş təyin edilib.

Vətən müharibəsi iştirakçılarına sosial dəstək paketi

Postmüharibə dövründə ən başlıca vəzifə həmin kateqoriyadan olanlara sosial təminat hüquqlarının çevik reallaşdırılması və sosial ödənişlərin proaktiv təyinatı, sosial-psixoloji dəstək, reabilitasiya xidmətləri və vasitələri ilə təminat, maddi yardım, məşğulluq məsələlərinin operativ həlli, kiçik biznes imkanlarının yaradılmasına yardım göstərilməsi, mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması və s. kimi dəstək göstərilməsi olub. Ümumilikdə sosial dəstək paketi 20 mindən çox müharibə iştirakçısını əhatə edib.

Vətən müharibəsində şəhid olan, yaralanan, iştirak edən hər bir döyüşçü ilə ayrıca əlaqə saxlanılıb, onların evlərinə gedərək mənzil-məişət, sosial problemləri ilə yerindəcə tanış olmaq üçün tədbirlər həyata keçirilib. İndiyədək Dövlət Sosial Müdafiə Fondunun əməkdaşları yaralanmış döyüşçülərin 90 faizi ilə görüşərək onların problemləri ilə maraqlanıb, onlara lazım olan psixoloji dəstək və reabilitasiya vasitələrinə ehtiyacı, eləcə də sosial vəziyyətlərini araşdırıblar. Postmüharibə dövründə 2 min 874 hərbçi şəhidin 7 min 545 ailə üzvünə 15 min 302 sosial ödəniş təyinatı aparılıb. Bununla yanaşı 83 mülki şəhidin 208 ailə üzvünə 432 sosial ödəniş təyinatı aparılıb. 1530 Vətən müharibəsi qazisinə əlillik və bununla əlaqədar olaraq 2 min 913 sosial ödəniş təyinatları aparılıb.

Yaralanmış hərbçilərin əlilliyinin qiymətləndirilməsi

Müharibədə yaralanmış qazilərin əksəriyyəti ilə görüş keçirilib, onların həm sağlamlıq, həm də sosial vəziyyətlərinin ilkin monitorinqi aparılıb. Qazilərin əlilliklərinin operativ, vaxtında, keyfiyyətlə və mərkəzləşmiş şəkildə təyin edilməsi məqsədilə Nazirlər Kabinetinin Qərarı ilə yaradılmış komissiya döyüş əməliyyatları zamanı xəsarət almış hərbi qulluqçuları əyani müayinədən keçirərək onların aldıqları xəsarət və xəstəlikləri müəyyənləşdirir, onların sənədlərini rəsmiləşdirərək e-sistemə daxil edir, əyani müayinə əsasında əlilliklərini qiymətləndirir. Artıq 200-ə yaxın Vətən müharibəsi qazisinə ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyinatı aparılıb. Bu təyinatla əlaqədar onlara birdəfəlik sığorta ödənişi edilir, Prezidentin aylıq təqaüdləri, əlilliyə görə aylıq pensiya və ya müavinətlər də proaktiv qaydada, yəni elektron sistem üzərindən təyin olunur.

Təyin olunmuş sosial ödənişlər barədə şəhid ailələrinə, qazilərinə məlumatlar verilir. Bir çox hallarda isə təqaüd kartları onlarla görüşlər zamanı evlərində təqdim olunur.

Vətən müharibəsi zamanı şəhid olanların ailələri və müharibə əlilləri 5 il ərzində mənzil və evlə təmin olunacaqlar

Postmüharibə dövründə həmin kateqoriyadan olanların mənzil və fərdi evlərlə təminatı da uğurla həyata keçirilir. Prezident İlham Əliyevin Sərəncamı ilə 2020-ci ildə hərbi əməliyyatlar, o cümlədən Vətən müharibəsi zamanı şəhid olanların ailələri və müharibə əlilləri 5 il ərzində mərhələli şəkildə mənzil və fərdi evlərlə təmin olunacaq. Bu məqsədlə onlara 11 min mənzil və fərdi ev verilməsi nəzərdə tutulub. Dövlət başçısı Paytaxtın Ramana qəsəbəsində məcburi köçkünlər üçün inşa edilmiş yaşayış kompleksində 3 minə yaxın mənzilin şəhid ailələri və müharibə əlillərinə təqdim edilməsi barədə tapşırıq verib. Bakının Xocasən qəsəbəsində və Abşeron rayonunda Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə onlara mənzil və avtomobillərin təqdim olunması mərasimi keçirilib. Bu ilin səkkiz ayı ərzində 1600 mənzil və 100 avtomobil həmin həssas qrupdan olanlara təqdim edilib. İlin sonunadək bu tədbir ardıcıllıqla davam edəcək.

İlin axırınadək sosial reabilitasiya xidməti göstərilənlərin sayı 30 minə çatdırılacaq

Son illər müasir tələblərə uyğun qurulmuş reabilitasiya sistemi Vətən müharibəsində yaralanan hərbçilərə yüksək səviyyədə xidmət göstərmək üçün mühüm baza rolu oynayır. Postmüharibə dövrü üzrə digər bir dəstək istiqamət hədəf qruplarına sosial-psixoloji dəstəyin göstərilməsidir. Bu çərçivədə 2951 ailəyə, başqa sözlə 10 min ailə üzvünə sosial psixoloji yardım göstərilib. Həmçinin operativ dəstək üçün yaradılan “Onlayn psixoloji xidmət” sistemində 5 psixoloq tərəfindən zənglər cavablandırılıb. Psixoloji xidmətlə əlaqədar 1067 zəng cavablandırılıb və həmin zənglər əsasında 70 şəxs psixiatra yönləndirilib, 43 şəxsin evində əyani psixoloji dəstək göstərilib və digər lazım olan tədbirlər görülüb.

Reabilitasiya müəssisələrində 1300 qaziyə xidmət göstərilib. 140-dan çox hərbçi yüksək texnologiyalı müasir protezlərlə, 1200 Qarabağ müharibəsi əlili isə 8830 reabilitasiya vasitəsilə təmin edilib. 750 əlilliyi olan şəxs mühərrikli təkərli oturacaqlarla təmin edilib, onların xeyli hissəsi qazilərdir. Qarabağ müharibəsinin 154 döyüşçüsü aşağı ətraf protezləri ilə təmin edilib. Bir neçə ay əvvəl ölkəmizə dəvət edilən İslandiyanın ÖSSUR şirkətinin nümayəndələri tərəfindən yuxarı ətraf protezlərinə ehtiyacı olan qazilərin ölçüləri götürülüb və yaxın günlərdə onların təminatına başlanılacaq. Həmin protezlər sifariş verilərkən fərdi qaydada qazilərin hansı fəaliyyət sahəsi ilə məşğul olması da nəzərə alınıb. Protezlərin özəlliyi itirilmiş bədən əzalarının funksiyalarını 80-85 faız təmin etməsi və bununla da qazilərin cəmiyyətə inteqrasiyasının təmin olunmasıdır.

Bu ilin fevralında açılan Şağan Reabilitasiya Pansionatında müasir tələblərə cavab verən bərpa müalicəsi üçün hər cür şərait yaradılıb. 128 palatadan ibarət olan 250 çarpayılıq reabilitasiya müəssisəsi ildə 5 minə yaxın əlilliyi olan şəxsə qabaqcıl metodika və texnologiyalardan istifadə olunmaqla reabilitasiya xidmətləri göstərməyə imkan verir. Yeni açılan 200 çarpayılıq Mərdəkan Reabilitasiya Pansionatında isə ildə 4500 nəfərə xidmət göstərmək mümkündür. İlin sonunadək reabilitasiya xidmətləri göstərilən şəxslərin sayı 30 min nəfərə çatdırılacaq.

Özünüməşğulluq proqramına cəlb edilənlərdən 3 min nəfərdən çoxu müharibə iştirakçısıdır

Bütün bunlarla yanaşı şəhid ailələrinə, qazilərə, erməni terrorundan zərər çəkən şəxslərə aktiv məşğulluq proqramları çərçivəsində dəstək verilir. Müharibədən sonrakı dövrdə həmin kateqoriyalardan olan 5200-ə yaxın şəxs özünüməşğulluq proqramına cəlb edilib. Onlardan 3030-u, o cümlədən, 1200 şəhid ailəsi üzvü özünüməşğulluq proqramına cəlb edilərək seçdikləri iqtisadi fəaliyyət növləri üzrə kiçik təsərrüfat və müəssisələr qurub. Əməkhaqqının bir hissəsinin birgə maliyyələşdirilməsi Proqramı da daxil olmaqla, hədəf qruplarına aid 605 nəfərə işə düzəlmək üçün göndəriş verilib. Haqqı ödənilən ictimai işlərə 320 nəfər cəlb edilib.

Bu ilin iyunundan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşəbbüsü ilə “Məşğulluq marafonu”na start verilib. Həmin proqram çərçivəsində indiyədək 266 işəgötürən 2044 vakansiya təqdim edib. Həmin vakansiyalar şəhid ailəsi üzvləri və yaralanmış qazilərin işlə təmin olunmasına yönəlib və artıq 715 şəhid ailəsi üzvü, o cümlədən 118 şəhid ailəsi və 597 qazi işlə təmin olunub. “Məşğulluq marafonu” davam edir və hər gün onun sıralarına qoşulanların sayı artır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq

İngiltərə Premyer Liqası: “Liverpul” “Tottenhem”i məğlubiyyətə uğradıb

Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulub

Türkiyənin Pakistandakı səfiri İƏT Baş katibinin xüsusi nümayəndəsi təyin edilib

Premyer Liqa: “Sabah” “Araz-Naxçıvan”ı minimal hesabla məğlub edib

Dünya Kuboku: Qadınlar və kişilər arasında stend atıcılığının səngər növündə qaliblər bəlli olub

Xarkovun mərkəzi atəşə tutulub, yaralılar var

“Togg” Türkiyənin elektrik mühərrikli avtomobil bazarında lider olub

Quba Regional Elmi Mərkəzinin Kitabxanasının açılışı olub

“Zirə” Premyer Liqada ikinci pilləyə yüksəlib

Gürcüstanın pravoslav xristianları Pasxa bayramını qeyd edirlər

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib VİDEO

Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb

Avropa Kuboku: Azərbaycan gimnastı gümüş medal qazanıb

Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı marafonu 2024” başa çatıb 

Sabunçuda arvadını qətlə yetirməkdə şübhəli bilinən şəxslə bağlı cinayət işi başlanılıb

Parisdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümünə həsr edilmiş tədbir keçirilib

Avropa Kuboku: Azərbaycanın qrup hərəkətləri komandası növbəti dəfə bürünc medal qazanıb

Sabunçuda həyat yoldaşını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

İstismar müddətini başa vurmuş Cavanşir körpüsü hərəkət iştirakçıları üçün təhlükə yaradır

Gürcü politoloq: Regionun inkişafı xarici amillərdən deyil, bizim birgə səmərəli əməkdaşlığımızdan asılıdır

Azərbaycan dövlətinin dəstəyi ilə İrpendə poliklinikanın əsaslı təmiri ilin sonunadək başa çatdırılacaq

Pasxa bayramı Qəbələnin Nic qəsəbəsində dini konfessiyaların nümayəndələrinin iştirakı ilə qeyd edilib

Azərbaycanda mayın 6-na gözlənilən hava proqnozu

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib

“Qarabağ” klubu Nəriman Axundzadə ilə müqaviləni yeniləyib

Şəkidə ümumi orta təhsil səviyyəsi üzrə kolleclərə qəbul imtahanları iki mərkəzdə aparılıb

Ümumi orta təhsil bazasında növbəti imtahanlar təşkil edilib

DİM bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsini keçirib

Avropa Kuboku: Azərbaycan gimnastı lentlə hərəkətlərdə dördüncü olub

“Şahin” hərbi-idman oyununun Bakı şəhəri üzrə zona mərhələsi keçirilib VİDEO

Birinci vitse-prezident Mehriban Əliyeva Pasxa bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib

Gəncədəki Rus Pravoslav Kilsəsində Pasxa bayramı qeyd olunub

Qazaxıstanlı velosipedçi: Bakıda mənə göstərilən mehriban münasibəti heç vaxt unutmayacağam

Hərbi Hava Qüvvələrinin şəxsi heyəti üçün vətənpərvərlik ruhunda tədbir keçirilib

Bu gün bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulacaq

Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan “Bakı marafonu 2024” start götürüb

Göyçayda avtomobili narkotik vasitənin təsiri altında idarə edən sürücü saxlanılıb

Akademik Murtuza Nağıyevin anadan olmasından 116 il ötür

Mayın 5-i Həkim-Mama Günüdür

ABŞ-da Azərbaycan Ticarət və Sənaye Palatasında “Açıq qapı” günü təşkil olunub VİDEO

Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib

Azərbaycanda 5 May - “Xalçaçı Günü”dür

Türkiyə siyasətçisi Dövlət Baxçalı Əhməd Cavad Şərəf Medalı ilə təltif edilib

Bu gün DİM növbəti imtahanlar keçirir

İlk fərdiləşdirilmiş dəri xərçəngi peyvəndi sınaqdan keçirilir

Sağlam həyat tərzi həyatımıza daha 5 il əlavə edə bilər - Araşdırma

Bakı Kirxasında Uitni Hyustonun məşhur sevgi etirafı səsləndirilib

Samir Şərifov: Azərbaycan Orta Dəhlizin ən vacib iştirakçılarından biridir

Bakı pravoslavları da Pasxa bayramını qeyd edirlər VİDEO

Sadiq Xan üçüncü dəfə London meri seçilib

Azərbaycanın şimal bölgəsindəki pravoslavlar Pasxa bayramını qeyd edirlər VİDEO

Abşeron Milli Parkında ekoloji aksiya

“Təhsildə yeni çağırışlar” - növbəti regional konfrans Xaçmazda təşkil olunub

Azərbaycan cüdoçuları Göygöl Avropa Kubokunun ilk günündə 10 medal qazanıblar

Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb

“Qarabağ” aparıcı oyunçusu ilə müqavilənin müddətini uzadıb

IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb

İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb

“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub

Azərbaycanla Banqladeş arasında səhiyyə sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

Qurban Qurbanov: Məğlubiyyətə baxmayaraq, "Neftçi" böyük klubdur

Azərbaycanın xarici işlər naziri pakistanlı həmkarı ilə Qambiyada görüşüb

Bədii gimnastika üzrə Avropa Kuboku: Azərbaycanın gənclərdən ibarət komandası beşinci olub

Şəki sakini iki həmkəndlisini odlu silahla qətlə yetirib

Nazir: Zəngəzur dəhlizi Cənubi Qafqazdakı bütün ölkələrin bəhrələnməsinə imkan yaradacaq

“Neftçi”nin baş məşqçisi azarkeşlərdən üzr istəyib

Azərbaycan-Somali əməkdaşlığının hazırkı səviyyəsindən məmnunluq ifadə olunub

Premyer Liqa: "Qarabağ" derbidə "Neftçi"ni böyük hesabla məğlub edib

Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb

Atıcılıq üzrə Dünya Kuboku: Qarışıq komanda növündə qaliblər bəlli olub

NATO siyasətçiləri Azərbaycanı təbrik ediblər

Hacı Zeynalabdin Tağıyevin evində ona həsr olunan mükafatın təqdim edilmə mərasimi keçirilib VİDEO

Şəmkirdə minik avtomobili dərəyə aşıb ölən və xəsarət alanlar var

Gürcüstanda ağır yol qəzası olub, 2 nəfər ölüb, 7 nəfər yaralanıb

BDU-da ASEAN Parlamentlərarası Assambleyanın nümayəndə heyəti ilə görüş keçirilib

Mayın 5-6-da geomaqnit qasırğası olacaq

“Viva-Opera!” Bakıda I Beynəlxalq Opera Festivalı möhtəşəm konsert proqramı ilə başa çatıb

Şuşada “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar təşəbbüslərin müzakirəsi keçirilib

Azərbaycanın xarici işlər naziri Qambiyada türkiyəli həmkarı ilə görüşüb

Sabunçu rayonunda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

® Naxçıvan Dövlət Universitetində “Beyin ölümü diaqnozunun təyininə multidissiplinar yanaşma” mövzusunda elmi konfrans keçirilib

Stolüstü tennis üzrə ölkə birinciliyinin qalibləri müəyyənləşib

Naxçıvanda yubiley medalı ilə təltif olunan müəllimlərlə görüş keçirilib

Premyer Liqa: Lider “Arsenal” inamlı qələbə qazanıb

Azərbaycan gimnastı: Doğma divarlar arasında yarışmaq insana zövq verir

“İnnovator” vizası ilə Londona işləməyə gedən ilk azərbaycanlı xanım: “Rəqabət güclüdür” - REPORTAJ VİDEO

Amil Amal: Növbəti Beynəlxalq Turan Film Festivalının Laçında keçirilməsi planlaşdırılır

“Marc Jacobs” sürünənlərin və dəvəquşuların dərisindən istifadəni dayandırır

Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub

Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu görürük

Mikrobiologiya İnstitutunun əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib

Azərbaycan Gimnastika Federasiyası daha bir Anlaşma Memorandumu imzalayıb

Ərəb Dünyası İnstitutunun direktoru: Multikulturalizm Azərbaycanda həyat tərzi kimi qəbul edilib

Məşhur fotoqraf Reza Deqatinin Qarabağla bağlı kitablarının ilin sonunadək təqdimatı olacaq

Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır

“Dantenin yubileyi” növbəti dəfə səhnədə

Bədii gimnastika üzrə Avropa Kuboku: Çarpaz qarşılaşmada qaliblər bəlli olub VİDEO