Azərbaycan Dövlət İnformasiya Agentliyi

QAN YADDAŞI

31 Mart soyqırımı erməniləri o vaxtdan alətə çevirmiş Qərbin ikili standartlarının məhsuludur ŞƏRH

31 Mart soyqırımı erməniləri o vaxtdan alətə çevirmiş Qərbin ikili standartlarının məhsuludur  ŞƏRH

Bakı, 31 mart, AZƏRTAC

31 Mart ermənilər və havadarları tərəfindən mifik "böyük Ermənistan" ideyasını gerçəkləşdirmək məqsədilə 30 mindən çox mülki insanın məhz azərbaycanlı olduğuna görə qətlə yetirildiyi, yüz minlərlə soydaşımızın məhrumiyyətlərə məruz qaldığı soyqırım cinayətlərinin törədilməsindən 106 il ötür. Son illər Qubada və respublikanın digər bölgələrində aşkarlanan kütləvi məzarlıqlarda aparılan araşdırmalar göstərir ki, məhv edilərək kütləvi şəkildə dəfn olunanların, demək olar ki, hamısı silahsız, müqavimət göstərmək imkanları olmadığı halda vəhşicəsinə qətlə yetiriliblər və adi gözlə skletlər üzərində bu vəhşiliklərin izlərini görmək olur. Bu insanlar məhz azərbaycanlı olduqları üçün vəhşicəsinə qətlə yetiriliblər ki, hər hansı milli, etnik, irqi və ya dini qrupun qismən və ya bütövlükdə məhv edilməsi məqsədilə onların öldürülməsi soyqırımı hesab olunur. Baxmayaraq ki bu cinayətlərə hüquqi qiymətin verilməsi dünya birliyi üçün bəşəri öhdəlik olub, lakin artıq 106 ildir ki, həmin cinayətlərə göz yuman, erməni vəhşiliyini ört-basdır edənlər sayəsində formalaşan cəzasızlıq mühiti sonrakı dövrdə də erməni terrorizminin yeni cinayətlərinə rəvac verib.

AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

O, təəssüflə bildirib ki, bu soyqırımına 80 il müddətində Azərbaycanın özündə də adekvat hüquqi qiymət verilməmişdir: “Əksinə faciə qurbanlarının qanı qurumamış, Azərbaycan Xalq Cümhuriyyəti (AXC) yaranar-yaranmaz heç bir tarixi, siyasi və hüquqi zərurət olmadan İrəvanın Ermənistana güzəştə gedilməsi fonunda ermənilərə əlavə üstünlük təmin edilmiş və bununla da yeni cinayətlərə yol açılmışdır. Düzdür, Azərbaycan Xalq Cümhuriyyəti hökuməti, demək olar ki, erməni daşnakların azərbaycanlıların həyatına və onların əmlakına qarşı bütün bölgələrimizi əhatə etmiş cinayətlərini təhqiq etmək üçün 1918-ci il iyulun 15-də Fövqəladə İstintaq Komissiyası yaratmış və bir sıra tədbirlər görmüşdür. Lakin sonrakı dövrdə AXC Parlamentinin soyqırımı caniləri barəsində amnistiya qərarı hazırlaması araşdırmaların effektini heçə endirsə də, arxivlərdə qalan istintaq materialları sonrakı dövr üçün qiymətli sübuta çevrildi. Xalq Cümhuriyyətinin süqutundan sonra, sovetlərin "xalqlar dostluğu" ideologiyası fonunda isə erməni cinayətlərinin təhqiq edilməsi və ona müvafiq siyasi-hüquqi qiymət verilməsi, təbii ki, mümkünsüz idi. Lakin, təəssüf ki, ötən əsrin 80-ci illərinin sonunda bütün SSRİ məkanında, hətta Rusiyanın özündə başlanan milli azadlıq hərəkatı fonunda Azərbaycanda xalq hərəkatının milli məfkurə tərəfindən idarə edilməməsi, habelə müstəqilliyin ilk illərində ideoloji işin antimilli xarakter daşıması əsrin birinci rübündə törədilmiş erməni cinayətlərinə hüquqi-siyasi qiymət verilməsini ləngitdi. Xüsusən siyasi ambissiyalar və ucuz millətçilik ideyaları naminə bir çox tarixi reallıqların saxtalaşdırılması Azərbaycan xalqına ən azı elə erməni cinayətləri qədər zərbə vurdu. 1918-ci ilin mart-aprel soyqırımı cinayətləri barədə əsl həqiqətlər ilk dəfə yalnız Ulu Öndər Heydər Əliyevin qətiyyəti sayəsində informasiya blokadasının dağıdılması ilə dünya ictimai fikrinə çatdırılmağa başlamışdır. Ümummilli Lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanında həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verilmiş və 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilmişdir”.

Deputat qeyd edib ki, eyni siyasi kursu uğurla yeni mərhələyə daşıyan Prezident İlham Əliyev isə Vətən müharibəsi və antiterror tədbirlərində Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı kimi özünün müstəsna qələbəsi ilə, eyni zamanda, həm də 1918-ci il hadisələrinin qisasını alaraq reallaşmaqda olan mifik "böyük Ermənistan" ideyasını puça çevirdi: “Habelə məhz Prezident İlham Əliyevin qətiyyəti sayəsində ermənilərin terrorçu başılarının əlləri qandallı Azərbaycan ədalət mühakiməsinə təhvil verilməsi, separatizmin kökünün qazınması ilə bir əsrdən artıq davam etmiş vəhşiliklərin kökündə dayanan təcavüzkar erməni-daşnaksütyun ideologiyasına bərpaolunmaz zərbə vurulub.

Bu gün, həmin hadisələrdən 106 il sonra təhlil edərək əminliklə demək olar ki, 31 Mart soyqırımı həm də erməniləri elə o zamandan alətə çevirmiş Qərbin ikili standartlarının məhsuludur. Təsəvvür edin, odövrkü ABŞ Prezidenti Vudro Vilson dinc mülki azərbaycanlılara qarşı qırğınların törədilməsi, şəhər və kəndlərin, milli irsin yerlə-yeksan edilməsi prosesinə “böyük Ermənistan” qurmaq üçün fürsət kimi baxırdı. İndi üzərindən bir əsrdən çox müddət keçib, amma görünən odur ki, bu siyasətdə dəyişən heç nə yoxdur və Qərb imperializmi hələ də ermənilərdən alət kimi istifadə edib regionda münaqişəli vəziyyətin formalaşmasında maraqlıdır. Lakin 106 il öncədən fərqli olaraq bu gün hər kəs, o cümlədən Ermənistan və onun Qərbdəki havadarları da yaxşı başa düşür ki, artıq Azərbaycanla hesablaşmaq zərurətdir və bu bölgədə Azərbaycanın milli maraqlarına hədəflənən istənilən təhdid fiaskoya məhkumdur”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Yeni Kaledoniyada vəziyyət ağırlaşıb

18 May - Beynəlxalq Muzeylər Günüdür

“Yaşıl dünya naminə həmrəylik” Çində təbliğ edilib

“Bir muzeyin sirri”: tarixi-mədəni yaddaşa düşən işıq

Vəkil: Fransa Yeni Kaledoniyada əlcəzairsayağı sülh istəyir

Şamaxı Rəsədxanasında növbəti ustad dərsi keçirilib

Vatikan Məryəmin heykəli və qan damcıları olan xaçlardan ehtiyatlı olmağı tövsiyə edib

İtaliyalı diktator Mussolini üçün tikilən sığınacaq ziyarətçilərə açılıb

BDU-da Cəfər Cabbarlının 125 illik yubileyi münasibəti ilə tədbir keçirilib

BMT-nin mənzil-qərargahında kommunal xərclərə qənaət üçün kondisionerlər söndürülüb

Bülbülün memorial muzeyində beynəlxalq muzeylər günü qeyd olunub

İtaliyada leysan daşqınlara səbəb olub

İsveç müxalifəti: Hökumət milliyyətçi partiyaya təslim olur

Həştərxanda növbəti Xəzər Media Forumu keçiriləcək

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin bir sıra qərarları ləğv edilib

Sankt-Peterburq Hərbi Rabitə Akademiyasında partlayış nəticəsində 7 hərbçi yaralanıb

Qızıl Avropa Liqası: Azərbaycanın qadın voleybol millisi Xorvatiyanı məğlub edib

Türkiyə parlamentinin spikeri azərbaycanlı gəncləri qəbul edib

Premyer Liqa: Çempion 7 qolun vurulduğu oyunda "Turan Tovuz"a qalib gəlib

Azərbaycanla Kuba arasında COP29-la bağlı fikir mübadiləsi aparılıb

Əməkdar rəssam Həmzə Sadiqovun fərdi yaradıcılıq sərgisi açılıb

Şəmkirdə iki minik avtomobili toqquşub, ölən və xəsarət alanlar var

Saatlıda minik avtomobili su kanalına düşüb VİDEO

Lerikdə uçqun baş verən ərazidə nəqliyyatın hərəkəti nəzarətə götürülüb

Vəkillər Kollegiyasının rəhbərliyi hakim təyin olunan vəkilləri təltif edib

FAO, üzvləri və tərəfdaşları COP29-a hazırlaşır

Yığmanın baş məşqçisi: Təəssüf ki, komanda bu gün istədiyi oyunu nümayiş etdirə bilmədi

Böyük Britaniya Şimali Koreyaya və Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib

Qızıl Avropa Liqası: Azərbaycan voleybol millisi Rumıniya seçməsinə məğlub olub

“Şəhidi şəhidimiz, bayrağı bayrağımız” - ədəbi-bədii gecə

FHN: İntensiv yağışlar səbəbindən Kürdəmir və Saatlıda bəzi ərazilər subasmaya məruz qalıb VİDEO

Bakıda “Ambisiyaların artırılması və fəaliyyətə təkan: COP-29 Dayanıqlı biznes forumu” keçirilib

Fransa Yeni Kaledoniyaya əlavə polis qüvvələri göndərib

Elm və təhsil naziri Masallıda vətəndaşlarla görüşüb

Azərbaycanın təmir üçün göndərdiyi manevr teplovozlarından biri Bakıya çatdırılıb

Rusiya səfiri: Britaniya Ukrayna müharibəsinin “de-fakto” iştirakçısıdır

Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb

“Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrasına dair illik hesabat”ı təsdiqlənib

Nazir müavini: COP29-un müvəffəqiyyətini təmin etmək üçün irəli sürülən təşəbbüslərin reallaşdırılması üzrə işlər aparılır

® “Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edib

Alimlərin sintez etdiyi yeni maddələr Altsheymerin və şəkərli diabetin müalicəsində istifadə olunacaq

Deputat: Dövlət iqlim dəyişikliyilə bağlı özəl sektorun bütün təşəbbüslərini dəstəkləməyə hazırdır

Azərbaycan hərbi pilotlarının iştirak etdiyi “Anadolu Ankası–2024” beynəlxalq təlimi başa çatıb VİDEO

Belarus Prezidentinin Füzuliyə və Şuşaya səfəri iki ölkə arasında əsl dostluğun nümunəsidir ŞƏRH

® “Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!

Hesablama Palatasının nümayəndə heyəti Kazanda beynəlxalq tədbirdə iştirak edib

Bakıda “AzMİ Akademiya” yaradılır

Kirayə mexanizmi çərçivəsində daha 328 mənzil vətəndaşların seçiminə verilir

“Redaksiya siyasəti və peşə davranış qaydaları” mövzusunda təşkil olunan təlim proqramı başa çatıb

® “Kapital Bank”ın 2023-cü ilin yekunları və 2024-2026-cı illər strateji dövrünə dair mətbuat konfransı

Şuşa şəhəri ilə tanışlıq Belarus Prezidentində dərin təəssürat doğurub VİDEO

Baş məşqçi: Nazim Babayev və Anna Skidanın Avropa çempionatında iştirakı dəqiqləşib

Mədəniyyət Nazirliyinin tabeliyindəki müəssisələrin rəhbərləri üçün təlimlər yekunlaşıb

Salyan rayonundakı regional seminar-müşavirə yanğın təhlükəsizliyinin təmin edilməsinə həsr olunub

Qarsda Zəngəzur dəhlizinin əhəmiyyəti müzakirə olunub

Sabah muzeylərdə “Açıq qapı” günü olacaq

Moskvada Qazaxıstan və Rusiya arasında sərhədlərin demarkasiya planı müzakirə olunub

MDU-nun nümayəndə heyəti Qazi Universitetinin Texnoloji fakültəsini ziyarət edib

Kitabxanaşünaslığın aktual problemləri müzakirə edilib

Nağdsız valyuta bazarında 9 milyard dollarlıq əməliyyat baş tutub

Türkiyədə arxeoloji qazıntı və tədqiqatların sayının 2026-cı ilə qədər 800-ə çatacağı gözlənilir

Fizika və astronomiyanın problemləri - elmi konfrans

“Caspian Agro 2024” sərgisi çərçivəsində aqrar sahənin aktual mövzularına dair panel sessiyalar keçirilib

Gənc cüdoçulardan ibarət Azərbaycan millisinin Avropa Kuboku üçün heyəti açıqlanıb

Təranə Yusifova: Cahangir Cahangirovun musiqisi o qədər əsrarəngizdir ki...

Mədəniyyət Nazirliyində Dövlət Pantomima Teatrının kollektivi ilə görüş olub

Meksika körfəzində barjın toqquşması nəticəsində təxminən 48 barel neft sızması baş verib

Azərbaycan ərazilərinə dair Osmanlı təhrir dəftərləri tədqiq edilir

Son 10 ildə Prezidentin sərəncamları əsasında Naxçıvana 688 milyon manatdan çox vəsait ayrılıb

“Böyük Qayıdış arzuları” kompozisiyası maraqla qarşılanıb

“Avro-2024”: İsveçrə millisinin ilkin heyəti bəlli olub

Taliblər Əfqanıstanda məktəbdə 79 qadının zəhərlənməsini təsdiqləyiblər

ƏAİZ sədri: Logistika və nəqliyyat xidmətlərinə olan ehtiyacları qarşılamaqla yanaşı, nəqliyyat-logistika mərkəzləri yaradırıq

Sərhədçilər qarlı havada xidməti vəzifələrini şərəflə yerinə yetirirlər FOTOLAR VİDEO

Pedaqoji Universitetdə “Heydər Əliyev dərsləri” davam edir

İnsan alverinə qarşı mübarizə üzrə milli koordinatorun illik məlumatı plenar iclasa tövsiyə olunub

“Avropanın mədəniyyət paytaxtı” Liepayada “Azərbaycan Günü”

Lerikdə uçqun olub, Çayrud kəndinə gedən yol bağlanıb FOTO

Bakı Elm Olimpiadası: Məktəblilərin tətbiqi elmlərə marağı artır

DYP: Cavanşir körpüsü üzərində nəqliyyatın hərəkəti məhdudlaşdırılmaqla istiqamət dəyişdiriləcək

Bakıda atletika üzrə lisenziya xarakterli ölkə çempionatı start götürüb

Yanğın təhlükəsizliyi ilə bağlı növbəti regional müşavirə keçirilib

Rabatda Azərbaycanla bağlı sənədli filmin təqdimatı keçirilib

® “Ziraat Bank Azərbaycan” “Fintex Sammit 2024” tədbirində mükafatla təltif edilib

CAR-da çökən binada xilasetmə işləri yekunlaşır

BMU-da “Plagiat.pl” şirkətinin nümayəndələri ilə müzakirələr aparılıb

Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri elan olunub: 16 nəfər 300 bal toplayıb

Qobustan və Şamaxı rayon sakinlərinin müraciətləri dinləniləcək

XRİTDX-nin əməkdaşları AzTU-nun tələbələri üçün növbəti ustad dərsi keçiblər

Beynəlxalq Kimya Olimpiadasında ölkəmizi təmsil edəcək şagirdlər məlum olub

Rişi Sunakın və həyat yoldaşının şəxsi sərvəti 120 milyon funt sterlinq artıb

“Kinomuzu yaradanlar, yaşadanlar” layihəsində növbəti film – “Böyük dayaq”

Azərbaycanın Baş prokuroru Düşənbədəki görüşlərdə həmkarlarını Qarabağdakı bərpa və quruculuq işləri barədə məlumatlandırıb

BMT-Azərbaycan münasibətləri müzakirə olunub

Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin final mərhələsinin nəticələri açıqlanıb

Azərbaycan Dillər Universitetində Koreya haqqında viktorina keçirilib

AZƏRTAC-ın baş buraxılış redaktoru BDU-nun Jurnalistika fakültəsinin tələbələri üçün təlim keçib

MDU-nun nümayəndə heyəti Qazi Universitetinin rektoru ilə görüşüb

Azərbaycan və Serbiya icbari tibbi sığorta sahəsində əməkdaşlıq edəcək

Vladimir Putin: Rusiyanın Xarkovu tutmaq planı yoxdur