RƏSMİ XRONİKA
VNUKOVO HAVA LİMANINDA QARŞILANMA
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 15-də Moskvaya işgüzar səfərə gəlmişdir.
Azərbaycan Prezidentini Vnukovo hava limanında Rusiya Federasiyasının yüksək vəzifəli dövlət və hökumət nümayəndələri böyük hörmət və ehtiramla qarşıladılar.