RƏSMİ XRONİKA
YAPONİYANIN İMPERATORU ƏLAHƏZRƏT AKİHİTOYA
Əlahəzrət,
Yaponiyanın milli bayramı – Təvəllüd gününüz münasibətilə Sizə və bütün xalqınıza ən səmimi təbriklərimizi yetirməkdən məmnunluq duyuram.
Biz Azərbaycan ilə Yaponiya arasındakı dostluq münasibətlərinin inkişafına böyük əhəmiyyət veririk. Ümidvaram ki, əlaqələrimizin genişlənməsi, əməkdaşlığımızın dərinləşməsi prosesləri bundan sonra da müvəffəqiyyətlə davam edəcəkdir.
Bu xoş gündə Sizə möhkəm cansağlığı və səadət, dost Yaponiya xalqına əmin-amanlıq və firavanlıq arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 17 dekabr 2007-ci il.