Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Görkəmli yazıçı, alim-pedaqoq Mir Cəlal Paşayevin İçərişəhərdə yaşadığı binada “Ədibin evi”nin açılışı olub

Bakı, 27 aprel, AZƏRTAC

Ədəbiyyatsevərlərə və Mir Cəlal irsinin pərəstişkarlarına xoş xəbər var. Bu ildən etibarən İçərişəhərdəki Kiçik Qala küçəsində gəzərkən şəhərimizin sakinləri yeni lövhə görəcəklər – “Ədibin evi”. Bu ev görkəmli yazıçı, alim-pedaqoq Mir Cəlal Paşayevin 1920-1940-cı illərdə yaşadığı evdir. Bu ev onun ailəsi tərəfindən təmir edilərək ədibin anadan olmasının 109-cu ildönümündə ev-muzeyi kimi mədəniyyətsevərlərin istifadəsinə verilib.

Mir Cəlal Paşayev onu yazıçı kimi məşhur edən “Bir gəncin manifesti”, “Dirilən adam” romanlarını, bir çox satirik hekayələrini məhz bu evin birinci mərtəbəsində, ailəsi ilə yaşadığı iki kiçik otaqda yazıb. Həyat yoldaşı Püstə xanımla burada ailə qurub, ilk övladları bu evdə dünyaya göz açıb. Ədibin 1967-ci ildə yazdığı “Bakı görüşləri” adlı xatirə məqaləsində bu evdə yaşadığı illər, həmin dövrdəki Bakının yaradıcı ab-havası, yazıçının müasirləri ilə görüşləri, fikir mübadilələri təsvir edilib.

Mir Cəlal Paşayevin oğlu, ADA Universitetinin rektoru Hafiz Paşayev “Ədibin evi”nə toplaşanları salamlayaraq bu məkanın ailəsi üçün əziz olduğunu, burada Mir Cəlal ruhunun yaşadığını dedi. Bildirdi ki, “Ədibin evi”nin yaradılmasında məqsəd bu yeri ədəbiyyat, mədəniyyət ocağına çevirmək və bununla da Mir Cəlal irsini davam etdirməkdir. “Ədibin evi” şəhərimizin ən maraqlı və tarixi guşələrindən birində - İçərişəhərdə yerləşir. “Biz də ADA Universiteti olaraq, məhz bu məkanın orijinallığı və onun unikallığından istifadə edib bu ildən etibarən Bakıda yaşayan əcnəbilər üçün “Azərbaycan mədəniyyəti” və “Azərbaycan dili” kursları təşkil etməyə başlayırıq”, - deyən Hafiz Paşayev “Ədibin evi”nin bu tədbir ilə qapılarını yenidən ədəbiyyatsevərlərin, geniş ictimaiyyətin üzünə açdığını dedi.

Görüşdə “Ədibin evi” ilə bağlı maraqlı xatirələrin çox olduğu diqqətə çatdırıldı. Bildirildi ki, onların bir qismini ADA Universiteti toplayaraq Azərbaycan Televiziyası ilə birgə istehsal etdiyi filmdə əks etdirib. Filmdə bu evin tarixçəsindən, Mir Cəlal ömrünün bəzi maraqlı anlarından söhbət açılır.

Mir Cəlal Paşayev yazırdı: “Bakıda mühəndis evi, həkim evi, yazıçı evi olduğu kimi, müəllim evi də yaradılmalıdır”. Müəllim adını belə uca tutan Mir Cəlal üçün onun tələbələri, universiteti, kafedrası, şübhəsiz ki, çox əziz olub.

Tədbirdə iştirak edən Mir Cəlalın yetirməsi, ədəbiyyatşünas-alim Təhsin Mütəllimov ədiblə bağlı xatirələrini bölüşdü, Mir Cəlal Paşayevin sözlərini xatırladı. Bildirdi ki, Mir Cəlal müəllim “yazar insan üçün ev şərt deyil. Ən gözəl əsərlərimi İçərişəhərdəki kiçik mənzildə yazmışam” sözlərini deyərdi. Təhsin Mütəllimov ədibin zəhmətkeşliyindən, 50 illik müəllimlik fədakarlığından danışdı.

Mir Cəlalın tələbələrinə böyük inamı və dəstəyini onun tələbəsi, Xalq Şairi Nəriman Həsənzadə də qeyd etdi. Ədibin ailəsi ilə tez-tez görüşdüyünü deyən Nəriman Həsənzadə bu ailənin qonaqpərvərliyindən, yüksək mədəni keyfiyyətlərindən söz açdı.

Mir Cəlalın tələbələrindən biri olan şərqşünas-alim Vasim Məmmədəliyev onun böyük şəxsiyyət olduğunu bildirdi, tələbələrlə davranışını, zarafatlarını, mənalı ironiya dolu sözlərini xatırladı.

Mir Cəlalın əsərlərinin səhnə həyatı barədə danışan Əməkdar İncəsənət Xadimi, teatrşünas İlham Rəhimli orta məktəbdə ən çox sevdiyi əsərin ədibin müəllifi olduğu “Bir gəncin manifesti” romanı olduğunu dedi. Qeyd etdi ki, Mir Cəlal “Mirzə Xəyal” adlı pyes də yazıb. Həmin pyes 1943-cü ildə Dövlət Dram Teatrında tamaşaya qoyulub. Tamaşa üçün musiqini isə görkəmli bəstəkar Qara Qarayev bəstələyib. Bu və ədibin digər əsərlərinin yenidən tərtibatı və təqdimatı Mir Cəlalın qarşıdan gələn 110 illik yubileyi üçün töhfə ola bilər.

Mir Cəlal Paşayev Azərbaycan ədəbiyyatşünaslığının incisi hesab edilən “Füzuli sənətkarlığı” elmi əsərini də bu evdə yazıb. Bu barədə danışan Bakı Musiqi Akademiyasının Azərbaycan ədəbiyyatı kafedrasının müdiri Tərlan Quliyev bildirdi ki, bu əsər həm Mir Cəlalın böyük elmi nailiyyəti, həm də Füzuli dünyasına, klassik Azərbaycan ədəbiyyatına açılan bir pəncərədir. Mir Cəlalla İçərişəhərdə eyni küçədə yaşayan Hüseyn Cavid bəzən yazıdan, yaradıcılıq işlərindən yorulanda Mir Cəlal müəllimin evində qonaq olardı. Onlara gəldiyi zaman Hüseyn Cavid həmişə ədibin yazı masasına da diqqət yetirməyi unutmazdı.

“Ədibin evi”ndə keçirilən görüşdə Əməkdar İncəsənət Xadimi Aqil Məlikovun ifasında muğam səsləndi.

Ailə üzvləri adından görüşə gələnlərə minnətdarlığını bildirən ədibin böyük oğlu, akademik Arif Paşayev belə görüşlərin ənənə halını almasını arzuladı.

ADA Universiteti 11 illik fəaliyyəti dövründə bir neçə nəşr dərc edib. Onların əksəriyyəti akademik nəşrlərdir. Amma bu dəfə universitet ilk dəfə olaraq ədəbiyyata müraciət edərək Mir Cəlalın əsərlərinin toplandığı kitabı ingilis dilində nəşr edib. Kitabda görkəmli yazıçı, alim və sevimli pedaqoq Mir Cəlalin qısa hekayələrinə müraciət olunur. Əslində, ADA Universiteti kitabı ikinci dəfə nəşr edir. İlk dəfə bu toplum 1998-ci ildə ABŞ-da Mir Cəlal müəllimin 90 illik yubileyi ərəfəsində nəşr edilmişdi. Oxucular kitabı bu gündən etibarən “Akademiya-Kitab” Mərkəzində əldə edə bilərlər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türkiyədə fəlakət zonasındakı sakinlər hər ay 15 min evlə təmin ediləcək

DİN: Martın 19-da ölkə üzrə 40 cinayətin açılması təmin olunub

Ölkənin əksər bölgələrinə yağış, dağlı rayonlara qar yağıb

Dünya birjalarında neft ucuzlaşıb

Zabrat qəsəbəsindəki marketdə baş verən yanğın söndürülüb

Naxçıvanın kəndlərinin içməli su təminatı yaxşılaşdırılır

MDU-da tərəfdaş universitetlərlə birlikdə Çanaqqala Zəfərinin ildönümü qeyd edilib

Azərbaycan nefti bahalaşıb

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva İlaxır çərşənbə ilə bağlı paylaşım edib

® GL 2023-cü ildə neft hasilatı artımına nail olub

Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır

Bakının bəzi yollarında sıxlıq müşahidə olunur SİYAHI

Mövcud hava şəraiti ilə bağlı sürücülərə müraciət edilib

Ukraynanın Krivoy-Roq şəhərində Novruz bayramı ilə bağlı konsert təşkil edilib

Saatlıda narkokuryerlik edən şəxs saxlanılıb

Hüquq müdafiəçisi: Azərbaycan NATO-nun uzunmüddətli tərəfdaşıdır

Türkiyə tədqiqatçıları stressin beyində “zamanın qavranılmasını” pozduğunu müəyyənləşdiriblər

Daşkəsəndə narkotik vasitələr satan şəxs saxlanılıb

Avstraliya məhkəməsi “Uber”i böyük məbləğdə təzminat ödəməyə məcbur edib

Yanlış ayaqqabı uşağın sağlamlığına zərər verə bilər - Mütəxəssis rəyi

Anaklia limanının dəniz infrastrukturunun tikintisi üçün beynəlxalq tender elan edilib

Süni intellekt və lazer əsaslı sensorla mədədəki xəstəliklər müəyyən ediləcək

Braziliyada hiss edilən temperatur 62 dərəcə Selsini keçib

Yaponiyada yaşlı insanlar əməyə cəlb edilir

İraq neft ixracını azaldacaq

Ümumdünya Buxara Yəhudiləri Konqresinin nümayəndə heyəti Qırmızı qəsəbəyə səfər edib

Budapeştdə biznes forumda Azərbaycandakı investisiya imkanlarından danışılıb

Gürcüstanın Təhsil və Elm Nazirliyinin Marneuli İctimai Kollecində təntənəli Novruz şənliyi keçirilib

Azərbaycanın Qırğızıstandakı səfirliyində Novruz bayramı qeyd edilib

Bu gün Torpaq çərşənbəsidir

Şabranda minik avtomobilləri toqquşub, yaralananlar var

“Robotexnika Klubu”nun üzvləri Türkiyədə keçiriləcək “Texnofest”ə layihə təqdim ediblər

Kəngərli rayonunun yaradılmasının 20 illiyi qeyd olunub

Türkiyə və Rusiya prezidentləri arasında telefon danışığı olub

Dövlət Komitəsində Yaponiyada yaşayan azərbaycanlı pianoçu ilə görüş olub

Amur vilayətindəki filiz mədənində qəza baş verib, dağıntılar altında qalanlar var

Media əməkdaşları arasında atıcılıq yarışının qalibləri bəlli olub

Türkiyə Prezidenti: Bu yay İraq sərhədimizin təhlükəsizliyini tam təmin edəcəyik

Naxçıvan ŞİH: Möminə Xatun türbəsinin ətrafındakı tikili ilə bağlı yayılanlar həqiqəti əks etdirmir

Azərbaycanın güləş millisi “Çempionlar” turnirini 10 medalla başa vurub

YAP Səbail rayon təşkilatında Novruz bayramı qeyd edilib

Nigeriyada daha yüz adam oğurlanıb

Azərbaycan-İraq əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub

Bakı Ali Neft Məktəbində “Huawei” şirkətinin laboratoriyası fəaliyyətə başlayıb

Nazirlik: Hərbi hissələrdə bayram tədbirləri qapalı şəraitdə keçirilir

Azərbaycan atıcıları Almaniyada qızıl medal qazanıblar

Bakı Dövlət Universitetində Novruz şənliyi

Yens Stoltenberq: NATO ilə Azərbaycan arasında əməkdaşlıq üçün yeni çərçivə sənədinin razılaşdırılması üzərində iş aparırıq VİDEO

Beynəlxalq mətbuat Azərbaycan Prezidentinin NATO-nun Baş katibi ilə görüşündən yazır

“Ailəm könüllüləri” proqramının könüllüləri mükafatlandırılıb

Nobel sülh mükafatı laureatı Məhəmməd Yunus BAMF-da olub

Azərbaycan icması Böyük Britaniya Parlamentinə etiraz məktubu göndərib

Müdafiə naziri Novruz bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

Unudulmaz bəstəkar Şəfiqə Axundovanın 100 illik yubileyi qeyd olunub

Hikmət Hacıyev: Azərbaycan ilə Çin arasında ənənəvi dostluq və tərəfdaşlıq münasibətləri var VİDEO

Xüsusi təyinatlı təhsil müəssisələrində Çanaqqala zəfərinin 109-cu ildönümü qeyd edilib VİDEO

Ağdamda Bahar bayramı şənliyi keçirilib

Bakının Dəmir yolu vağzalında keçirilən oftalmoloji aksiya zamanı 120 nəfər müayinə olunub 

Monitorinq Mərkəzi Almaniyada “Avropada dilimizin bu günü və sabahı” adlı tədbir keçirib

M.F.Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli şah” əsəri İstanbulda səhnələşdiriləcək

Dövlət qulluğunda inzibati icraçı vəzifələr üzrə test imtahanına qeydiyyat elan edilib

Azərbaycan səfiri Çanaqqala Zəfərinin 109-cu ildönümü münasibətilə təşkil olunan tədbirdə iştirak edib

İsveçrənin ölkəmizdəki səfiri ilə COP29 ətrafında fikir mübadiləsi aparılıb

Avropa dövlətləri Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin dəmir yolu hissəsinin işə salınmasında maraqlıdırlar

Milli Kitabxanada “Tale şairi: Məmməd İsmayıl” adlı kitabın təqdimat mərasimi olub

® “Beyin ölümü diaqnozunun təyininə multidisiplinar yanaşma” mövzusunda seminar keçiriləcək

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 25 dekabr tarixli 503 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dərman vasitələrinin farmakonəzarət Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Xocavəndlilər baharın gəlişini yüksək əhvali-ruhiyyə ilə qeyd edirlər

“Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin işçilərinin say həddinin təsdiq edilməsi və əməkhaqqı fondunun müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 15 iyul tarixli 309 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

QAÇQINKOM-un sədri Siyəzəndə vətəndaşların müraciətlərini dinləyib

Bakı Kitab Mərkəzi xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün Novruz şənliyi təşkil edib

“İnternet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentin elektron qaydada vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 30 oktyabr tarixli 387 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Daha bir neçə müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır

“Müntəzəm beynəlxalq, şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişin daşımalarının yerinə yetirilməsi ilə bağlı sifarişçinin keçirdiyi müsabiqədə iştiraka görə ödənişin məbləği”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 21 avqust tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında telekommunikasiya vasitələri və qurğularının sertifikatlaşdırılması Qaydaları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Beynəlxalq müsabiqədə qalib gələn tələbələrə diplomlar təqdim edilib

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 10 sentyabr tarixli 256 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrinin sayı və yerləşdiyi ərazilərin siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

UNEC kollektivi bu il də Novruz bayramını ahıl sakinlərlə qeyd etdi

Hakim partiyaların fəal dialoqu Azərbaycan-Çin münasibətlərinin inkişafına böyük töhfələr verir

“Daşkəsən rayonunda kartofçuluq təsərrüfatının inkişafına dəstək” layihəsinin icrasına başlanılıb

Azərbaycanda “Elektron kommunikasiya haqqında” qanun layihəsi hazırlanır

Abşeronda Novruz bayramı böyük izdihamla qeyd olunub

MEK Özbəkistanda türkdilli xalqlara həsr edilmiş beynəlxalq konfransda təmsil olunub

“Həvəsləndirmə və Biznes mükafatları” müsabiqəsi barədə məlumatlandırma görüşü keçirilib

Şəhid övladı Novruz tonqalını alovlandırdı

COP29 və elmi-texniki tərəqqi

Özbəkistan istehsal etdiyi yaşıl enerjini Azərbaycan üzərindən ixrac edəcək

Abşeronda Çanaqqala Zəfərinin 109–cu ildönümü qeyd olunub

Yens Stoltenberqin Bakı səfəri NATO-Azərbaycan münasibətlərinə töhfə verəcək – AÇIQLAMA

Qubada qaçış marafonunun qalibləri mükafatlandırılıb

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası COP29-a dəstək xarakterli təmizlik aksiyası keçirib

ANAMA: Ötən həftə 202 partlamamış hərbi sursat zərərsizləşdirilib

“İnformasiya müharibəsində qələbə-Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev” adlı kitabın təqdimatı olub VİDEO

Mirzə Uluqbəy adına Füzuli şəhər tam orta məktəbdə Novruz şənliyi

Gəncədə görmə əlilliyi olan 18 yaşına çatmayan uşaqlar üçün Novruz şənliyi keçirilib

“Sumqayıt”ın legioneri: Mövsümü ikinci yerdə bitirə bilərik

Bakı hava limanı ərazisi Novruz dekorları ilə bəzədilib

Paytaxtda ödəmə terminalı və avtomobillərdən oğurluq edən şəxs saxlanılıb VİDEO

Lənkəranda yeni penitensiar kompleks cəzaçəkmə müəssisələrində sıxlığı aradan qaldırmağa xidmət edir

Bu günədək 31 mindən çox tələbə təhsil krediti alıb