Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Vüqar Rəhimzadə: Yeni Azərbaycan Partiyasının yaradılması Azərbaycanın müstəqillik tarixinin mühüm səhifəsidir

Vüqar Rəhimzadə: Yeni Azərbaycan Partiyasının yaradılması Azərbaycanın müstəqillik tarixinin mühüm səhifəsidir

Bakı, 20 noyabr, AZƏRTAC

27 illiyini qeyd etdiyimiz Yeni Azərbaycan Partiyasının yaranma zərurəti illər keçdikcə daha aydın görünür. Yeni Azərbaycan Partiyasının yaradılması ilə bağlı xalqın böyük əksəriyyətinin istəyini ifadə edən 91 nəfər ziyalının ulu öndər Heydər Əliyevə ünvanladığı “Azərbaycan Sizin sözünüzü gözləyir” müraciətində partiyanın yaranma zərurəti, xalqın istəyi geniş şəkildə öz əksini tapıb. “91-lər”dən biri kimi həmin dövrün hadisələrinin bələdçisiyəm. Həmin müraciətdə də qeyd olunduğu kimi, o çətin günlərdə məsuliyyətli işi öz üzərinə götürməyə qadir yeganə şəxs ulu öndər Heydər Əliyev idi. Dahi şəxsiyyət Heydər Əliyevin müraciətə “Yeni, müstəqil Azərbaycan uğrunda” cavabından onun Azərbaycanın müstəqilliyi üçün yaranan təhlükələrdən narahatlığı daha aydın görünürdü. Ümummilli Lider bildirmişdir ki, Azərbaycanın dövlət müstəqilliyi bütün Azərbaycan xalqının milli sərvətidir və heç cür yol vermək olmaz ki, bu, ayrı-ayrı siyasi partiyaların, qurumların, şəxslərin müstəsna səlahiyyətinə, monopoliyasına çevrilsin.

Bu fikirləri YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Yeni Azərbaycan Partiyasının yaradılmasının 27 illiyi ilə bağlı AZƏRTAC-a açıqlamasında bildirib.

V.Rəhimzadə qeyd edib ki, 1992-ci il 21 noyabrda təsis konfransını respublikanın bütün bölgələrindən 550 nümayəndənin iştirakı ilə Naxçıvanda keçirən Yeni Azərbaycan Partiyası çox qısa zamanda ümumxalq partiyasına çevrildi, ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə biri-birindən mühüm uğurlara imza atdı. Ən önəmlisi, bu günümüz üçün zəruri olan uğuru yaranmasından 7 ay sonra iqtidar partiyasına çevrilməsi oldu. 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı müstəqil Azərbaycanın, Yeni Azərbaycan Partiyasının tarixində önəmli mərhələnin təməlini qoydu. 1991-1993-cü ilin iyununa qədər olan dövr Azərbaycanın tarixində uğursuz bir səhifə kimi öz əksini tapıb. AXC-Müsavat cütlüyünün bir illik hakimiyyətləri dövrü yaddaşlardadır. Ölkəni xaosa, anarxiyaya, özbaşınalığa sürükləyən bu ünsürlər dövlət müstəqilliyimizi itirmək, Azərbaycanın bir dövlət olaraq dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qoymuşdular. Belə çətin məqamda xalq üzünü öz xilaskarına-ulu öndər Heydər Əliyevə tutdu.

“Yeni Azərbaycan Partiyasının yaradılması dövrün, zamanın tələbi idi”, - fikrini qeyd edən V.Rəhimzadə vurğulayıb ki, o vaxt hakimiyyəti dövlət çevrilişi nəticəsində zəbt etmiş AXC-Müsavat cütlüyü ən antidemokratik addımlar atmağa hazır idi ki, bu partiyaya əngəllər törətsin. Yeni Azərbaycan Partiyası o vaxt ölkədə siyasi sistemin yaradılmasına çox böyük töhfə vermişdir. Bu gün Azərbaycan demokratiya yolunda inamla irəliləyir. Demokratik dəyərlərə sadiqliyini sözdə deyil, əməldə təsdiqləyən ölkəmizdə demokratik cəmiyyətin atributları olan insan hüquq və azadlıqlarının qorunması, azad mətbuatın inkişafı, çoxpartiyalı sistemin yaradılması, seçkilərin demokratik, beynəlxalq standartlara uyğun keçirilməsi kimi biri-birindən vacib məsələlər ölkəmizdə öz həllini tapdı. Məhz ulu öndər Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasətin və hazırda bu xəttin Prezident İlham Əliyev tərəfindən uğurlu davam etdirilməsinin nəticəsində Azərbaycanın demokratiya təcrübəsi dünyaya nümunə göstərilir.

“1992-ci il 21 noyabr tarixindən bizləri ayıran 27 illik zaman Yeni Azərbaycanı Partiyasının imza atdığı uğurların bələdçisidir”, - söyləyən V.Rəhimzadə qeyd edib ki, hazırda partiyanın sıralarında 750 minə yaxın üzvün birləşməsi yalnız statistika deyil, Heydər Əliyev ideyalarına sədaqətin, dövlətimizin başçısı İlham Əliyevin həyata keçirdiyi siyasətə inamın göstəricisidir. 750 minə yaxın üzv, eyni zamanda, həqiqətlərimizin, Azərbaycana uğur qazandıran Heydər Əliyev ideyalarının təbliğatçısıdır. Bir məqamı da qeyd edək ki, partiyanın sıralarında birləşən üzvlərin 40 faizini gənclərin təşkil etməsi də bir çox məqamların təqdimatıdır. Dövlətimizin başçısı İlham Əliyev partiyanın yaradılmasının 25 illiyinə həsr edilmiş təntənəli yubiley mərasimində bu məqamı belə əsaslandırmışdır: “Yəni, bu gün partiyamızın fəaliyyəti, ideyaları, apardığı siyasət gənc nəsil üçün də cəlbedicidir və bu, çox müsbət haldır. Bu, onu göstərir ki, Azərbaycanda bundan sonra da uzunmüddətli, dayanıqlı inkişaf təmin olunacaq və partiyanın təbliğ etdiyi, bəyan etdiyi prinsiplər bu gün xalq tərəfindən tam dəstəklənir. İndi Azərbaycanda görülmüş işlər, ölkəmizin uğurlu inkişafı, əlbəttə, hər bir vətənpərvər insana əyani şəkildə göstərir ki, bugünkü iqtidarın apardığı siyasət yeganə düzgün siyasətdir”.

1993-cü ildən sonra görülən işlərin bugünkü reallıqlarımız olduğunu bildirən V.Rəhimzadə onu da əlavə edib ki, bu baxımdan həmin dövrdə yaradılan möhkəm təməl Azərbaycanın uğur yolunda inamla addımlamasına stimul verir. Zəngin təbii resurslara malik olan ölkəmiz bu ehtiyatlardan səmərəli istifadə etməklə iqtisadi inkişafını təmin etdi. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə 1994-cü il sentyabrın 20-də imzalanan “Əsrin müqaviləsi” Azərbaycanın iqtisadi inkişafına stimul oldu. BTC və BTƏ neft-qaz kəmərlərinin reallığa çevrilməsi, “Əsrin müqaviləsi”nin imzalanmasından 23 il sonra “Yeni əsrin müqaviləsi”nin imzalanması, ötən il Cənub Qaz Dəhlizinin, həmçinin onun əsas seqmentlərindən olan TANAP-ın istifadəyə verilməsi Azərbaycanın etibarlı tərəfdaş mövqeyinin təsdiqidir.

V.Rəhimzadə qeyd edib ki, ölkəmizdə iqtisadi və siyasi islahatların vəhdətinin qorunması Azərbaycanın bugünkü uğurlarında əsas rol oynayır. Son 16 ildə təkmil islahatlar, qəbul olunan qanunların, Milli Konstitusiyamızın zamanın tələbinə uyğun təkmilləşdirilməsi, azad mətbuatın inkişafına xidmət edən biri-birindən mühüm addımlar - KİV-lərin İnkişafına Dövlət Dəstəyi Konsepsiyasının qəbulu, bu sənədə uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti yanında KİV-lərə Dəstək Fondunun yaradılması, həmçinin jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə dünyada analoqu olmayan addımın atılması, “Siyasi partiyalar haqqında” yeni qanunun qəbulu, 2003-cü ildə Azərbaycan hökuməti ilə Avropa Şurası Venesiya Komissiyası, həmçinin ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun birgə əməkdaşlığı nəticəsində qəbul olunan Seçki Məcəlləsinin zamanın tələbi əsasında yeniləşməsi və təkmilləşməsi və sair kimi mühüm addımlar Azərbaycanın demokratik inkişafı strateji kursunun əsası kimi qəbul etdiyini bir daha ortaya qoyur.

V.Rəhimzadə uğurlarımız sırasında Azərbaycanın diplomatik mübarizədə qələbəsindən də geniş bəhs edib. Bildirib ki, ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra diqqət göstərdiyi əsas məsələlərdən biri Azərbaycanın ətrafında yaradılan informasiya blokadasının yarılması oldu və uğurlu siyasəti nəticəsində bu məqsədə nail oldu. Ümummilli Liderin elə bir səfəri yox idi ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi əsas müzakirə mövzusu olmasın, ən əsası erməni yalanları faktlar əsasında ifşa edilməsin. Son 16 ildə bu siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanın diplomatiya sahəsində uğurlarına yeni əlavələr etdi. Təkcə cari ilin ötən dövründə əldə olunan uğurlara diqqət yetirmək kifayətdir. Bu günlərdə BMT Baş Assambleyasından sonra dünya dövlətlərinin təmsil olunduğu ən böyük siyasi təsisat olan, 120 üzvü sıralarında birləşdirən Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşünə ölkəmizin ev sahibliyi etməsi, həmçinin dövlətimizin başçısı İlham Əliyevin Rusiyanın Soçi şəhərində dünyanın məşhur “beyin mərkəzləri”ndən biri olan “Valday” Beynəlxalq Diskussiya Klubunun “Şərq şəfəqləri və dünya siyasi quruluşu” mövzusunda XVI illik iclasında, MDB Dövlət Başçıları Şurasının Aşqabad sammitində çıxışı Ermənistana və onun havadarlarına ciddi mesaj olmaqla yanaşı, Azərbaycanın böyük diplomatik uğuru kimi dəyərləndirildi.

V.Rəhimzadə 27 ilin uğurları sırasında ölkəmizdə idarəçilik sistemində təkmilləşmənin yol açdığı uğurlarımızdan da bəhs edib. Bildirib ki, 2016-cı ildə keçirilən referendumda səsverməyə çıxarılan əlavə və dəyişikliklərin bir hissəsi məhz idarəçilik sistemində təkmilləşməyə xidmət edirdi. Vitse-prezidentlik institutunun yaradılması, yaş məhdudiyyətinin aradan götürülməsi və sair kimi məsələlər bunun bariz nümunəsidr. Bu gün Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xidmətləri göz önündədir. Mehriban xanım Əliyevanın Heydər Əliyev Fondunun prezidenti, Yeni Azərbaycan Partiyasının sədr müavini, UNESKO və ISESKO-nun xoşməramlı səfiri kimi fəaliyyəti hər zaman ölkə ictimaiyyəti tərəfindən yüksək dəyərləndirilir. Görülən bütün işlərin təməlində Azərbaycan dövlətinə, dövlətçiliyinə xidmət dayanır. Dövlətimizin başçısı İlham Əliyevin həyata keçirdiyi gəncləşmə siyasəti ölkə ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanır. Yeni Azərbaycan Partiyasında gənclərin çoxluq təşkil etməsində də bu çağırışın rolu böyükdür.

V.Rəhimzadə Azərbaycanın uğurlarına davamlı töhfələr verən, yeni-yeni hədəflərə doğru inamla irəliləyən Yeni Azərbaycan Partiyasının 27 illik yolunu bir yazıda əhatə etməyin mümkünsüzlüyünü bildirərək, bu mühüm məqamı da xüsusi qeyd edib ki, dövlətimizin başçısı İlham Əliyev uğurlarda Yeni Azərbaycan Partiyasının hər bir üzvünün payı olduğunu hər zaman önə çəkir: “Bu gün partiyamız ölkəmizin aparıcı siyasi qüvvəsi kimi bu böyük məsuliyyəti hiss edir, onu öz üzərinə götürür. Partiyamızın üzvləri müxtəlif sahələrdə ölkəmizin ümumi inkişafına çox böyük töhfələr verirlər. Bu gün Yeni Azərbaycan Partiyası dünya miqyasında çox böyük və güclü partiyadır. Bizim beynəlxalq əlaqələrimiz də genişlənir. Beləliklə, məndə partiyamızın gələcək inkişafı ilə bağlı çox nikbin fikirlər var”.

“Tarixə uğurlar, qələbələr partiyası kimi daxil olan Yeni Azərbaycan Partiyasına milyonların sevgisi şəksizdir”, - söyləyən V.Rəhimzadə qeyd edib ki, partiya hər bir seçkidən uğurla çıxmaqla xalqın dəstəyinin nə qədər böyük olduğunu, partiyanın gələcəyinə inamın şübhəsizliyini təsdiqləyir. 2018-ci ildə keçirilən prezident seçkiləri bunun bir daha təsdiqi oldu. Ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri qələbəsi ilə növbəti 7 il üçün Azərbaycanın davamlı inkişafına, yeni hədəflərin gerçəkləşməsinə təminat verdi. Ölkəmiz növbəti bələdiyyə seçkiləri ərəfəsindədir. YAP-ın bu seçkilərdə də qələbəsi şəksizdir. Populizmdən uzaq, sözlə əməl birliyi olan partiyaya xalqın sevgisi, dəstəyi qaçılmazdır. Xalq-iqtidar birliyi əbədidir, sarsılmazdır. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin yaratdığı və son 16 ildə dövlətimizin başçısı İlham Əliyevin uğurla inkişaf etdirdiyi Yeni Azərbaycan Partiyası 27 illik yolun işığına söykənərək irəliyə doğru inamla addımlayır, qarşıdakı illərdə üzvü olmaqdan qürur duyduğumuz, ölkənin aparıcı siyasi təşkilatını daha möhtəşəm uğurlar gözləyir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Keniyada daşqınlar 90-dan çox insanın həyatına son qoyub

Hindistanda avtobusla yük maşınının toqquşması nəticəsində 7 nəfər ölüb

Türkiyə liseylərinin tələbələri türk dövlətlərinin yaxınlaşma yollarını müzakirə ediblər

QDİƏT PA-da Türkiyə heyətinin rəhbəri: Ankara ABŞ və Aİ-nin Cənubi Qafqaza münasibətindən narahatdır

Burkina Faso hökuməti: “Human Rights Watch” öz hesabatı ilə ölkənin imicini ləkələmək istəyir

Azərbaycanın həvəskar xokkey komandası Rusiya təmsilçisinə qalib gəlib

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq edib

Ukrayna ordusu Donetskin 3 yaşayış məntəqəsindən geri çəkilib

“Nizami” Kino Mərkəzində “Azərbaycanda Rusiya Kinosu Günləri”nin bağlanış mərasimi keçirilib

İrpendə “Azərbaycan Günü” keçirilib VİDEO

Premyer Liqa: "Qəbələ"nin mövsümü sonuncu pillədə bitirməsi dəqiqləşib

AZƏRTAC-ın xüsusi müxbiri Gürcüstanın internet televiziyasında çıxış edib

Çində tornado baş verib, ölənlər var

Sədərək rayonu ərazisində sursat partlayışı nəticəsində 2 nəfər həlak olub

Şirvanda kəsici-deşici alətlərin satıldığı obyektlər müəyyən edilib

Tailandın xarici işlər naziri hökumətdəki dəyişikliklərdən sonra istefa verib

Şahdilidə ekoturizm yarışması

Gürcüstan Parlamentinin sədri ABŞ senatorlarını sərt tənqid edib

Bu gün ali təhsil müəssisələrinin magistraturalarına II cəhd qəbul imtahanı keçirilib

On doqquzuncu İstanbul yarımmarafonunun qalibləri müəyyənləşib

“Şərq-Qərb” avtomagistralının Gürcüstandan keçən Şorapani-Arqveta hissəsi istifadəyə verilib

Türkiyə-Yunanıstan sərhədində 811 metrlik körpü inşa ediləcək

Türkiyənin aparıcı partiyalarından birinə yeni sədr seçilib

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Abşeron rayonunda vətəndaş ona hədiyyə edilən sənədləri olmayan ov tüfəngini könüllü polisə təhvil verib

Akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü “Paris-2024”ə lisenziya qazanıb

Nijni Novqorodda Azərbaycan məhsullarının təqdimatı keçirilib VİDEO

Qəbələdə torpağın qanunsuz zəbtinin qarşısı alınıb

Bəzi dağlıq ərazilərdə havanın qısamüddətli az yağıntılı olacağı gözlənilir

Səhiyyə Nazirliyinin rəhbərliyi görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsini ehtiramla yad edib

Cəlilabadda yetkinlik yaşına çatmayanlara tütün məmulatlarının satıldığı üç mağaza aşkarlanıb

ADPU-da “Təhsildə psixoloji xidmətin aktual problemləri” mövzusunda birinci Respublika Forumu keçirilib

Laçın və İrpen şəhərləri qardaşlaşacaq

“15-ci Petersberq İqlim Dialoqu” Azərbaycanı dəstəkləyir!

“Avroviziya 2024" mahnı müsabiqəsində səslənəcək “Özünlə apar” mahnısına çəkilmiş klip təqdim edilib VİDEO

Müəllimlərin iş yerinin dəyişdirilməsi üzrə vakansiya seçimi mərhələsi yekunlaşır

Böyük Britaniyanın Azərbaycandakı səfiri Naxçıvanla bağlı paylaşım edib

Kambocada bomba partlayışı nəticəsində 20 hərbçi ölüb

Zəngilanda silah-sursat aşkar edilib

Azərbaycan Ordusunda hərbiləşdirilmiş kross birinciliyi keçirilib VİDEO

Yevlaxda avtoxuliqanlıq edən şəxs saxlanılıb

“Bulaq” verilişinin əvəzsiz aparıcısı

Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb

ABŞ-də Azərbaycana investisiya imkanları müzakirə edilib VİDEO

Rusiyada zəlzələ baş verib

Bu gün yazıçı Qılman İlkinin anadan olmasının 110 ili tamam olur

Magistraturaya II cəhd qəbul imtahanı keçirilir

Qlobal istiləşmə sualtı qayıqların aşkar edilməsini çətinləşdirir

Marseldə Olimpiya məşəlinin qarşılanması mərasiminə 6 min polis cəlb olunacaq

“Titanik”in sərnişininin saatı rekord qiymətə satılıb

Britaniyada deputat başqa partiyaya keçib

Ağdam rayonu ərazisində mina hadisəsi baş verib

Gənc Tamaşaçılar Teatrının səhnəsində “Ana” tamaşası nümayiş olunub

Süni intellekt qədim yunan filosofunun dəfn olunduğu yeri tapıb

Alimlər Parkinson xəstəliyinin genetik səbəbini aşkarlayıblar

Avropa Kosmik Agentliyi: Mövsüm dəyişikliyi zamanı Marsın səthini hörümçəyi xatırladan ləkələr örtür

Alimlər qədim nəhəng qızılbalıqların köpək dişləri olduğunu aşkar ediblər

İstanbul derbisi: “Fənərbağça” doğma meydanda “Beşiktaş”a qalib gəlib

Ankarada keçirilən forumda Qərbi Azərbaycanın tarixi irsi müzakirə olunacaq

“Rəqsin ürəyi Şəkidə döyünür” adlı konsert proqramı təqdim olunub

İndoneziya sahillərində güclü zəlzələ baş verib

Moskvada Qara Qarayev adına beynəlxalq müsabiqənin laureatlarının qala-konserti keçirilib

“Şuşanın musiqi mədəniyyəti: tarix və inkişaf perspektivləri” mövzusunda beynəlxalq konfrans keçirilib

Moskva Dövlət Universitetinin Bakı filialında “Açıq qapı” günü keçirilib

Premyer Liqa: "Sabah" doğma meydanda "Səbail"ə qalib gəlib

Azərbaycanın daha bir cüdoçusu Avropa çempionu olub

Sumqayıtda kanalda batan uşağın cəsədi tapılıb

Tovuzda üç nəfərin ağır xəsarət alması ilə nəticələnən qəza baş verib VİDEO

Abşeron rayonunda ağır cinayətin üstü isti izlər əsasında açılıb

“Təbiət konsepsiyası və onun ədəbiyyat və musiqidə inikası” mövzusunda elmi-praktik konfrans keçirilib

"Ocaq Sport" Klubunun yeni zalının açılışı olub VİDEO

Pakistanın hərbi təhsil üzrə nümayəndələrinə Azərbaycan Ordusundakı islahatlar barədə məlumat verilib

® "Nar"dan sərfəli smartfon təklifi

ARDNF-nin ən böyük texnologiya şirkətlərinə olan investisiyasının həcmi 1,7 milyard dolları ötüb - EKSKLÜZİV

İmişli-Biləsuvar yolunda avtomobil aşıb, ölənlər və yaralılar var

Azərbaycan taekvondoçusu Estoniyada keçirilən turnirdə gümüş medal qazanıb

Baş direktor: COP29-un Azərbaycanda keçirilməsi ölkənin bərpaolunan enerji mənbələrinə keçiddə potensialını göstərir

Birinci siniflərə qəbulla bağlı 326 alternativ qeydiyyat mərkəzi yaradılıb

Zirvələrə yüksələn zərif insan ömrü

Zaman Qarayevin “Xarqo” romanında multikultural dəyərlər

Yardımlıda dağlıq ərazidə köməksiz vəziyyətdə qalan vətəndaş xilas edilib

Kür çayının Şirvan məntəqəsində suyun səviyyəsi 10 santimetr azalıb

Kubadakı nağd pul çatışmazlığı inflyasiya böhranını daha da artırır

Premyer Liqa: “Liverpul” çempionluq yolunda vacib xal itirib

Azərbaycan-Almaniya əlaqələri yüksələn xətlə inkişaf edir ŞƏRH

Avropa çempionatı: Azərbaycanın bir cüdoçusu finalda, ikisi bürünc medal qazana bilər

Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

Baş Dövlət Yol Polis İdarəsi sürücülərə müraciət edib

Azərbaycan Qırğızıstana neft məhsulları tədarük edəcək

Azərbaycan Ordusunun hərbi qulluqçuları Türkiyədə beynəlxalq təlimdə iştirak edirlər

Rusiyada “Krokus Siti Holl”da terror aktı ilə bağlı 12-ci şübhəli həbs edilib

FHN-in komandası Ulu Öndərin xatirəsinə həsr olunan minifutbol turnirində finala çıxıb

Azərbaycanın Türk dünyası, o cümlədən Qırğızıstanla əməkdaşlığının perspektivləri ŞƏRH

İrəvanda milli maarifçilik mühitinin inkişafında azərbaycanlı ziyalıların rolu - Araşdırma

“Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində respublika müşavirəsi keçirilib

Azərbaycan Basketbol Liqası: “Gəncə” müntəzəm mövsümü beş qələbə ilə bitirib

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirdə 5 medal qazanıblar

Dördqat Avropa çempionu: Tarixi uğurları və yeni rekordları sevirəm

Ümummilli Lider Heydər Əliyevin doğum günü münasibətilə 1300-dən çox müxtəlif növ ağac əkilib

Tanınmış basketbol hakimi hava limanında ətir oğurlayarkən saxlanılıb