CƏMİYYƏT


İnternat məktəbinin məzunları üçün nəzərdə tutulan aşpazlıq kurslarının bağlanış mərasimi keçirilib

Bakı, 18 iyul, AZƏRTAC

“Sahibsiz Uşaqlara Kömək” İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə icra etdiyi “Etibarlı gələcəyin qurulması üçün birgə fəaliyyət” layihəsi çərçivəsində Qaradağ rayonunun Sahil qəsəbəsindəki 9 nömrəli xüsusi internat məktəbinin məzunları üçün nəzərdə tutulan aşpazlıq kurslarının bağlanış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, İctimai Birliyin sədri Məlahət Abbasova üçaylıq kursların əsas məqsədinin yeniyetmə və gənclərin peşə vərdişlərinə yiyələnməsi, gələcəkdə bu sahədə uğurlu karyera qurulmasında onlara yardım etmək olduğunu vurğulayıb.

Layihənin əlaqələndiricisi Vüqar Hacıyev bildirib ki, 30 nəfər üçün nəzərdə tutulan layihəyə 50 gəncin müraciət etməsinə baxmayaraq, kursun sonunda onların bilikləri test imtahanı vasitəsilə yoxlanılıb. Nəticədə 38 gənc imtahandan uğurla keçib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Elgün Səfərov diqqətə çatdırıb ki, internat məktəbinin məzunları cəmiyyətin həssas qruplarıdır. Onlara xüsusi diqqətlə yanaşaraq karyera qurumlarına yardımçı olmaq lazımdır. Bu baxımdan belə layihələr böyük əhəmiyyətə malikdir.

Sonda layihə iştirakçılarına sertifikat və təşəkkürnamələr təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.