Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Andrey Kondraşov: Bir çox ölkələr və təşkilatlar MDB ölkələrinin yaxınlaşmasını istəmirlər VİDEO

Andrey Kondraşov: Bir çox ölkələr və təşkilatlar MDB ölkələrinin yaxınlaşmasını istəmirlər VİDEO

Bakı, 3 may, N.Məmmədova, AZƏRTAC

Bir çox ölkələr və təşkilatlar MDB ölkələrinin bir-biri ilə yaxınlaşmasını istəmirlər ki, bu da dezinformasiya axınına və saxta xəbərlərin yayılması kampaniyasına səbəb olur.

Bu barədə AZƏRTAC-a Rusiyanın TASS informasiya agentliyinin baş direktoru, Müstəqil Dövlətlər Birliyinin (MDB) Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının sədri Andrey Kondraşov bildirib.

“Bizim ümumi çağırışlarımız ondan ibarətdir ki, kifayət qədər bədxahların olduğu bir çox ölkələr və bizim birliyimizi, bir-birimizə yaxınlaşmağımızı qətiyyən istəməyən bir çox təşkilatlar var. Bu, dezinformasiya və saxta xəbərlərin yayılması kampaniyasına səbəb olur. Biz bu məsələdə də birlikdə olmalıyıq”, - deyə MDB İnformasiya Şurasının XXXI iclasında iştirak etmək üçün Bakıya gələn Andrey Kondraşov bildirib.

Onun sözlərinə görə, TASS bu cür qarşılıqlı təmasların mərkəzində olmağa hazırdır, çünki saxta məlumatların aşkarlanması texnologiyasına malikdir: “Biz xəbərin yaradılma mənbəyini IP ünvanı ilə tapa və müəyyən edə bilirik. Məsələn, guya Krımda yaradıldığı iddia edilən Krım haqqında məlumatların Kanadadan gəldiyi və orada emal edildiyi, sonra Estoniyada bəzi naməlum filtrlərdən keçdiyi, yalnız bundan sonra Krımda yayımlandığı ortaya çıxanda özümüz də çox təəccüblənirik. Biz saxta məlumatlarda xarici mənbələrin izlərini aşkar edə bilirik, xəbərin dərc edildiyi ölkə ilə xəbərin mənşə ölkəsi arasında uyğunsuzluq aşkarlandıqda, həmin xəbər demək olar, 75 faiz əminliklə saxta çıxır. Yəni həmkarlarımızın bu və ya digər xəbərdən şübhələnib-şübhələnməməyimiz ilə bağlı sualına çox tez zamanda cavab verə və bunun səbəbini izah edə bilərik. Bu, həmkarlarımızın yalnız operativ deyil, həm də dəqiq olmasına kömək edəcək. Çünki informasiya agentliklərinin öz xəbər lentlərində dərc etdiklərindən, əslində, dövlətlər arasındakı münasibətlər və ölkə daxilindəki münasibətlər də asılıdır”.

İnformasiya Şurasının iclasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) İdarə Heyətinin sədri Vüqar Əliyevin iqlim dəyişikliyi məsələlərinin işıqlandırılması kontekstində qaldırdığı yaşıl enerjiyə keçid mövzusundan danışan Şura sədri bildirib ki, yaşıl enerjisiz gələcəyin təsəvvür edilməsi mümkün deyil: “Bu, tamamilə vaxtlı-vaxtında edilmiş təşəbbüsdür. Mən bilirəm ki, bu iş ikitərəfli ünsiyyət çərçivəsində, o cümlədən Rusiya ilə Azərbaycan arasında davam edir. Bu nöqteyi-nəzərdən, əlbəttə ki, prezidentlər Vladimir Putin və İlham Əliyev arasında yaranmış səmimi, etimada əsaslanan münasibətlər hamımıza çox kömək edir. Yaşıl enerji, yaşıl çağırış zamanın tələbidir və Tanrıya şükürlər olsun ki, çox müsbət irəliləyişlər əldə olunub. Məsələn, Moskvadakı Kurçatov adına Nüvə Mərkəzi indi təbii elmlərə aid olan texnologiyalarla məşğuldur, çünki texnologiya, fizika və biologiyanın vəhdəti olmadan gələcək mümkün deyil. Gələcəyimiz bundan asılıdır”, - agentliyin həmsöhbəti vurğulayıb.

“Çox güman ki, bu, MDB-nin özünə də yeni enerji bəxş edəcək, çünki həll olunmamış məsələlər çoxdur və onlar məcmu şəkildə həll olunmalıdır. Əlbəttə ki, bir böyük ölkə olanda, Dövlət Planlaşdırma Komitəsi (Qosplan) həm bütün su axınlarını, həm də enerji axınlarını idarə edə bilirdi. Ancaq indi hər bir ölkənin öz iqtisadiyyatı, öz rəqabəti olduğu üçün aydın məsələdir ki, razılığa gəlmək çox çətinləşir. MDB yəqin ki, bu məsələlərin həll edilməli olduğu yeganə platformadır", - deyə o əlavə edib.

İnformasiya Şurası çərçivəsində qarşılıqlı fəaliyyət və Azərbaycan paytaxtında keçirilən iclasın nəticələrindən danışan Andrey Kondraşov bildirib ki, Şura çərçivəsində tərəflər öz məsələlərini əməli olaraq avtomatik şəkildə həll edirlər və onların arasında hər hansı kəskin anlaşılmazlıq yaradacaq məsələlər mövcud deyil. “Dövlət informasiya agentliklərinin rəhbərliyində mənim və ya AZƏRTAC-ın sədri kimi yeni insanların olmasına baxmayaraq, biz artıq üç İnformasiya Şurası çərçivəsində əsl dostlara çevrilmişik. Müzakirə etdiyimiz əsas məsələlərdən biri də İkinci Dünya müharibəsində Qələbənin ildönümü üçün birgə layihələrin hazırlanmasıdır, çünki bizim bu sahədə ciddi nailiyyətlərimiz mövcuddur. Biz ümumi Qələbəyə töhfə verən hər bir respublikanı tanıdacağıq, oxucularımıza və tamaşaçılarımıza təqdim edəcəyik. Böyük bir kitabı nəşrə hazırlayırıq, burada hər bir xalqın böyük və ümumi Qələbəmizə verdiyi töhfə öz əksini tapacaq. Artıq konsepsiyanı hazırlayırıq və sentyabr ayında, TASS-ın 120 illiyinin qeyd ediləcəyi günlərdə hər kəs Moskvaya toplaşdıqda, bu konsepsiyanı təqdim edəcəyik və əməli işə başlayacağıq. Gələn ilin may ayında isə bizim MDB və İnformasiya Şurası çərçivəsində, hər kəsin sevincinə səbəb olacaq ümumi məhsulumuzun ərsəyə gəlməsinin şahidi olacaqsınız”, - deyə Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının sədri vurğulayıb.

Qeyd edək ki, mayın 3-də Bakıda Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının XXXI iclası keçirilib.

Andrey Kondraşov: Bir çox ölkələr və təşkilatlar MDB ölkələrinin yaxınlaşmasını istəmirlər VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Basketbol Liqası: Bu gün üçüncü yerin sahibi bəlli ola bilər

Şəkidə Ulu Öndərə həsr olunan futzal turnirinin qalibləri mükafatlandırılıb

DİN: Ötən gün 2 kiloqrama yaxın narkotik vasitə aşkarlanaraq götürülüb

Faktiki hava: Qar örtüyünün hündürlüyü Şahdağda 5, Qaxda 2 santimetr təşkil edib

“Azeri Light” markalı neft bahalaşıb

“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri Qazaxda vətəndaşları qəbul edəcək

Akademik Mirməmməd Cavadzadənin 97-ci illiyinə həsr olunmuş elmi-praktiki konfrans keçirilir

Şəki Xan sarayı bərpa olunacaq

Məktəblilərimiz ABŞ-da keçirilən ISEF yarışmasında ilk dəfə medal qazanıblar

Qızıl Avropa Liqası: Azərbaycanın qadın voleybol millisi Slovakiyaya qarşı

Fövqəladə Hallar Nazirliyi Abşeron rayonunda qanunsuz tikintilərin qarşısını alıb

Yaponiya parlamenti boşanmış valideynlərə birgə qəyyumluq icazəsi verən qanun qəbul edib

Ötən gün könüllü təhvil verilən silahların sayı açıqlanıb

Premyer Liqa: Bu gün üç vacib oyun keçiriləcək

Dünya birjalarında neft bahalaşıb

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan 67 cinayətin üstü açılıb

“Yüksəliş” müsabiqəsinin qabiliyyət imtahanı başlanıb

Naxçıvan şəhərinin su təminatı yaxşılaşdırılır

Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb

Beynəlxalq Riyaziyyat Müsabiqəsində Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə 7 məktəbli medal əldə edib

IV sinif şagirdləri üçün monitorinq keçirilir

Oğuzda quldurluq edən şəxs saxlanılıb

Akademik Milli Dram Teatrında “Əsrə bərabər gün" tamaşası səhnələşdirilib

Bakıda qəzaya görə mərkəz istiqamətində sıxlıq yaranıb

“Heydər Əliyev kuboku-2024”: Azərbaycanın daha 9 boksçusu finala yüksəlib

Yeni Kaledoniyada vəziyyət ağırlaşıb

18 May - Beynəlxalq Muzeylər Günüdür

“Yaşıl dünya naminə həmrəylik” Çində təbliğ edilib

“Bir muzeyin sirri”: tarixi-mədəni yaddaşa düşən işıq

Vəkil: Fransa Yeni Kaledoniyada əlcəzairsayağı sülh istəyir

Şamaxı Rəsədxanasında növbəti ustad dərsi keçirilib

Vatikan Məryəmin heykəli və qan damcıları olan xaçlardan ehtiyatlı olmağı tövsiyə edib

İtaliyalı diktator Mussolini üçün tikilən sığınacaq ziyarətçilərə açılıb

BDU-da Cəfər Cabbarlının 125 illik yubileyi münasibəti ilə tədbir keçirilib

BMT-nin mənzil-qərargahında kommunal xərclərə qənaət üçün kondisionerlər söndürülüb

Bülbülün memorial muzeyində beynəlxalq muzeylər günü qeyd olunub

İtaliyada leysan daşqınlara səbəb olub

İsveç müxalifəti: Hökumət milliyyətçi partiyaya təslim olur

Həştərxanda növbəti Xəzər Media Forumu keçiriləcək

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin bir sıra qərarları ləğv edilib

Sankt-Peterburq Hərbi Rabitə Akademiyasında partlayış nəticəsində 7 hərbçi yaralanıb

Qızıl Avropa Liqası: Azərbaycanın qadın voleybol millisi Xorvatiyanı məğlub edib

Türkiyə parlamentinin spikeri azərbaycanlı gəncləri qəbul edib

Premyer Liqa: Çempion 7 qolun vurulduğu oyunda "Turan Tovuz"a qalib gəlib

Azərbaycanla Kuba arasında COP29-la bağlı fikir mübadiləsi aparılıb

Əməkdar rəssam Həmzə Sadiqovun fərdi yaradıcılıq sərgisi açılıb

Şəmkirdə iki minik avtomobili toqquşub, ölən və xəsarət alanlar var

Saatlıda minik avtomobili su kanalına düşüb VİDEO

Lerikdə uçqun baş verən ərazidə nəqliyyatın hərəkəti nəzarətə götürülüb

Vəkillər Kollegiyasının rəhbərliyi hakim təyin olunan vəkilləri təltif edib

FAO, üzvləri və tərəfdaşları COP29-a hazırlaşır

Yığmanın baş məşqçisi: Təəssüf ki, komanda bu gün istədiyi oyunu nümayiş etdirə bilmədi

Böyük Britaniya Şimali Koreyaya və Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib

Qızıl Avropa Liqası: Azərbaycan voleybol millisi Rumıniya seçməsinə məğlub olub

“Şəhidi şəhidimiz, bayrağı bayrağımız” - ədəbi-bədii gecə

FHN: İntensiv yağışlar səbəbindən Kürdəmir və Saatlıda bəzi ərazilər subasmaya məruz qalıb VİDEO

Bakıda “Ambisiyaların artırılması və fəaliyyətə təkan: COP-29 Dayanıqlı biznes forumu” keçirilib

Fransa Yeni Kaledoniyaya əlavə polis qüvvələri göndərib

Elm və təhsil naziri Masallıda vətəndaşlarla görüşüb

Azərbaycanın təmir üçün göndərdiyi manevr teplovozlarından biri Bakıya çatdırılıb

Rusiya səfiri: Britaniya Ukrayna müharibəsinin “de-fakto” iştirakçısıdır

Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb

“Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrasına dair illik hesabat”ı təsdiqlənib

Nazir müavini: COP29-un müvəffəqiyyətini təmin etmək üçün irəli sürülən təşəbbüslərin reallaşdırılması üzrə işlər aparılır

® “Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edib

Alimlərin sintez etdiyi yeni maddələr Altsheymerin və şəkərli diabetin müalicəsində istifadə olunacaq

Deputat: Dövlət iqlim dəyişikliyilə bağlı özəl sektorun bütün təşəbbüslərini dəstəkləməyə hazırdır

Azərbaycan hərbi pilotlarının iştirak etdiyi “Anadolu Ankası–2024” beynəlxalq təlimi başa çatıb VİDEO

Belarus Prezidentinin Füzuliyə və Şuşaya səfəri iki ölkə arasında əsl dostluğun nümunəsidir ŞƏRH

® “Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!

Hesablama Palatasının nümayəndə heyəti Kazanda beynəlxalq tədbirdə iştirak edib

Bakıda “AzMİ Akademiya” yaradılır

Kirayə mexanizmi çərçivəsində daha 328 mənzil vətəndaşların seçiminə verilir

“Redaksiya siyasəti və peşə davranış qaydaları” mövzusunda təşkil olunan təlim proqramı başa çatıb

® “Kapital Bank”ın 2023-cü ilin yekunları və 2024-2026-cı illər strateji dövrünə dair mətbuat konfransı

Şuşa şəhəri ilə tanışlıq Belarus Prezidentində dərin təəssürat doğurub VİDEO

Baş məşqçi: Nazim Babayev və Anna Skidanın Avropa çempionatında iştirakı dəqiqləşib

Mədəniyyət Nazirliyinin tabeliyindəki müəssisələrin rəhbərləri üçün təlimlər yekunlaşıb

Salyan rayonundakı regional seminar-müşavirə yanğın təhlükəsizliyinin təmin edilməsinə həsr olunub

Qarsda Zəngəzur dəhlizinin əhəmiyyəti müzakirə olunub

Sabah muzeylərdə “Açıq qapı” günü olacaq

Moskvada Qazaxıstan və Rusiya arasında sərhədlərin demarkasiya planı müzakirə olunub

MDU-nun nümayəndə heyəti Qazi Universitetinin Texnoloji fakültəsini ziyarət edib

Kitabxanaşünaslığın aktual problemləri müzakirə edilib

Nağdsız valyuta bazarında 9 milyard dollarlıq əməliyyat baş tutub

Türkiyədə arxeoloji qazıntı və tədqiqatların sayının 2026-cı ilə qədər 800-ə çatacağı gözlənilir

Fizika və astronomiyanın problemləri - elmi konfrans

“Caspian Agro 2024” sərgisi çərçivəsində aqrar sahənin aktual mövzularına dair panel sessiyalar keçirilib

Gənc cüdoçulardan ibarət Azərbaycan millisinin Avropa Kuboku üçün heyəti açıqlanıb

Təranə Yusifova: Cahangir Cahangirovun musiqisi o qədər əsrarəngizdir ki...

Mədəniyyət Nazirliyində Dövlət Pantomima Teatrının kollektivi ilə görüş olub

Meksika körfəzində barjın toqquşması nəticəsində təxminən 48 barel neft sızması baş verib

Azərbaycan ərazilərinə dair Osmanlı təhrir dəftərləri tədqiq edilir

Son 10 ildə Prezidentin sərəncamları əsasında Naxçıvana 688 milyon manatdan çox vəsait ayrılıb

“Böyük Qayıdış arzuları” kompozisiyası maraqla qarşılanıb

“Avro-2024”: İsveçrə millisinin ilkin heyəti bəlli olub

Taliblər Əfqanıstanda məktəbdə 79 qadının zəhərlənməsini təsdiqləyiblər

ƏAİZ sədri: Logistika və nəqliyyat xidmətlərinə olan ehtiyacları qarşılamaqla yanaşı, nəqliyyat-logistika mərkəzləri yaradırıq

Sərhədçilər qarlı havada xidməti vəzifələrini şərəflə yerinə yetirirlər FOTOLAR VİDEO

Pedaqoji Universitetdə “Heydər Əliyev dərsləri” davam edir