Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Mingəçevirdə Ümummilli Liderə həsr olunan respublika elmi konfransı keçirilib

Bakı, 4 may, AZƏRTAC

Mingəçevir Dövlət Universiteti (MDU) və Mingəçevir Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə “Heydər Əliyev müasir Azərbaycanın xilaskarı və qurucusudur” mövzusunda respublika elmi konfransı keçirilib.

Əvvəlcə Ulu Öndərin MDU-nun inzibati binasındakı abidəsi önünə gül dəstələri düzülüb. Konfrans Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

MDU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə rektor Şahin Bayramov dahi şəxsiyyətə həsr olunmuş respublika miqyaslı elmi konfransın önəmindən danışıb. Qeyd edib ki, müasir müstəqil Azərbaycan dövlətinin qurulmasında və inkişafında fədakar, misilsiz və əvəzsiz xidmətləri olmuş Heydər Əliyev kimi tarixi şəxsiyyətin zəngin irsini hərtərəfli öyrənmək, araşdırmaq, gənc nəslə çatdırmaq hər bir vətəndaşın, xüsusilə də təhsil işçilərinin və ziyalıların şərəfli vəzifələrindəndir. Hazırda yeni dövrün universitetinə çevrilməyi qarşısına məqsəd qoyan, yüksəkixtisaslı mütəxəssis və layiqli vətəndaş hazırlamaq missiyasını reallaşdırmağa çalışan MDU bu vəzifənin öhdəsindən layiqincə gəlməyə çalışır.

Rektor ümumilikdə konfransa 33 ali təhsil və elmi-tədqiqat müəssisəsindən 230-dan artıq tezis və məqalənin təqdim olunduğunu diqqətə çatdırıb.

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov “Heydər Əliyev - Azərbaycanın dövlət müstəqilliyini əbədiləşdirən dahi” mövzusunda məruzə ilə çıxış edib. Qeyd olunub ki, elm və təhsilin inkişaf etdiyi Mingəçevirdə Ulu Öndərin mənalı və zəngin ömrünün, müqəddəs amallar uğrunda göstərmiş olduğu müstəsna fəaliyyətinin öyrənilməsində mühüm işlər görülüb. Azərbaycanın dövlətçilik tarixinin çox mühüm mərhələsi dünyaşöhrətli siyasətçi, böyük dövlət xadimi Heydər Əliyevin adı ilə bağlıdır. Məhz dahi rəhbərin gərgin əməyi və qətiyyətli siyasəti sayəsində yeni, müasir Azərbaycan dövləti qurulub, ölkəmiz dünya məkanında öz layiqli yerini tutub.

Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli “Heydər Əliyev - Azərbaycan xalqının əsl milli azadlıq və müstəqillik ideyasının banisi” mövzusunda məruzə edib. O, dahi şəxsiyyət Heydər Əliyevin siyasi bacarıqlarının və ölkəmizə rəhbərlik etdiyi dövrlərdə əldə etdiyi uğurların Azərbaycanın dövlətçilik tarixinin mühüm bir hissəsi olduğunu vurğulayıb. Ə.Hüseynli müstəqil Azərbaycanın qurulmasında və inkişafında Heydər Əliyevin misilsiz xidmətlərinin daim araşdırılmasının və onun zəngin irsinin gələcək nəsillərə düzgün çatdırılmasının vacibliyini diqqətə çatdırıb.

AMEA-nın birinci vitse-prezidenti vəzifəsini icra edən akademik Arif Həşimov “Heydər Əliyev və Azərbaycan elminin inkişafı” mövzusunda məruzəsində Ulu Öndərin Azərbaycanda elmin hərtərəfli inkişafına xidmət edən düşünülmüş siyasətinin ölkəmizdə milli kadr potensialının formalaşdırılmasında mühüm rol oynadığını vurğulayıb. O, Ümummilli Liderin dövlət idarəçiliyində elmi əsaslandırmalara mühüm önəm verdiyini, elmə və alimlərə güclü dəstək göstərdiyini, Azərbaycan elminin beynəlxalq arenada tanınmasına yönələn səylərini təqdir edib.

“Heydər Əliyev və milli-mənəvi dəyərlər” mövzusunda məruzə edən AMEA Folklor İnstitutunun direktoru akademik Muxtar İmanov Ulu Öndərin həm birinci, həm də ikinci hakimiyyət dönəmlərində milli dəyərlərin qorunması və təbliğində göstərdiyi liderlik qabiliyyətlərindən bəhs edib.

“Azərenerji” ASC-nin Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutunun direktor müavini dosent Aytək Babayeva “Heydər Əliyev - innovativ texnologiyaların Azərbaycanın enerji sistemində tətbiqi bazasının qurucusudur” mövzusunda məruzəsində Ulu Öndərin energetika sektorunda həyata keçirdiyi islahatların ölkəmizin tərəqqisindəki rolunu vurğulayıb. O, Ulu Öndərin ötən əsrin 70-ci illərində yerli imkanlarla respublikanın enerji tələbatını ödəmək məqsədilə həyata keçirdiyi genişmiqyaslı fəaliyyətlərdən, o cümlədən nəhəng enerji qurğularının və elektrik stansiyalarının yaradılması istiqamətində uğurlarından danışıb. Prezident İlham Əliyevin müasir texnologiyaların tətbiqi ilə energetika sahəsini daha da müasirləşdirdiyini qeyd edən A.Babayeva bu yeniliklərin gələcək nəsillər üçün daha səmərəli və dayanıqlı enerji təminatına ciddi zəmin yaratdığını bildirib.

“Azərbaycançılıq məfkurəsinin inkişafında Heydər Əliyev irsi" mövzusunda məruzəsində Yeni Azərbaycan Partiyası Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev azərbaycançılıq məfkurəsinin formalaşmasında və inkişafında Ümummilli Liderin əvəzsiz rolunu vurğulayıb.

Konfrans 9 bölmə iclası ilə işini davam etdirib. “Heydər Əliyev siyasi liderliyin nümunəsidir”, “Müstəqil Azərbaycanın iqtisadi inkişafında Heydər Əliyevin tarixi xidmətləri”, “Heydər Əliyev irsi gənclər üçün tükənməz xəzinədir”, “Heydər Əliyev və milli-mənəvi dəyərlər”, “Heydər Əliyev: elm və təhsilin böyük himayədarı”, “Heydər Əliyevin mədəniyyətə, ədəbiyyata və dilçiliyə qayğısı” adlı bölmələrdə məruzələr dinlənilib. Maraqlı məruzələr ətrafında müzakirələr aparılıb.

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Basketbol Liqası: Bu gün üçüncü yerin sahibi bəlli ola bilər

Şəkidə Ulu Öndərə həsr olunan futzal turnirinin qalibləri mükafatlandırılıb

DİN: Ötən gün 2 kiloqrama yaxın narkotik vasitə aşkarlanaraq götürülüb

Faktiki hava: Qar örtüyünün hündürlüyü Şahdağda 5, Qaxda 2 santimetr təşkil edib

“Azeri Light” markalı neft bahalaşıb

“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri Qazaxda vətəndaşları qəbul edəcək

Akademik Mirməmməd Cavadzadənin 97-ci illiyinə həsr olunmuş elmi-praktiki konfrans keçirilir

Şəki Xan sarayı bərpa olunacaq

Məktəblilərimiz ABŞ-da keçirilən ISEF yarışmasında ilk dəfə medal qazanıblar

Qızıl Avropa Liqası: Azərbaycanın qadın voleybol millisi Slovakiyaya qarşı

Fövqəladə Hallar Nazirliyi Abşeron rayonunda qanunsuz tikintilərin qarşısını alıb

Yaponiya parlamenti boşanmış valideynlərə birgə qəyyumluq icazəsi verən qanun qəbul edib

Ötən gün könüllü təhvil verilən silahların sayı açıqlanıb

Premyer Liqa: Bu gün üç vacib oyun keçiriləcək

Dünya birjalarında neft bahalaşıb

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan 67 cinayətin üstü açılıb

“Yüksəliş” müsabiqəsinin qabiliyyət imtahanı başlanıb

Naxçıvan şəhərinin su təminatı yaxşılaşdırılır

Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb

Beynəlxalq Riyaziyyat Müsabiqəsində Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə 7 məktəbli medal əldə edib

IV sinif şagirdləri üçün monitorinq keçirilir

Oğuzda quldurluq edən şəxs saxlanılıb

Akademik Milli Dram Teatrında “Əsrə bərabər gün" tamaşası səhnələşdirilib

Bakıda qəzaya görə mərkəz istiqamətində sıxlıq yaranıb

“Heydər Əliyev kuboku-2024”: Azərbaycanın daha 9 boksçusu finala yüksəlib

Yeni Kaledoniyada vəziyyət ağırlaşıb

18 May - Beynəlxalq Muzeylər Günüdür

“Yaşıl dünya naminə həmrəylik” Çində təbliğ edilib

“Bir muzeyin sirri”: tarixi-mədəni yaddaşa düşən işıq

Vəkil: Fransa Yeni Kaledoniyada əlcəzairsayağı sülh istəyir

Şamaxı Rəsədxanasında növbəti ustad dərsi keçirilib

Vatikan Məryəmin heykəli və qan damcıları olan xaçlardan ehtiyatlı olmağı tövsiyə edib

İtaliyalı diktator Mussolini üçün tikilən sığınacaq ziyarətçilərə açılıb

BDU-da Cəfər Cabbarlının 125 illik yubileyi münasibəti ilə tədbir keçirilib

BMT-nin mənzil-qərargahında kommunal xərclərə qənaət üçün kondisionerlər söndürülüb

Bülbülün memorial muzeyində beynəlxalq muzeylər günü qeyd olunub

İtaliyada leysan daşqınlara səbəb olub

İsveç müxalifəti: Hökumət milliyyətçi partiyaya təslim olur

Həştərxanda növbəti Xəzər Media Forumu keçiriləcək

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin bir sıra qərarları ləğv edilib

Sankt-Peterburq Hərbi Rabitə Akademiyasında partlayış nəticəsində 7 hərbçi yaralanıb

Qızıl Avropa Liqası: Azərbaycanın qadın voleybol millisi Xorvatiyanı məğlub edib

Türkiyə parlamentinin spikeri azərbaycanlı gəncləri qəbul edib

Premyer Liqa: Çempion 7 qolun vurulduğu oyunda "Turan Tovuz"a qalib gəlib

Azərbaycanla Kuba arasında COP29-la bağlı fikir mübadiləsi aparılıb

Əməkdar rəssam Həmzə Sadiqovun fərdi yaradıcılıq sərgisi açılıb

Şəmkirdə iki minik avtomobili toqquşub, ölən və xəsarət alanlar var

Saatlıda minik avtomobili su kanalına düşüb VİDEO

Lerikdə uçqun baş verən ərazidə nəqliyyatın hərəkəti nəzarətə götürülüb

Vəkillər Kollegiyasının rəhbərliyi hakim təyin olunan vəkilləri təltif edib

FAO, üzvləri və tərəfdaşları COP29-a hazırlaşır

Yığmanın baş məşqçisi: Təəssüf ki, komanda bu gün istədiyi oyunu nümayiş etdirə bilmədi

Böyük Britaniya Şimali Koreyaya və Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib

Qızıl Avropa Liqası: Azərbaycan voleybol millisi Rumıniya seçməsinə məğlub olub

“Şəhidi şəhidimiz, bayrağı bayrağımız” - ədəbi-bədii gecə

FHN: İntensiv yağışlar səbəbindən Kürdəmir və Saatlıda bəzi ərazilər subasmaya məruz qalıb VİDEO

Bakıda “Ambisiyaların artırılması və fəaliyyətə təkan: COP-29 Dayanıqlı biznes forumu” keçirilib

Fransa Yeni Kaledoniyaya əlavə polis qüvvələri göndərib

Elm və təhsil naziri Masallıda vətəndaşlarla görüşüb

Azərbaycanın təmir üçün göndərdiyi manevr teplovozlarından biri Bakıya çatdırılıb

Rusiya səfiri: Britaniya Ukrayna müharibəsinin “de-fakto” iştirakçısıdır

Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb

“Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrasına dair illik hesabat”ı təsdiqlənib

Nazir müavini: COP29-un müvəffəqiyyətini təmin etmək üçün irəli sürülən təşəbbüslərin reallaşdırılması üzrə işlər aparılır

® “Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edib

Alimlərin sintez etdiyi yeni maddələr Altsheymerin və şəkərli diabetin müalicəsində istifadə olunacaq

Deputat: Dövlət iqlim dəyişikliyilə bağlı özəl sektorun bütün təşəbbüslərini dəstəkləməyə hazırdır

Azərbaycan hərbi pilotlarının iştirak etdiyi “Anadolu Ankası–2024” beynəlxalq təlimi başa çatıb VİDEO

Belarus Prezidentinin Füzuliyə və Şuşaya səfəri iki ölkə arasında əsl dostluğun nümunəsidir ŞƏRH

® “Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!

Hesablama Palatasının nümayəndə heyəti Kazanda beynəlxalq tədbirdə iştirak edib

Bakıda “AzMİ Akademiya” yaradılır

Kirayə mexanizmi çərçivəsində daha 328 mənzil vətəndaşların seçiminə verilir

“Redaksiya siyasəti və peşə davranış qaydaları” mövzusunda təşkil olunan təlim proqramı başa çatıb

® “Kapital Bank”ın 2023-cü ilin yekunları və 2024-2026-cı illər strateji dövrünə dair mətbuat konfransı

Şuşa şəhəri ilə tanışlıq Belarus Prezidentində dərin təəssürat doğurub VİDEO

Baş məşqçi: Nazim Babayev və Anna Skidanın Avropa çempionatında iştirakı dəqiqləşib

Mədəniyyət Nazirliyinin tabeliyindəki müəssisələrin rəhbərləri üçün təlimlər yekunlaşıb

Salyan rayonundakı regional seminar-müşavirə yanğın təhlükəsizliyinin təmin edilməsinə həsr olunub

Qarsda Zəngəzur dəhlizinin əhəmiyyəti müzakirə olunub

Sabah muzeylərdə “Açıq qapı” günü olacaq

Moskvada Qazaxıstan və Rusiya arasında sərhədlərin demarkasiya planı müzakirə olunub

MDU-nun nümayəndə heyəti Qazi Universitetinin Texnoloji fakültəsini ziyarət edib

Kitabxanaşünaslığın aktual problemləri müzakirə edilib

Nağdsız valyuta bazarında 9 milyard dollarlıq əməliyyat baş tutub

Türkiyədə arxeoloji qazıntı və tədqiqatların sayının 2026-cı ilə qədər 800-ə çatacağı gözlənilir

Fizika və astronomiyanın problemləri - elmi konfrans

“Caspian Agro 2024” sərgisi çərçivəsində aqrar sahənin aktual mövzularına dair panel sessiyalar keçirilib

Gənc cüdoçulardan ibarət Azərbaycan millisinin Avropa Kuboku üçün heyəti açıqlanıb

Təranə Yusifova: Cahangir Cahangirovun musiqisi o qədər əsrarəngizdir ki...

Mədəniyyət Nazirliyində Dövlət Pantomima Teatrının kollektivi ilə görüş olub

Meksika körfəzində barjın toqquşması nəticəsində təxminən 48 barel neft sızması baş verib

Azərbaycan ərazilərinə dair Osmanlı təhrir dəftərləri tədqiq edilir

Son 10 ildə Prezidentin sərəncamları əsasında Naxçıvana 688 milyon manatdan çox vəsait ayrılıb

“Böyük Qayıdış arzuları” kompozisiyası maraqla qarşılanıb

“Avro-2024”: İsveçrə millisinin ilkin heyəti bəlli olub

Taliblər Əfqanıstanda məktəbdə 79 qadının zəhərlənməsini təsdiqləyiblər

ƏAİZ sədri: Logistika və nəqliyyat xidmətlərinə olan ehtiyacları qarşılamaqla yanaşı, nəqliyyat-logistika mərkəzləri yaradırıq

Sərhədçilər qarlı havada xidməti vəzifələrini şərəflə yerinə yetirirlər FOTOLAR VİDEO

Pedaqoji Universitetdə “Heydər Əliyev dərsləri” davam edir