CƏMİYYƏT


“Hərəyə bir kitab bölüşək” layihəsi başa çatıb

A+ A

Bakı, 28 sentyabr, AZƏRTAC

“ASAN Könüllüləri” Təşkilatı tərəfindən həyata keçirilən “Hərəyə bir kitab bölüşək” layihəsi başa çatıb.

AZƏRTAC xəbər verir ki, layihənin əsas məqsədi gənclərimiz arasında kitab oxumaq vərdişini aşılamaq və kitab mütaliəsinə maraq yaratmaq, onlar arasında mütaliəni həyat tərzinə çevirməkdir. Bütün mərhələləri uğurla başa vuran layihənin altı iştirakçısı final mərhələsində oxuduqları kitabları təqdim ediblər.

Əməkdar incəsənət xadimi Baba Vəziroğlu, fəlsəfə doktoru Mail Yaqub, Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin əməkdaşı Türanə Qasımova, “ASAN Könüllüləri” Təşkilatının sədri Bəxtiyar İslamov finalçıların təqdimatlarını qiymətləndiriblər.

Münsiflərin səsverməsi ilə Xalid Hüseyninin “Min möhtəşəm günəş” əsərini təqdim edən Fatma Uğurliyeva birinci, İvan Qonçorovun “Oblomov” əsəri ilə Diana Abbasova ikinci, Dan Brownun “DaVinçi şifrəsi” əsəri ilə Fatimə Gülmalıyeva isə üçüncü yerə layiq görülüblər.

Tədbirdə B.Vəziroğlu və M.Yaqub kitab oxumağın önəmindən, faydasından danışıb, gənclərin kitaba olan marağının yaranmasında bu cür layihələrin əhəmiyyətini xüsusi vurğulayıblar.

Sonda qaliblərə sertifikatlar təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.