RƏSMİ XRONİKA
YAPONİYANIN BAŞ NAZİRİ ZATİ-ALİLƏRİ CƏNAB YASUO FUKUDAYA
Hörmətli cənab Baş nazir,
Milli bayramınız – İmperatorun təvəllüd günü münasibətilə Sizi və bütün xalqınızı ürəkdən təbrik edirəm.
Bu gün Azərbaycan-Yaponiya münasibətləri ardıcıl və dinamik inkişaf etməkdədir. Əminəm ki, dost ölkələrimiz arasında əlaqələrin bütün sahələrdə möhkəmlənməsi, əməkdaşlıq sahəsində nailiyyətlərimizin daha da artması üçün səylərimizi bundan sonra da qarşılıqlı şəkildə davam etdirəcəyik.
Sizə ən xoş arzularımı yetirir, dost Yaponiya xalqına sülh və rifah diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 17 dekabr 2007-ci il.