REGİONLAR
Samuxda gənc rəssamın Milli Qurtuluş Gününə həsr olunan fərdi sərgisi açılıb
Samux, 13 iyun, Rauf Hacıyev, AZƏRTAC
Samux rayon Heydər Əliyev Mərkəzində gənc rəssam Xumar Kazımlının 15 İyun - Milli Qurtuluş Gününə həsr olunan fərdi rəsm sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, sərgidə gənc rəssamın əsasən rəngkarlıq və qrafik janrda işlədiyi 30-dan çox rəsm işi - təbiət mənzərələri, milli və müasir üslubda əsərlər, portretlər, həmçinin dekorativ kompozisiyalar nümayiş olunur.
Qeyd edək ki, Samux rayonunun İnstitut qəsəbəsində yaşayan Xumar Kazımlı 7-ci sinif şagirdidir. Rəssamlıq Məktəbində təhsil alan Xumar 6 yaşından rəsm çəkməyə başlayıb. Əsərlərində daha çox vətənpərvərlik hisslərini və milliliyi qabarıq nümayiş etdirir.
Sərgi iyunun 15-dək davam edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.05.2024 [10:30]
Sabirabadda yol qəzası olub, xəsarət alanlar var
- 10.05.2024 [20:37]
Naxçıvanda əlilliyi müəyyən olunmuş 12 şəxsə avtomobil təqdim edilib
- 10.05.2024 [19:33]
Naxçıvanda istehlakçılara 1,3 milyon manat ƏDV geri qaytarılıb
- 10.05.2024 [19:27]
Bıçaqla xəsarət yetirilən Bərdə sakininin vəziyyəti ağır-stabildir
- 10.05.2024 [19:26]
Kür çayının daşması Qazaxda bir sıra fəsadlar yaradıb
- 10.05.2024 [19:19]