CƏMİYYƏT


“Mən gənc jurnalistəm” layihəsinə qeydiyyat başlayıb

A+ A

Bakı, 29 noyabr, AZƏRTAC

Jurnalist olmaq istəyən gənclər üçün “Mən gənc jurnalistəm” layihəsinə start verilib. Layihə gənclərə jurnalistika üzrə bilik və bacarıqlarını formalaşdıraraq peşəkar fəaliyyətə hazırlıqlı olmaları üçün imkan yaradacaq.

AZƏRTAC xəbər verir ki, layihə jurnalistikaya marağı olan gənclərin bu sahədə nəzəri və praktik biliklərinin inkişaf etdirilməsi, natiqlik bacarıqlarının formalaşdırılması və asudə vaxtlarını səmərəli dəyərləndirmələri məqsədilə həyata keçirilir.

Layihə çərçivəsində seçiləcək iştirakçılar təlimlərdə iştirak edəcək və komandalara bölünəcəklər. Daha sonra gənclər 3 mərhələdən ibarət olan müsabiqədə iştirak edəcəklər. Müsabiqənin hər bir mərhələsini uğurla başa vurmuş 3 komanda layihənin final mərhələsinə yüksələcək. Final mərhələsində iştirak edəcək bütün komandalar sertifikat və dəyərli hədiyyələrlə mükafatlandırılacaqlar.

Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və DVC-nin (“Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi) tərəfdaşlığı ilə reallaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.