CƏMİYYƏT


Klimatoloqlar bəşəriyyət üçün öldürücü istilik proqnozlaşdırır

Bakı, 20 iyun, AZƏRTAC

Amerika və Britaniya alimləri bildiriblər ki, XXI əsrin son rübündə Yer üzü ölüm təhlükəsi yaradan istiliklə qarşılaşacaq. Müvafiq tədqiqata dair material “Nature Climate Change” jurnalında dərc edilib.

AZƏRTAC “Lenta.ru” saytına istinadla xəbər verir ki, parnik qazları tullantısı azaldılmayacağı halda alimlərin proqnozu özünü doğrulda bilər. Planet əhalisinin təxminən yarısı öldürücü isti ilə qarşılaşacaq. Tropik rayonlarda hava şəraiti daha çətin olacaq.

Alimlərin fikrincə, iqlim o dərəcədə tez dəyişir ki, insanlar çətin ki, yeni şəraitə uyğunlaşa bilsinlər. Hazırda planet əhalisinin üçdəbiri istidən əziyyət çəkir.

Mütəxəssislər 1980-ci ildən istilər səbəbindən insan ölümü statistikasına həsr edilən 1,9 mindən çox tədqiqatı araşdırdıqdan sonra bu nəticəyə gəliblər. 2010-cu ildə Moskvada 10,8 mindən çox, 2003-cü ildə Parisdə 4,9 min, 1995-ci ildə Çikaqoda 740 nəfər isti havadan ölüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.