ОФИЦИАЛЬНАЯ ХРОНИКА
BÖYÜK KREML SARAYINDA RƏSMİ QARŞILANMA MƏRASİMİ
Dövlətimizin başçısı Heydər Əliyev elə həmin gün Böyük Kreml sarayına gəldi. Kremlin Georgi salonunda Azərbaycan Prezidenti Heydər Əliyevin Rusiya Prezidenti Vladimir Putin tərəfindən rəsmi qarşılanma mərasimi oldu.
Cənab Vladimir Putin dövlətimizin başçısı Heydər Əliyevi bir daha hərarətlə salamladı.
Azərbaycanın və Rusiyanın dövlət himnləri səsləndirildi.
Azərbaycan nümayəndə heyəti Rusiya Prezidentinə, Rusiya nümayəndə heyəti isə Azərbaycan Prezidentinə təqdim olundu.