CƏMİYYƏT


FHN ilə İranın müvafiq qurumları arasında əməkdaşlıq yüksək səviyyədədir

A+ A

Bakı, 19 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov oktyabrın 19-da ölkəmizdə səfərdə olan İran İslam Respublikasının Ərdəbil Əyalətinin valisi Məcid Xudabəxşin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Kəmaləddin Heydərov ölkəmizdə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində görülən, bu sahədə İranın müvafiq qurumları ilə yüksək səviyyəli əməkdaşlıqdan danışıb. Nazir belə səfərlərin müvafiq qurumlar arasında əlaqələrin möhkəmləndirilməsində əhəmiyyətli rol oynadığını qeyd edib.

Məcid Xudabəxş Ərdəbil Əyalətinin Azərbaycan ilə müxtəlif sahələrdə uğurla əməkdaşlıq etdiyini diqqətə çatdırıb. O, münasibətlərin bundan sonra da yüksələn xətlə inkişaf edəcəyinə əmin olduğunu bildirib. Azərbaycanın bir neçə şəhərində olduğunu deyən vali Məcid Xudabəxş ölkəmizə səfərləri zamanı sürətli inkişaf proseslərini müşahidə etdiyini vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlərlə bağlı fikir mübadiləsi aparılıb, əməkdaşlığın perspektivləri müzakirə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.