Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Xalçaçılıq milli sənətimiz və milli sərvətimizdir

Xalçaçılığın inkişafı strateji məqsədlərə xidmət edir

Bakı, 16 oktyabr, AZƏRTAC

Azərbaycan xalqının tarixi taleyində mühüm rol oynayan əlamətdar günlərdən biri də oktyabrın 15-dir. 2003-cü ilin bu günü Azərbaycan Prezidenti seçilən İlham Əliyev ölkəmizi sürətli inkişaf yoluna çıxarıb. Son 15 ildə Azərbaycanda əldə olunan nailiyyətlər əsası 1969-cu ildə qoyulmuş dövlətçiliyin Heydər Əliyev modelinin bəhrələridir. Ulu öndərimizin mənəvi-siyasi irsinin layiqli davamçısı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın müasir tarixinin şanlı səhifələri yazılır. Bu şanlı səhifələrə qızıl hərflərlə yazılan əhəmiyyətli hadisələrdən biri də Azərbaycan xalçaçılığının inkişafı istiqamətində görülən işlərdir. İlham Əliyevin Prezidentliyi dövründə xalçaçılıqla bağlı çox mühüm tədbirlər həyata keçirilib.

AZƏRTAC “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Tural Səfərovun sözügedən sahədə görülən işlər, həyata keçirilən önəmli layihələrə nəzər saldığı məqaləsini təqdim edir.

Prezident İlham Əliyevin prezident seçilməyinin 15-ci ildönümündə açılışını etdiyi obyektlərdən biri də məhz xalça fabrikidir. Oktyabrın 15-də dövlət başçısının iştirakı ilə “Azərxalça”nın daha bir filialı - Lənkəran xalça fabriki açılıb. Bu hadisə bütün xalçaçıların hədsiz sevincinə səbəb olub. Çünki onlar bilir ki, Prezidentlə hər görüş bu sahənin daha da inkişafına yeni perspektivlər açır.

“Azərbaycanda xalçaçılığın çox böyük gələcəyi var. Biz qədim ənənələrimizi qorumaqla xalçaçılığı inkişaf etdiririk”, - deyən İlham Əliyev 2016-cı ildə “Azərxalça” Açıq Səhmdar Cəmiyyətini yaradaraq xalçaçılıq sənətinin yaşadılmasını, inkişafını və onun qeyri-neft sektorunun aparıcı sahəsinə çevrilməsini təmin edib. Dövlət başçısının 28 fevral 2018-ci il tarixli Sərəncamı ilə qəbul olunan "Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı" bu sahədə görülən işləri daha da sürətləndirib.

Prezident xalçaçılığın inkişafına ciddi diqqət yetirməklə strateji məqsədləri reallaşdırır. Əvvəla, milli dəyərimiz olan Azərbaycan xalçası yaşadılaraq gələcək nəsillərə ötürülür. Digər tərəfdən dünya bazarında bahalı məhsullar kateqoriyasına daxil olan xalça satışından ölkəmizə xeyli valyuta gələcək. Daşına bilər bu məişət əşyasını dünyanın istənilən yerinə aparmaq mümkündür. Deməli, milli naxışlarımızla bəzədilən xalçamızı alan xarici ölkə vətəndaşlarının evlərində bir Azərbaycan möhürü olur. Bu da Azərbaycanın, milli tariximizin, dəyərlərimizin təbliği baxımından olduqca əhəmiyyətlidir.

Professor Vidadi Muradovun təbirincə desək, tarixən Azərbaycan xalçası toxunan hər yer Azərbaycan olub. Azərbaycan xalçası tarixi Azərbaycanın xəritəsidir. Mövzuya bu konteksdən yanaşanda xalçaçılıqla bağlı qəbul olunan qərarların nə qədər müdrik qərarlar olduğunu görürük. Məsələn, “Azərbaycan brendi” adı ilə İrəvan qrupu Azərbaycan xalçası alan bir ABŞ vətəndaşı İrəvanın Vətənimizin bir parçası olduğunu biləcək, tarixi torpaqlarımız haqqında məlumat əldə edəcək. Göründüyü kimi, xalçaçılığın inkişafı təkcə iqtisadi əhəmiyyət daşımır.

Bütün bu strateji məqsədləri reallaşdırmaq üçün kütləvi xalça istehsalının təmin olunması lazım idi. Ona görə də 2016-2017-ci illərdə Füzuli, Ağdam, Şəmkir, Tovuz, Ağstafa, Qazax, İsmayıllı, Qəbələ, Quba və Xaçmaz rayonlarında “Azərxalça”nın filialları yaradılaraq fəaliyyətə başlayıb. Bu xalça istehsalı emalatxanalarında 150 nəfər toxucunun, 14 nəfər inzibati-təsərrüfat işçisinin çalışması üçün müasir iş şəraiti yaradılıb. Emalatxanaların hər birində 43 dəzgah quraşdırılıb ki, həmin avadanlıqlar da Azərbaycan istehsalıdır.

Ölkə rəhbəri toxucular üçün müasir, işıqlı emalatxana binaları yaratmaqla yanaşı, həm də onların rahatlığının təmin olunması qayğısına da qalıb. Filial əməkdaşlarının işə rahat gediş-gəlişinin təmin edilməsi üçün dövlət başçısının müvafiq Sərəncamı ilə 2 milyon manat vəsait ayrılıb, “Hyundai” markalı 18 avtobus alınıb.

900 nəfərə yaxın toxucunun çalışdığı filiallarda indiyədək Azərbaycan xalçalarının Bakı, Qarabağ, İrəvan, Naxçıvan, Quba, Gəncə, Şirvan, Qazax-Borçalı, Təbriz qrupları üzrə 1330 ədəd, 4401 kvadratmetr xalça toxunub. Bu müddət ərazində yerli və xarici bazarlarda “Azərbaycan brendi” adı ilə 287 ədəd, 853 kvadratmetr xalça satılıb.

Bu istiqamətdə görülən işlər 2018-ci ildə də davam etdirilir. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Azərxalça”nın daha 10 filialının tikintisi üçün vəsait ayrılıb. Artıq Lənkərandakı filial istifadəyə verilib. Bakı şəhəri Sabunçu rayonunun Nardaran qəsəbəsində, Naxçıvan şəhərində, Abşeron rayonunun Qobu qəsəbəsində, Qobustan, Şabran, Kürdəmir, Tərtər, Goranboy rayonlarında, Biləsuvar rayonu ərazisində Cəbrayıl rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı qəsəbədə yaradılan filiallar ilin sonunadək fəaliyyətə başlayacaqdır.

Bu il avqustun 25-də İsmayıllı filialının açılış mərasimində rayonun kadr potensialını və toxucuların xahişini nəzərə alaraq burada yeni emalatxana binasının tikilməsi haqqında ölkə rəhbərimizin verdiyi qərar onun Azərbaycan xalçaçılarının arzu və istəklərinə həssas yanaşdığının daha bir sübutudur. Dövlət başçısının 27 avqust 2018-ci il tarixli Sərəncamı ilə İsmayıllıda yeni xalça istehsalı emalatxanasının tikintisi üçün Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 2 milyon 400 min manat vəsait ayrılıb. Artıq binanın inşası üçün hazırlıq işlərinə başlanılıb.

Ümumilikdə Cəmiyyətin respublika üzrə yaradılacaq xalçaçılıq şəbəkəsi 31 filialdan ibarət olacaq. 2019-cu ildə Bakı şəhərinin Qaradağ rayonunda, Gəncə, Mingəçevir, Şəki şəhərlərində, Xızı, Masallı, Zaqatala, Bərdə rayonlarında, Ağcəbədi rayonunda Laçın rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı Taxtakörpü qəsəbəsində, Goranboy rayonunda Xocalı rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı Aşağı Ağcakənd qəsəbəsində xalça istehsalı emalatxanaları yaradılacaqdır.

Xalçaçılığın inkişafına göstərilən diqqət, ölkəmizin müxtəlif bölgələrində xalça istehsalı emalatxanalarının fəaliyyətə başlaması xammal bazasının yaradılması zərurətini meydana çıxarıb. Bu məsələ də Azərbaycan Prezidentinin diqqət mərkəzindədir. Dövlət başçısı hələ 2017-ci ilin aprel ayında Yevlaxda keçirilən qeyri-neft ixracatçılarının respublika müşavirəsindəki çıxışında yun tədarükü probleminə və yun iplik istehsalının əhəmiyyətinə toxunaraq demişdi: “Yun tədarükü məsələlərinə əvvəlki illərdə o qədər də böyük diqqət göstərilmirdi. Məndə olan məlumata görə, bizim cəmi bir fərli-başlı tədarük məntəqəmiz olub. Bizim bütün bölgələrimizdə yun tədarükü təşkil edilməlidir. Vaxt gəlib çatıb ki, Azərbaycanda böyük yun fabriki də yaradılsın. Bu sahəyə də ciddi diqqət göstərilməlidir. Bu, fermerlərə əlavə qazanc mənbəyi olacaq, ölkəyə isə valyuta gələcək”.

Ölkə rəhbərinin tapşırıqlarına uyğun olaraq, “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti bu istiqamətdə müvafiq tədbirlər həyata keçirir. Sumqayıt Kimya Sənaye Parkında inşa olunan Yunəyrici-Boyaq Fabriki Türkiyə, Fransa və İtaliya istehsalı olan avadanlıqlarla təchiz ediləcək. Bu fabrikdə təmiz yun, yun iplik, təbii və kimyəvi boyaq maddələri hazırlanacaq.

Fabrikin fəaliyyəti nəticəsində, ilk növbədə, “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin filiallarının, bundan başqa özəl xalçaçılıq müəssisələrinin yun ipliyə olan tələbatı ödəniləcək, idxaldan asılılıq tamamilə aradan qaldırılacaqdır.

Yunəyrici-Boyaq Fabrikinin xammalla təmin olunması məqsədilə Naxçıvan şəhərində, Qobustan, Şabran, Bərdə rayonlarında, Sabirabad Sənaye Məhəlləsində regional yun və boyaq bitkilərinin tədarükü məntəqələri üçün binalar tikilir. 2019-cu ildə Şəki şəhərində, Masallı və Hacıqabul rayonlarındakı sənaye məhəllələrində daha üç regional tədarük məntəqəsi yaradılacaqdır.

Müasir texniki avadanlıqlarla təmin ediləcək bu məntəqələrə il ərzində 1500 ton yun və boyaq bitkiləri xammalı qəbul olunacaq.

Əhalidən və təsərrüfatlardan yun alınarkən xalça toxunması üçün iplik istehsalına yararlı yun tədarük ediləcək. Belə ki, iplik istehsalı üçün yalnız ildə bir dəfə qırxılan, uzunluğu 6-10 santimetr aralığında olan yunun qəbulu həyata keçiriləcəkdir. “Azərxalça” yun tədarükçüləri üçün hazırlıq kursları da təşkil edib. Tədarükçülər kurslarda yun qəbulunun bu incəliklərini öyrənəcəklər.

Yunəyrici-Boyaq Fabrikinin və tədarük məntəqlərinin yaradılması ölkəmizdə heyvandarlığın inkişafına da öz təsirini göstərəcəkdir. İndiyədək fermerlər qoyun sürülərindən əldə etdikləri yunu satmaq üçün heç bir ünvan tapa bilmirdilər. “Azərxalça”nın yun tədarükü məntəqələri bu problemi kökündən həll edəcək.

2019-cu ildə Sumqayıt Kimya Sənaye Parkında hazır xalçaların emal mərkəzi də inşa ediləcək. Bu mərkəz fəaliyyətə başladıqdan sonra xalçaların satışa çıxarılması prosesi intensivləşəcək.

Xalça istehsalı emalatxanaları yaratmaq, onları xamalla təmin etmək işin bir tərəfidir. Digər mühüm bir istiqamət isə kadr hazırlığıdır. Toxucu kadrların hazırlanması üçün xalça istehsalı emalatxanalarının fəaliyyət göstərdiyi və yeni filialların yaradıldığı şəhər və rayonlarda tədris-hazırlıq kursları təşkil olunub. Bu kurslara indiyədək 2 min nəfərdən çox toxucu cəlb edilib.

Həm kurslara cəlb edilən, həm də xalça emalatxanalarında çalışan qadınların əksəriyyəti gənclərdir. Gənclərin bu sənətə yönləndirilməsi olduqca vacib və önəmli məsələdir. Çünki xalçaçılıq sənətinin yaşadılması gənclərin bu sənəti davam etdirməsindən asılıdır. Hamımıza məlumdur ki, XXI əsr yüksək texnologiyalar, sürətli innovasiyalar və elm tutumlu istehsalatlar əsridir. Müasir dövrün gəncləri elmi-texniki yeniliklərə daha çox meyil edir. Bu isə ənənəvi sahələrin, milli dəyərlərin unudulmasına gətirib çıxarır. Millətlərin və dövlətlərin öz milli dəyərlərini, ənənəvi sahələrini qoruyub saxlaya bilmələri üçün gənclər bu sahələrə istiqamətləndirilməli, onları yaşatmalı və davam etdirməlidirlər. Bu mənada gənclərin "Azərxalça"nın filiallarında işlə təmin olunması, onların toxuculuq peşəsinə yiyələnməsi strateji məqsədlərə xidmət edir. Yaxşı hal odur ki, xalça istehsalı emalatxanalarında işləyən gənclər ömrünü bu sənətə həsr edən, uzun illərdir xalçaçılıqla məşğul olan toxucularla bir yerdə çalışır, onlardan sənətin sirlərini daha dərindən öyrənirlər. Beləliklə, xalçaçılıqda varislik təmin olunur, qədim el sənətimiz yaşadılaraq gələcək nəsillərə ötürülür.

Eyni zamanda, xalçaçı-rəssamlar, yun və boyaq bitkilərinin tədarükü və emalı, hazır xalçaların emalı, xalça ticarəti və xalçaçılığın inkişafı üçün vacib olan digər istiqamətlər üzrə də mütəxəssislər hazırlanır.

“Azərbaycan xalçası çox yüksək keyfiyyətə malikdir və onun satış qiyməti də yüksəkdir. Beləliklə, həm ölkə daxilində, həm də xaricdə satılan xalçalar Azərbaycan iqtisadiyyatına töhfə verəcək, ölkəmizə valyuta gələcək və qeyri-neft sektorumuz da inkişaf edəcək”, deyən ölkə rəhbəri bu istiqamətdə də qarşıya mühüm vəzifələr qoyub. “Azərxalça”nın məhsullarının dünya bazarında satışının həyata keçirilməsi üçün ilk növbədə onun təbliği və təqdimatı lazım idi. Ona görə də Almaniyada, Amerika Birləşmiş Ştatlarında, Rusiyada keçirilən beynəlxalq satış-sərgilərdə Azərbaycan xalçası nümayiş etdirilib. Bütün bunların nəticəsidir ki, həmin ölkələrin bu sahə üzrə ixtisaslaşmış iri şirkətləri Azərbaycan xalçalarına ciddi maraq göstərirlər. Artıq bu şirkətlərlə danışıqlar aparılıb, həmin ölkələrə xalça ixracı üçün müqavilələr hazırlanır.

Prezident İlham Əliyevin rəhbərliyi ilə xalçaçılıq sahəsində görülən işlərin dünyada analoqu yoxdur. Ölkə başçısı xalçaçılığa iqtisadi faktordan daha çox milli dəyərlər konteksindən yanaşdığı üçün bu sahəyə çox böyük diqqət yetirir. Bu qədim el sənətinə göstərilən yüksək qayğının daha bir təzahürü odur ki, Azərbaycan xalçaçıları dövlət başçımızın Sərəncamı ilə hər il may ayının 5-ni peşə bayramları kimi qeyd edirlər. Xalçaçıların müxtəlif fəxri adlarla, medallarla təltif olunmağı isə onları ruhlandırır, daha yaxşı işləməyə sövq edir.

İlham Əliyevin son illər bu sahənin inkişafına 80 milyon manatdan çox vəsait ayırması, “Azərxalça”nın filiallarının açılış mərasimlərində iştirak etməsi, Azərbaycan xalçaçılarının qayğı və problemləri ilə maraqlanması dövlət başçımızın xalçaçılıq sənətinə, bütövlükdə isə milli dəyərlərimizə olan həssas münasibətinin nəticəsidir.

Xalçaçılıqla bağlı Azərbaycan dövlətinin konkret hədəfləri və strateji məqsədləri var. Prezident İlham Əliyev bu sahədə görülən işlərin əhəmiyyətindən danışarkən deyib: “Xalçaçılıq bizim milli sənətimizdir, milli sərvətimizdir. Azərbaycan xalqı bu sənəti əsrlərboyu yaşadır. Biz xalçaçılığı yaşatmaqla Azərbaycan xalqının nə qədər istedadlı olmasını dünyaya bir daha göstəririk. Eyni zamanda, gənc nəsil də, qızlar da bu sənətə cəlb olunurlar. Beləliklə, tam əminlik var ki, Azərbaycan dünyada xalçaçılığın inkişafında öz sözünü gələcəkdə də deyəcəkdir. Xalçaçılıq sənətinin inkişafı və "Azərxalça"nın uğurlu fəaliyyəti nəticəsində biz bir neçə məqsədə çatmış oluruq. İş yerləri, yerli istehsal, xammalın təşkili və ölkəmizin dünyada təbliği baxımından xalçaçılığın çox böyük önəmi var”.

Dövlət başçısının böyük qayğısı sayəsində yaradılan xalça fabriklərində toxunan xalçalar artıq “Azərbaycan brendi” kimi dünyaya ixrac olunur. Bu brend məhsullarla Azərbaycan təkcə maddi gəlir əldə etmir. Burda ölkəmizin mənəvi qazancı daha çoxdur. Çünki xalçalarla biz tariximizi, milli dəyərlərimizi, mədəniyyətimizi, xalq sənətkarlığımızı, xalqımızın təfəkkürünü bütün dünyada tanıdır və təbliğ edirik. Bu, Prezident İlham Əliyevin daha bir tarixi xidməti kimi, Azərbaycan var olduqca xalqımız tərəfindən daim minnətdarlıqla xatırlanacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Səudiyyə Ərəbistanının vəliəhdi Yaponiyaya səfər edəcək

Netanyahu: HƏMAS-ın 24 batalyonundan 20-si məhv edilib

Müstəqil və bütöv Azərbaycan Heydər Əliyev siyasi irsinin təntənəsidir

Azərbaycan-Bolqarıstan əlaqələri qarşılıqlı maraqlar əsasında uğurla inkişaf edir ŞƏRH

Professor Bilgiç: Heydər Əliyevin Türkiyə təbabətinə inamı mənim qürur mənbəyimdir

ADA və Bolonya universitetlərinin birgə proqramı bağçılıq sahəsində multidissiplinar yanaşmanı ehtiva edir

İsveçdə Ulu Öndərin anadan olmasının 101 illiyinə həsr olunmuş tədbir keçirilib

Ulu Öndərin uzaqgörən siyasəti sivil birgəyaşayış qanunlarını həyatımıza gətirdi

Manuela Traldi: ADA və Bolonya universitetlərinin birgə proqramı kənd təsərrüfatında yeni yanaşmanı əhatə edir

Sorğu: Fransızların Avropa İttifaqına etibarı azalır

Vyanada alman nasizmi üzərində qələbənin 79-cu ildönümü qeyd edilib

Respublikaçılar Baydeni İsrailə dəstəklə bağlı vədini pozmaqda günahlandırıblar

İqor Korotçenko: Sülh müqaviləsi Azərbaycan Prezidentinin irəli sürdüyü şərtlərlə bağlanacaq

Pentaqon ABŞ-ın İsrailə hava bombası tədarükünü dayandırdığını təsdiqləyib

Konfrans Liqasında ikinci finalçı müəyyənləşib

Avropa Liqasında finalçılar məlum olub

Dövlət Departamenti ABŞ-ın Ukraynaya yeni silah tədarükünü açıqlayıb

Yevlaxda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd olunub

Moskvadakı sərgidə faşizm üzərində qələbədə Azərbaycanın roluna həsr olunmuş tədbirlər keçirilib

İsveçrədə İkinci Dünya müharibəsində həlak olmuş azərbaycanlıların xatirəsi anılıb

"Paris-2024"ə lisenziya əldə edən Azərbaycan güləşçisi: Qələbə qazanmaq heç də asan olmadı

Neftçalada yol qəzası olub, xəsarət alanlar var

Azərbaycan güləşçisi: Uğurumu “Paris-2024”də davam etdirmək istəyirəm

Ankarada “Heydər Əliyev və Türk dünyası” adlı anım proqramı təşkil olunub

“Scandinavian Airlines” aviaşirkətinin təyyarəsi Bakıya təcili eniş edib

Azərbaycanın üç güləşçisi “Paris-2024”ə lisenziya əldə edib YENİLƏNİB-2

Fransa dənizaşırı departamenti Mayotda vəba xəstəliyi yayılıb

Azərbaycanın kişi boksçuları lisenziya turnirinə Tailandda hazırlaşacaqlar

Babək rayonunda fərdi yaşayış evində yanğın baş verib

Olimpiadaya vəsiqə qazanan Azərbaycan güləşçisi: “Paris-2024”dəki hədəfim qızıl medaldır

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti mükafatçılar müəyyənləşib

Yasamalda yol qəzası olub, “Qələbə” dairəsi istiqamətində sıxlıq yaranıb

Biləsuvarda tütün məmulatlarından istifadə qaydalarını pozanlar inzibati məsuliyyətə cəlb olunub

Ukraynada ümumi səfərbərlik və hərbi vəziyyət daha 90 gün uzadılıb

Naxçıvan şəhərində yaşayış evlərinə qrunt suları yığılıb

Göyçə mahalındakı Ağbulaq kənd məktəbinin 100 illik yubileyi qeyd olunub

Naxçıvanda Heydər Əliyev adına tam orta məktəbin fəaliyyətə başlamasının 20 illiyi qeyd edilib

İkinci Dünya müharibəsində Belçikada həlak olmuş həmvətənlərimizin xatirəsi yad edilib

Ombudsman Cenevrədə milli qiymətləndirmə sənədilə əlaqədar müzakirələr aparıb

Bolqarıstan və Rumıniya mediası Rumen Radevin Azərbaycana səfərini diqqət mərkəzində saxlayıblar

Qaxda Ulu Öndərin xatirəsinə həsr edilən şahmat turnirinin qalibləri müəyyənləşib

İcma sədri: Fransa səfirinin dediklərinə erməni təəssübkeşliyi kontekstində baxmaq lazımdır

“Anadolu Ankası – 2024” təlimi: şərti düşmənin avtomobil kolonu pusquya salınıb VİDEO

Narva Estoniya Dövlət Gimnaziyasında Azərbaycan mədəniyyətini tanıdan dərslər təşkil edilib

Həzi Aslanov, Mehdi Hüseynzadə, Rixard Zorge və Qafur Məmmədovun abidələri ziyarət olunub VİDEO

“Böyük Qayıdış” Gənclər Təşkilatı Ulu Öndərin 101-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirib

AMEA-da “Dostluğun siması” sənədli filminin və “Heydər Əliyev – Gürcüstan” kitabının təqdimatı olub

Türkiyənin vitse-prezidenti ölkəsinin biznes dairələrini Azərbaycanda yeni layihələr həyata keçirməyə çağırıb

Britaniya peyvəndlərlə bağlı qlobal müqaviləni imzalamaqdan imtina edir

Heydər Əliyev Fondu Samuxda körpələr evi-uşaq bağçası inşa etdirib

Xocalıda insana məxsus sümük fraqmentləri aşkarlanıb

Azərbaycanın Baş naziri türkiyəli investorları bərpaolunan enerji sahəsində əməkdaşlığa çağırıb

Polşada faşizm üzərində Qələbənin 79-cu ildönümü qeyd olunub

Bakıda qızıl medal qazanan çinli atıcı dünya rekordunu yeniləyib VİDEO

Türkiyə Prezidenti: Avropada türk toplumuna qarşı ayrı-seçkilik və nifrət cinayətləri günü-gündən adi hala çevrilir

Ordubad rayonu Pəzməri kənd avtomobil yolunda qaya uçqunu baş verib

Dmitri Peskov: Rusiya hərbçiləri Ermənistanın bir sıra bölgələrindən çıxırlar

Yığmanın sabiq üzvü: “Qəbələ”nin Premyer Liqada qalmasını istəyərdim

İlqar Qurbanov: Sanki yenidən uşaqlıq dövrümə qayıtdım

Misirdə Ulu Öndərin anadan olmasının 101-ci ildönümü qeyd edilib

Şimali Makedoniyada prezident və parlament seçkilərində müxalif partiyası qalib olub

Ön təkəri partlayan mülki təyyarə Antalya hava limanında gövdəsi üstə enib VİDEO

Bakının kənd və qəsəbələri arasında ll minifutbol turnirinin qalibi məlum olub

Serbiya və Çin arasında 28 sənəd imzalanıb

Lənkəranda əməliyyat zamanı saxlanılan narkokuryerdən 22 kiloqram marixuana aşkar olunub

Vladimir Putin: İkinci Dünya müharibəsi ilə bağlı həqiqət öz siyasətini riyakarlıq üzərində quranlara mane olur

İdman gimnastikası üzrə açıq Bakı çempionatı və paytaxt birinciliyi start götürüb

İcma: Fransadan regionda vəziyyəti gərginləşdirməməyi və sülhə maneə olmamağı tələb edirik

“AzərEnerji” Ulu Öndər Heydər Əliyevlə bağlı tədbirlər keçirib

Moskvada Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş tədbir keçirilib

Devid Kemeron: Britaniya və NATO müdafiəyə daha çox pul xərcləməlidir

Mayın 10-da paytaxtda 23, bəzi yerlərdə isə 25 dərəcə isti olacaq

İngiltərədə terrorda şübhəli bilinən 3 nəfər saxlanılıb

Fərid Qayıbov: Minifutbol turnirinin keçirilməsi Azərbaycan futbolunun gələcəyinə böyük töhfə verəcək

Sabah Bakının bəzi küçə və prospektlərində nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq

Moskvada hərbi parad keçirilir

Azərbaycan-Bolqarıstan əməkdaşlığında bütün sahələr üzrə göstəricilər yüksəlir - ŞƏRH

Azərbaycanın voleybol millisi Sloveniyaya yollanıb

Türkiyənin Hacettepe Universiteti ilə Azərbaycanın ali təhsil ocaqları arasında əməkdaşlıq genişləndiriləcək

Faktiki hava açıqlanıb: Şahdağda qar, Xınalıqda isə sulu qar yağıb

® Xırdalan 0.0 Futbol Millisinin alkoqolsuz sponsoru oldu

İncəsənət xadimləri Azərbaycan Respublikası Prezidentinin mükafatına layiq görüldülər - SƏRƏNCAM

Bir qrup mədəniyyət xadiminə Azərbaycan Prezidentinin fərdi təqaüdü verildi - SƏRƏNCAM

İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan mədəniyyət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Mayın 10-11-də Astara rayon sakinlərinə oftalmoloji xidmət göstəriləcək

Milli Kitabxanada 9 - May Faşizm üzərində Qələbə Günü münasibətilə elektron məlumat bazası təqdim edilib

Azərbaycanın 4 güləşçisi lisenziya turnirində mübarizəyə başlayır

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva faşizm üzərində Qələbə uğrunda həlak olan Azərbaycan övladlarının xatirəsini ehtiramla anıblar VİDEO

Ötən gün aşkarlanan və təhvil götürülən silah-sursatın sayı açıqlanıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb

“Sizin Makedoniya” koalisiyasının nümayəndəsi: Nəticələr hökumətin ilk 100 günü ərzində nümayiş etdiriləcək

Onlayn alış-veriş edənləri dələduzluq yolu ilə aldadan şəxs saxlanılıb

Heydər Əliyevin fəaliyyəti daim xalqın, dövlətin mənafeyinə xidmət edib

Mehriban xanım Əliyeva 9 May - Qələbə Günü münasibətilə paylaşım edib

AZPROMO rəsmisi: ADA və Boloniya universitetlərinin əməkdaşlığının kənd təsərrüfatına töhfələr verəcəyinə inanırıq

İordaniya mətbuatı Ümummilli Liderin 101-ci ildönümü barədə yazır

Alman faşizmi üzərində qələbədən 79 il ötür

İordaniyada Ulu Öndərin 101 illiyi münasibətilə ağacəkmə aksiyası təşkil olunub

Mütəxəssislər xəbərdarlıq edirlər: Süni intellekt sosial nizamı məhv edə bilər